Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə10/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   6   7   8   9   10   11   12   13   ...   202

 

29

dostları ilə Cıdır düzünə qalxmışıq. O vaxt mən çox gənc idim. 



Amma onda gördüyüm Cıdır düzü indi də gözlərimin 

önündədir. Ucsuz-bucaqsız bu məkan qarşımızda gül-çiçək 

dənizi kimi dalğalanırdı. Göz işlədikcə uzanan hu 

cənnətməkan, Topxana meşəsinə enən yamacda dəli-dolu 

sıldırımlar, qayalıqlar köksündə qədim qəsrin divarları, 

dərənin dibində gümüş kəmərə bənzər çay… Atam isə orada 

da şakərindən qalmır, Şuşada, Cıdır düzündə hər şeyi bir-bir 

mənə göstərir, tarixini söyləyir, «Qarabağnamə»lərdən 

sitatlar gətirirdi: «Qarabağ ən qədim sivilizasiya ocağı olan 

Azıx mağarasının vətənidir. Azıx, Qarabağ kimindirsə, bütün 

Qafqaz da onundur» deyirdi… Çox təəssüf, indi bunları 

düşünə-düşünə tariximizi, keçmişimizi, itirdiklərimizi 

xatırlayıram. Bu gün Şuşa, Xocalı, Laçın, Ağdam, Cəbrayıl, 

Füzuli, Xocavənd, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdərə, 

Xankəndi kimi cənnət guşələr düşmən caynağındadır… Amma 

heç şübhəsiz, belə qalmayacaq. Ermənilər törətdikləri hər bir 

cinayətə görə cavab verəcəklər. Tezliklə haqq qılınc kimi 

sıyrılacaq. Bağlı qapıların tilsimi açılacaq… Bunun üçün biz 

həm də gənclərimizin vətənpərvərlik ruhunu, milli ruhunu 

yüksəltməliyik…» 

Görkəmli alim, ictimai xadim, professor Nizami Xudiyev 

həm də ləyaqətli ailə başçısıdır. Onun övladları bu gün 

cəmiyyətimizdə fəal mövqeyi ilə seçilən gənclərdir. 

Alimin böyük qızı Aytən Azərbaycan Dövlət Tibb 

Universitetinin ginekologiya kafedrasının assistentidir. 

Oğlu Nazim Bakı Şəhər Prokurorluğunda idarə 

prokuroru, hüquq elmləri namizədidir. 

Kiçik qızı Günel Azərbaycan Dövlət Tibb Universitetini 

bitirib. Nizami rayon 7 saylı doğum evində həkimdir. 

Alim altı nəvəsindən eşitdiyi «baba» kəlməsini ən sevimli 

söz hesab etdiyini də söyləyir. Övladları haqqında fikri isə 



 

30

belədir: «Rəhmətlik atam həmişə Məhəmməd 



Peyğəmbərimizin bir kəlamını sitat gətirərdi: «Atanın 

övladlarına öyrətdiyi ən yaxşı şey ədəbdir». Mən atamın bu 

tövsiyəsini övladlarımın tərbiyəsində əsas götürmüşəm. İndi 

həqiqətən görürəm ki, övlad üçün tərbiyədən yaxşı miras 

yoxdur. Xoşbəxtəm ki, övladlarım mənim etimadımı 

doğruldurlar…» 

Nizami Xudiyev «Boş vaxtınızda nə ilə məşğul 

olursunuz? Hobbiniz nədir?» sualına belə cavab verir: 

«Alimin boş vaxtı olmaz… Təbii ki, boş vaxtım çox az olur. 

Milli Məclisin iclasları, alim kimi oxuduğum mühazirələr, 

tədqiqat işlərim, araşdırmalarım məndən gərgin iş rejimi və 

vaxta qənaət etməyimi tələb edir. Vaxt da ki, balıq kimi 

adamın əlindən elə sürüşüb düşür ki, heç xəbərin olmur. 

Atalar, doğrudan da, gözəl deyiblər ki, vaxt qızıldır. Amma 

sözsüz ki, çox sevdiyim məşğuliyyətlərə də vaxt tapa bilirəm. 

Dövrü mətbuatı, demək olar ki, hər gün vərəqləyirəm. Əlimə 

fürsət düşən kimi bədii ədəbiyyat oxuyuram. Təbiətin 

qoynumda olmağı çox sevirəm. Anamla söhbətləşməkdən, bir 

də nəvələrimlə əylənməkdən zövq alıram. Xalq musiqimizin, 

muğamlarımızın vurğunuyam. Hərdən klassik musiqini də 

dinləyirəm. Əlimdə imkanım olsa, tez-tez dədə-baba yurduma 

– Şahbuza gedərəm. Amma təbii ki, vaxtla, imkanla arzum üst-

üstə düşmür. Buna baxmayaraq, ildə bir dəfə, atamın 

ildönümlərində ailəliklə Şahbuza gedirik. Ata-baba yurdumu

atamın məzarını ziyarət edirəm. Övladlarımı o müqəddəs 

yerlərlə bir daha tanış edirəm. Əslində, onların da uşaqlığı 

Şahbuzda keçib. Hər dəfə doğma el-oba ilə «görüş»dən sonra 

sanki yenidən doğuluram…». 

Görkəmli alim gələcək planları haqqında danışmağı 

xoşlamır: «Elə hər gün gördüyüm işlər sabah üçündür. 

Planlarım haqqında danışmağı ona görə sevmirəm ki, onlar 



 

31

bir növ vəd verməkdir. Vəd vermək əvəzinə isə iş görmək daha 



gərəklidir. Mən hazır işimi təqdim etməyi xoşlayıram». 

Bəli, bu gün Azərbaycanda diqqəti cəlb edən elm 

adamlarından, maraqlı şəxsiyyətlərdən biri olan tanınmış 

türkoloq, dilçi-alim, professor Nizami Xudiyev hər gün öz 

uğurlarının sırasını artırır. Yeni-yeni tədqiqatları ilə elmimizə 

töhfələr verir, yeni-yeni kitabları ilə təhsilimizi genişləndirir. 

Alim öz həyat kredosuna, amallarına hər zaman sadiqdir. O, 

aşıb-daşan, tükənmək bilməyən enerji ilə yenə də elmi 

araşdırmalarını davanı etdirir, istirahətindən, dincliyindən 

kəsib öz işini məsuliyyətlə yerinə yetirir. Atası Mənaf 

müəllimin məsləhəti, tövsiyəsi isə həmişə qulaqlarındadır: 

«Elm elə bir sərvətdir ki, biçildikcə daha bol məhsul verər». 

Alimin uğurlarının bir səbəbi isə seçdiyi yola inamıdır. 

Bu inamı ona verən isə zəhmətkeşliyi, əməksevərliyi, 

məsuliyyətidir. 

İnanırıq ki, yüksək intellekti və təşkilatçılıq bacarığı, iti 

ağlı, işıqlı zəkası, dərin düşüncəsi, gözəl nitq mədəniyyəti, 

alovlu vətənpərvərliyi ilə cəmiyyətdə böyük nüfuz qazanan, 

Azərbaycan dilçilik elminə, türkologiyaya, təhsilimizə zaman 

keçsə də öz dəyərini itirməyəcək sanballı töhfələr verən 

professor Nizami Xudiyevin daha parlaq işləri hələ 

qabaqdadır. 

Görkəmli alimə cansağlığı, hərtərəfli, çoxşaxəli 

fəaliyyətində böyük uğurlar arzu edirik. 

 

 

«İlin ziyalısı» kitabı. 



«Vektor» nəşrlər evi, 

2006, səh. 43-80 

 

 



 

32

 



 

 

 



MÜƏLLİFDƏN 

 

Oxuculara təqdim olunan bu kitab 2004-cü ildə 



«Azərnəşr» tərəfindən çap olunmuş «Zamanın axarı ilə» 

kitabının II cildidir. Sisteminə, quruluşuna və tədqiqat 

obyektinə görə I cildin davamıdır. Ona görə I cilddəki 

«Oxuculara» hissəsini II cildə də daxil etmək qərarına gəldim. 

Tale elə gətirib ki, gözümü açandan həmişə elmi-

yaradıcı mühitdə olmuşam. İnsana mənəvi cəhətdən çox şey 

verən bu mühitə doğru açılan cığırı, atılan ilk addımları adam 

heç vaxt yaddaşından çıxara bilmir. Tələbə elmi 

cəmiyyətindəki ilk araşdırma, geniş toplantıda ilk məruzə, 

qəzetdə çıxan ilk məqalə, görkəmli yazıçılarla keçirilən 

görüşdə ilk həyəcanlı çıxış məhz insanı elm və yaradıcılıq 

dünyasına aparan addımlardandır. Bütün bunlar barədə onu 

görə söz açıram ki, «Zamanın axarı ilə» kitabının I cildinə 

daxil etdiyim materialların arasında ilk qələm təcrübələrim – 

ədəbi dil tarixi, türkologiya, yazıçı dili, bədii dil problemləri 

və s. mövzularda yazılarım da var. Əslində kitabda yer alan 

məqalə, elmi araşdırma və müsahibələrin çoxu məhz bu 

mövzulardadır. Sadəcə olaraq müxtəlif mətbuat orqanlarında 

çap edilmiş yazılarımın bir hissəsini bu kitabda 

cəmləşdirməklə xalqımızın tarixi, ədəbi dilimiz və mənəvi 

dəyərlərimizlə bağlı bu gün gedən prosesləri oxucuların daha 

ardıcıl izləməsinə kömək etmək məqsədini qarşıya qoymuşam. 

Müxtəlif vaxtlarda qələmə alınmış ayrı-ayrı materialları 

gözdən keçirərkən bir daha bu qənaətə gəldim ki, hər bir yazı 

öz dövrünün ruhunu, düşüncə tərzini, həmin dövrün 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə