MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   19   20   21   22   23   24   25   26   ...   82

azotun  demək  olar  ki  hamısı,  azotlu  üzvi  birləşmələr  şəklindədir.Lakin  bitkilər 
azotu yalnız mineral birləşmələr formasında (ammonium nitrat və nitrat turşusunun 
duzlarışəklində)  istifadə  edirlər.Azotlu  üzvi  maddələr  bitkilər  tərəfindən  istifadə 
olunmaq üçün, əvvəlcəəsasən nitrat və ammonyak formasına çevrilməlidir.Onların 
bədənində azotdan, yenidən mürəkkəb zülal birləşmələri əmələ gəlir. 
Zülali maddələrdəki azotun mineral formaya çevrilməsi ammonifikasiya və ya 
çürümə adlanır.  Bu  proses  müxtəlif  bakteriyalar, aktinomisetlər  və kif  göbələkləri 
tərəfindən həyata keçirilir. Ammonifikasiya zülallar, amin turşuları, aminoşəkərlər, 
nuklein  turşuları,  aminlər,  amidlər,  fosfatidlər,  sidik  turşusu  kimi  müxtəlif 
quruluşlu azotlu birləşmələri çevrilməyə məruz qoyur. 
Üzvi azotun minerallaşmasının ilkin məhsulu ammonyak hesab olunur. 
Təbiətdə ammonyak əvvəlcə  nitritə, sonra  isə  nitrata kimi oksidləşir ki, buna 
da nitrifikasiya deyilir.Bu prosesi nitrifikasiyaedici bakteriyalar törədir. 
Nitratın  nitrit  turşusuna,  bəzən  isə  sərbəst  azota  kimi  reduksiya  olunması 
denitrifikasiya  adlanır.Bunların  hər  biri  müəyyən  qrup  mikroorqanizmlər 
tərəfindən həyata keçirilir. 
Zülali  maddələrin  ammonyaklaşması  –  ammonifikasiya.Zülallar  çox 
mürəkkəb  üzvi  birləşmələr  olub,  daima  bitki  və  heyvan  qalıqlarında  olurlar.Bu 
qalıqlar  torpağa  düşərək  müəyyən  temperatura  və  rütubətdə  mikroorqanizmlərin 
köməyi 
ilə 
parçalanırlar.Zülalların 
parçalanması 
onların 
hidrolizindən 
başlanır.Zülallar  proteolitik  fermentlər  ifraz  edən  mikroorqanizmlərin  köməyi  ilə 
hidroliz 
olunurlar.Parçalanma 
nəticəsində 
peptonlar, 
polipeptidlər 
və 
aminturşularıəmələ  gəlir  (zülal+n
2
  peptonlar+n
2
  polipeptidlər+n
2
 
aminturşuları).Zülalların  kimyəvi  tərkibindən  asılı  olaraq  onların  parçalanmaları  da 
müxtəlif olur.Məsələn, süddə olan kazein və qanda olan hemoqlobin yumurta ağına 
nisbətən çətin parçalanır. 
Zülalların  parçalanması  həm  aerob  və  həm  də  anaerob  şəraitdə  gedə 
bilir.Aerob  mühitdə  O
2
  köməyi  ilə  zülallar  son  məhsullarına  qədər  parçalandığı 
halda,  anaerob  mühitdə  tam  oksidləşməəmələ  gəlmir.Ona  görə  də,  burada  aralıq 
məhsullar  –  üzvi  turşular,  spirtlər  və  b.  maddələr  əmələ  gəlir.Bunların  arasında 
zəhərlər  və  pis  qoxulu  maddələr  də  olur.Tərkibində  kükürd  olan  amin  turşuları 
(sistin, sistein, metionin) parçalandıqda 
2
S, onun törəmələrindən – merkaptanlar 
əmələ  gəlir  ki,  bunlar  da  pis  qoxulu  olurlar.Diamin  turşusunun  (lizin, 
hidroksilizin,  arginin)  zülalları  hidroliz  olunduqda  diamin  ayrılır  və 
C
2
çıxır.Lizin zülalı kadaverin və putresinə parçalanır ki, bunlar da çox qüvvətli 
zəhər  olub,  meyit  zəhəri  adlanırlar.Aerob  şəraitdəçürümə  getdikdə  isə  bu 
maddələr oksidləşir. 
Mikroorqanizmlər  zülali  maddələrin  parçalanmasından  əmələ  gələn  sadə 
zülallardan  qida  və  enerji  mənbəyi  kimi  istifadə  edirlər.Üzvi  maddələrin  tərkibi 
müxtəlif  olduğu  kimi,  onların  parçalanmasınıəmələ  gətirən  mikroorqanizmlər  də 
müxtəlifdir.  Bu  zaman  zülalları  daha  dərin  deqradasiyaedən,  əsil  çürüdücü 
mikroorqanizmlərin  xüsusi  əhəmiyyəti  vardır.Belə  mikroorqanizmləri  çürüdücü 
adlandırmaq qəbul olunmuşdur.Çürüdücü bakteriyalar sporəmələgətirən, sporsuz, 
aerob  və  anaerob  ola  bilirlər.  Onların  çoxu  mezofildirlər,  lakin  soyuğa  və  istiyə 
davamlıqları  da  vardır.Çoxu  mühitin  turşuluğuna  həssasdırlar.  Ən  çox  yayılmış 


vəən  fəal  çürüdücü  prosesi  törədənlərə  sporsuz  bakteriyalardan  Pseudomonas 
cinsinə  aid  olan  Ps.fluorescens,  Ps.aeruginosa;  Bacillus  cinsinə  aid  olan 
Bac.subtilis  (otçöpü),  Bac.mesentericus  (kartof  çöpləri),  Clostridium  cinsindən 
Cl.putrificum, Cl.sporogenes; Proteus cinsindən isəP.vulgaris aiddir. 
Çürüdücü bakteriyalar çox zaman zülalla  zəngin olan qiymətli süd,  yumurta, 
ət  vəət  məhsullarını,  balıq  və  balıq  məhsullarını  xarab  etməklə    böyük  ziyan 
vururlar.  Lakin  bu  mikroorqanizmlər  torpağa  və  suya  daxil  olan  zülali  maddələri 
minerallaşdırmaqla təbiətdə maddələrin dövranında böyük müsbət rol oynayırlar. 
Nitrifikasiya.Adətən  üzvimaddələrin  parçalanması  nəticəsində  torpaqvə  suda 
əmələ  gələn  ammonyak  tez  oksidləşib  əvvəlcə  nitrit,  sonra  isə  nitrat  turşusuna 
çevrilir.  Bu  proses  nitrifikasiya  adlanır.  Bunun  törədiciləri  isə  nitrifikasiya 
bakteriyalarıdır.Bu  prosesin  mahiyyəti  1889-cu  ildə  S.N.Vinoqradski  tərəfindən 
aşkar  edilmiş  vəöyrənilmişdir.  S.N.Vinoqradskinin  apardığı  elmi  işləri  müəyyən 
etmişdir  ki,  nitrifikasiya  prosesi  iki  müxtəlif    aerob  bakteriyaların  iştirakı  ilə  iki 
fazada gedir. Birinci dövrdə ammonyak nitrit turşusuna qədər oksidləşir: 
2NH
3
+3O
2
=2HNO
2
+2H
2
O+158 kkal 
Oksidləşmə  zamanı  enerji  alınır    ki,  bundan  da  nitrifikasiya      bakteriyaları 
istifadə edir. Bu prosesdə nitroz bakteriyalarından üç cins iştirak edir: Nitrosomonos, 
Nitrosocystis və Nitrosospira. Bunlardan ən fəalı  və yaxşı öyrəniləni Nitrosomonas 
cinsidir. 
Nitrifikasiyanın ikinci dövründə nitrit turşusu nitrat turşusuna oksidləşir: 
2HNO
2
+O
2
=2HNO
3
+48 kkal 
Bu  prosesdə  Nitrobacter  cinsi  iştirak  edir.Bu  çox  kiçik  ölçülü,  oval,  qram-
mənfi  çöplərdir.  Nitrifikasiyanın  birinci  dövründə  mühüm  rol  oynayan 
Nitrosomonas  isə  çöp    formalı,  qram-mənfi,  hərəkətli,  spor  əmələ  gətirməyən 
bakteriyalardır.  Hər  iki  dövrdə  iştirak  edən    mikroorqanizmlər  təmiz  mineral 
mühitdə 
üzvi 
maddələrin 
sintezi 
üçün 
enerjini 
nitritlərin 
oksidləşmə 
reaksiyalarından, karbohidratları isə CO
2
-dən alırlar. Hamısı obliqat aerobdurlar. 
Denitrifikasiya.Nitratların 
molekulyar 
azota 
kimi 
reduksiyasına 
denitrifikasiya  deyilir.Bunu  həyata  keçirənlər  isə  denitriləşdirici  bakteriyalar 
adlanır. 
NaNO

 NaNO

 NH

 N

Denitrifikasiyanı  törədənlər  fakültativ  anaerobdurlar.  Onlar  qidalanmaq  üçün 
hazır  azotlu  üzvi  birləşməyə  ehtiyacı  hiss  etmirlər.  Nitratı  nitritəçevirməklə 
fakültativ  anaeroblar  bu  birləşmədəki  azotu  udur  və  bədənlərində  zülal  sintez 
edirlər.Qopardılmış oksigendən isə onlar azotsuz  üzvi birləşmələri oksidləşdirərək 
özlərinə lazım olan enercini alırlar. 
Molekulyar  azotun fiksə  olunması.Bizi  əhatə  edən  atmosferin  həcmcə  4/5 
hissəsini  (78%-ni)  molekulyar  azot  təşkil  edir.Lakin  bitkilər  nə  atmosfer 
azotundan  və  nə  də  torpaqda  olan  mürəkkəb  azotlu  birləşmələrdən  olduğu  kimi 
istifadə  edə  bilmirlər.Yalnız  azot  fiksə  edən  mikroorqanizmlər  adi  şəraitdə 
atmosfer  azotundan  istifadə  edib,  onu  üzvi  azotlu  birləşmələrəçevirə  bilir  ki,  bu 
prosesin də torpağın münbitliyinin artırılmasında böyük əhəmiyyəti vardır. 
Atmosfer  azotunu  fiksə  edən  mikroorqanizmlər  əsasən  iki  qrupa 
bölünürlər.Birinci qrupa paxla fəsiləsi bitkiləri ilə simbioz münasibətdə yaşayan və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə