Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə6/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   2   3   4   5   6   7   8   9   ...   202

 

17

özünütəsdiq prosesində həm elmi, həm də siyasi-ictimai 



əhəmiyyət daşıyır. Bu kitab xalqın tarixi haqqını qorumaq 

yolunda çox uğurlu, gərəkli və cəsarətli bir addımdır. 

Oxucuların bu kitabdan öyrənəcəyi, ibrət götürəcəyi 

məqamlar çoxdur. 

«Zamanın axarı ilə» (I cild) kitabında isə alimin ədəbi 

dilimiz, onun problemləri, inkişaf və zənginləşmə yolları, 

ədəbi dilin tarixi, nitq mədəniyyəti və s. mövzularda 

məqalələri, müsahibələri toplanıb. Müxtəlif vaxtlarda qələmə 

alınmış bu yazılarda müəllifin bir alim, ziyalı, vətəndaş 

mövqeyi daha aydın görünür, onun xalqına, Vətəninə, 

tarixinə, dilinə böyük diqqət və məhəbbəti özünü qabarıq 

şəkildə büruzə verir. Kitabda janr və üslub xüsusiyyətlərinə 

görə bir-birindən fərqli olan 83 adda əsəri çap olunub. Bu 

əsərlər arasında «Zamanın yaddaşı» bölməsində müəllifin 

ümummilli liderimiz Heydər Əliyevlə bağlı qələmə aldığı 

«Heydər Əliyev fenomeni» məqaləsi diqqəti xüsusilə cəlb edir. 

«Heydər Əliyev və Azərbaycan dili», «Heydər Əliyev: 

müstəqilliyimiz, dövlətçiliyimiz», «Heç vaxt silinməyən 

yaddaş», «Siyasi nüfuz və qüdrətin təzahürü», «Xeyirxahlığın 

ali nümunəsi», «Böyüklük… sadəlik», «Azərbaycanın işıqlı 

gələcəyinin təminatçısı», «Həmişə zirvədə» adlı 

yarımbaşlıqlarla yazılmış bu məqalə səciyyəsi və mündəricəsi 

etibarilə siyasi xarakter daşısa da, məqalənin dilinə səmimi

lirik bir ovqat hakimdir. 

Bu kitab haqqında filologiya elmləri namizədi Xanəli 

Kərimli «Zamanın axarı dəyişkən olur» adlı məqaləsində 

yazır: «… bu başlığı təsadüfən seçmədik. Təbii ki, zaman 

dəyişir və dəyişdikcə də yeni məzmun və mahiyyət kəsb edir. 

Fikrimizcə, bütün zamanların axarında dəyişməyən bir şey 

var ki, o da özünə hörmət qoyan şəxsiyyət və mənliyinin 

dəyərini dərindən dərk edən insanın mövqeyi, əqidəsi, bir də 



 

18

onun vaxtında, zamanında yaratdığı maddi və mənəvi 



dəyərlərdir. «Zamanın axarı ilə» kitabı Nizami Xudiyevin 

ömrünün, gününün yaddaşından, yaşadığı zamanın bətnindən 

damla-damla süzülüb gələn mənəvi bir dəyərdir ki, bu dəyər 

gələcək zamanlar üçün dəyişilməz olaraq qalacaqdır». Bu 

fikirlər kitab haqqında çox şey deyir və fikirlərlə 

razılaşmamaq mümkün deyil. 

Nizami Xudiyevin bir sıra kitab və məqalələri xarici 

ölkələrdə (İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, 

Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s.) nəşr edilmişdir. 

Professor Nizami Xudiyev bu gün pedaqoji fəaliyyətini 

də uğurla davam etdirir, geniş auditoriyalarda tələbələr 

qarşısında mühazirələr oxuyur, onlara ana dilimizin 

gözəlliklərini, incəliklərini sevə-sevə tədris edir, öz zəngin 

biliyini böyük səxavətlə tələbələrinin yaddaşına köçürür. 

Tələbələri onu həm də həssas qəlbli bir pedaqoq kimi sevirlər. 

Onun yetişdirdiyi gənc alimlər isə bu gün fəxrlə onunla çiyin-

çiyinə universitet auditoriyalarında dərs deyirlər. 

Zəngin müşahidə qabiliyyətinə, həssas qəlbə, analitik 

təfəkkürə malik olan professor Nizami Xudiyev həm də gözəl 

publisistdir. Ana dilimizin incəliklərinə dərindən bələd olması 

bu sahədə özünü daha qabarıq göstərir. Bu mənada, onun 

portret oçerkləri daha çox yadda qalır. Alimin ulu öndər 

Heydər Əliyev haqqında «Heydər Əliyev fenomeni», «Dərin 

zəka və yaddaş sahibi» adlı oçerkləri xalqımızın bənzərsiz 

övladı haqqında ən dəyərli publisistik yazılardan hesab oluna 

bilər. «Heydər Əliyev fenomeni» oçerkində oxuyuruq: «… 

Heydər Əliyev. Müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə 

dünyanın ən nəhəng sayseçmə siyasətçiləri ilə bir sırada 

özünə əbədi yer alan ən böyük azərbaycanlı. Adı 

Azərbaycanın, bütövlükdə türk dünyasının tarixinə qızıl 

hərflərlə yazılmış dahi. Belə dahilər, bu cür hərtərəfli düşüncə 



 

19

və dərrakəyə, təfəkkürə malik insanlar isə hər əsrin və hər 



xalqın bəxtinə düşmür! Bu siyasət korifeyinin heç bir təbliğ 

təntənələrinə ehtiyacı olmasa da, biz dönə-dönə ona 

qayıdacağıq, o səbəbdən ki, özümüzün ona ehtiyacımız 

var!…» 


Nizami Xudiyevin xalqımızın tanınmış övladları 

haqqında, o cümlədən Şıxəli Qurbanov, İsmayıl Şıxlı, Cavad 

Heyət, Rəhim Rəhimov, Budaq Budaqov, Murtuz Ələsgərov, 

Məmməd Araz, Mövlud Süleymanlı və başqaları barədə 

portret oçerkləri də çox oxunaqlı və təsirlidir. Müəllif oxucuya 

öz qəhrəmanının daxili aləmini parlaq detallarla çatdırmaqla 

bərabər, həm də onların cəmiyyətdəki mövqeyi, fəaliyyəti, 

Vətən, xalq qarşısında xidmətləri haqqında dolğun təsəvvür 

yaratmağa müvəffəq olur. Onun nəzərində Şıxəli Qurbanov 

«…gözəl yazıçı-dramaturq, böyük alim, görkəmli ictimai 

xadim», İsmayıl Şıxlı «…qətiyyətli, prinsipial, xeyirxah, 

qayğıkeş, sözü keçən alim-pedaqoq», Əbdül Əlizadə 

«…saflığını, təmizliyini, ucalığını qoruya bilən gözəl alim», 

Məmməd Araz «…şeirində hər sözün, hər kəlmənin yeri olan 

böyük şair», Murtuz Ələsgərov «…özündə bir çox ümummilli 

maraqları, həşəri dəyərləri birləşdirən və haqqını əməlləri ilə 

təsdiq edən ağsaqqal», Cavad Heyət «…dünya miqyasında 

tanınmış cərrah və tədqiqatçı, ədəbi dilimizin təbibi», Budaq 

Budaqov «…əsl elm və ziyalılıq fədaisi», Rəhim Rəhimov 

«…həqiqi vətəndaş, müdrik el ağsaqqalı», Mövlud Süleymanlı 

«…hər əsərinə, hər cümləsinə, hər kəlməsinə ciddi yanaşan 

yazıçı»dır. 

Nizami Xudiyevin bu yaxınlarda işıq üzü görmüş, əziz 

atasının 85 illik yubileyinə həsr etdiyi «Mənalı ömür yolu» 

kitabı isə onun əsl yazıçı qələminə, yazıçı səriştəsinə sahib 

olduğunu sübut edir. Alim uşaqlığı, valideynləri, böyüyüb 

boya-başa çatdığı doğma ocağı, el-obası, həmçinin tələbəlik 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə