MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   25   26   27   28   29   30   31   32   ...   82

Qida  yolu  ilə  infeksiyanın  yayılması  yuxarıda  qeyd  olunanlardan  onunla 
fərqlənir  ki,  qida  məhsulları  yalnız  infeksiyanın  keçiricisi  olmayıb,  həm  də 
mikroorqanizmlərin  çoxalması  və  toplanması  üçün  əlverişli  qida  mühiti  hesab 
olunur. 
Qida  məhsullarının  yoluxması  müxtəlif  yollarla  olur:  xəstə  heyvandan  alınan 
məhsullar  (süd,  ət,  yumurta)  yeməyi  hazırlayan  və  yaxud  emal  edən  xəstə  insanla, 
avadanlıqlarla,  qab-qacaqla,  su,  hava,  əl  ilə  və  s.  Həşərat-keçiricilərlə  – 
ağcaqanadlarla  malyariya  xəstəliyi  ke-çir.  İnfeksiyanın  keçməsi  amili  torpaq  da  ola 
bilər.  Bir çox  infeksiyalar  üçün  torpaq törədicilərin qısa  müddətli  qalmaq  yeri  hesab 
olunur (bağırsaq infeksiyaları). Buradan o, su təchizat mənbəyinə, qida məh-sullarına 
keçə  bilər.  Digər  infeksiyalar  üçün  torpaq  törədicilərin  uzun  müddət  qalmaq  yeridir 
(Sibir yarası, botulizm, yara infeksiyaları və b.). 
Lakin  infeksiyaların  yayılması  üçün  infeksiya  mənbəyi  (xəstə  və  yaxud 
bakteriya daşıyıcıları) və keçmə amili (su, qida, ətraf mühit obyektləri) hələ kifayət 
deyildir.  Belə  ki,  insanların  infeksiya  obyektləri,  xarici  mühitlə,  qida  ilə,  su  ilə, 
yaxud birbaşa xəstə ilə qeyri-həssaslığı nəticəsində xəstələnməyə də bilər. 
İnfeksion xəstəliklərin baş verməsi və yayılmasında üçüncü şərt də təsir edir. 
Bu  insanların  həmin  xəstəliyə  həssaslığıdır.  Həssaslıq  –  xəstəlik  əmələ  gətirən 
törədicilərlə  insan orqanizminin təmasda olduğu zaman  xəstələnmə qabiliyyətidir. 
Orqanizmin  qeyri-həssaslığı  bütövlükdə  ümumi  müdafiə  və  xüsusi  immunitetlə 
müəyyən olunur. 
Xüsusi  immunitetdə  orqanizmi  hər  hansı  bir  infeksiyadan  müdafiə  olunur  və 
digər infeksiyanın həssaslıq dərəcəsinə təsir etmir. Məsələn, qarın yatalağı törədicisilə 
hazırlanan immunitet qanlı ishal xəstəliyini qorumur. Xüsusi immunitet anadangəlmə 
və sonradan qazanılma ola bilər. Qazanılan immunitetlər həyat boyu formalaşır, yəni 
infeksion xəstəlikləri keçirdikdən və yaxud süni immunitetləşmə. 
 
5 . Bağırsaq infeksiyaları və onların profilaktikası 
 
Kəskin  bağırsaq  infeksiyalarına  qarın  yatalağı,  paratif  A  və  B,  qanlı  ishal, 
vəba,  salmonellalar,  infeksion  hepatit  və  s.  daxildir.  Bu  infeksiyalar  üçün 
xarakterik  cəhət  törədicilərin  birtipli  lokalizasiyasıdır  (yerləşməsidir),  eyni 
yoluxma  mexanizmi (fenol-oral, əlaqə-mənşət), xəstəliyin oxşar klinik əlamətlərin 
(mədə-bağırsaq  pozğunluqları)  və  eyni  tipli  profilaktikanın  olmasıdır.  İnfeksiya 
mənbəyi xəstə insan və bakteriya daşıyıcılarıdır. Lakin paratif B və salmonellanın 
mənbəyi  insanla  bərabər  bəzi  heyvanlar  vasitəsi  ilə  də  ola  bilər  (iribuynuzlu 
malqara, donuz, quşlar). 
Bağırsaq  infeksiyalarının  yayılmasında  qida  və  su  ilə  keçməsi  amili  başlıca 
rol  oynayır.  Bu  da  törədicilərin  suda  və  yemdə  uzun  müddət  qalması  ilə 
əlaqədardır. Məlumdur ki, qida məhsullarına bağırsaq infeksiyasının düşməsi xəstə 
adamların əli ilə və bakteriyadaşıyıcılarıdır. 
Qidanın  yoluxması  qida  məhsullarını,  yeməkxana  və  mətbəx  qab-qacaqlarını 
çirkli  su  ilə  yumaqla  baş  verə  bilər.  Qida  məhsullarının  bağırsaq  infeksiyası  ilə 
yoluxma  törədiciləri  ilə  yoluxması,  həmçinin  milçək  və  gəmiricilərdə  ola  bilər. 
İnfeksiyaya  yoluxmanın  ən  qorxulusu  istifadədən  əvvəl  isti  emal  keçməmiş  qida 


məhsulları  ilə  (meyvə,  tərəvəz,  vineqret  –  həftəbecər,  salat)  və  yaxud  isti  emaldan 
sonra (süd, süd məhsulları, başayaq, döyülmüş ət). 
Qarın  yatalağı  və  A  və  B  paratiflər  –  bakteriya  təbiətli  kəskin  infeksion 
xəstəlikdir.  Qarın  yatalağı,  A  və  B  paratifin  törədiciləri  bağırsaq  bakteriyası 
fəsiləsinin  salmonella  cinsinə  aiddir.  Morfologiyasına  görə  çöp  şəkilli  olub,  bir-
birindəniaz  fərqlənir,  hərəkətli,  sporsuz,  kapsulasız  olub,  qram-mənfidir.  Bunlar 
fakultativ anaerob olub, 37°C temperaturda yaxşı inkişaf edir. Bu bakteriyalar 60-
65°C  temperaturda  30-45  dəqiqə  müddətində  qızdırılmaqla  və  müxtəlif 
dezinfeksiyaedici  maddələrin  –  karbol  turşusu,  xlorlu  əhəng,  xloramin  və  s. 
təsirindən  bir  neçə  dəqiqə  müddətinə  tələf  olur.  Xarici  mühitdə  uzun  müddət  bu 
bakteriyalar  qala  bilər.  Xəstəliyin  inkubasiya  dövrü  10-15  gündür.  İnsan 
orqanizminə  bu  çöplər  ağızdan  daxil  olub,  nazik  bağırsaqlardan  limfa  yolları 
müsariqə vəzifələrinə keçib çoxalırlar. 
Bağırsaq  infeksiyalarının  yayılmasında  qida  və  su  ilə  keçməsi  amili  başlıca 
rol  oynayır.  Bu  da,  törədicilərin  suda  və  yemdə  uzun  müddət  qalması  ilə 
əlaqədardır.  Məlumdur  ki,  qida  məhsullarına  bağırsaq  infeksiyalarının  düşməsi 
xəstə adamların əli ilə və bakteriya daşıyıcılarıdır. 
Qidanın  yoluxması  qida  məhsullarını  yeməkxana  və  mətbəx  qab-qacaqlarını 
çirkli  su  ilə  yumaqla  baş  verə  bilər.  Qida  məhsullarının  bağırsaq  infeksiyası  ilə 
yoluxma  törədiciləri  ilə  yoluxması  və  həmçinin  milçək  və  gəmiricilər  də  ola  bilər. 
İnfeksiyaya yoluxmanın qorxulusu istifadədən əvvəl isti emal keçmiş qida məhsulları 
ilə (meyvə-tərəvəz, vineqred, həftəbecər, salat) və yaxud isti emaldan sonra (süd və 
süd məhsulları, başayaq, döyülmüş ət). 
 Qarın  yatalağı  və  A  və  B  paratiflər.  Bakteriya  təbiətli  kəskin  infeksiya 
keçməsidir.  Qarın  yatalağı  A  və  B  paratifin  törədiciləri  bağırsaq  bakteriyası 
fəsiləsinin  salmanella  cinsinə  aiddir.  Morfologiyasına  görə  çop  şəkilli  olub,  bir-
birindən  az  fərqlənir,  hərəkətli,  sporsuz,  kapsulasız  olub,  qram-mənfidir.  Bunlar 
fakultətiv anaerob olub, 37°C temperaturda yaxşı inkişaf edir. Bu bakteriyalar 60-
65°C  temperaturda  30-45  dəqiqə  müddətində  qızdırmaqla  və  müxtəlif 
dezinfeksiyaedici  maddələrin  -  karbon  turşusu,  xlorlu  əhəng,  xloramin  və  s. 
təsirindən  bir  neçə  dəqiqə  müddətinə  tələf  olur.  Xarici  mühitdə  uzun  müddət  bu 
bakteriyalar  qala  bilər.  Xəstəliyin  inqubasiya  dövrü  10-15  gündür.  İnsan 
orqanizminə bu çöplər ağızdan daxil olub, nazik bağırsaqlar limfa yolları müsariqə 
vəzifələrinə keçib, çoxalırlar. 
Gizli  dövrün  axırında  bakteriyalar  qana  keçib  bakterieliya  dövrünün 
başlanmasına  səbəb  olur.  nazik  bağırsaqların  iltihabı,  yaraları  nəticəsində  iti 
bağırsaq  pozğunluğu  əmələ  gəlməklə  temperatur  yüksəlir  və  ümumi  zəiflik  baş 
verir. Xəstəlik 4  həftəyə qədər davam edə  bilir. Çox  vaxt  xəstə sağaldıqdan sonra 
onun  ödündə  uzun  müddət  qarın  yatalağı  mikrobları  tapılır.  Xəstəlikdən  sağalan 
adamların  3-5%  bir  neçə  ay  və  bəzən  daha  çox  müddət  ərzində  basildaşıyan  ola 
bilir. 
Vəba.  Vəba  törədici  mikroorqanizmlərin  iki  növ  müxtəlifliyi  –  Kox  vəba 
vibrionu  və  El-Tor  vibrionu  mövcuddur.  Əsas  morfoloji  xassələrinə  görə  bu 
vibrionlar  bir-birindən  az  fərqlənir.  Lakin  El-Tor  vəba  törədicisinin  az  patogen 
olması  ilə  əlaqədar  bir  sıra  epidemioloji  xüsusiyyəti  vardır.  Belə  ki,  bu  vibrionla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə