Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə23/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   19   20   21   22   23   24   25   26   ...   202

 

78

demokratik ab-havadan, dünyaya inteqrasiya istəklərindən 



yarandı. Böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin XIX 

əsrdə milli mətbuat qarşısında qoyduğu ideyaların Cənubi 

Azərbaycanda çiçəklənməsinə xidmət edən «Xudafərin» də 

maarifçiliyi fəaliyyətinin əsası sayır. 

Kiçik bir yaradıcı heyətlə böyük tarixi missiyanı – milli 

dil, ədəbi dil, təhsil, tarixi-etnik mənsubiyyət kimi 

problemlərin çözülməsinə xidmət göstərməyi qarşısına 

məqsəd qoyan «Xudafərin» hər şeydən əvvəl oxucuların 

fəallığına arxalanır. İlk sayında jurnalın əsas istiqamət 

fəaliyyətini, ideya və mövzularını açıqlayan baş redaktor 

Hüseyn Şərqi bu dərginin xalqın əsl tribunası, arzu, düşüncə, 

fikir ortağı olacağına inanır. O istəyir ki, bu vaxta kimi 

müxtəlif mətbuat orqanlarında dünyanın görkəmli ədəbi 

simaları olan V. Şekspirin, Şillerin, J. B. Molyerin, A. S. 

Puşkinin, L. N. Tolstoyun, Firdovsinin, Hafizin fikir və 

duyğuları, sənət haqqında düşüncələri ilə tanış olan 

soydaşlarımız indi də «Xudafərin» vasitəsilə türk dünyasının 

İ. Nəsimisi, M. Füzulisi, M. P. Vaqifi, M. Ə. Sabiri, C. 

Cabbarlısı, H. Cavidi, S. Vurğunu, M. H. Şəhriyarı, Ç. 

Aytmatovu ilə tanış olsunlar. 

Milli düşüncənin, tarixin, etnoqrafiyanın və dilin 

bioenerjisini sıxıb canında saxlayan folklor «Xudafərin»in 

Cənubda ədəbi dil istiqamətli ideyalarını geniş yaymaqda 

mənbə olacaq. Bu istək işıq üzü görmüş iki sayda özünü 

qabarıq şəkildə büruzə verir. Xalq fikrinin, düşüncəsinin, 

müdrikliyinin ən yığcam modeli olan folklor sərhədsiz 

mədəniyyətimizin, dilimizin ortaq körpüsü kimi həmişə böyük 

önəm kəsb edir. Bakıda universitet təhsili almış Hüseyn Şərqi 

Azərbaycan ədəbi dilinin ümumi konturları əsasında yeni 

jurnal yaratmağa ən şanslı ziyalılarımızdandır. Xalqlar, 

ölkələr arasında yaxın vaxt ərzində ən dayanıqlı mənəvi 



 

79

körpüyə çevriləcək «Xudafərin»in başlıca ideyaları barədə ilk 



saydakı redaktor qeydlərini bilmək maraqlı olardı. Hüseyn 

Şərqi çoxmilyonlu soydaşlarımızla ilk görüşündə belə bir 

açıqlama verir: «Salam, bütün vətəndaşlarıma, 

qələmdaşlarıma, arzu, dilək, qan qardaşlarıma, soydaşlarıma, 

dəyərli yurddaşlarıma, igid və qəhrəman fikirdaşlarıma… 

Uzun illər işıqlı sabahı gözləyərək qaranlıq gecələrin acısını 

yaşadıq. Yuxular çin çıxarmış kimi bizim də bir diləyimiz 

röya pərisi kimi qarşımızda zühur etdi… («Xudafərin»in ilk 

sayı 2004-cü ilin sentyabrında Tehranda 30.000 tirajla çap 

olunub.) Ağıllı əkinçi toxumun yaxşısını yeməz, bəlkə onu 

əkər. Gəlin, biz də fikir və düşüncələrimizi əkək və becərək… 

Bu jurnal elimizin varlığının gerçək səsidir. Bu səs nə qədər 

güclü və gur olarsa, bir o qədər də təsirli ola bilər». 

Uğurlu başlanğıc gələcək fəaliyyətin davamlığına əsas 

yaradır. Jurnalın yaradıcı heyəti bu məqsədlə görkəmli elm

mədəniyyət xadimlərindən təbrik və arzulamaları ilk sayında 

dərc edir. Bu təbriklər içərisində «Varlıq» jurnalının yaradıcısı 

Doktor Cavad Heyətin, «Azəri» jurnalının baş yazarı Behzad 

Behzadinin, doktor Sədiqin, ünlü yazıçı İsmayıl Hadinin 

arzuları böyük maraq doğurur. 

Jurnal aparıcı ideyalarına ilk nömrədən geniş yer 

ayıraraq Güney Azərbaycanda dil tariximizin bilicisi doktor 

Rəhim Ruziyanın milli türkcəmiz haqqında məqaləsini dərc 

etmişdir. Quzey Azərbaycana həsr edilmiş bölümündə mənim 

Azərbaycan ədəbi dilinin XVII əsrdən bu günə qədər 

inkişafına həsr olunmuş məqaləm fars dilində çap 

olunmuşdur. 

Xalq şairi Mirvarid Dilbazi haqqında məlumat da Güney 

Azərbaycanın sənət vüsətini göstərmək baxımından maraq 

doğurur. İlk növbədə mövzular üzrə məqalələrin 

düzülməsində pərakəndəlik nəzəri cəlb etsə də yazılardakı 



 

80

intellektual səviyyə, elmi aktuallıq, coğrafi genişlik, 



müəlliflərin sayı və sanballı qürur hissi doğurur. 

Yerli müəlliflərdən Firuz Rifahinin «Mirzə Cahanşah 

Həqiqi» haqda məqaləsi, Eloğlunun M. Füzuli poeziyası 

işığında yeni axtarışları, Şah İsmayıl Xətai, Hüseyn Arif, 

Kərküklü Nihad, Muğanlı Salman Dağlıdan seçmə şeirlər 

jurnalın ilk sayını yetərincə oxunaqlı edir. 

Dünyasını dəyişmiş ünlü yazıçıların yaradıcılığından 

səhifələr vermək «Xudafərin»in diqqəti cəlb edən 

cəhətlərindəndir. Bu mənada görkəmli elm, sənət adamları, 

yazıçı və şairlərdən Səməd Behrənginin, Haşım Tərlanın, 

Fərman Kərimzadənin həyat və yaradıcılığına, tədqiqatlarına 

jurnalın səhifələrində geniş yer ayırması ədəbi qayğıdan xəbər 

verir. F. Kərimzadənin «Xudafərin körpüsü» romanı jurnalın I 

və II saylarında hissə-hissə çap olunmuşdur. 

Jurnal həm də maarifçilik xidməti göstərərək dünyada 

baş verən təbii fəlakətlərin, bioloji dəyişmələrin, son tibbi 

nailiyyətlərin, elm, mədəniyyət, idman yeniliklərinin 

xülasəsini verir, ən geniş spektrli oxucu mühitini 

maraqlandıran mövzuları gündəmə gətirə bilir. 

Ən müxtəlif sahələrin oxucularına qapısı açıq olan 

«Xudafərin» ikinci sayını da onlara böyük təsir və sevgi 

doğurmaq arzularıyla nəşr edir. Bu sayda türkçülük

azərbaycançılıq istiqaməti, ədəbi dilimizin taleyi diqqət önünə 

çəkilir. «Azərbaycan ədəbi dilinin təşəkkülü» (N. Xudiyev), 

«Türk dilindən alınan sözlərin dəyişikliyi» (B. Behzadi), 

«Yeni tapılan əsər Kirmanlı Vəli» (Eloğlu), «Pakdəşt 

cinayəti» (H. Şərqi), eləcə də C. Məmmədquluzadənin 

azərbaycançılıq ideyaları, Mahmud Kaşğarinin «Divani-

lüğəti-it-türk» kitabı haqqında məqalələr dərc olunmuşdur. 

Bəxtiyar Vahabzadənin, Ə. Tərzioğlunun poetik dünyası 

ilə tanışlıqla yanaşı, oxuculara bu sayda Türkiyədə ilk qəzeti 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə