Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə24/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   20   21   22   23   24   25   26   27   ...   202

 

81

nəşr etmiş Agah Əfəndi məlumat almaq imkanı verir. 



Şah rejimi tərəfindən türkcə kitabların yandırılma ayı 

noyabrı acı xatirə anına çevirən jurnal «Kitabımız-

nəşriyyatımız» başlığı altında türkcə çıxmış kitabların geniş 

reklamını verməklə borcunu yerinə yetirir. 

İlk sayları işıq üzü görən «Xudafərin»in İranda populyar 

olan «Azəri», «Araz», «Əsri-Azadi», «Məhde-Azadi», 

«Həmşəri», «Ərk» kimi mətbuat orqanlarında reklamı geniş 

ədəbi yaradıcılıq və ideya birliyinin yarandığından xəbər 

verir. 

Son olaraq «Xudafərin» öz ünvanını belə xatırladır: 



009921691529, İran, Tehran, R. O. box 131145-147, 

Khudafarin®yahoo. com 

Siz də «Xudafərin»i evinizin bir üzvü sayıb, daim onu 

yadda saxlayın. Yazın ki, Araz üzərində fiziki keçidin adı olan 

«Xudafərin» əsl mənəvi körpüyə çevrilsin. 

 

«Azərbaycan» qəzeti,  



25 noyabr 2004-cü il 

 

 




 

82

 



 

 

 



Cavad Heyət – 80  

 

CAVAD HEYƏT DÜNYASI 



 

Türk dünyasının ən qüdrətli övladlarından biri, bütün 

dünya türklərinin qürur və fəxarət yeri olan, bir əlində qələm, 

bir əlində bıçaq öz xalqının, millətinin, bütövlükdə insanların 

fiziki və mənəvi sağlamlığının keşiyində sərhəd əsgəri kimi 

sərvaxt dayanan, əllərinin hikməti, sirri-sehri ilə möcüzələr 

yaradan möhtərəm doktor Cavad Heyətin 80 illik yubileyi 

tamam olur. 

Fəxrlə qeyd etmək istəyirəm ki, ömrü boyu heyrətamiz 

dərəcədə misilsiz işlərə imza atan Cavad Heyət haqqında 

indiyədək mən də bir sıra məqalələr yazmışam, 2002-ci ildə 

«Azərbaycantelefilm»in çəkdiyi «Cavad Heyət varlığı» adlı 

sənədli televiziya filminin ssenari müəllifiyəm. Görkəmli 

alimin 80 illik yubileyinə həsr etdiyim kitab isə bu yaxınlarda 

işıq üzü görəcək. 

Yeri gəlmişkən, onu da deyim ki, «Cavad Heyət varlığı» 

filmi, böyük alimin Bakıda keçirilən 70 illik yubileyinin 

videoyazısı, ona həsr olunmuş «Dastan», «Durna teli» 

verilişləri televiziyamızın qızıl fondunda qorunur. 

Əziz dostumun yuvarlaq yubileyi qarşısında bir daha 

onun haqqında yazdıqlarıma diqqət yetirdim, ssenarim 

əsasında çəkilmiş filmə baxdım. Bütövlükdə Cavad Heyətin 

keçdiyi mənalı, şərəfli ömür yoluna nəzər saldım. Etiraf edim 

ki, onun qısa zaman kəsiyində həyata keçirdiyi və bir insan 

ömrünə sığmayacaq qədər böyük işlərinin qarşısında yenə də 



 

83

heyrətimi gizlədə bilmədim. 



Cavad Heyət kimdir? Onun Azərbaycan, İran, 

bütövlükdə dünya elminin, təbabətinin və mədəniyyətinin 

inkişafında hansı xidmətləri var? Təbii ki, bu suallara bir 

qəzet məqaləsində cavab vermək çətindir. Çünki Cavad Heyət 

yaradıcılığı elə əhatəli, çoxşaxəli, ensiklopedik məzmun və 

səciyyə daşıyır ki, onun araşdırılması, öyrənilməsi və 

dəyərləndirilməsi böyük vaxt və zaman tələb edir. Çox qısa 

desəm, mən Cavad Heyəti XX əsrin möcüzəsi hesab edirəm. 

Dünyanın ən usta, ən mahir cərrahlarından, təbiblərindən biri 

olan Cavad Heyəti başqa cür qiymətləndirmək mümkün deyil. 

Təsadüfi deyil ki, onun yarım əsr əvvəl gördüyü işlər elə bu 

gün də yenilik, təzəlik sayılır. 

Türk dünyasının dünya elminə bəxş etdiyi bu böyük 

alimə, elm adamına, Cavad Heyət şəxsiyyətinə hansı yöndən, 

hansı prizmadan yanaşsan, onun yaradıcılığını hansı 

aspektdən araşdırsan, insanlığa başucalığı gətirən əməllərlə 

qarşılaşarsan. 

Cavad Heyət ömrün, taleyin seçdiklərindəndir, Tanrının 

seçilmiş bəndələrindəndir. Belə olmasaydı, o, bir neçə sahədə 

paralel olaraq belə böyük uğurlar qazanmaz, şöhrət tapmazdı. 

Cavad Heyət elə bir ömür yaşayıb ki, o ömrün 

salnaməsini yaratmaq həm asandır, həm çətindir, həm də çox 

məsuliyyətlidir. Bu ömür elə bir ömürdür ki, onda alim və 

ədib qələmi birləşib, yüksək mənəvi amallar uğrunda 

mübarizə aparıb. Bu ömür insanların, xalqların birliyine 

xidmətdə keçib. Bu ömür yalnız bir xalqa, bir millətə məxsus 

olmayıb, bəşəriyyətə xasdır. Bu ömür öz dahi sələflərinin 

ənənəsini ləyaqətlə davam etdirməyə sərf olunub. 

Bəs Cavad Heyət bu nüfuzu, bu şöhrəti necə qazanıb? 

Əvvəla, mən tam məsuliyyətlə demək istəyirəm ki, o hər 

bir uğuruna zəhməti, çalışqanlığı, bir də Tanrının ona bəxş 



 

84

etdiyi istedadı sayəsində nail olub. Digər tərəfdən, o öz 



biliyini yorulmadan, usanmadan arayıb-axtarmaqla 

zənginləşdirib. 

İkincisi, belə bir məşhur deyim var: ot kökü üstə bitər. 

Bu kəlamda böyük hikmət var, çünki kökü olmayan bir ağac 

tez çürüyər, ayaq üstə duruş gətirə bilməz. Əsli-nəcabəti, 

soykökü olmayan bir insan da qaynar qazana bənzər dünyada

narahat dənizdə gəmi kimi çalxalanan zəmanədə tez itib-batar, 

həyatın dibinə yuvarlanar. Cavad Heyət də elə bir kişinin 

ailəsində böyüyüb ki, o elə Cavad Heyət olmalıydı. Onun 

başqa cür olmağa haqqı da yox idi. Bəli, bu gün bütün 

dünyanın tanıdığı, elmini və sözünü qəbul etdiyi Cavad Heyət 

tanınmış bir ziyalının ailəsində tərbiyə alıb. Atası Mirzə Əli 

Heyət görkəmli ictimai və dövlət xadimi, hüquqşünas alim, 

maarifpərvər ziyalı olub, məsul vəzifələrdə çalışıb. Və bu kişi 

on övladının onunu da əqidəli, məsləkli, savadlı, vətənpərvər, 

qeyrətli vətəndaşlar kimi böyüdüb. 

«Allah insana hürriyyət, seçmək imkanı verib. Mən də 

azad olmaq üçün həkimliyi seçdim» deyən Cavad Heyət 

əvvəlcə Tehranda, sonra İstanbulda, daha sonra Avropada – 

Parisdə mükəmməl təhsil alıb, bir müddət elə Paris 

Universitetinin cərrahlıq klinikasında çalışıb. 1952-ci ildə 

ixtisaslı cərrah kimi Tehrana qayıdıb. 

Bir rəqəmi də qürurla dilə gətirmək istəyirəm: ömrünü, 

taleyini elmə, təbabətə bağlayan Cavad Heyət Şərqdə ən 

unikal cərrahiyyə əməliyyatlarının müəllifidir, ümumiyyətlə, 

o, 52 illik həkimlik təcrübəsində 20 mindən çox cərrahiyyə 

əməliyyatı aparıb, minlərlə insanın həyatını xilas edib. 

Cavad Heyət, demək olar ki, hər yerdə birinci olub və 

özü də bunu etiraf edir. Birinci olmağın nə qədər çətin, 

məsuliyyətli olduğunu isə, məncə, hər kəs çox yaxşı anlayır. 

«Cərrahlıq həm elm, həm də sənətdir. Mən həmişə inandığım 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə