Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə20/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   16   17   18   19   20   21   22   23   ...   202

 

66

dili çox axıcı və olduqca anlaşıqlıdır. Bu mətnlərdə farsca və 



ərəbcə sözlər də nisbətən azdır. Məcmuənin «Müzəkki-ən-

nəfs» adlı bölümündən bir parçanı misal olaraq təqdim edirik: 

«… Sultan Şeyxin sözlərini dinlədi. Bir kərə ah eylədi. Gətirdi 

kəndini taxtan aşağı yerə vurdu. Ağlı başından getdi: Bir 

zaman yetdi, bir zamandan kəndi diru gəldi (gəlməyə başladı). 

Ayıtdı Şeyxə: – Necə elədim, sultanım! Yolu yanılmışız!» 

deyər. 

Şeyx aydır: «Gəlin hələ bir şimdi tövbə edin. Bu 



şimdikən etdiyiniz işlərə peşman olun! Ol günahlarınız 

getsin» deyər. (3) 

Göründüyü kimi, bu mətn 5-6 əsr qabaq yazılsa da 

bugünkü ədəbi dilimizə olduqca yaxındır. 

Doktor Sədiq tapıb tərtib etdiyi «Qara məcmuə» adlı 

əsərdə Şah İsmayıl Xətainin bir neçə yeni şeirini də mətnin 

mövzusuna uyğun olaraq ilk dəfə dərc etmişdir. «Qara 

məcmuə»nin «Əlbuyuruq risaləsi» bölümündə Şah İsmayıl 

Xətainin dini mövzuda yazdığı «Çox şükür» şeiri diqqəti cəlb 

edir: 


 

Söylərəm ey padişahlar padişahi, çoz şükür,  

Bəndənin ümidi sənsən, həm pənahi, çox şükür.  

Əff edərsən sirləri, sirrimizə agahsan  

Çox şükür birliyinə, yarəb, ilahi, çox şükür. 

 

Sən yaratdın yeri, göyü, bəzm üçün tutdu qərar,  



Dönsə də çərxi-fələk, leylü nəhar, dönməz qərar.  

Pes bizim üçündür, dünyai uqba, hər nə var,  

Çox şükür dərgahına, yarəb, ilahi, çox şükür. 

 

Bizim üçün xəlq elədin abu, atəş, xaku, bad,  



Cismimizə can da verdin, bizə adəm qoydun ad. 


 

67

Yaradılmış səndən oldu, cümlə məqsudu murad  



Çox şükür dərgahına, yarəb, ilahi, çox şükür. 

 

Lütfü ehsanu kərəm səndən gəlir, bizdən xəta,  



Ol qənimət qismətini kəsmədin ondan sona.  

Bu Xətai xəstə çün qapında durmuş bir gəda  

Çox şükür dərgahına, yarəb, ilahi, çox şükür. (4) 

 

Həmin dövrdə belə əsərlərin yazılmasının Azərbaycan 



ədəbi dilinin formalaşmasında rolu çox olmuşdur. 

Zəmanəsinin elm, mədəniyyət sufi təriqəti keşiyində duran 

Şeyx Səfi və onun övladları dövlət qurandan sonra həmin 

ənənəni davam etdirmişlər. Xüsusən, Şah İsmayıl Səfəvi 

hökmdarı olandan sonra Azərbaycan dilinə rəsmi səlahiyyətlər 

vermiş, şair-sənətkar kimi bu dildə gözəl əsərlər yaratmışdır. 

Şah İsmayıl 38 illik qısa həyatında görünməmiş uğurlar 

qazanmış, xalqımızın bədii mədəniyyət tarixində parlaq 

səhifələr açmışdır. Onun yaratdığı vahid Azərbaycan 

dövlətində doğma Azərbaycan türkcəsi dövlət və şeir-sənət 

dilinə çevrilmiş, mədəniyyət və milli quruculuq sahələrində 

bütün imkanlarını nümayiş etdirə bilmişdir. 

Şah İsmayıl qısa vaxt ərzində tanınmış alimləri, şairləri, 

sənət adamlarını saraya dəvət etməklə elmin, mədəniyyətin 

sürətli inkişafına şərait yaradırdı. «Sənəti, elmi və 

mədəniyyəti çox sevən şair-hökmdar qılıncı ilə qurduğu 

dövlətə qələmi ilə də xidmət etmişdir. Vətənin gözəlliklərini 

tərənnüm etməklə Azərbaycan dilinin banisi olaraq ana 

dilində gözəl əsərlər yaratmışdır. Həbibi, Şahi, Kişvəri və 

Füzuli kimi şairlərin yetişməsində, Azərbaycan dilində 

yüksələn şeirin inkişafında böyük iş görmüşdür». (5) 

Şah İsmayıl Xətai özü də ana dilində gözəl bədii 

nümunələr yaratmaqla şairlər məclisinin baş şüərasına 



 

68

çevrilirdi. Onun yaradıcılığında hökmlə, siyasətlə gözəllik 



duyğusu bir araya gəlir, ana dilinin zənginliyi, səs, söz 

imkanları ilə hissin ən incə çalarlarını ifadə edə bilirdi. 

Təəssüflər olsun ki, Şah İsmayıl Xətainin ana dilimiz

mədəniyyətimiz yolunda bu fədakarlığı nə yaxın ətrafı, 

soydaşları, nə də dövrünün ərəb, fars təzkirəçiləri tərəfindən 

doğru dəyərləndirilə bilməmişdir. Hətta doğmaca oğlu Sam 

Mirzənin «Sami» təskirəsində Xətainin bir türk şairi kimi 

deyil, farsca şeirlərindən nümunə gətirilməsini görkəmli 

folklorşünas Salman Mümtaz ürək ağrısı ilə qeyd edir. (6) 

Daha sonra S. Mümtaz Osmanlı təzkirəçisi Katib 

Çələbinin də Şah Xətainin türkcə şeirlərindən yan ötdüyünü, 

Azərbaycan dilinin poetik imkanlarını qulaq ardına vuraraq 

Xətaidən «ərəb ədibi kimi» söz açdığını yazır. 

Lakin təzkirə müəlliflərinin xidməti unutdurma cəhdləri 

böyük təsir qüvvəsinə çevrilə bilmir. Xətai hakimiyyəti 

dövründə nəinki ədəbi mühit, hətta rəsmi dövlət idarəçiliyi də 

Azərbaycan dilində aparılır. İran tarixi və mədəniyyətini, 

müasir İran ərazisindəki xalqların tarixi evolyusiyasını 

tədqiqat mövzusu seçən A. Krımski Şah İsmayıl Xətai 

yaradıcılığına istinad edib regionda Azərbaycan dilinin 

miqyasını təsdiq edirdi: «Səfəvi xanədanının banisi Şah 

İsmayıl «Xətai» təxəllüsü ilə azərbaycanca mükəmməl türk 

şeirlər «Divan»ını yaratmışdır və onun öz ana dilində idi». (7) 

Dilin formalaşmasında ədəbi nümunələrin zəngin bazası 

yaradılmalıdır. Bu missiyam da çiyinlərinə çəkən şah 

şairimizin «Divan»dan başqa «Dəhnamə» adlı məşhur əsəri və 

təlim-didaktik mahiyyətdə yazmış «Nəsihətnamə» məsnəvisi 

vardır. (8) 

Heca və əruz ölçülərində yazan Xətai yazılı və şifahi 

ədəbiyyat ənənələrini vəhdətdə götürmüş, rəngarəng 

formalarda əsərlər yaratmışdır. «Şah İsmayıl şiə təbliğatı üçün 



 

69

aşıq (saz şairi – Ozan) tərzində qoşmalar yazmış, bir qoşma 



səpkili aşıq havası da formalaşdırmışdır. Ayrıca əruz vəznində 

yazdığı qəzəlləri sazla məclislərdə oxunardı». (9) 

Şah İsmayıl Xətainin yaradıcılığı zəngindir, eyni 

zamanda bu kəmiyyətdən çox keyfiyyət zənginliyidir. Şair 

həm klassik üslubda, həm də folklor üslubunda yazıb 

yaratmışdır. Qəzəlləri, rübailəri, məsnəviləri, qoşmaları, 

gəraylıları, bayatıları və s. daha həcmli, keyfiyyətcə daha 

yüksəkdir. Bununla belə şair ilk dəfə olaraq, şifahi xalq 

ədəbiyyatı janrına davamlı şəkildə müraciət etmiş və xalq 

şeirinə klassik mövqe qazandırmışdır. 

Şair ilk dəfə olaraq öz divanına xalq ədəbiyyatı 

janrlarında yazdığı əsərləri də daxil etmiş, başqa sələf və 

xələfləri kimi öz divanını klassik ədəbiyyat formalarında 

yaratdığı şeirlərlə məhdudlaşdırmamışdır. Bu isə Xətainin öz 

xalqına, elinə və onun dilinə, mədəniyyətinə sevgisinin 

sonsuzluğunu göstərir. 

Heca vəznli şeiri ilk dəfə olaraq divan ədəbiyyatına 

gətirən Xətai bədii yaradıcılıqda xalq şeiri ənənələrinə 

üstünlük vermiş, klassik divanları xalq hikməti və örnəkləri ilə 

bəzəməyi zərurət kimi qarşıya qoymuşdur. (10) 

Elinə, dilinə bağlı olan Şah İsmayıl Xətai folklor 

janrlarındakı şeirlərində müsəlman panteist terminologiyasını 

sıx-sıx işlətməklə onları həm də dini biliklərin poetik 

toplusuna çevirir: 

 

Şəriət yolunu Məhəmməd açdı  



Təriqət gülünü Şah Əli seçdi  

Şu dünyadan neçə yüz min ər keçdi  

Onlar ittifaqda Mehdi yoldadır. 

 

Şah İsmayıl Xətainin folklor janrındakı əsərlərinin 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə