Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə5/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   2   3   4   5   6   7   8   9   ...   202

 

14

türk etnos və dillərinin qədim və aparıcı mövqeyini 



işıqlandırarkən İran və qafqazdilli tayfaların bu ərazidəki 

tarixi rolunu da unutmayıb, 

Professor Qəzənfər Kazımov Nizami Xudiyevin bu 

kitabını Azərbaycan ədəbi dilinin hərtərəfli elmi tədqiqi 

sahəsində nailiyyəti hesab edərək yazır ki, o, xalqın tarixinin 

və dilinin minilliklər boyu keçdiyi həqiqi, təbii inkişafın 

tədqiqi sahəsində böyük yenilikdir, həmçinin tarixçi və 

dilçilərin tədqiq və araşdırmalarını çox uğurlu şəkildə 

ümumiləşdirməklə xeyirxah bir niyyətə xidmət edən dərslik 

kimi çox dəyərlidir. 

«Heydər Əliyev və Azərbaycan dili» kitabında isə 

professor Nizami Xudiyev həm ədəbi dilimizin vüsətini, həm 

də öz parlaq nitqləri ilə ayrı-ayrı üslubların valehedici 

vəhdətini göstərən və sözün həqiqi mənasında, dövrümüzün 

ictimai-siyasi natiqlik məktəbi sayılan Heydər Əliyevin 

mükəmməl natiq obrazını ustalıqla, təbii və canlı boyalarla 

yaratmışdır. Bu əsər bir tərəfdən Nizami Xudiyevin daim 

Azərbaycan dilinin qayğısını, təəssübünü çəkən Heydər Əliyev 

kimi fədakar və nəhəng bir şəxsiyyətə alim, vətəndaş 

ehtiramıdırsa, digər tərəfdən, elmi məzmunuma, aktuallığına, 

predmetinə orijinal yanaşma tərzinə görə təkcə dilçiliyimizdə 

yox, bütövlükdə mədəniyyətimizdə mühüm hadisədir. 

Professor Nizami Xudiyevin siyasət nəhəngi olan Heydər 

Əliyevin natiqliyi barədə yazmasının iki səbəbi var. Əvvəla, 

Heydər Əliyevin siyasi məsləkdaşı kimi onunla daim təmasda 

olub, bu böyük şəxsiyyətin alovlu, məntiqli çıxışlarını ardıcıl 

izləyib və onun natiqlik təcrübəsini ümumiləşdirib yaymaq 

ehtiyacı müəllifi bu vacib işə sövq edib. Digər tərəfdən, dil 

tarixi ilə məşğul olanlar ayrı-ayrı dövrlərdə yaşamış görkəmli 

şəxsiyyətlərin dilin inkişafındakı xidmətlərini daha dəqiq və 

düzgün qiymətləndirə bilirlər. Bu mənada, professor Nizami 



 

15

Xudiyevin məhz Heydər Əliyev dilinə müraciət etməsi çox 



qanunauyğun bir haldır. 

Kitabda, həmçinin Heydər Əliyevin gənc nəslin ana 

dilini düzgün, hərtərəfli, elmi əsaslar zəminində mənimsəməsi 

ilə bağlı dəyərli məsləhətlərinə, o cümlədən ana dilinin hər 

bir şəxsin mənəvi inkişafında, sosial-psixoloji cəhətdən 

formalaşmasında, mükəmməl insan-şəxsiyyət kimi 

yetişməsində rolu məsələlərinə xüsusi diqqət yetirilir. 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dili 

haqqında fikirləri, mülahizələri, qeydləri, onun dil siyasəti, dil 

quruculuğu sahəsində gördüyü işlər, hər bir azərbaycanlıya 

ana dilini qorumaq, işlətmək və yaymaq haqqında tövsiyələri 

ümumiləşdirilir. Bu cür əsərlər məhz ana dilinə, öz xalqına, 

onun müdrik rəhbərinə sonsuz məhəbbət bəsləməyin 

nəticəsində yarana bilər. 

Professor Nizami Xudiyevin «Sabaha inamla» kitabı isə 

ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə 

davam etdirən, artıq bütün dünyada ciddi simalı dövlət 

başçısı, siyasi lider kimi qəbul olunan, Azərbaycanın 

tərəqqisi, yüksəlişi, dünya inteqrasiyası yolunda böyük işlər 

görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 

həsr olunub. Müəllif yazır: «…Məncə, xalqımız üçün son 

dərəcə misilsiz, heç bir tarixi şəxsiyyətlə müqayisəyə gəlməz 

dərəcədə böyük işlər görən Heydər Əliyevin Azərbaycana 

bəxş etdiyi ən qiymətli, ən əvəz olunmaz xidmətlərdən, 

yadigarlardan biri də İlham Əliyevdir. O, müasir Azərbaycan 

gəncliyinin, yeni Azərbaycan dünyasının ümidlərini, arzu və 

istəklərini, «əbədi və dönməz» dövlət müstəqilliyimizlə, milli 

istiqlalımızla bağlı daha böyük, daha xoşbəxt perspektivlərini 

təmsil edir. Onun istiqlalçı, islahatçı təfəkkürü, sarsılmaz milli 

mövqeyi Heydər Əliyevin kursu, platforması ətrafında 

birləşir…» 



 

16

Onu da qeyd edək ki, Nizami Xudiyev «Sabaha inamla» 



kitabını 2002-ci ildə yazıb. Zaman, dövr isə görkəmli alimin 

fikirlərinin qədər məntiqli, nə qədər obyektiv, nə qədər dəqiq 

olduğunu sübut etdi. Fikrimizcə əlavə şərhə ehtiyac yoxdur. 

Alimin son illərdə işıq üzü görmüş «Xalqın tarixi haqqı: 

dilimiz, varlığımız», habelə «Zamanın axarı ilə» (I cild) 

kitabları da ədəbi ictimaiyyət tərəfindən böyük diqqət və 

maraqla qarşılandı. 

«Xalqın tarixi haqqı: dilimiz, varlığımız» kitabı 

xalqımızın soy kökünə, dilimizə, varlığımıza ayna tutur, bu 

böyük mənəvi dəyərlərimizə vurulan zərbələrə tutarlı cavab 

verir. Professor Nizami Xudiyev bu kitabı ilə bir daha 

göstərdi ki, qədimdən-qədim düşmənlərimizin işğalçı 

olduğunu sübuta yetirməyin ən doğru yolu Azərbaycan 

xalqının tarixi haqqını keçmiş zamanın dərinliklərindən üzə 

çıxarmaq, xalqın kökünə endirilən baltalara öz sözünü, əsərini 

sipər etməkdir. 

«Xalqın tarixi haqqı: dilimiz, varlığımız» kitabına 

«Vətəndaş qayələri və elmi səriştə» adlı ön söz yazan 

görkəmli yazıçı Elçin də belə bir cəhəti vurğulayır ki, ictimai 

fikrimizi formalaşdırmaq işığında olan qələm sahiblərimiz 

yaranmış münbit zəmində – müstəqilliyimizin verdiyi 

imkandan ciddi elmi vətəndaş qeyrəti ilə istifadə etməli, 

fədakarlıq nümunəsi göstərməlidirlər və artıq professor 

Nizami Xudiyev belə bir nümunəni göstərib. 

Həqiqətən də Azərbaycan xalqının milli-mənəvi 

sərvətləri uğrunda elmi mücadilə dil tariximizi və 

ümumiyyətlə, tariximizi saxtalaşdırmaq cəhətlərinə kəsərli 

elmi cavab verməkdir. Və bu cür bacarıq ««Xalqın tarixi 

haqqı: dilimiz, varlığımız» kitabında özünü qabarıq şəkildə 

göstərir. Elə bu baxımdan da professor Nizami Xudiyevin 

kitabı müstəqil Azərbaycan Respublikasının dünya birliyində 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə