MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   22   23   24   25   26   27   28   29   ...   82

reinfeksiya  adlanır.  Birinci  infeksiya  ləğv  edilənə  qədər  eyni  törədici  ilə 
orqanizmin yoluxmasına superinfeksiya deyilir. Buna malyariya, sarı yara, süzənək 
kimi xəstəlikləri misal göstərmək olar. 
Yoluxmuş  orqanizmin  sağalma  dövründə  prosesin  yenidən  şiddətlənməsinə 
residiv adı verilir. Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiya simptomsuz 
infeksiya 
adlanır.  Yoluxucu 
xəstəliklərə  diaqnoz  qoyulmasında  klinik 
əlamətlərdən,  bakterioloji  müayinələrdən  və  xüsusi  immunitet  reaksiyalarından 
geniş istifadə olunur. 
Ümumiyyətlə,  xəstə  və  ya  xəstəlikdən  sacalıb,  lakin  uzun  müddət  həmin 
xəstəliyin  mikroblarını  gəzdirən  insan  və  ya  heyvanlar  basil  daşıyanlar  adlanır  ki, 
bunlar da yoluxma mənbəyi ola bilər. Yoluxmalar kontakt – məişət yolu ilə, hava, su, 
yeyinti məhsulları, qan soran həşəratlarla, torpaqla, heyvanlarla (gəmiricilərlə) yayıla 
bilər. 
Yoluxmanın  yayılma  formaları  müxtəlifdir.  Xəstəlik  tək-tək  hallarda  təsadüf 
olunduqda  buna  sporadik  hal  deyilir.  Eyni  bir  mənbədən  yayılan  çoxlu  miqdarda 
adamların xəstələnmə hallarına epidemiya, epidemiyanın yayılıb bütün ölkələri və 
hətta qitələri əhatə etməsinə pandemiya adı verilir. 
Hər  hansı  bir  yoluxucu  xəstəlik  müəyyən  bir  ərazidə  uzun  müddət  davam 
edirsə, bu forma endemiyadır. 
Qeyd etmək lazımdır ki, orqanizmə düşmüş hər bir xəstəlik törədicisi həmişə 
xəstəlik törədə bilmir, belə hallar bədəndə immunitetin olması ilə izah edilir. 
İmmunitet (immunitos - hər hansı şeydən azad olmaq). Orqanizmin xəstəliyə 
tutulmamaq  qabiliyyətinə  və  ya  orqanizmin  yoluxucu  xəstəliyə  davamlılıcına 
immunitet deyilir. 
İmmunitet mikrobun və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin 
verdiyi  mürəkkəb  kompleks  fizioloji  müdafiə  reaksiyasıdır.  Bu  mürəkkəb  prosesin 
orqanizmdə  inkişafında  mərkəzi  sinir  sistemi  başlıca  rol  oynayır.  İmmunitetlə 
əlaqədar  olaraq  orqanizmdə  əkscisimlər  (antitellər)  əmələ  gəlir.  Mikrobun  toksininə 
qarşı qeyri-həssaslıqda immunitetdən başqa, onun qeyri-spesifik amilləri də, xüsusilə 
reaktivliyi,  iltihab,  maddələr  mübadiləsinin  dəyişilməsi,  dəri  və  selikli  qişalar,  limfa 
düyünləri, fermentlər və s. böyük rol oynayır. 
Orqanizmin  davamlılığında  iştirak  edən  qeyri-spesifik  amillərin  cəminə 
rezistentlik deyilir. 
L.Paster  və  onun  əməkdaşları  bir  neçə  xəstəliyin  (pasterelloz,  qarayara  və 
quduzluq)  törədicilərinin  zəifləşdirmə  üsulunu  müəyyən  edərək,  onlara  qarşı 
peyvənd  vasitəsi  (vaksin)  hazırlamışlar.  Sonralar  mikrobdan  hazırlanmış  peyvənd 
vasitəsi  A.Pasterin  təklifinə  görə  vaksin  və  onun  işlədilməsi  üsulu  vaksinasiya 
adlandırılmışdır. 
 
2. İmmunitetin növləri 
 İmmunitet- mənşəyinə görə anadangəlmə və həyatda qazanılma olur. 
Anadangəlmə, təbii və ya irsi immunitet – orqanizmin genetik xüsusiyyəti ilə 
əlaqədardır.  Belə  immunitet  zamanı  yalnız  bir  növə  aid  olan  canlılar  başqa 
canlıların  xəstəliklərinə  tutulmur.  Məsələn  qaramal,  insanların  yoluxducu  qarın 
yatalağı  ilə,  insanlar  isə  heç  vaxt  toyuq  vəbası  ilə  xəstələnmirlər.  Belə  bir 


immunitet  anadangəlmə  olub,  irsi  xarakter  daşıyır  və  növün  bioloji 
xüsusiyyətlərindən asılı olaraq, bu nəsildən-nəslə keçir.  
İnsan  öz  həyatı  boyu  müxtəlif  yollarla  immunitet  qazana  bilir,  lakin  belə 
immunitet  nəslən  keçmir.  Belə  qazanılan  immunitet,  təbii  immunitetin  əksinə 
olaraq doculduqdan sonra həyatda qazanılır ki, bu da iki yolla meydana çıxır: təbii 
qazanılma  və  süni  qazanılma  ilə  o,  müəyyən  bir  xəstəliyi  keçirdikdən  sonra 
yaranan  immunitet  təbii  qazanılmış  immunitet  adlanır.  Çiçək,  qızılca  və  s. 
yoluxmalarla xəstələnmiş insanlarda möhkəm və ya daimi immunitetlər yaranır və 
ona  görə  də  insan  bu  xəstəliklərlə  ikinci  dəfə  xəstələnmir.  Deməli,  keçirilən 
xəstəlikdən  sonra  əldə  edilən  immunitet  təbii  qazanılan  immunitetdir.  Elə 
xəstəliklər  də  vardır  ki,  bunlardan  sonra  əmələ  gələn  immunitet  tezliklə  itir,  yəni 
müvəqqəti olur. Ona görə də qanlı ishal, süzənək, siflis, qrip kimi xəstəliklər təkrar 
olunur. 
Süni  qazanılan  immunitet  insan  müdaxiləsi  ilə,  yəni  orqanizmə  müxtəlif 
peyvəndlər  etmə  yolu  ilə  də  əldə  edilə  bilir.  Bunun  da  iki  növü  vardır:  fəal  və 
qeyri-fəal.  
Peyvəndləmə  (aşılama)  vasitəsilə  –  öldürülmüş  və  ya  diri  vaksinlə  əldə  edilən 
immunitetə fəal immunitet adı verilir, çünki burada orqanizmin özü bilavasitə iştirak 
edir.  Bu  zaman  orqanizmdə  immun  maddələr  yaranır.  Belə  immunitet  uzun 
müddətlidir.  Qeyri-fəal  immunitetdə  isə  immun  maddələr  orqanizmə  hazır  şəkildə 
zərdabla birlikdə daxil edilir. Deməli, orqanizm özü anticisimciklər əmələ gətirmir və 
fəaldan  fərqli  olaraq  bu  immunitet  tez  meydana  gəlib  (zərdab  vurduqdan  1-2  saat 
sonra) 15-20 günə qədər davam edə bilər. 
İnfeksion  xəstəliklərin  profilaktika  və  müalicəsində  spesifik  vaksin  və 
serumlardan geniş istifadə edilir. Vaksin və serumları orqanizmə yeritdikdə üzv və 
toxumalarda həmin mikroba və ya virusa qarşı immunitet yaranır. 
Orqanizmə  vaksinlərin  parenterial  yolla  yeridilməsi  fəal  immuni-zasiya, 
serumların yeridilməsi isə qeyri-fəal immunizasiya adlanır. 
 
3. Qida xəstəlikləri və onların mikrobioloji əsasları 
 
Toksiki mikroorqanizmlərlə qidanın yoluxması nəticəsində (qidalanma) əmələ 
gələn  xəstəliyə  qida  xəstəliyi  deyilir.  Bu  mikroorqanizmlər  qidalara  müxtəlif 
yollarla daxil olur. Onlar qida  məhsulunu  hazırlayan  işçinin əli  ilə, havadan tozla, 
çirklənmiş  su  ilə  daxil  ola  bilər.  Bir  çox  məhsullarla  (məsələn,  ət,  süd)  xəstə 
heyvanlardan da toksiki mikroorqanizmlər keçə bilər.  
Ərzaq  məhsullarının  tədarükü  və  saxlanması  ilə  məşcul  olan  şəxslər  qida 
xəstəliklərinin  yayılma  şəraiti,  onun  baş  vermə  səbəbləri  və  ona  qarşı  mübarizə 
tədbirləri  ilə  tanış  olmalıdırlar.  Qida  xəstəlikləri  əmələ  gəlməsinə  və  əlamətlərinə 
görə iki qrupa bölünür: qida infeksiyası və qida zəhərlənməsinə. 
Qida infeksiyası. Qida məhsulları istehsalında sanitar-gigiyenik recimin, hazır 
məhsulun  saxlanması  qaydalarının  pozulması  insanlarda  infeksion  xəstəliklərin 
mənbəyi ola bilər. İnsan və heyvanlar da qida infeksiyalarının törədiciləri ilə yoluxa 
bilər. Qida infeksiyaları hər bir xəstəliyə uycun klinik əlamətlərlə keçir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə