Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   36   37   38   39   40   41   42   43   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



161

temperaturda 

saxlanılmalıdır. 

Soyuq 


şə

raitdə 


bulanıqlaşması  təbiidir  və  keyfiyyət  pozuntusu  deyil. 

Saxlanılma müddəti 2 ildir. 

 “Bakы Qida və Yağ Fabriki” MMC-də istehsal 

olunub satışa verilən “Final” (Olive oil)  zeytun yağının 

etiketində AZS 239-2006 saylı texniki şərtlərdə aşağıdakı 

standart məlumatlar verilir. 

             Xalis yağ 99,9%-dir. 100 qram məhsulun enerji 

dəyəri  898  ккал.  Холестеринсиздир.    Е  витамини 

(токоферол)  72  мг-dır.  Xalis  çəkisi  910  qram.  Həcmi  1 

litr.    20

o

C  –  25


o

C  arası  temperaturda  saxlanılmalıdır. 

Saxlanılma müddəti 2 ildir. 

“Final”  (Olive  oil)  və  “Zeytun  bağları”  (Pure 

olive oil)

 markalı zeytun yağları  TS-EN- SO-9001, S.No 

KY-1370-03-KG-00/10-R  və    TS-EN- SO-22000  S.No 

GY-534/11 

standartlarına 

uyğun 


sənədləşdirilmiş 

müəssisələrdə istehsal edilir. 

 Апaрдыьымыз  арашдырмалар    sübut  etmişdir  ки, 

“Bakы Qida və Yağ Fabriki” MMC-də   истещсал олунан  

“Zeytun bağları” тижарят нишанлы зейтун  йаьынын kimyəvi 

tərkibi  və  кейфиййяти    стандарт  эюстярижилярдян  гат-гат 

цстцндцр  вя  ондан  эцндялик  гидамызда  истифадя 

олунмасыны бир мцтяхясsис олараг мяслящят эюрцрцк.  

Üçüncü  fəsildə  zeytun  yağının  müalicəvi 

xassələri  haqqında  ətraflı  və  maraqlı  məlumatlar  da 

verilmişdir. 

Kitabın 


dördüncü 

fəsli 


zeytun 

yağının 


keyfiyyətinin  ekspertizasına  həsr  olunmuşdur.  Burada  

ekspertizanın  obyekti,  məqsədi  və  üsulları,  faktiki 

materialların  və  orta  nümunənin  götürülməsi,  tədqiqə 

hazırlanması,  zeytun  yağının  orqanoleptiki  və  fiziki-

kimyəvi  göstəricilərinin  ekspertizası,    ekspertiza 

nəticələrinin  riyazi-statistik  işlənməsi  və  müzakirəsi  öz 

ə

ksini tapmışdır. 



Zeytun və zeytun yağı_________________________________ 

 

162



Biz  əsasən    “Bakы  Qida  və  Yağ  Fabriki” 

MMC-də      истещсал  олунан    “Final”    və  “Zeytun 



bağları”  ticarət  markalı  zeytun  yağının  ekspertizasını 

aparmışıq.  Müqayisə  üçün  spaniyadan  idxal  olunan 



Pomace markalı zeytun yağı da tədqiq edilmişdir. 

Ekspertiza aparmaqda əsas məqsəd respublikada 

istehsal olunan və xaricdən gətirilən bir neçə çeşid zeytun 

yağının  orqanoleptiki  və  fiziki-kimyəvi  göstəricilərinin 

qüvvədə  olan  normativ  texniki  sənədlərin  tələbinə 

uyğunluğunu müəyyən etmək olmuşdur. 

 Zeytun  yağının  orqanoleptiki  göstəricilərindən 

yağın  iyi,  dadı,  rəngi,  şəffaflığı  və  çöküntünün  olması 

müəyyən  edilmişdir.  Zeytun  yağının  fiziki-kimyəvi 

göstəricilərindən  həcm  kütləsi  və  ya  yağın  sıxlığı, 

ş

üasındırma  əmsalı,  turşuluq  ədədi,  yod  ədədi  və  digər 



göstəricilər müəyyən edilmişdir. 

Tədqiqatın  nəticələri  göstərdi  ki,  “Final”    və 



“Zeytun  bağları”  ticarət  markalı  zeytun  yağlarının 

keyfiyyəti  həm  orqanoleptiki  və  həm  də    fiziki-kimyəvi 

göstəricilərinə  görə  qüvvədə  olan  normativ  texniki 

sənədlərin tələbinə tam cavab verir, hətta bəzi göstəricilər 

üzrə daha yaxşıdır.  

Kitabda  zeytunun  və  zeytun  yağının  müalicəvi 

ə

həmiyyəti  cox  geniş  izah  edilir.  Zeytun  yağı  müalicəvi 



ə

həmiyyətinə  görə  çox  qiymətlidir.  O  mədə-bağırsaq, 

şə

kərli  diabet,  ateroskleroz,  böyrək,  öd  yolları  və  digər 



xəstəliklərdə  orqanizmə  müsbət  təsir  göstərir.  Odur  ki, 

sağlam olmaq istəyənlər gündəlik qidalarında mütləq 30 – 

40  qramdan  az  olmayaraq  zeytun  yağından  istifadə 

etməlidirlər. 



 “Zeytun  və  zeytun  yağı”  kitabındakı 

məlumatlara  və  aparılan  tədqiqat  işlərinə  yekun  vuraraq 

aşağıdakı təklifləri vermək olar. 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



163

1.  Abşeron  yarmadasının  torpaq-iqlim  şəraiti  bu 

bölgədə  zeytunçuluğun  inkişaf  etdirilməsinə  imkan  verir. 

Odur  ki,  Abşeronda  zeytun  bağlarının  əkin  sahəsinin 

genişləndirilməsi məqsədəuyğundur. 

2.  Zeytun  qiymətli  bitki  olduğuna  görə 

Respublikamızın  digər  bölgələrində  də  onun  becərilməsini 

və  əkin  sahələrinin  artırılmasını  təşkil  etmək  məsləhət 

görülür. 

3. Zeytun meyvələrindən sənaye üsulu ilə müxtəlif 

konserv məhsullarının  istehsalının artırılması günün vacib 

problemlərindəndir.  Çünki  belə  məhsulların  çox  hissəsi 

xaricdən baha qiymətə, həm də valyuta hesabına  gətirilir. 

4.  Yüksək  keyfiyyətli  zeytun    konservləri 

hazırlamaq  məqsədilə  zeytunun  iri  meyvəli  və  çox  ətlikli 

(çəyirdəyi  xırda)    sortlarının  əkin  sahələri  daha  da 

artırılmalıdır. 

5.  Keçən  əsrin  70-80-cı  illərində  Maştağada 

fəaliyyət göstərən zeytun zavodunda içinə badam qoyulmuş 

zeytun  konservləri  hazırlanırdı.  Yaxşı  olardı  ki,  badam, 

sarımsaq  və    qırmızı  şirin  bibər  içlikli  zeytun  konservləri 

istehsal edilsin. 

6.  Azərbaycanın  bəzi  bölgələrində  ev  şəraitində 

zeytun  mürəbbəsi  hazırlanır.  Zeytunun  irimeyvəli  tam 

yetişmiş  qara  rəngli  meyvələrindən  hazırlanan  zeytun 

mürəbbəsi  qoz  mürəbbəsini  xatırladır.  Sənaye  üsulu  ilə 

zeytun  mürəbbəsinin  istehsalına  başlanılması  əhalinin 

keyfiyyətli,  qidalı,  eləcə  də  müalicəvi  əhəmiyyətli  zeytun 

məhsulları ilə təmin olunmasına imkan verərdi. 

7.  Tərəfimizdən  zeytun  püresi  əlavəli  mayonezin 

hazırlanması  texnologiyası  islənmiş  və  belə  məhsulun 

sənaye üsulu ilə kütləvi istehsalını təşkil etmək məsləhətdir. 

Bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  mayonez 

istehsalında  əsas  mayonez  pastasına  15-20%    miqdarında 

qələvi  ilə  acılığı  kənar  edilmiş  zeytunun  ətliyindən  alınan 

Zeytun və zeytun yağı_________________________________ 

 

164



püre qatılır və sonra bitki yağı əlavə edilərək mayonez əldə 

edilir. 


8.  Zeytun  yağı  tərkibinə  və  pəhrizi  əhəmiyyətinə 

görə  digər  bitki  yağlarından  üstündür.  Ona  görə  də 

insanların    gündəlik  qidasında  30-45  qram  (2-3  xörək 

qaşığı) zeytun yağı istehlak etmək məsləhət görülür. Yaxşı 

olar  ki,  zeytun  yağı  salatlara,  vineqredlərə,  soyuq 

qəlyanaltılara və hazır xörəklərə isti emaldan keçirilmədən 

ə

lavə  edilsin. Bu qayda ilə istifadə olunan zeytun  yağının 



orqanizm  üçün  daha  çox  müalicəvi  və  profilaktiki 

ə

həmiyyəti vardır. 



9.    Digər  bitki  yağları  ilə  müqayisədə  zeytun 

yağında  doymamış  yağ  turşularından  olein  yağ  turşusunun  

çox  yüksək  nisbətdə  (bütün  yağ  turşularının  65%-ə  

qədərini  təşkil  edir)    olduğu  təsdiq  edilmişdir.  Olein  yağ 

turşusu 

insan 


orqanizmindən 

xolesterinin 

zərərli 

fraksiyasını  xaric  edir,  lazımlı  və  xeyirli  fraksiyanın  isə 

qorunub  mənimsənilməsinə  şərait  yaradır.  Odur  ki,  zehni 

ə

məklə  məşğul  olan  və  yaşlı  insanlar  gündəlik  qidalarında 



yalnız “Bakı Qida və Yağ Fabriki” MMC-nin istehsal etdiyi 

“Zeytun  bağları”  və  “Final”  zeytun  yağlarından  istifadə 

etməlidirlər. 

10. Zeytun yağlarının orqanizm üçün əhəmiyyətini 

nəzərə  alaraq  onların  istehsalının  artırılması,  çeşidinin 

təkmilləşdirilməsi  və  keyfiyyətinin  yaxşılaşdırılması 

məsləhət görülür. 

11.  Son  zamanlar  Respublikamıza  xarici 

ölkələrdən  müxtəlif  adlarda  zeytun  yağı  gətirilir.  Bu 

yağların keyfiyyəti yoxlanarkən onların tərkibindəki toksiki 

elementlərin, 

mikotoksinlərin, 

pestisidlərin, 

radionuklidlərin  və  digər  insan    orqanizmi  üçün  zərərli 

maddələrin  olması  mütləq  dəqiqləşdirildikdən  və  ciddi 

keyfiyyət  karantin  nəzarətindən  keçirildikdən  sonra  satışa 

verilməlidir. 



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə