Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə22/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   18   19   20   21   22   23   24   25   ...   202

 

74

tanıyanların hər biri tərəfindən qəbul olunurdu. «Şah 



İsmayılın vaxtında… Azərbaycan dili dövlət dili kimi 

rəsmiləşir. Azərbaycan dili nəinki saray danışıq – ünsiyyət 

vasitəsi kimi işlənir, eyni zamanda dövlətlərarası yazışmalar 

bu dildə aparılır». (22) 

Amma təəssüflər olsun ki, Azərbaycan ədəbi dilinin 

taxta çıxdığı Şah İsmayıl Xətai dövrü onun varisləri 

zamanında istənilən səviyyədə qoruna bilmədi. Getdikcə fars 

dilinin sarayda və idarəçilikdə üstünlüyü müşahidə olundu. 

Azərbaycan dilinin tarixi haqqını qazanması 500 il ağrılar, 

əziyyətlərdən sonra – ümummilli liderimiz Heydər Əliyevin 

hakimiyyətə qayıdışından sonra baş tutdu. Bu dahi öndər hər 

şeydən əvvəl dil ətrafında yaradılmış süni siyasi 

konyunkturaları aradan götürdü. Azərbaycan xalqının tarixən 

formalaşmış dili ətrafındakı mübahisələrini optimal məcraya 

yönəltdi. Ana dilində gözəl danışmağın, yazmağın, siyasi, 

diplomatik görüşlər keçirməyin, qısa, məzmunlu müsahibələr 

verməyin, şirin, incə yumorlar söyləməyin, fikrin, düşüncənin 

qısa, konkret, birbaşa ifadə formalarını çatdırmağın 

nümunəsini nümayiş etdirərək hər bir vətəndaşda müstəqil 

dövlətimizin dilinə sevgi hissi yaratdı. Mətbuatın, elektron-

informasiya vasitələrinin geniş şəbəkəsini yaratmaqla ana 

dilinin inkişafına təkan verdi. Şah İsmayıl Xətainin bir vaxtlar 

çiçəklənib tez solan Azərbaycan dili arzuları məhz Heydər 

Əliyevin müdrikliyi və uzaqgörənliyi hesabına gerçəkləşdi. 

Bu dil – Ana dili – Azərbaycan dili millət durduqca 

yaşayacaq, dünyəvi dillər sırasında özünə möhkəm yer 

tutacaq, xalqın milli varlığı, mənəvi mövcudluğu kimi əsrlər 

boyu inkişaf yolunu uğurla davam etdirəcəkdir. 

 

 

 




 

75

ƏDƏBİYYAT 



 

1.

 Şeyx Səfiəddin Ərdəbili. «Qara məcmuə». Tərtib edən: 



doktor Hüseyn Sədiq, Tehran, 2001, səh. 20 

2.

 Yenə orada, səh. 32 



3.

 Yenə orada, səh. 102 

4.

 Yenə orada, səh. 81 



5.

 Həmid Araslı. Azərbaycan ədəbiyyatı: tarixi və 

problemləri. 1998, səh. 298 

6.

 Salman Mumtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. 



1986, səh. 301 

7.

 



А

Крымский



История


 

Персии


ее

 



литературы

 

и



 

древнейший

 

философии



Москва


том


 III, 1914-1917, 

стр


. 139 

8.

 Əzizağa Məmmədov. «Şah İsmayıl Xətainin əsərləri». 



Bakı, 1973, səh. 5 

9.

 Doktor Cavad Heyət. «Azərbaycan ədəbiyyat tarixinə bir 



baxış». I cild, Tehran, 1980, səh. 32 

10.


 Əliyar Səfərli və Xəlil Yusifli. «Azərbaycan ədəbiyyatı 

tarixi». Redaktor və köçürəni: Hüseyn Şərqi (Soytürk), 

Tehran, 1997, səh. 226 

11.


 Doktor Cavad Heyət. «Azərbaycan ədəbiyyat tarixi». səh. 

39 


12.

 «Cahanquşay Xaqan» (Şah İsmayıl) yazılma tarixi, 955-

948-hicri. Tərtib edən doktor Allah Deta Müzəffər, 

Ravelpendi, 1986, səh. 9 

13.

 «Tribun» jurnalı. İsveç, 1999, № 4, səh. 78 



14.

 Yenə orada, səh. 79 

15.

 Ə. Dəmirçizadə. «Azərbaycan ədəbi dilinin tarixi», I 



hissə, 1979, səh. 166-167 

16.


 «Varlıq» jurnalı. Tehran, 1992, № 82-3, səh. 16 

17.


 «Tribun» jurnalı. № 4, səh. 74 


 

76

18.



 Adam Oleari. Vermehrete neue Bescheibunq der 

muscovitischen und persischen Reyse, (Schtesviq, 1656) 

512 

19.


  Voyaqes du chevalier chardin en perse (Paris, 1911, səh. 

238) 


20.

 «Varlıq» jurnalı. Tehran, № 109-2, 1377, səh. 20 

21.

 Yenə orada, səh. 19 



22.

 T. Hacıyev. Azərbaycan ədəbi dili tarixi. 1976, səh. 121 

 

«Azərbaycan» qəzeti,  



26 sentyabr 2004-cü il 

 

 



 

 



 

77

 



 

 

 



«XUDAFƏRİN» MƏNƏVİ KÖRPÜYƏ ÇEVRİLİR 

 

XXI əsrin əvvəlləri Cənubi Azərbaycanda yaşayan 



soydaşlarımızın mənəvi həyatında böyük oyanışlarla yadda 

qalır. Xalqın ictimai şüurunun oyanmasında, milli-mənəvi 

dəyərlərə sahiblik haqqının dərk olunmasında, maarif və 

mədəniyyətin kütləviləşməsində ən öncül xidmət vasitəsi olan 

yeni jurnal – «Xudafərin» işıq üzü gördü. Gənc və istedadlı 

qələm sahibi, tədqiqatçı Hüseyn Şərqinin «Varlıq»dan sonra 

yaratdığı ikinci milli dərgimizin çap olunma xəbəri nədənsə 

mənə Şərqdə ilk milli mətbuatın əsasını qoymuş (1875, 

«Əkinçi»), bir vaxtlar xarici və daxili təzyiqlərə ürək ağrısı ilə 

dözüb xalqı maarif işığı ilə, gələcəyə aparmaq amalı ilə 

mübarizə aparan görkəmli maarifçi-demokrat Həsən bəy 

Zərdabinin cəhalət aləmində qeyri-bərabər mübarizəsini yada 

saldı. 

«Əkinçi»nin nəşri əleyhinə çıxan qaragüruhçu Həsən 



Qoca Hadinin həcvini oxuyub əsəbiləşən Həsən bəy Zərdabi 

yazırdı: «Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın 

sərhəddində bir daş qoydurub onun üstə zikr olan həcvi 

tamam qazdıram ki, gələcəkdə bizim övladlar o yadigara 

baxıb bilsinlər mən bu zəhmət ilə milləti islamı-qəflətdən 

ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm» 

(«Əkinçi» qəz. 1877, № 8). 

Cəlil Məmmədquluzadə yazırdı ki, «Molla Nəsrəddin»i 

zəmanə özü yaratdı. İranda bugünkü mətbuat bolluğu 

şəraitində yenicə çapa başlayan «Xudafərin» jurnalı da 

regiondakı müasir mülayim ictimai-siyasi şəraitdən, 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə