MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

köklərində kök  yumrularıəmələ  gətirən bakteriyalar aid edilir. İkinciyə – torpaqda 
sərbəst  yaşayan  aerob  Azotobacter-lər  vəyağ  turşusuna  qıcqırma  əmələ  gətirən 
anaerob Clostridium pasteurianum aiddir. 
Kök yumruları bakteriyaları.Rus alimi M.S.Voroninin (1866) tədqiqatları ilə 
məlum olmuşdur ki, paxlalı bitkilərin kökündə olan yumrularda çöpvari bakteriyalar 
vardır.M.S.Voronin  həmin  bakteriyaların  morfologiyasını  vəölçülərini  təsvir  etmiş 
və  bunların  yumru  əmələ  gəlməyə  səbəb  olduqlarını  göstərmişdir.Sonralar  bu 
bitkilərin  havada  olan  azotu  fiksə  etməsi,  alman  alimləri  H.Hezrigel  və  H.Vilfab 
(1886) tərəfindən təcrübələrlə isbat edilmişdir. 
1886-cı ildə, bu bakteriyalar M.Beyerinq tərəfindən təmiz kultura halında əldə 
edilmiş  və  ətraflı  öyrənilmişdir.  O,  sübut  etmişdir  ki  kök  yumrularında  olan 
bakteriyalar  molekulyar  azotu  təmiz  kulturada  deyil,  yalnız  bitki  ilə  simbioz 
münasibətdə fiksə edir. 
Kök  yumruları  bakteriyaları  qram-mənfi,  hərəkətli,  spor  əmələ  gətirməyən 
xırda çöplərdir (1,2-3 mkm). 
Torpaqda  kök  yumruları  bakteriyalarının  fəal,  qeyri-fəal  formalıştammlarına 
təsadüf  olunur.Fəal  ştamlarıəsasən  çəhrayı  rəngli  yumrular  əmələ  gətirib,  atmosfer 
azotunu  fəal  fiksə edir.Qeyri-fəal ştamları  isə bitkinin bütün kök sistemindəçox  xırda, 
yaşıl  rəngli  yumrular  əmələ  gətirir.  Kök  yumruları  bakteriyaları  neytral  mühitli  (pH-
6,5-7,5), bitki əkilən torpaqlarda 24-26°C temperaturada daha sürətləçoxalırlar. 
Kök yumruları bakteriyalarının aşağıdakı növləri torpaqda geniş yayılmışdır:  
1)  Rhiz.trifoli – üçyarpaq yonca bitkisinin kökündə yaşayır; 
2) Rhiz.coponicum – soya bitkisinin kökündə yumrular əmələ gətirir; 
3) Rhiz.phaseoli – lobya bitkisinin köklərində yaşayır; 
4) Rhiz.meliloti – yonca və xəşənbül bitkisinin kökündə yumrular əmələ gətirir; 
5) Rhiz.simplex – xana bitkisində yaşayır; 
6) Rhiz.leguminosarum – noxudda yaşayır; 
7) Rhiz.lupini – acı paxlada yaşayır; 
8)  Rhiz.ornithopi – saradel bitki kökündə yaşayır; 
9) Rhiz.pschati – iydə bitkisinin kökündə yaşayır. 
Bitki 
köklərinə 
daxil 
olmuş 
bakteriyalar 
paxlalı 
simbioz 
münasibətdədir.Bitkilər  bakteriyaları  azotsuz  üzvi  maddələrlə  (şəkərlərlə),  su  və 
mineral  duzlarla,  bakteriyalar  isə  bitkiləri  atmosferdən  fiksə  edib,  üzvi  azotlu 
birləşmələrəçevirdiyi  maddələrlə  təmin  edir.Hesablamalar  göstərir  ki,  kök 
yumruları  bakteriyalarının  fəaliyyəti  nəticəsində  torpağın  hər  hektar  əkin  qatı  100 
kq-a qədər azotlu üzvi maddələr ala bilir. 
Kənd  təsərrüfatında torpaqların  məhsuldarlığını artırmaq  üçün kök  yumruları 
bakteriyalarından hazırlanmış bakterial gübrə – nitragindən geniş istifadə edilir. 
Azotobakterlər  torpaqda  sərbəst  yaşayırlar.  Bunlar  1901-ci  ildə,  Hollandiya 
alimi M.B.Beyerinq tərəfindən bağça torpaqlarından ayrılıb, təmiz kultura  halında 
əldə  edilmişdir.  Azotobakterin  torpaqda  yayılmış  növləri,  bir-birindən  morfoloji, 
kultural  və  fizioloji  xüsusiyyətləri  ilə  fərqlənir.  Bunların  bütün  növləri  aerobdur. 
İnkişaflarının  ilk  dövrlərində  iri,  yoğun  çöpvari  formada  olub,  hərəkətlidir. 
Hüceyrə  yaşlandıqdan  sonra  hərəkətini  itirib,  üzərləri  kapsula  iləəhatə  olunur. 
Bunlar karbon və enercini  müxtəlif üzvi birləşmələrdən – şəkərlərdən, spirtlərdən, 


üzvi  turşulardan  alırlar.  Bunların  inkişafıüçün  28-30°C  temperatura,  oksigenli 
şərait,  pH=7,2-8,0,  mühitdə  kalsium,  fosfor  duzları,  mikroelementlər  və  normal 
rütubət  olmalıdır.  Azotobakterlərin  torpaqda  aşağıdakı  növləri  yayılmışdır: 
Azotobacter 
chroococeum, 
Azot.agile, 
Azot.vinelandiv, 
Azot.nigericans, 
Azot.golophilum
Clostridium  pasterianum-un  azot  fiksə  etməsi.Torpaqda  sərbəst  yaşayan  və 
atmosfer  azotunu  fiksə  edən  növlərdən  biri  də  1895-ci  ildə  S.N.Vinoqradski 
tərəfindən  təmiz  kulturaya  çıxarılıb,  öyrənilmiş    Clostridium  pasterianum-dur. 
Bunlar çöpvari  formaya  malikdirlər, uzunluqları 2,5-7,5  mkm-dir. Bu  bakteriyalar 
qram-müsbət,  obliqat  anaerobdurlar.  Mühitdə  pH=5,5-8,0  olduqda  onlar  25°C 
temperaturada yaxşı inkişaf edirlər. 
 
MÜHAZIRE 4. PATOGEN MİKROORQANİZMLƏR, QİDA 
XƏSTƏLİKLƏRİ VƏ ONLARIN MİKROBİOLOJİ ƏSASLARI 
 
Plan   
 
1.  İnfeksiyaların mənbələri və yoluxma yolları 
2.  İmmunitetin növləri 
3.  Qida xəstəlikləri və onların mikrobioloji əsasları 
4.  İnfeksion xəstəliklər, qida zəhərlənmələri və helmintozlarin profilaktikasi 
5.  Bağırsaq infeksiyaları və onların profilaktikası 
6.  Qida zəhərlənmələri, helmintozlar və onların profilaktikası 
7.  Qida toksikoinfeksiyaları 
8.  Şərti-patogen bakteriyaların törətdikləri qida toksiko-infeksiyaları 
 
İnfeksiyaların mənbələri və yoluxma yolları 
 
İnsan, heyvan və bitkilərdə müxtəlif xəstəlik əmələ gətirən mikroorqanizmlərə 
patogen  və  ya  xəstəlik  törədənlər  adı  verilir.  Patogen  mikroorqanizmlər  təbiətdə 
geniş  yayılmışdır  ki,  bu  da  onların  təkamül  prosesində  bitki,  heyvan  və  insan 
orqanizminə  uycunlaşaraq  onların  hesabına  yaşamaq  qabiliyyəti  qazanması  ilə 
əlaqədardır. 
Mikrobun  patogenliyi  onun  növ  əlamətidir.  Bununla  yanaşı,  digər  növlərin 
ayrı-ayrı  ştammları  az  və  ya  çox  patogen  olur.  Patogen  mikrobun  xəstəlik  törətmə 
qabiliyyətinin  dərəcəsinə  virulentlik  deyilir  ki,  bu  da  fərdi  əlamətdir.  Mikrobun 
virulentliyi  daimi  deyildir.  Mikrobun  virulentliyi  nə  qədər  yüksək  olarsa, 
mikroorqanizmi  yolux-durmaca  bir  o  qədər  az  miqdarda  mikrob  düşməsi  kifayət 
edir. Xəstə orqanizmdən yenicə ayrılmış patogen mikroblar çox virulent olur. 
Mikroorqanizmlərin müxtəlif ştammlarının virulentliyi minimum ölüm dozası 
ilə  müəyyən  edilir.  Ən  kiçik  ölüm  dozası  məlum  heyvanı  müəyyən  vaxt  ərzində 
öldürə  bilən  mikrobun  ən  az  miqdarına  deyilir.  Yüksək  virulentliyə  malik 
mikroblar  və  ya  onların  toksini  cüzi  miqdarda  belə  həssas  heyvanı  öldürür. 
Məsələn,  siçanlara  qarayara  çöplərinin  virulent  ştammlarını  daxil  etdikdə 
(0,0001ml) onlar tezliklə tələf olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə