MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

Virulentlik  patogen  mikrobların  fərdi  xüsusiyyəti  olub,  bir  çox  amillərlə 
əlaqədardır. Onlardan biri kapsula əmələ gətirməkdir ki, bu da, məsələn, insanlarda 
xəstəlik  törədən  patogenlərin  leykositlər  tərəfindən  udulmasına  və  qanın 
bakterisidlik  xüsusiyyətinə  mane  olur  və  beləliklə  bu  mikroblar  orqanizmlərdə 
çoxalaraq  müxtəlif  xəstəlik  törədirlər.  Həmin  amillərdən  digəri  mikrobun 
orqanizmə  daxil  olması  üçün  xüsusi  fermentlər  əmələ  gətirməsidir.  Bu 
fermentlərdən  biri  hialuronidaza  adlanır.  O,  birləşdirici  toxumaların  tərkib  hissəsi 
olan  Hialuron  turşusunu  parçalayaraq  toxumanın  keçiricilik  qabiliyyətini  artırır. 
Bununla əlaqədar bu fermentə invaziya və yayılma amili adı da verilir. 
Virulentlik  amilinə  patogen  mikrobun  əmələ  gətirdiyi  zülal  təbiətli  xüsusi 
birləşmə  olan  aqressinlər  də  daxildir.  Bunlar  orqanizmin  müdafiə  qabiliyyətini 
azaldırlar. 
Patogen  mikrobların  ifraz  etdikləri  toksinlər  də  əsas  virulentlik  amillərinə 
daxildir.  Mikroblar  ekzo  və  endotoksinlər  əmələ  gətirirlər.  Ekzotoksinlər  zülal 
təbiətli  yüksək  zəhərli  maddələrə  aiddirlər.  Onlar  mikroorqanizmlər  tərəfindən 
ətraf  mühitə  yaşadıcı  dövrdə  ifraz  olunurlar.  Ekzotoksinlər  yüksək  temperatura 
nisbətən  az  dözümlüdürlər.  Onların  çoxu  maye  mühitdə  60-70°C  qaynadılan 
zaman toksikliyini aşacı salır. Yüksək temperatura davamlı ekzotoksinlər də vardır 
(məsələn, stafilokokklar, botulizm) ki, onlar qaynadılmaca bir  neçə dəqiqə davam 
gətirirlər.  Ekzotoksinlər  endotoksinlərə  nisbətən  çox  zəhərli  və  qorxuludurlar. 
Bunlarda  seçicilik  qabiliyyəti  olub,  müəyyən  orqan  və  toxumalara  təsir  edirlər. 
Belə  toksinləri  Clostr.tetani,  Cl.botulinum,  Cl.perfringens,  Corynebacterium 
diphteria kimi bakteriyalar ifraz edir.  
Mikroorqanizmlər  endotoksinləri  ətraf  mühitə  yaşadıcı  dövrdə  ifraz  etmirlər 
və onlar yalnız orqanizm öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxırlar. 
Ekzotoksinlərə  nisbətən  onlar  az  zəhərlidirlər  və  zəif  seçicilik  qabiliyyətinə 
malikdirlər.  Eyni  zamanda  ekzotoksinlərə  nisbətən  temperaturaya  dözümlüdürlər. 
Onlar 80-100°C-ə, bəziləri isə daha çox qızdırılmaya dözürlər. 
Endotoksinlər  əsasən  qram-mənfi  mikroorqanizmlərdə  olur.  Onlar  termostabil 
olub,  tez  təsir  etmələri  və  az  zəhərliliyi  ilə  səciyyələnirlər.  Bunlardan  başqa 
virulentlik  mikrobun  miqdarından,  sürətlə  artmasından,  bir  də  orqanizmin  həmin 
mikroba qarşı həssaslıq dərəcəsindən asılıdır. Mikrobun virulentliyini gücləndirmək 
məqsədi  ilə  onları  həssas  laboratoriya  heyvanlarından  bir  neçə  dəfə  keçirirlər. 
Nəticədə  müvafiq  mikrob  ştammı  virulentliyini  o  dərəcədə  artırır  ki,  axırda  tək  bir 
mikrob hüceyrəsi xəstəlik törədir. 
Bütün  patogen  mikroblar  orqanizmə  daxil  olducu  yerdə  ilk  dəyişiklik  olaraq 
iltihab  törədirlər,  sonradan  onlar  orqanizmin  müqavimət  qüvvəsindən  asılı  olaraq, 
bəzi  üzvlərdə  lokalizasiya  edərək(yerləşərək)  patogen  dəyişiklikləri  əmələ 
gətirirlər. 
Mikrob  qan  vasitəsi  ilə  üzvlərə  yayılmaqla  bərabər,  qanda  və  müxtəlif 
toxumalarda artarsa, buna sepsis və ya septisemiya deyilir (qarayara, pasterelloz). 
Bəzi  patogen  mikroblar  orqanizmdə  öz  təsirlərini  əsas  ekzotoksigenləri 
vasitəsilə  təsir  edirlər,  bu  da  toksemiya  adlanır  (dovşancıq,  botulizm,  infeksion 
enterotoksemiya və s.).  


Patogen  mikroblardan  başqa  orqanizmin  müxtəlif  boşluqlarında  (tənəffüs, 
həzm  sistemi  üzvləri,  dəri  örtüyü  və  s.)  bir  qrup  mikroorqanizmlər  də  yaşayır  ki, 
bunlara  şərti  patogen  mikroblar  deyilir.  Orqanizmin  normal  fizioloji  yaşayışı 
zamanı  şərti  patogen  mikroblar  xəstəlik  törətməyərək  saprotrof  kimi  yaşayırlar. 
Lakin  müxtəlif  təsirlərdən  orqanizmin  normal  fizioloji  funksiyaları  pozulduqda, 
onlar patogenlik xassəsi qazanaraq xəstəlik törədirlər.  
İnfeksiya  latın  sözü  olub  (infectio),  yoluxdurma  deməkdir.  Xəstəlik  törədən 
mikrobun  orqanizmə  daxil  olması  nəticəsində  orqanizmdə  əmələ  gələn  bioloji 
dəyişikliklərin  birliyinə  infeksion  proses  deyilir.  İnfeksion  xəstəliklər  xarici 
mühitin  müəyyən  şəraitində  mikroorqanizmlərin  insan  və  ya  heyvanlar  arasında 
qarşılıqlı  əlaqə  prosesidir.  Yoluxucu  xəstəliklər  (cuzam,  taun,  çiçək,  vərəm)  hələ 
qədim  zamanlardan  bəri  bəşəriyyətin  qəddar  düşməni  olmuş,  lakin  xəstəliyin 
törədicisi,  onun  nə  yolla  yayılması,  qarşısının  alınması  məsələsi  uzun  zaman 
öyrənilə bilməmişdir. 
  əsrin  ikinci  yarısı  və    əsrin  əvvəllərində  yoluxucu  xəstəliklərin 
mikroorqanizmlərin  iştirakı  ilə  keçdiyi  müəyyən  olundu.  Belə  ki,  bu  dövrdə 
L.Paster,  R.Kox  tərəfindən  yeni-yeni  xəstəlik  törədiciləri  kəşf  edilib  ətraflı 
öyrənilirdi.  Məlum  oldu  ki,  mikroorqanizmlərin  xəstəlik  törətməyən  və  patogen 
növləri  vardır.  Lakin  patogenlərin  miqdarı  saprotroflara  nisbətən  çox  azdır. 
Patogenlərin özləri də əsasən xəstə canlının bədənində çoxalır. 
Mikrob  orqanizmə  düşəndən  və  müvafiq  şərait  yarandıqdan  sonra  xəstəlik 
əmələ  gələ  bilər.  İnfeksion  xəstəliklər  həmişə  öz  gedişi  və  klinik  əlamətləri  ilə 
qeyri-infeksion  xəstəliklərdən  fərqlənir.  Patogen  mikrob  orqanizmə  düşən  kimi 
xəstəlik  meydana çıxmır. Mikrob orqanizmdə  müəyyən  müddət  gizli dövr keçirir, 
çoxalır.  Mikrobun  orqanizmə  daxil  olub,  xəstəliyin  ilk  əlaməti  meydana  çıxana 
qədər  keçən  dövrə  inkubasiya  və  ya  gizli  dövr  adlanır.  Bu  dövr  ərzində  mikrob 
orqanizmdə çoxalır, orqanizmin də  mikrob və onun toksininə qarşı  həssaslıcı artır 
ki, bu da  xəstəliyin əlamətlərinin  meydana çıxmasında özünü  göstərir. İnkubasiya 
dövrünün  davamı  orqanizmə  daxil  olan  mikrobun  xüsusiyyətindən,  miqdarından, 
orqanizmin həmin mikroba necə müqavimət göstərməsindən asılıdır. 
Bu  dövr  ayrı-ayrı  xəstəliklərdə  müxtəlifdir.  Bunun  davamı  bir  neçə  saatdan 
bir  neçə  ilə  qədər  ola  bilər.  Məsələn,  vəba,  difteriya  və  s.  xəstəliklərdə  bir  neçə 
günə kimi, qarın yatalacı, səpgili yatalaqda 2-3 həftə, siflisdə 3-4 həftə, quduzluqda 
6 həftə, cuzamda isə bir ildən artıq ola bilər. 
Yoluxma  xəstəliklərinin  klinik əlamətlərindən temperaturun tezliklə  yüksəlib 
müəyyən  dövr  eyni  səviyyədə  qalması,  baş  acrıları,  ümumi  zəiflik,  ürək-damar 
sistemi  fəaliyyətinin  pozulması,  əzələlərdə  və  oynaqlarda  acrılar,  bacırsaqların 
fəaliyyətinin pozulması və s. əlamətlər nəzərə çarpır. İnfeksion xəstəliklər gedişinə 
görə  kəsgin  və  xroniki  olmaqla  iki  qrupa  ayrılır.  Kəskin  infeksiya  birdən-birə 
başlanır.  O,  müəyyən  müddət  öz  dövrünü  keçirdikdən  sonra,    xəstə  sağalır. 
Məsələn, çiçək, qızılca, skarlatina, difteriya və s. 
Vərəm,  malta  qızdırması  (brüselloz),  siflis  və  s.  çox  vaxt  uzun  müddət  davam 
edib  xroniki  xarakter  daşıyır,  yəni  aylar  və  illərlə  xəstəlik  davam  edir.  Xəstəliyi  bir 
növ  mikrob  törədirsə  sadə  infeksiya,  iki  və  ya  bir  neçə  növ  mikrob  törədirsə  qarışıq 
infeksiya  baş  verir.  İnsan  keçirmiş  olduğu  yoluxucu  xəstəliyə  təkrar  yoluxursa, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə