“Dədə Qorqud”un möcüzələr dünyası
331
75). Sonuncu birləşmədə ümumi zaman və ya gələcəkdə icra olu-
nacaq iş və hərəkətin zamanı, birinci və ikinci birləşmələrdə (ox
atanda, hər atanada) isə keçmişdə icra olunmuş iş və hərəkətin za-
manı ifadə olunub. Bu da, qeyd etdiyimiz kimi, birbaşa həmin
cümlələrin əsas feillərindəki morfoloji göstəricilərin qrammatik
semantikası ilə bağlıdır;
− ikinci tərəfi -dıqda, -dikdə şəkilçili feli bağlama ilə ifadə
olunan birləşmələrdə cümlənin feli xəbəri (əsas feil) hansı zamanı
ifadə edirsə, birləşmədə ifadə olunan hərəkət də həmin zamana
aid olur: “Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır
oldı” (D-26); “Oğuzuη ala gözli qızı-gəlini bildıqda, hər kişi sö-
zün söylədikdə sən orada turasan, ögyəsən...” (D-197). Bu tip bir-
ləşmələrə “Kitab”ın dilində az rast gəlinir;
− ikinci tərəfi -madın, -mədin şəkilçili feli bağlama ilə ifadə
olunan birləşmə əsas feildən əvvəlki iş və hərəkətin zamanını
ifadə edir: “Mən qaraquç atıma binmədin ol binmax gərək” (D-
81); Qaytabanda dəvələrin bozlatmadan...” (D-299). “Kitab”ın
dilində bu tip birləşmələrə uyğun modellərin təkrarlanması ilə
poetikliyin qüvvətləndirilməsi qabarıq şəkildə görünür. Sonuncu
nümunəyə sintaktik bütöv daxilində diqqət yetirək:
Yigitlərim, Aruz oğlu Basat gəlmədin,
Elim-günim çapılmadın,
Qaytabanda dəvələrim bozlatmadın
Qaraqucda Qazlıq atım kişnətmədin
Ağca qoyunlarım məηrişmədin,
Ağca yüzlü qızım-gəlünim əkşəşmədin,
Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadın,
Elim-günim çapmadın
Qazan maηa yetişsün.
Mənim qanım Aruza qomasun.
Ağca yüzlü görklümi oğlına alı versün.
Axirət həqqini həlal etsün...
“Dədə Qorqud”un möcüzələr dünyası
332
Göründüyü kimi, ikinci tərəfi -madın, -mədin şəkilçili feli
bağlamalarla ifadə olunmuş birləşmələrin ardıcıl olaraq sıralan-
ması (“Qazan maηa yetişsün” cümləsinə qədər) ilə təkcə ahəng-
darlıq yaradılmayıb, eyni zamanda poetik məna qüvvətləndirilib.
Bu cəhət həmin birləşmələrin daxil olduğu əmr cümlələrini də
əhatə edir. Bu tip vahidlərdəki zaman mənasını isə belə səciyyə-
ləndirmək olar: paralel birləşmələr və cümlələrin xəbərindəki
(əsas feildəki) iş və hərəkət gələcək zamana yönəlmiş vəziyyətdə-
dir. Amma bu da var ki, əsas feildəki (yetişsün, mənim qanım qo-
masun, versün, həlal etsün) iş və hərəkət icra olunarsa, birləşmədə
ifadə olunmuş iş və hərəkət baş verməyə də bilər. Bu da -madın,
-mədin (-madan, -mədən) şəkilçisinin qrammatik semantikası ilə
bağlıdır;
− ikinci tərəfi -ınca, -incə, -yınca, -yıncə şəkilçili feli bağla-
malarla ifadə olunan birləşmələr cümlədəki feli xəbərin (əsas
felin) ifadə etdiyi hərəkətin zamanı kontekstində müəyyənləşir. Bu
tip birləşmələrin “ifadə etdiyi hərəkət əsas felin ifadə etdiyi hərə-
kətdən əvvəl gəlir; feli bağlamanın ifadə etdiyi hərəkət bitəndən
dərhal sonra əsas felin ifadə etdiyi hərəkət başlanır”
1
. Bu tip bir-
ləşmələr “Kitab”ın dilində intensivliyi ilə seçilir: “ Qadir təηri
verməyincə ər bayımaz” (D-2); ” Qara polad üz qılıcı çalmayın-
ca qırım dönməz” (D-3); “ Qarağuca qıymayınca yol alınmaz”
(D-31);“Yalηuz oğlu xəbərin almayınca” (D-139)... “Kitab”da
belə feli birləşmələrlə obrazlılığın yaradılması da özünü göstərir.
Burada bir nümunəni təqdim etməklə kifayətlənirik:
“Paralanub Qazlıq atımdan enməyincə,
Yeηümlə alca qanım silməyincə,
Qol-put olub yer yüzinə düşməyincə,
Yalηuz oğul xəbərin almayınca,
Kafər yollarından dönmiyəyin! –dedi..”(D-138-139)
1
Ə.Rəcəbli. Göytürk dilinin morfologiyası. Bakı, 2002, səh.423.
“Dədə Qorqud”un möcüzələr dünyası
333
Bu parçada ikinci tərəfi -yınca, -yincə şəkilçili feli bağlama-
larla ifadə olunmuş birləşmələrin əmr cümləsinə qədər (“Kafər
yollarından dönmiyəyin”) ardıcıl sıralanması müşahidə olunur. Bu
da, bir tərəfdən, zaman mənasını qabartmağa xidmət edirsə, digər
tərəfdən, mətndə ahəngdarlığı təmin edən, poetik mənanı qüvvət-
ləndirən vasitələrdən biri kimi çıxış edir.
Yuxarıda təqdim etdiyimiz birləşmələrdə -ınca, -incə feli
bağlama şəkilçisindən əvvəl -ma
2
inkar forması işlənib. Müqayisə
və qarşılaşdırmalar göstərir ki, “Kitab”ın dilində sintaktik mühitlə
bağlı olaraq ikinci tərəfi -ınca, -incə şəkilçili feli bağlama ilə ifadə
olunmuş birləşmələrdə -ınca, -incə formantından əvvəl -ma
2
inkar
şəkilçisinin işlənməməsi də üstün mövqedədir: “Adam içməyən
acı sular sızınca, sızmasa, yeg” (D-4); “Yalan söz bu dünyada
olınca, olmasa, yeg”(D-4)... -inca şəkilçisinin həm təsdiq, həm də
inkar formalarında işlənməsi çeşidli məna çalarları yaradır. Dəqiq
desək, -ınca, -incə şəkilçili feli bağlama “təsdiq formasında əsas
feillə ifadə olunan hərəkətin bilavasitə və ya qısa bir müddətdə baş
verdiyini bildirdiyi halda, feli bağlamanın inkar forması həmin za-
manı potensial imkan kimi təqdim edir... Həmin şəkilçinin inkar
formasında işlənən feli bağlama əsas felin bildirdiyi hərəkətin za-
man həddini ifadə edir”
1
. Amma burada o da qeyd olunmalıdır ki,
“Kitab”ın dilində təsdiq formasında işlənmiş -üncə feli bağlama
şəkilçili sözlər də əsas feildəki hərəkətin bildirdiyi zaman həddini
ifadə edib: “Ala gözlü oğluηızı görüncə bəg baba, xatun ana,
əsən qaluη! – dedi” (D-259). Bu birləşmənin “ala gözlü oğlunuzla
görüşənədək” şəklində sadələşdirilməsi də dediklərimizi arqu-
mentləşdirir;
− ikinci tərəfi -a
2
şəkilçili feli bağlama ilə ifadə olunmuş bir-
ləşmələr tərz mənası ilə yanaşı, zaman mənasını da bildirir: “Də-
dəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşırdı” (D-84); “Ol gün
baqa-baqa Qazan oğlı Uruzıη eşqi gəldi” (D-132). Bu birləşmə-
lərdən ikincisində zaman mənasının ifadə olunması daha qabarıq
1
İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.256.
Dostları ilə paylaş: |