Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə13/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   9   10   11   12   13   14   15   16   ...   202

 

41

böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə 



ucalır. Bəli, Azərbaycan iqtisadiyyatının mürəkkəb və 

keşməkeşli mərhələlərini uğurlu yüksəliş yollarına çıxaran 

məhz ulu öndər Heydər Əliyev olub. 

İqtisadiyyatımızın keçdiyi yolu dərindən, ətraflı təhlil 

etsək, onun bu sahədə gördüyü titanik işlərin şahidi olaraq. 

XX əsrin 60-cı illərində iqtisadiyyatımızın vəziyyəti və 

sonrakı mərhələlər, yüksələn templə gedən inkişaf – bütün 

bunlar Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını 

dirçəltmək, inkişaf etdirmək üçün gördüyü möhtəşəm işlərə 

parlaq işıq salır. 

Əlbəttə, mən iqtisadçı deyiləm, amma Heydər Əliyevin 

Azərbaycan iqtisadiyyatındakı misilsiz xidmətlərini görmək, 

dərk etmək, qavramaq üçün heç də iqtisadçı olmaq vacib 

deyil. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» 

deyən bu müdrik insanın Azərbaycan iqtisadiyyatındakı 

silinməz, pozulmaz izləri Vətənimizin hər yerində var və bunu 

danmaq qeyri-mümkündür. Bu xidmətin bəhrəsi olan 

«qiymətli abidələr» indi daha aydın və qabarıq görünür. Və 

Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi iqtisadi 

islahatlar zaman keçdikcə xalq tərəfindən daha çox 

qiymətləndirilir… 

Heydər Əliyevin istər 1969-1982, istərsə də 1993-2003-

cü illərdəki fəaliyyəti Azərbaycanın tərəqqisinə, Azərbaycan 

xalqının maraqlarına xidmət edirdi. Bu məqamda möhtərəm 

Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 

III qurultayındakı nitqində söylədiyi fikir çox yerinə düşür: 

«Heydər Əliyev ictimai-siyasi quruluşundan asılı olmayaraq, 

sözün əsl mənasında, bütün dövrlərdə Azərbaycan xalqının 

lideri idi. 1970-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövr 

ərzində onun tərəfindən görülmüş işlər Azərbaycan xalqının 

maraqlarına xidmət edirdi. Məhz onun fəaliyyəti nəticəsində 



 

42

Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait 



gətirilirdi. Yeni zavodlar, fabriklər tikilirdi. İndi bu zavodlar 

və fabriklər Azərbaycanın iqtisadi və sənaye potensialına 

böyük dəstəkdir. Əgər o illərdə Azərbaycanda iri sənaye 

infrastrukturu yaranmasaydı, xüsusilə neft sahəsində, neft 

emalı sahəsində nəhəng qurğular tikilməsəydi, bu gün 

Azərbaycanın iqtisadi potensialı o qədər də güclü ola 

bilməzdi. Yəni demək istəyirəm ki, ictimai-siyasi 

quruluşundan asılı olmayaraq, bütün zamanlarda Heydər 

Əliyevin liderlik keyfiyyətləri, xalqa, millətə bağlılığı ölkəmiz 

üçün, böyük işlər görmək üçün gözəl şərait yaratmışdır. 

Amma təbii ki, Azərbaycanın ən ağır dövrü olan 

müstəqilliyimizin ilk illərində Heydər Əliyevin fəaliyyəti 

həlledici idi. 

Bəli, Heydər Əliyev Azərbaycanın milli iqtisadiyyatını 

inkişaf etdirməyi qarşısına məqsəd qoydu və buna nail oldu. 

Bütün bunları əsaslı faktlarla, arqumentlərlə, tutarlı dəlillərlə 

əsaslandırmaq mümkündür. Heydər Əliyevin əsərlərində, 

məruzə və çıxışlarında da iqtisadiyyat həmişə sosial-siyasi, 

sosial-mənəvi və sosial-mədəni amillərlə üzvi surətdə 

verilirdi. Onun müdrikliyi, uzaqgörənliyi, həm də bu amildə 

idi. Daha bir misal. «Bakı-Tbilisi-Ceyhan» neft-boru 

kəmərinin əfsanədən reallığa çevrilməsi məhz Heydər Əliyev 

dühasının, Heydər Əliyev əməyinin bəhrəsidir. 

 

Heydər Əliyev və azərbaycançılıq fəlsəfəsi 



 

«Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, 

Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir 

ideya var – bu, azərbaycançılıqdır. Biz azərbaycanlılar bu 

ideyanı yaratmışıq, biz də yaşatmalıyıq, inkişaf etdirməliyik, 

onun əsasında da birləşməliyik. Azərbaycançılıq öz milli 




 

43

mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini 



qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri 

dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya 

inteqrasiya ediriksə, deməli, bizim mənəvi dəyərlərimiz də 

ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Amma insan 

hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz 

milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın». 

– Bu fikrin müəllifi olan ulu öndər Heydər Əliyevin bir tarixi 

xidməti də o idi ki, o, azərbaycançılıq ənənəsinin, 

azərbaycanlıların güclü diasporunun yaranmasının təməlini 

qoydu… 


1991 -ci ildə hələ Naxçıvanda Ali Məclisin sədri olarkən 

Heydər Əliyev dekabr ayının 31-ni Dünya azərbaycanlılarının 

Həmrəylik günü elan etdi və diqqəti bu məsələyə yönəltdi ki, 

Azərbaycan diasporunun təşkilatlanması, dünyanın ayrı-ayrı 

ölkələrinə səpələnmiş həmvətənlərimizin haqlarını qoruya 

biləcək, Vətənə dünya səviyyəsində dəstək verə biləcək bir 

qüvvəyə çevrilməsi müstəqil Azərbaycanın qarşısında duran 

ən mühüm vəzifələrdən biri və birincisidir. Bu müdrik insan 

dönə-dönə qeyd edirdi ki, Azərbaycan diasporu müstəqil 

dövlətimizin iqtisadi və siyasi maraqlarının həyata 

keçirilməsi, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ 

probleminin Azərbaycanın ərazi bütövlüyünün qorunması 

şərtilə həll edilməsi istiqamətində fəaliyyət göstərən güclü 

lobbiyə çevrilməlidir. Ümummilli liderin: «Suverenliyimizi 

daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün 

harada yaşamasından asılı olmayaraq, bu gün hər bir 

azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl 

və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur» fikri indi 

hər birimizin devizi olmalıdır. 

Beləliklə, 31 dekabr müxtəlif ölkələrdə yaşayan 

həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlini 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə