Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   2   3   4   5   6   7   8   9   ...   26

13 

qabiliyyətinin  yüksəldilməsi  ilə  qeyri-neft  sektorunun  inkişafı  sahəsində  müəyyən 

addımlar atılmışdır. 

Nəzəri  və  tətbiqi  iqtisadiyyat  elmi  keçid  dövrü  iqtisadiyyatının  qarşılaşdığı 

problemlərin  həlli  üçün  bir  sıra  nəzəri  fikirlər  formalaşdırmış  və  bu  fikirlər  bəzi 

ölkələrdə  tətbiq  edilərək  müəyyən  nəticələr  əldə  edilmişdir.  Lakin  bu  nəzəriyyələr 

yalnız  birbaşa  bazar  iqtisadiyyatına  keçid  proseslərini  tənzimləməyə  xidmət  edir. 

Azərbaycan  kimi  ölkələrin  isə  sovetlər  dövründə  yaradılmış  iqtisadi  infrastrukturu, 

sənaye  potensialını,  kifayət  qədər  savadlı  əhalisi  və  s.  vardır.  Bu  ölkələrdə.  digər 

tərəfdən  uzunmüddət  bazar  iqtisadiyyatının  prinsipləri  deyil,  inzibati-amirlik 

münasibətləri hökm sürmüşdür. Odur ki, keçid dövrünün çox qısa bir zaman çəkəcəyi 

düşüncəsində  olanlar,  böyük  ehtimalla  yanılırlar.  Bu  mənada  keçid  dövrü 

iqtisadiyyatının özəlliklərinin, ümumi qanunauyğunluqlarının öyrənilməsinin məqbul 

konsepsiyaların işlənib hazırlanmasında böyük əhəmiyyəti vardır. Məhz buna görə də 

bu ümumi problem və qanunauyğunluqların nəzərdən keçirilməsi məqsədəuyğundur. 

qtisadi ədəbiyyatda qeyd olunduğu kimi, bütövlükdə iqtisadiyyat dörd sektora 

bölünür: Manetar sektor,Real sektor,Xarici sektor və Sosial sektor. 

 Real sektora kənd və meşə təsərrüfatı, ovçuluq və balıqçılıq, sənaye, istehsal, 

tikinti və xidmət sahələri (ticarət, nəqliyyat, rabitə, təhsil, səhiyyə. elm,  mədəniyyət 

və  s.)  daxil  edilir.Cədvəl.1.də  real  sektora  kredit  qoyuluşlarının  müqayisəli  təhlilini 

görə bilərik. 

Real sektora kredit qoyuluşu, (milyon manat)      

                                                                                                                                    Cədvəl.1. 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı

 

Sektorlar 



 31.12.2013 

 30.09.2014 

Artıb/Azalıb 

Sənaye və istehsal 

 1516,4 

 2021,0 


 504,6 

Kənd təsərrüfatı və emal 

 733,3 

 807,6 


 74,3 

Ticarət və xidmət 

 2219,9 

 2536,3 


 316,4 

nşaat və əmlak 

 2362,6 

 2434,2 


 71,6 

Nəqliyyat və rabitə 

 506,0 

 582,6 


 76,6 

Energetika, kimya və təbii ehtiyatlar   288,2 

 221,0 

 -67,2 



14 

         Azərbaycan  Respublikası  DSK-nın  milli  hesablar  sisteminin  təsnifatına  görə, 

real  sektorun  məhsul  istehsal  edən  sahələrinə  sənaye,  kənd  təsərrüfatı,  ovçuluq  və 

meşə  təsərrüfatı;  tikinti,  xidmət  sahələrinə  isə  nəqliyyat,  poçt  və  rabitə,  topdan  və 

pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının 

təmiri, mehmanxana və restoranlarda xidmətin göstərilməsi, sosial və digər xidmətlər 

aid  olunur.  Mərkəzi  Bankın  təsnifatına  görə  isə,  real  sektorun  sahələrinə  ticarət  və 

xidmət;  energetika,  kimya  və  təbii  ehtiyatlar,  kənd  təsərrüfatı  və  emal;  inşaat  və 

ə

mlak;  sənaye  və  istehsal;  nəqliyyat  və  rabitə;  ev  təsərrüfatları;  ictimai  təşkilatlar; 



hökümət idarələri və digər sektorlar daxil edilir.  

Dövlət  müxtəlif  iqtisadi  siyasət  (büdcə,  vergi,  bank-kredit,  valyuta,  xarici-

iqtisadi,  siyasət  və  s.)  tədbirlərindən  istifadə  edərək  real  sektorun  formalaşmasına 

ə

həmiyyətli  təsir  göstərir  və  sosial  tərəqqini  təmin  edir.  Hazırki  şəraitdə  pul-kredit 



siyasəti  dövlətin  real  sektora  təsirinin  dolayı  formalarından  biridir.  O,pulun 

iqtisadiyyatın real sektorunda rolu və onun əsas makroiqtisadi parametrlərə (iqtisadi 

artım,  məşğulluq,  qiymət,  tədiyyə  balansı)  təsiri  haqqında  nəzəri  konsepsiyalara 

ə

saslanır.  Müasir  nəzəriyyələrdə  pula  və  kreditə  real  sektorun  formalaşması  və 



inkişafının fəal amilləri kimi baxılır. 

          Real  sektorda  bank  sisteminin  inkişafına  tarixi  zərurətlə  bağlı  olan  bir  sıra 

makroiqtisadi və siyasi amillər təsir edir. Bu amilləri ayrı-ayrı araşdıraq. 

1.  Əmtəə-pul  münasibətlərinin  inkişaf  səviyyəsi.  Banklar  iqtisadiyyatda  pulla 

bağlı  əməliyyatları  yerinə  yetirirlər.  Onlar  fiziki  və  hüquqi  şəxslərin  sərbəst  pul 

vəsaitlərini  cəlb  edir,  kreditlər  verir,  müxtəlif  məqsədlə  nağd  və  nağdsız 

hesablaşmalar  aparırlar.  Buna  görə  də  ölkə  iqtisadiyyatında  əmtəə-pul 

münasibətlərinin, istehsal və ticarətin inkişaf səviyyəsi, pul dövriyyəsinin vəziyyəti, 

bank sisteminin fəaliyyətinə əsaslı surətdə təsir edir, onun mənasını müəyyənləşdirir.  

2.  ctimai və iqtisadi qaydalar, onların məqsədli təyinatları və sosial 



istiqamətləri

.  Əgər  cəmiyyətdə  bu  və  ya  digər  formada  əmanət,  depozit  fəaliyyəti 

kifayət dərəcədə stimullaşdırılmazsa və bu iş mövcud qaydalarla, normativ sənədlərlə 

nizamlanmazsa,  onda  banklar  hüquqi  və  fiziki  şəxslərin  sərbəst  vəsaitini  cəlb  edə 

bilməz.  Əgər  cəmiyyətin  inkişafının  hər  hansı  bir  mərhələsində,  hərbi  kommunizm 



15 

dövründə olduğu kimi əmtəə  mübadiləsi və pul dövriyyəsi dayandırılarsa və sadəcə 

olaraq  bu  proses  əmtəə  bölgüsü  vasitəsilə  həyata  keçirilərsə,  belə  vəziyyətdə  nə 

banklar, nə də ki, digər kredit təşkilatları səmərə əldə edə bilməz və sistemin inkişafi 

ləngiyər. 

3.  Qanunvericilik  bazasi  və  qanunlar.  Dünyanın  bir  çox  ölkələrində  mövcud 

bank  qanunvericiliyi  heç  də  bir-biri  ilə  eyniyyət  təşkil  etmir  və  onların  arasinda 

böyük  fərqlər  mövcuddur.  Elə  ölkələr  vardır  ki,  orada  banklara  qiymətli  kağızlarla 

ə

məliyyat  aparmaq, öz kapitalını  iqtisadiyyatın  hər  hansı  bir sahəsinə  yönəltmək və 



ya sahələrlə təmərközləşmə aparmaq qadağan edilmişdir. Digər ölkələrdə isə banklara 

siğorta işi ilə məşğul olmağa icazə verilmir. Bank qanunvericiliyi bu sistemin zəruri 

bir  hissəsidir.  Hal-hazirda  Azərbaycanda  bank  fəaliyyətinə  dair  iki  əsas  qanun 

fəaliyət göstərir: 1)12 dekabr 2004-ci il tarixli «Azərbaycan Respublikasinin Mərkəzi 

Banki haqqında qanun», 2) 16 yanvar 2004-cü il tarixli «Azərbaycan Respublikasinda 

banklar haqqında qanun». 

4.  qtisadiyyatda  bankların  rolu  və  mahiyyəti  haqqında  ümumi  təsəvvürlər.  

Mərkəzləşdirilmiş  idarəetmə  sistemi  şəraitində  banklar  dövlət  idarəetmə  sisteminin 

bir  hissəsi  kimi  müəssisəyə  təşkilatların  fəaliyyətinə  nəzarət  edən  orqan  şəklində 

mövcud  idi.  Bu  şəraitdə  banklar  maddi  nemət  yarada  bilmədən  üst  qurum  rolunda 

çıxış edirdi. 

Bazar  iqtisadiyyatı  və  ona  keçid  şəraitində  banklar  tamamilə  fərqli  xarakter 

daşıyırlar. Çoxpilləli bir sistem yaranır, bank sistemində müxtəlif mülkiyyət formaları 

-  dövlət,  şəxsi,  kooperativ,  səhmdar,  qarışıq  və  s.  fəaliyyətə  başlayır, 

ixtisaslaşdırılmış  kredit  təşkilatları  yaranır.  Banklar  artıq  çoxsaylı  əməliyyatlar  üzrə 

xidmətləri həyata keçirir. Beləliklə, sistemin inkişaf etməsi onun mahiyyətindən irəli 

gəlir, təsəvvürlər dəyişdikcə sistemə münasibət də dəyişir. 

Banklar  iqtisadi  yüksəliş  dövründə  daha  səmərəli  vəziyyətdə  olurlar.  Belə  ki, 

müəssisələrin,  fiziki  və  bütün  hüquqi  şəxslərin  fəaliyyətləri  genişlənir,  bank 

xidmətlərinə  tələbat  güclü  surətdə  artir.  Bank  əməliyyatları  çoxalır,  nəticədə  əldə 

olunan mənfəət də artir. Bu mənfəət kredit təşkilatlarının inkişafina sərf edilir. Belə 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə