Milli Kitabxana 1 İskəndər Etibar



Yüklə 466,68 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix01.07.2018
ölçüsü466,68 Kb.
#52512
1   ...   9   10   11   12   13   14   15   16   17

_______________Milli Kitabxana_______________ 

61 


 

   


ƏRİMİN İKİNCİ MƏKTUBU 

Mən səni, ölməz eşqin,  

Sən, məni nadanlığın  

Zirvəsinə çəkirdin.  

Mən göylərə ucaldım,  

Sən, bu gözəl həyatın  

Zülmət dibinə çökdün. 

Mən ki, səni ucaltmaq,  

İlk ömrünü uzatmaq,  

Leylim etmək istədim,  

Sən isə xırdalandın.  

Bit vurmuş unlar kimi  

Yoğrulmadın.  

Çılpaq yalanlar kimi  

Doğrulmadın. 

Səni Allah etmək,  

Arxanca sürünmək,  

Həsrətinə bürünmək,  

Hara getsən,  

Dalınca getmək istədim...  

Sən xırdalandın:  

Su kimi, civə kimi  

Əldə durmadın.  

Sürüşdün sabün kimi,  

Partladın köpük kimi,  

Çürüdün kötük kimi. 

Allah etmək istədim;  

O qədər xırdalandın:  

Sən o qədər kiçildin,  

Xəlbir nədir, cunadan,  

Ələkdən də keçərdin. 

Gözlə, yığım fikrimi,  

Səhv etmişəm;  

Süzülən mikrob kimi, 

   



_______________Milli Kitabxana_______________ 

62 


 

Sudakı amyob kimi  

O qədərxırdalandın,  

Milyon kərə böyüdən  

Mikroskopla baxıram,  

Görmürəm səni. 

Mən bu həyat eşqinə  

Yerdə alovlanarkən,  

Sən bulanlıq sel olub, -    

Eldə üstümə axdın.  

Ürəyimə, hər yerdə  

Zəfər bayrağı taxdın.  

Biz uca zirvədəyik;  

Sən böyük alçaqlığın,  

Mən böyük ucalığın.  

Daha dilbər, mələk yox,  

Külqabısan, külqabı.  

Papiros fısqıranlar,  

Sənə tökür külünü.  

Kim götürər, söylə, kim  

Bu həyatın, dərilib  

Ayaqların altında  

Tapdaq olan gülünü?  

Yaşa eşqi sönmüş gecələrini,  

Günəşi sönmüş gündüzlərini.  

Mən sənə çox dedim: -  

Böyük Yaradan,  

Görür, göydən baxır, sən inanmadın.  

İndi səni yaxalayıb  

Həyatın dəvə kini.  

Həyat səni gövşəyir  

Dəvə kimi. 

 

ƏRİMİN OĞLUMUZA MƏKTUBU 

 

Oğlum! İki gözüm, ömrümün ucu!  



Analıq haqqında gizləndi anan,  

Namusdan, ismətdən danışdı, ancaq,  

Xəlvəti yerlərdə gözləndi anan.  

Səni qurtarmaqçün namərd əlindən, - 




_______________Milli Kitabxana_______________ 

63 


 

    


Ağzı qan qoxulu bu dərd əlindən,  

İsidə bilmədim "soyuq qanunu"  

Qanunlar "qanunla" içdi qanımı.  

Odlu duyğularım məni dağladı,  

Gözlərim güldü ki, düşmən gülməsin.  

Fəqət, bu sinəmdə ürək ağladı,  

Şişirtdi könlümü anlamaq dərdi.  

Öldürə bilmədim anan namərdi.  

Oyuncaq görürəm, qəlbim uçunur,  

Sən yadıma düşürsən.  

Bir uşaq görürəm, könlüm açılır,  

Sən yadıma düşürsən.  

Görsəm uşaq paltarı,  

Tez almaq istəyirəm:  

Yada düşür ayrılıq,  

Sınırqolum, qanadım,  

İçimdən hirslənirəm.  

Dükançıdan, dükandan,  

Özümdən də küsürəm.  

Elə yer axtarıram,  

Məni görən olmasın,  

Görüb, gülən olmasın... 

 

İSLAMİN YUXUSU 

 

Yatmışdı. Yuxuda gördü ki, İslam,  



Ev yanıb, uşaqlar boz külə dönüb.  

Hövlnak oyanıb durdu yuxudan,  

Gördü ki, hər yanda işıqlar sönüb. 

Şəhər şirin-şirin yuxulayırdı,  

Küçələr ağrıdan zoqquldayırdı.  

Uzandı ki, yatsın.  

Gah sağa dönüb,  

Gah sola çevrilib zıqqıldayırdı. 

Canından bir soyuq üşütmə keçdi,  

Ürəyi qəfildən sıxıldı nartək.  

İslamı bu halda görən qorxardı,  

Sifəti ağarıb olmuşdu qar tək. 




_______________Milli Kitabxana_______________ 

64 


 

   


İlan vuran yatdı, İslam yatmadı,  

Söz-sözü qovurdu, fikir-fikiri.  

Sanırdı başına dəyir gürz kimi,  

Divar saatının işlək kəfkiri. 

 

* * * 


Səhərin gözləri kirpik döyürdü,  

İslam yuxusundan durub geyindi.  

Uzun pillələri bir anda endi...  

Sandı ki, hər ağac təzə gəlindi,  

Gülür qucağında budaq-uşaqlar.  

İslam bir budağa sığal da çəkdi,  

Qəlbinə həm ağrı, həm sevinc çökdü.  

Beləcə, bilmədi vaxt necə ötdü,  

Uzanan bu yollar bir anda bitdi.  

Zəngin düyməsini basdı nə zaman,  

Dəcəl körpəsini qoynunda gördü.  

Yaladı duz kimi, basdı bağrına,  

Sən demə, balaca - sonbeşik oğlu,  

Artıb hərarəti - soyuqlayıbdır,  

Duyub ata qəlbi - uzaq da olsa,  

Odur ki, sübhəcən sayıqlayıbdır.  

Nə böyük bayrammış atalı hər gün,  

Uşaqlar bu sirri indi bildilər.  

Otaq istilənib, çörək dadlanıb,  

Elə bil krandan su yox, bal axır... 



 

İŞIQLI 

Yıxılıb ərimin ayaqlarına,  

Dedim: - Günahkaram, bağışla məni.  

Döy məni, söy məni. Buna haqqın var,  

Demirəm, əzizlə, alqışla məni. 

 

Oğru tanıtmışam oğru mən, səni,  



Qanım halalındı doğrasan məni.  

Yalanam, kül elə doğru sən, məni. 

    

   


 


_______________Milli Kitabxana_______________ 

65 


 

Sürtdüm dodağımı dodaqlarına,  

O, bir heykəl kimi susdu, dayandı,  

Dindi, elə bildim evimdə o, yox,  

Bir qaya astadan dindi, oyandı. 

 

İSLAM 

 

Yalvarıb, 



Sürtünmə ayaqlarıma,  

Bircə sənlik ovcumda  

Hey səni gəzdirmişəm.  

Səni Aya tanıdıb,  

Ulduza göstərmişəm.  

Sən elə bəxtiyardın,  

Cəhənnəmin özünə  

Cənnət kimi baxardın. 

Günah özündə oldu;  

Yana baxıb, yıxıldın.  

O gün sinəm yarıldı,  

Atdı səni ürək də.  

Unutmadı o kini.  

Zəlzələdən   ayrılıb  

bağlanan torpaq kimi,  

Yarılmadı o, bir də,  

Sən sinəmə girəsən,  

Ürəyimə gələsən. 

Təkcə çörək demirəm,  

Su da haramdı sənə,  

Niyə hava udursan?  

Niyə Günəş dadırsan?  

O da haramdı sənə,  

Bu da haramdı sənə.  

Daha pis gün olmaz ki,  

Bundan oyana:  

Ərə qadın deyilsən,  

Övlada ana. 

   

   


Ataya qız deyilsən,  


_______________Milli Kitabxana_______________ 

66 


 

Qardaşa bacı.  

Neyləyirsən belə acı,  

Ömrü, günü?!  

Niyə ulduz dadırsan,  

Niyə Günəş dadırsan  

O da haramdı sənə,  

Bu da haramdı sənə. 

 

İŞIQLI 

 

Zəlzələ qopmuşdu sanki canımda.  



Titrəyib əsirdi vücudum mənim.  

Elə düşünürdüm mənsiz tərpənir,  

Qıçım bir yanımda, qol bir yanımda. 

Otağa lal sükut çökdü arada,  

Hər şeydən xəbərsiz körpə uşaqlar,  

Danışıb gülürdü hey yan otaqda...  

Tufandan sonrakı ağaclar kimi  

Daha titrəmirdi əlim, ayağım. 

Toxundu çiynimə onun əlləri,  

Mən elə bildim ki, yandı çırağım.  

Oturdu. Başımı qoydum dizinə,  

Baxa bilməyirdim ancaq üzünə. 

O da çırpınırdı əzab əlində,  

Səssiz ağlayırdı sözü dilində. 

O, ah çəkdi dərindən,  

Oxudum gözlərindən:  

Gözlər mənə ox kimi,  

Güllə kimi dəyirdi.  

Gözlər mənə deyirdi: 

- Təbəssüm-təbəssüm paylandın, 

   



_______________Milli Kitabxana_______________ 

67 


 

Gülüş-gülüş çiləndin 

Yad üzlərə. 

Doğma izləri qatdın 

Yadizlərə... 

Beləcə qurtardın, 

Beləcə qaytardın 

səadəti qapından... 

Düşün, 

Axtar 


Ötən günün bucağını.      

Sal yadına yadlara 

Cənnət olan qucağını. 

Axtar ömrün küncünü, 

Gün cibini. 

Gör kim qalıb yadında... 

Getdiyin o yolları 

niyə danırsan indi?  

İtələmə heç kimə, 

Can qurtarmaq istəmə, 

Qazandığın pis günlər- 

Bu cəhənnəm sənindi. 

 

Nə söy Allahını, nə qına bəxti,  



Nə də ki, yetənin dalıyca söz de.  

Bu acı günləri, acı həyatı  

Özün qazanmısan, öz barındı, ye.  

Hər gün ayağına düşən Günəşin  

Qədrini bilmədin, Günəş də döndü,  

Qaraldın ocaqda sönən köz kimi.  

Üzdü əllərini səadətindən  

Coşan ürəyimin qəzəbi, kini. 

 

Eh, suda boğulan adamlar kimi  



Ayağın boşluqda, əlin göydədir.  

Bir saman çöpü də keçmir əlinə,  

Bu da xəyanətin sonu! - Gör nədir!  

Səndən ürəyimdə qalan yaraya  

Yaddaşım duz səpib, elə göynədir, 

   



_______________Milli Kitabxana_______________ 

68 


 

  

Elə yaş tökürəm, - mənim yanımda  



Qara bulud nədir, dolan göy nədir?! 

 

İŞIQLI 

 

İçməmiş sərxoşam, başım gicəlir,  



Keçmişim dərd olub mənə güc gəlir. 

Zaman dəli seldi, mən qumlu sahil,  

Məni sökə-sökə axır ömrümdən.  

Vaxtım əməlimdən ləzzət alır ki,  

Mənə gülə-gülə baxır ömrümdən. 

Ulduzlar qınayır, qəh-qəhəsindən,  

Səs düşür beynimə, qulağım batır.  

Günəşi əks edən Ay mənə gülür,  

Ah, nələr çəkirəm? Bunu kim bilir? 

Elə bil baxışlar qaratikandı,  

Sancılır canıma yolda, küçədə.  

Qaynadır içimdə məni əzablar,  

Sanki cəhənnəmdi gündüz, gecə də. 

Arabir Ay Yerdən inciyir-küsür,  

Elə bil məndən də küsüb bu dünya.  

Ayağım altından Yer qaçır, yıxır,  

Mehri, salamı da kəsib bu dünya. 

Günəşin işığı azalıb nədir?  

Gündüz də qaranlıq görünür mənə.  

Qaçmağa halım yox, susuz səhrada  

Əzab ilan kimi sürünür mənə. 

   



_______________Milli Kitabxana_______________ 

69 


 

ƏRİMİN ÜÇÜNCÜ MƏKTUBU 

 

Bir vaxt haray cəkdim, nalə qopartdım.  



Yatmış hisslərini oyatmaq üçün  

Sinəmdən sinənə mən söz-qor atdım.  

Üzünün nə qədər tərsini gördüm,  

Gəmi kədərini, qayıq kinini,  

Dəniz ürəyimin dibinə gömdüm.  

Geri çəkilmədim, geri dönmədim.  

Göz yaşım sinəmə, yağdı, töküldü,  

Yağa su damar kimi.  

Mərhəmət fışqırdım, haray çağladım,  

Kəsilmiş damar kimi. 

Pas atmış qılıncam, sınıq nizəyəm,  

Korşalan bıçağam, gəzmə sən məni.  

Bir də məzarlıqda görərsən məni,  

Məndən qabaq gedib gözləsən məni. 

 

ƏRİMİN SON MƏKTUBU 

 

Namərdliyin;  



Uşaqların fərəhini  

Yeyib yatan çaqqaldı.  

Böyümədi uşaqlar,  

Nə olsun ki, sağ qaldı? 

Böyüdü, hər birində  

Bir az hünər, cəsarət,  

Bir az sevgi çatmadı.  

Yetimlik zərbəsindən  

Beyni, ruhu çatladı. 

Sevindilər, yarımçıq  

Gözlər gördü, yarımçıq.  

Ürək güldü, yarımçıq.  

Gecə gəldi, yarımçıq.  

Doğma gördü, yarımçıq.  

Qonşu baxdı, yarımçıq. 

   



_______________Milli Kitabxana_______________ 

70 


 

Hər oğula, hər qıza  

Sevgi axdı, yarımçıq.  

Dinən dili yarımçıq.  

Verən əli yarımçıq,  

Alan əli yarımçıq.  

Böyüdülər yarımçıq.  

Ömüryolu həmişə  

Oldu kəsəkli, palçıq. 

Fikirləri yarımçıq,  

Ağlı, beyni yarımçıq.  

Alt paltarı yoxdu, yox,  

Ust paltarı yarımçıq. 

Atasız uşaqların  

Ruhunda ata qutu,  

Səsində kişi səsi,  

Bir az ata qeyrəti,  

Bir az ata heyrəti,  

Bir ata cəsarəti  

Çatmayır, çata bilmir. 

Atasız körpələrin,  

Elə bil ki, Günəşi var,  

Ayı yoxdu dünyada.  

Bilən yoxdu, sevinc az,  

Dərdi çoxdu dünyada. 

Bəladır, faciədir  

Bu ellərin, bəşərin  

Vətəndaşı yarımçıq.  

Vətən adlı bu evin  

Vətən daşı yarımçıq. 

Düşündükcə, beyində,  

Ürəkdə çatlar artır.  

Vicdan qoyub topuna,  

Məni, bu Yerdən atır. 

   



_______________Milli Kitabxana_______________ 

71 


 

Namərdliyin;  

Əbədi qış gətirdi,  

Üşü indi qışında.  

Həyatın sual dolu  

Bataqlıqdı qarşında. 

Bir zaman sən gülürdün,  

İndi sənə gülürlər.  

İndi səni zibil nə,  

Zibilxana bilirlər.  

Namərdliyin - cəhənnəm,  

Yer cəhənnəm tiyanı;  

Yan içində, ay diri!  

Sən də ölünün biri! 

 

İŞIQLININ HARAYI 

 

Ailənin zəhəri baldan şirindi,  



Gec bildim, anladım bu həqiqəti.  

Səhvimin oduna yandım, kül oldum,  

Külümdü danışan! Deyirəm qəti: 

Qadınlar, qoruyun evi, ailəni,  

Sadəlik, adilik məhəbbətdi bu.  

Atalı, analı böyüsün körpə,  

Ailəyə, vətənə mərhəmətdi bu. 

Ailə - tikilən bir evdi, gərək  

Bir daşın bəy qoya, bar daşın gəlin.  

Tikilməz, yüz il də keçsə ömürdən,  

Görməsə sehrini daşlar bir əlin. 

Ailə fidandı, açıla bilməz,  

Dəysə yad nəfəsi, o, solacaqdır.  

Ailənin sirrini bilsə ana da,  

Ailəyə sönməyən od salacaqdır. 

  



_______________Milli Kitabxana_______________ 

72 


 

İki nəfərlikdi ailə sevgisi,  

Üçüncü görünsə, dağılacaqdır.  

Qoru üçüncüdən evini, qadın,  

Qorusan, səadət doğulacaqdır. 

Qorusan, balalar çiçəkləyəcək.  

Göyərçin balalar, bülbül balalar  

Səadət adında çiçək yeyəcək. 

Ev gülər, isinər ər nəfəsindən,  

Ən aciz kişi də Günəşdir evdə.  

Məhəbbət, etibar hansı evdədir,  

O ev dünya kimi genişdir eldə. 

Hər qəmə, kədərə sevgi qatın ki,  

Məhəbbət qoxusun evin havası.  

Eşq dolu, nur dolu yaz yağışıdı,  

Ailədə bəy ilə gəlin davası. 

Bir körpə uşaqdı kişi ürəyi,  

Onu əzizləyin, eşqə bələyin.  

Yaşayın sevginin böyüklüyündə,  

Evi körpələrə cənnət eləyin. 

Qoruyun körpəni! Ana köksünü,  

Yetimlik divinə qalxan eləyin.  

Heç nədən qorxmayın!  

Təkcə bu dərddən  

Ana ürəyini qorxan eləyin. 

Dünyanın nə qızı, nə də oğulu,  

Eldə mənim kimi gec oyanmasın.  

Dərs alın dərsimdən, həyatda bir də  

Mən yanan odlara kimsə yanmasın. 

Gecələr nə qədər uzun olsa da,  

Axırda səhərə dirənir zülmət.  

Günəş doğulacaq, qara buludla  

Nə qədər kölgələ, nə qədər gizlət. 

   



_______________Milli Kitabxana_______________ 

73 


 

EPİLOQ 

 

Əli çənəsində, gözü yollarda,  

Pəncərə önündə qadın ağlayır...  

O, elə ağlayır, elə hönkürür,  

Göz yaşı torpağı, daşı dağlayır. 

 

Günahı böyükdür, günahlarını,  



Yumaz, yer kürəsi olsa da dəniz.  

Bir zaman saymayıb oynatdığı ər,  

İndi ondan ötrü canından əziz... 

 

Gecdi, döy başına, ağla, nə xeyri?  



Səadət getdimi, qayıtmaz geri!!! 

 

SON 



 

1981-1982-2008 


_______________Milli Kitabxana_______________ 

74 


 

"Qurani-Kərim"dən 

 

Ey insanlar, Sizi və Sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət eləyin, 



qоruyun özünüzü Allahın əzabından. (Bəqara surəsi, ayə 20-dən) 

 

*** 



 

Qadınlardan üstün bilinmiş kişilər. Kimi kimdən üstün tutmağı Allah 

yaхşı bilir və çünki qadın üçün öz malından  хərcləyir kişi. Ürəkdən 

itaətkar оlar yaхşı qadınlar. Allahın qоrumağı əmr etdiyini ərləri yanında 

оlmayanda da qоruyar оnlar. (Nisə surəsi, ayə 34-dən) 

 

*** 



Bir kimsəyə  qıymayın. Yer üzündə  pоzğunluq yaymayın. Adamı kim 

qətlə yetirsə, sanki bütün insanlığı öldürür о. Kim adamı ölümdən 

qurtarsa, sanki bütün insanlığa həyat verir. (Məidə surəsi, ayə 32-dən) 

 

*** 



Nuhun arvadı ilə Lutun arvadını kafirlərə misal çəkər Allah. Əməlisaleh 

bəndələrimizlə nikahda ikən  ərlərinə  хəyanət eləmişdi hər ikisi. Allahın 

bunlara verdiyi əzabın qarşısını ala bilməmişdi  ərləri. "Cəhənnəmə 

girənlərə qоşulun" deyilmişdi о qadınlara. (Təhrim surəsi, ayə 10-dan) 

 

*** 


 

Atanızın evləndiyi ilə evlənməyin... Əхlaqsızlıqdı, iyrənc bir şeydi, pis 

bir yоldu bu. (ayə 22). Ananız, qızınız, bacınız, bibiniz, хalanız, qardaşınız 

qızı, bacınız qızı, Sizi əmizdirmiş süd ananız, süd bacınız, qayınananız, 

zifafa girdiyiniz qadından  оlub evinizdə saхladığınız qızlığınız dоğma 

оğlunuzun halalı  və iki bacını alıb evlənmək haram buyrulmuş. (Nisə 

surəsindən) 

 

Sevərək  yaşayanlar 



Bu dünyanın gülüdür. 

Sönsələr də, həyatın 

Qоr saхlayan külüdür. 

 

Qaranlığa düşdünmü, 



Al yanına aşiqi. 


_______________Milli Kitabxana_______________ 

75 


 

Sevənlərdi taleyin 

Məhəbbəti, işığı. 

 

Sevəni görməyənin 



Ürəyi, gözü kоrdu.  

Əl-ayağa dоlaşan 

Daş, kəsək, qara kоldu. 

 

Sevən insan, ölüncə 



Yaşayır gülə-gülə. 

Sevməyən quru candı, 

Yaşayır ölə-ölə. 

 

Hamilədir bu dünya 



Yaхşıya da, pisə də. 

Оcaq yanır, yоl açır 

İstiyə də, hisə də. 

 

Sev, eşq ilə qanadlan, 



Bu Yer, göy sənin оlsun. 

Sev, sevənlər çохalsın, 

Dünya eşq ilə dоlsun. 

23.09.08 

 



_______________Milli Kitabxana_______________ 

76 


 

 

 

 

İskəndər Etibar 

 

 



 

 

GƏNC AİLƏ ÜÇÜN YADDAŞ 

 

 

Yığılmağa verilib:05.12.2008 

Çapa imzalanıb: 09.01.2009 

Ş.ç.v. 3,5, tiraj 2000 

“MBM” mətbəəsinəçap olunub 

 

 

 

 

 

 

Bu kitabın hazırlanmasında çох  əziyyət çəkən  оperatоr Elnarə 

Səmədоvaya minnətdaram.  

Müəllif 


_______________Milli Kitabxana_______________ 

77 


 

 

 



 

 

 



1937-ci il fevralın 15-də  Şamaхıda dünya ilə salamlaşan  şair  İskəndər 

Etibarın böyük məhəbbət və  həvəslə, daхili ehtirasla yazdığı "Gənc ailə 

üçün yaddaş" kitabı günümüzün vacib prоbleminə həsr оlunub. Bu gün də, 

gələcəkdə  də  gənc ailənin stоlüstü kitabı  оlacaq bu ibrət dərsi bütün 

zamanlar üçün vacibdir.  

Kitab, atalar sözləri, el misalları    və müəllifi  əhatə edən mühitdə, 

həyatında baş verənlərlə  şairanə bir qələmlə süslənmişdir.  Оna görə  də 

оnu həvəslə  охuyursan və  охuduqca maraq səni  охudur.  Əminik ki, bu 

kitab gənc ailələrə sevinc, fərəh, əхlaq bəхş edəcək. Ailələr möhkəm təməl 

üzərində qurulacaq. 



 

Yüklə 466,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə