MiLLİ HÖkuməTİn siyasi, İQTİsadi VƏ MƏDƏNİ reformalarinin yeriNƏ yetiRİLMƏSİNDƏ demokratiK



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix08.07.2018
ölçüsü213,39 Kb.
#53772
1   2   3   4   5   6   7

 

 

www.achiq.info



  

 

13 



 

lövhədir. Həqiqətdə isə siz mömin donunda şeytansınız. Sizin qəlbiniz tam bir gəda qəlbidir

sizin elminiz, mədəniyyət və maarifiniz isə peşəkar fahişəliyin yalnız bir növüdür, çünki siz 

öz qəlbinizi satırsınız...»

41



Məsələ tək Azərbaycan məsələsi deyildir. Söz bütün İranda azadlıq, demokratik üsulunun 



yayılması üstündədir. Tehranın hakim dairələrini, İranın böyük feodal və torpaq sahiblərini 

qorxuya salan da burasıdır. Onlar qanun əsasi pərdəsi altında bütün xalqın hüquqlarını məhv 

etməyə çalışırlar. Dava kəndlinin aldığı torpaq və xalqın aldığı əsil hakimiyyət üstündədir. 

Söz məşrutənin, demokratik üsulunun İranda icra edilməsi və bizim başladığımız böyük 

islahat proqramının bütün məmləkət daxilində həyata keçməsi üstündədir. 

İran və Azərbaycanın demokratik mətbuatı, bir tərəfdən İranın irticai qəzetlərinin yalanlarını 

ifşa edir, digər tərəfdən isə beynəlxalq irticaya sarsıdıcı zərbələr endirir və düşmənlərin iç 

üzünü və yeritdikləri qara siyasətlərini ifşa edir, vaxtlı vaxtında kütlələrə açıb göstərirdi. 

Azərbaycanda nəşr edilən demokratik mətbuatın milli azadlıq hərəkatındakı rolunu 

qiymətləndirərək «Azərbaycan» məcmuəsi yazır: «1324—1325 ci (1945—1946 cı) illərdə 

Azərbaycanın müxtəlif şəhərlərində nəşr olunan demokratik mətbuatımız daxili və xarici 

irtica ilə üz üzə durub ön atəş xəttində dayanmış döyüşçünün vəziyyətini andırır»

42



Bu zaman Azərbaycan xalqının milli azadlıq hərəkatının möhkəm dayağı olan Hizb Tudeyi 



İranın mübariz mətbuatı Azərbaycan xalqının haqlı tələblərini, həyata keçirmiş olduğu bütün 

siyasi, iqtisadi və mədəni tədbirlərini alqışlayır və ona tərəfdar çıxırdı. 

Pişəvəri həmin inqilabi mətbuatı qiymətləndirərək demişdir ki, bizim hərəkatımıza Tehranda 

çıxan azadixah qəzetlər, o cümlədən: «Rəhbər», «Zəfər» və sairləri əvəzsiz olaraq kömək 

edirlər. Onlar bizim hərəkatımızın ikinci sütunu idilər. 

*** 


Azərbaycan, Kürd və İran xalqlarının Sovet xalqları arasında genişlənməkdə olan iqtisadi 

mədəni əlaqələr və dostluq münasibətləri bu xalqların iqtisadiyyat və mədəniyyətinin 

inkişafına ən yaxşı təsir göstərirdi. 

Ədəbiyyat, incəsənət, maarif və mədəniyyətin irəliləməsinə kömək edən Sovet İttifaqı ilə 

Mədəni Rabitə Saxlayan İran cəmiyyəti Təbriz şöbəsinin nəşriyyatı bədii, elmi, ictimai və 

siyasi əhəmiyyətə malik olan bir sıra qiymətli əsərlər nəşr etmişdir. Bunlardan 1944, 1945 və 

1946 cı illərdə nəşr edilmiş «Zəfər nəğmələri», Azərbaycan şairi «Heyran xanımın divanı», 

«Saib Təbrizinin şərh halı», «Mirzəli Möcüzün seçilmiş əsərləri», böyük rusya yazıçısı 

«Maksim Qorkinin şərh halı» və seçilmiş əsərlərindən ibarət olan kitabça, «Nəğmə», «Usta 

Zeynal», «Lay lay», şair «Əli Fitrəti» «Elim azaddır», böyük rus təmsilçisi «İ. A. Krilovun 

qısa şərh halı» və bir neçə mənzum dastanlar kitabçasını və s. göstərmək olar. 

Mirzə İbrahimovun 1946 cı ildə Təbrizdə «Azərbaycan dili» adlı kitabçasının nəşri 

Azərbaycan xalqının doğma dilinin tarixən öyrənilməsində böyük bir vasitə olmuşdur. 

Tarix elmləri namizədi, dossent Şərəflinin «Azərbaycan xalqının moğul istilaçıları əleyhinə 

mübarizəsi» adlı kitabçası da Azərbaycan xalqının işğalçılara qarşı tarixi mübarizəsi nöqteyi 

nəzərindən diqqətə layiqdir. Sovet Azərbaycanının tarixi inkişafını özündə əks etdirən Ənvər 

Məmmədxanlının «25 bahar» adlı kitabçası Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran 

cəmiyyəti Təbriz şöbəsinin fəaliyyətinin nəticəsidir. Bu kitabçada müəllif Sovet hakimiyyəti 




 

 

www.achiq.info



  

 

14 



 

dövründə Sovet Azərbaycanı xalqının əldə etmiş olduğu bütün nailiyyətləri bariz qələmlə izah 

etmişdir. 

Azərbaycan xalqının məşhur yazıçılarından Firidun İbrahiminin 194b cı ildə «Azərbaycanın 

qədim. tarixindən» adlı əsərinin nəşri də öz növbəsində böyük əhəmiyyətə malikdir. Həmin 

əsərdə Azərbaycan xalqının öz milli istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı 

qəhrəmanlıq mübarizəsi əks etdirilmişdir. Yazıçı Azərbaycanın qədim tarixini 

saxtalaşdıranlara dişsındırıcı cavablar vermışdir. 

Böyük rus xalqının ədəbi və elmi simalarını İran xalqları ilə tanış etməkdə Sovet mədəniyyət 

evinin nəşriyyatı bir sıra müvəffəqiyyətli işlər görmüşdür. Azərbaycanın demokratik 

mətbuatının səhifələrində Sovet mədəniyyət evinin fəaliyyəti göstərilmişdır. 

«Sovet mədəniyyət evi nəşriyyatına nəzər» adlı məqalədə deyilir: «Böyük rus xalqının 

indiyədək geniş İran xalqları arasında məchul qalan ədəbi, elmi simaları yalnız Sovet 

mədəniyyət evi vasitəsi ilə xalqımız içərisində təb və nəşr edilmişdir»

43



Təbrizdə nəşr edilmiş  «Vətən yolunda» Qızıl Əskər qəzeti onlarca şair və yazıçı yetişdirmiş, 



«Şairlər məclisi» özünün nəşr etdiyi mətbuatı ilə Azərbaycan şairlərini geniş xalq kütlələrinə 

tanıtdırmaqda diqqətə layiq işlər görmüşdür. «Vətən yolunda» qəzeti Azərbaycan xalqının 

ədəbi dilinin inkişafında və təkmilləşməsində də olduqca böyük rol oynamışdır. Qəzetin 

səhifələrində Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Rəsul 

Riza, Osman Sarıvəlli, Q. Musayev, Cəfər Xəndan, İ. Nəzərov, S. Abbasov, Q. Məmmədli və 

başqa şair və yazıçıların çap edilmiş əsərləri geniş xalq kütlələrini faşizmə qarşı mübarizəyə 

ruhlandırırdı. 

Azərbaycanda demokratik mətbuatın, ana dilində qəzet və jurnalların meydana gəlməsində bu 

qəzetin müsbət təsiri və böyük rolu olmuşdur. 

«Vətən yolunda» qəzeti yanında təşkil olunmuş «Şairlər məclisi» Azərbaycanın əllidən çox 

şairini öz ətrafında birləşdirərək onların yaradıcılığına yaxından kömək edirdi. Bu şairlərdən 

Əli Fitrət, Mir Mehdi Etimad, İbrahim Zakir, Balaş Azəroğlu, Əli Tudə, Hilal Nasiri, Kaşif, 

Aşıq Hüseyn Cavan, Mir Mehdi Çavuşi, M. Niknam, Hökümə Billuri, Mədinə Gülgün, 

Məhzun, Murtuza Pir, Fəxrəddin Nuri, M. Dirəfşi və s. göstərmək olar. 

Bunu cəsarətlə deməliyik ki, milli azadlıq hərəkatımızın nəticəsində bir sıra cavan şairlərimiz 

həqiqi yaradıcılıqları ilə özlərinə şöhrət qazandırmışlar. «Azəroğlu, Əli Tudə, Mədinə 

Gülgün, M Dirəfşi və qeyriləri yalnız nehzətimizin şairi hesab oluna bilərlər»

44



Azərbaycanın milli azadlıq hərəkatı, bütün sahələrdə olduğu kimi, demokratik ədəbiyyatın 

inkişafına da böyük təkan verdi. 

«İndi tam qürurla demək olar ki, İran Azərbaycanında yeni bir ədəbiyyat yaranır. Bu 

ədəbiyyat ümumən Azərbaycan ədəbiyyatı tarixində özünə məxsus bir yer tutacaqdır. Milli 

hökumətini quran Azərbaycan xalqı öz milli ədəbiyyatı ilə də fəxr edə bilər. Çünki bu 

ədəbiyyat xalqın milli qürurundan ilham alır. Azərbaycanda milli hərəkatın bayraqdarı olan 

Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında ana dilində, elmi, mədəni müəssisələr 

yarandığı kimi «şairlər və yazıçılar cəmiyyəti» də yaranmışdır»

45



Azərbaycanda ana dilində demokratik mətbuatın və ədəbiyyatın yaranmasında və inkişafında 



Təbrizdəki Sovet mədəniyyət evinin, Sovet İran mədəni rabitə cəmiyyəti Təbriz şöbəsinin və 

onun nəşr etdiyi «Şəfəq», «Vətən», «Mədəniyyət», «Azərbaycan» jurnallarının, «Vətən 




 

 

www.achiq.info



  

 

15 



 

yolunda» Qızıl Əskər qəzetinin və sairənin müsbət və təsiredici rolu olmuşdur. 

«Günəş» məcmuəsi Sovet mədəniyyət evinin iki illik fəaliyyətini belə qiymətləndirmişdir: 

Sovet mədəniyyət evi Azərbaycan ədəbiyyatı tarixinin inkişaf və təkamülü barəsində keçmiş 

şair, yazıçı, ədib və alimlərin həyat və fəaliyyətini və onların tərcümeyi hal və şah əsərlərini 

təhlil və nəşr etməklə kifayətlənməyib müasir şair və yazıçıların, xalqımızın əzəmət və 

mədəniyyətini tərənnüm edən seçilmiş əsərlərinin nəşrinə çalışaraq bu iki il müddətində 23 

cild kitab, məcmuə çap və nəşr etmişdir

46



«Azərbaycan» qəzeti Sovet mədəniyyət evinin elm, maarif sahəsində etdiyi köməklikləri 



qiymətləndirərək Azərbaycan xalqının minnətdarlıq və təşəkkürünü bu cümlələrlə belə ifadə 

etmişdir: «Mədəniyyət evinin xalqımızın tərəqqi və təkamül yolunda etdiyi köməklik çox 

böyükdür. Biz bu mədəni təşkilatın, onun fazil, dəyərli rəhbər və işçilərinin maarif, 

mədəniyyət və sənət naminə xalqımıza etdiklərini unutmayacağıq»

47



Sovet dövlətinin xalqımıza göstərdiyi maddi və mənəvi köməkliyi qiymətləndirən «Qələbə» 



qəzeti yazır: «Xalqımızın az bir zamanda mədəniyyət və maarif sahəsində əldə etdiyi 

müvəffəqiyyətlərdə bizə dost və qardaş olan həmsayəmiz Sovet İttifaqının böyük 

köməklikləri olmuşdur»

48



İmperialistlərin oyuncağına çevrilmiş və iş başına gətirilmiş İranın dövlət başçıları İran 

xalqları ilə sovet xalqları arasında artmaqda olan dostluğu pozmağa cidd cəhd edirdilər. Lakin 

Azərbaycan və İran xalqları İran dövlətinin xalqa zidd siyasəti əleyhinə çıxaraq, Sovet İttifaqı 

və sovet xalqları ilə özlərinin dostluq əlaqələrini möhkəmləndirməyi tələb edirdilər. 

İran xalqlarının Sovet İttifaqı xalqları ilə dostluq arzularını ifadə edən Pişəvəri demişdir: 

«Sovet İttifaqı ilə dostluğumuz İran istiqlalının zaminidir. Ona görə də İran və Sovet 

İttifaqının dostluğu gərək əbədi olsun»

49



1945—1946 cı illərdə Azərbaycanda nəşr edilmiş demokratik mətbuat beynəlxalq inqilabi 

hərəkat tarixində yeni dövr açan Böyük Oktyabr inqilabına, onun rəhbəri olan Sovet İttifaqı 

Kommunist Partiyasına — Vladimir İliç Leninə ardıcıl məqalələr həsr etmişdir. 

«Azərbaycan» qəzeti 2 noyabr 1946 cı il tarixli nömrəsini Böyük Oktyabr sosialist inqilabının 

29 cu ildönümünə həsr etmişdir. 

Həmin qəzetin nömrəsində dünya proletariatının dahi rəhbəri Vladimir İliç Leninin şəkli 

verilmişdir. Qəzetdə «Oktyabr və İran», «Oktyabr inqilabı dünyaya nə verdi?», «Böyük 

Oktyabr inqilabı və xalqlar dostluğu», «Oktyabr inqilabının beynəlxalq mahiyyəti» və sair 

məqalələr və müxtəlif şerlər verilmişdir. 

«Oktyabr və İran» adlı baş məqalədə deyilir ki, 1917 ci ildə Böyük Oktyabr inqilabının qalib 

çıxması və çar istibdadının yıxılması və darmadağın edilməsi ilə İran xalqlarının həyatında 

yeni bir dövr açıldı. Sovet hökuməti, yarandığı gündən bütün məzlum xalqlara, o cümlədən 

İran milləti ilə dostluq siyasəti yeridib onların qayğıkeş bir qonşusu oldu. Sovet hökuməti çar 

imperializminin əksinə olaraq İranla bir dost kimi rəftar etməyə başladı. 

«Qələbə» qəzeti 1946 cı il 23 cü nömrəsini Böyük Oktyabr inqilabının 29 cu ildönümünə həsr 

etmişdir. Qəzetin başlığında bu şüar verilmişdir: 

«Zülmün çürümüş, murdar rişəsini dünyanın altıda bir hissəsindən əbədi olaraq üzüb atan 

qəhrəman rus xalqına eşq olsun!» 




 

 

www.achiq.info



  

 

16 



 

Qəzet yazır ki, yalnız dahi Leninin düzgün rəhbərliyi sayəsində rus xalqı və rus proletariatı 

həqiqi inqilaba başlayaraq çarizm qalıqlarını rişədən qırıb, azad xalq dövlətini qura bildi. 

Beləliklə, rus xalqı dünyada ən qabaqcıl bir millət olaraq dünya azadixahlarının dayağıdır

50



«Azərbaycan» qəzeti özünün «Oktyabr inqilabı və Şərq» adlı məqaləsində yazmışdır: 



«Oktyabr inqilabından sonra Şərqdə geniş azadlıq hərəkatı vücuda gəlmiş və əsrlər boyu əsir 

yaşayan, istiqlal və hakimiyyətləri imperialistlər tərəfindən tapdalanan məzlum Şərq xalqları 

imperializmin təsəllütünə son qoymağa iqdam etmişlər. Məzlum xalqların bu qurtuluş və nicat 

hərəkatını müdafiə edən bir qüvvə varsa o da Sovet dövlətidir. Buna görədir ki, Şərq millətləri 

Sovet hökumətinə və onlara mübarizə yolunu göstərən və Şərqdə azadlıq nuru saçan Oktyabr 

inqilabına hədsiz sədaqət və səmimiyyət bəsləyirlər. Ona görə Oktyabr inqilabı Şərq xalqları 

üçün ən böyük və sevimli bir bayramdır»

51



V. İ. Lenin bütün zəhmətkeş bəşəriyyətin böyük xilaskarı və yer üzündə yeni azad həyatın 

yaradıcısı olmuşdur. 

V. İ. Leninin adı qərbdən şərqədək, cənubdan şimaladək yeni dünyanın rəmzi olmuşdur. 

Azərbaycanda nəşr edilən demokratik mətbuat Lenin ideyaları ilə ruhlanmış və xalqın 

xoşbəxtlik, səadəti uğrunda bu ideyalardan ilham almışdır. 

Azərbaycan xalqının böyük Leninə və Sovet dövlətinə olan minnətdarlığı belə ifadə 

edilmişdir:  

«Lenin Rusiyada yaranmış bir günəşdir. Lakin onun şüaları bütün dünyanın məzlum və 

zəhmətkeş xalqlarının ürəklərini xoş duyğularla isindirmişdir. 

Lenin bəşəriyyətə xeyirxahlıq üçün doğulmuş bir qüdsiyyət idi. İndi bütün azadlıq sevən 

bəşəriyyət bu qüdsiyyətə səcdə edir»

52



«Xavər no» qəzeti V. İ. Leninin vəfatının 21 ci ildönümü günü münasibəti ilə «Lenin ölmüşsə 

də leninizm yaşayır» adlı baş məqaləsində yazır ki, Lenin, Böyük Oktyabr sosialist inqilabı 

vasitəsi ilə sübut etdi ki, fəlakət, bədbəxtlik, zülm, əsarət və istismarı yalnız birlik və inqilab 

ilə aradan qaldırmaq olar. 

Lenin ölmüşsə də ancaq leninizm yaşayır və qalib gəlir. Nə qədər ki, dünya öz məhvəri 

ətrafında fırlanır, günəş işıq saçır, dörd fəsil bir birini əvəz edir leninizmin işıqlı ulduzu 

həmişə şəfəq saçacaqdır

53



 

 



 

 

www.achiq.info



  

 

17 



 

1. «Kommunist» qəzeti,, no. 7204, fevral 1946 cı il. 

2. «Pravda» qəzeti, 27 yanvar 1946 cı il. 

3., və 4. «Azərbaycan» qəzeti, ikinci dövrə. no. 96, 9 yanvar 1946 cı il. 

5. «Azərbaycan» qəzeti, ikinci dövrə. no. 225, 14 iyun 1946 cı il. 

6. «Demokrat» məcmuəsi, Təbriz,. no. 1, sentyabr 1946 cı il. 

7. «Azad Millət» qəzeti, no. 65, 19 iyul 1946 cı il. 

8. «Azərbaycan» qəzeti, ikinci dövrə. no. 47 (336), 28 oktyabr 1946 cı il. 

9. «Azərbaycan» qəzeti, ikinci dövrə. no. 104, 18 yanvar 1946 cı il. 

10. «Vətən Yolunda» günaşırı çıxan Qəzəl Əsgər qəzeti, no. (359), 11 yanvar 1946 cı il. 

11. «Urmiyyə» qəzeti, no. 1, 23 yanvar 1946 cı il. 

12. «Azərbaycan» qəzeti, ikinci dövrə. no 99, 13 yanvar 1946 cı il. 

13. Yenə orada, no. 250, 15 iyun 1946 cı il. 

14. «Azərbaycan» jurnalı, no. 9 (14), sentyabr 1946 cə il. 

15. «Azərbaycan» qəzeti, ikinci dövrə. no 250, 15 iyun 1946 cı il. 

16. «Demokrat» məcmuəsi, Təbriz,. no. 1, sentyabr 1946 cı il. 

17. «Yeni Şərq» qəzeti, Təbriz, no. 142, uçüncü il, no. 7, sentyabr 1946 cı il. 

18. «İzvestiya» qəzeti, 21 mart 1946 cı il. 

19. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il. 

20. «Qələbə» qəzeti, Təbriz, no. 25, 7 noyabr 1946 cı il. 

21. . «Şahbaz» qəzeti, Təbriz, 17 yanvar 1946 cı il. 

22. «Urmiyyə» qəzeti, no. 20, 16 aprel 1946 cı il. 

23. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il. 

24. Seyid Cəfər Pişəvəri. «21 Azər», 1961 ci il. 

25. «Zəfər» qəzeti, no. 282, Tehran, 17 iyun 1946 ci il. 

26. «Nameyi Mərdom», no. 691, Tehran, 12 aprel  1946 cı il. 

27. «The Midle east» jurnalı, no. 1, 1956, Washington p. p.  18, 19 

28. Əbülhəsən Əmidi Nuri. «Azərbaycane Demokrat», Tehran 1946 cı il. 

29. «Azərbaycan» qəzeti, ikinci dövrə. no. 141, 5 mart 1946 cı il. 

30. Yenə orada, no. 2 (291), 6 sentyabr 1946 cı il. 

31. Seyid Cəfər Pişəvəri. «21 Azər», 1961 ci il. 

32. «Azad Millət», Azərbaycan milli məclisinin orqanı, no. 6 (191), 4 aprel 1946 cı il. 

33. V. İ. Lenin, Əsərləri, 18 ci cild. 

34. «Azərbaycan» qəzeti, ikinci dövrə. no. 212, 30 may 1946 cı il. 

35. «Zəfər» qəzeti, no. 274, Tehran, 7 iyun 1946 ci il. 

36., 37., və 38. «Xosro Ruzbeh hərbi məhkəmədə». 1963, azərbaycan ruznaməsinin nəşriyyatı 

39., 40. Seyid Cəfər Pişəvəri, «21 Azər», Azərbaycan ruznaməsinin nəşriyyatı, 1961 ci il. 

41. V. İ. Lenin, Əsərləri, 13 cü cild. 

42. «Azərbaycan» məcmuəsi, Azərbaycan ruznaməsinin nəşriyyatı, no. 1, 1962 ci il. 

43. «Azərbaycan» qəzeti, ikinci dövrə. no. 275, 15 avqust 1946 cı il. 

44. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il. 

45. «Şairlər Məclisi». Təbriz, oktyabr, noyabr 1945 ci il.(şairlər məclisinin nəşriyyatı) 

46. «Günəş» məcmuəsi, no. 1, Təbriz, sentyabr 1946. Azərbaycan şair və yazıçılar 

cəmiyyətinin nəşriyyatı. 

47. «Azərbaycan» qəzeti. no. 269, 8 avqust 1946 cı il. 

48. «Qələbə» qəzeti. no. 27, Tebriz, 14 noyabr 1946 cı il. 

49. Seyid Cəfər Pişəvəri, «21 Azər», 1961 ci il. 

50. «Qələbə» qəzeti. no. 23, Tebriz, 29 oktyabr 1946 cı il. 

51. «Azərbaycan» qəzeti. no. 51 (340), 2 noyabr 1946 cı il. 

52. «Vətən Yolunda» qəzeti, no. 9 (363), 21 yanvar 1946 cı il. 



53. «Xavəre No» qəzeti, no. 33, Təbriz, 22 yanvar 1945 ci il. 

Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə