Milli Kitabxana 1 İskəndər Etibar



Yüklə 466,68 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix01.07.2018
ölçüsü466,68 Kb.
#52512
1   ...   9   10   11   12   13   14   15   16   17

_______________Milli Kitabxana_______________ 

46 


 

 

Səmid bir ah çəkdi, daş əriyərdi.  



Elə qəmə batdı, kədərləndi ki,  

Ona dərman üçün daş yeriyərdi. 

 

Yel vuran köz kimi közərdi Səmid,  



Fikrinin ardını gözlədi Səmid.  

Dilləndi aramla - dözmədi Səmid: 

 

- Övlad sarıdandır kədərim mənim,  



Qəmlərdi gələnim, gedənim mənim.  

Tez dindi Mirələm: - Dərman gərəksə,  

Verməyə hazıram, dərman - ürəksə.  

Dərhal dindi Səmid: - Yox, yox, Mirələm,  

Qızım aşiq olub alim İslama.  

Məhəbbət! Bu əziz, böyük neməti,  

Təbiət qıymayır hər bir insana. 

 

Çoxuna versə də ağıl, kəramət,  



Mində bir adama məhəbbət qıyar.  

Kim yanıb gənclikdə eşqin oduna,  

O da məhəbbəti anlayar, duyar. 

 

Gah asır özünü, gah zəhər içir,  



Hər gün min ağrıdan, əzabdan keçir.  

Qıymayın, bu xəbər yayılsın elə,  

Yayılsa, düşərik ağıza, dilə. 

 

Elə sızıldadı Səmid, qonaqlar,  



Kövrəlib döndülər yaz buluduna.  

Dedllər: - 

Leylimiz hazırdır, Məcnun tapılsa,...  

Çətin bu məhəbbət, eşq unudula.  

 

* * * 


Səhəri, şəhərdə Səmid qızının,  

"Böyük məhəbbəti" dillərə düşdü.  

Toyda, yasxanada, çayxanalarda,  

Gündəlik söhbətlər, mövzu dəyişdi. 




_______________Milli Kitabxana_______________ 

47 


 

Kimisi ürəkdən, kimi rişxəndlə,  

İslamı görəndə təbrik elədi.  

Kimi qibtə etdi, kimi paxıllıq,  

Əsl həqiqəti kimsə bilmədi. 

 

İslam alimsə də fikir vermədi,  



Bu sözü, söhbəti bildi zarafat.  

Keçdi bir neçə gün, neçə həftələr,  

Bu xəbər - "muştuluq" çoxaldı qat-qat. 

 

Bir gün silkələdi İslamı bu hal  



Düşündü: - Sevirsə bir qadın məni,  

Sevincdən quş olub uçmalıyam mən.  

Böyük səadətdir, səadətimdən,  

Niyə üz döndərib, qaçmalıyam mən?... 

 

ELÇİLİK 

 

Elçilər getdi, gəldi,  



Səmid boşaldı qəmdən,  

Evi sevinclə doldu.  

Toy çalındı, İslam bəy,  

İşıqlı gəlin oldu.  

Sağlıq sığmır sağlığa.  

İslam fərəh içində,  

Gedirdi uşaqlığa.  

İnanmırdı, bu gündən  

Kişi olur o evdə. 

İslam kişi! - deyəcək  

Qonşular ona eldə.  

Silinmişdi dünyanın,  

Dərələri, dağları,  

Yollar hamar, düz idi.  

Arxasında parlayan  

Bir cüt qoşa iz idi.  

Elə bilirdi, dillər  

Danışanda gül yağır. 

 

Cavanlar şən oynayır 




_______________Milli Kitabxana_______________ 

48 


 

Qocalar ağır-ağır.  

Ona baxır həsədlə  

Subaylar fağır-fağır. 

 

İŞIQLI  GƏLİNOLDU 

 

Elə ki gəlin oldu,  



Saf qadınlar, kişilər  

Açmadı heç eynini.  

Çürük fəlsəfələrlə,  

O, yüklədi beynini. 

 

İl demirəm, ay ötdü,  



Süfrələdi tezliklə  

O, ürək sandığını;  

Düşündü: - Alim İslam,  

Say hələ saydığını. 

 

Sən başqa cür aləmsən,  



Mən başqa cür aləməm.  

Sən söz üçün doğuldun,  

Sən elm üçün yoğruldun. 

 

Sənin fikrin, düşüncən  



Elmdə cığır açmaq!  

Elmin qanadlarında  

Aya, ulduza uçmaq!  

Xoş üzlü, mehribansan.  

Sən kişisən, sözüm yox.  

Mənə, kişilər gərək. 

 

Doğulmuşam, kef edəm,  



Nə qədər ki, cavanam.  

Dünya beş gündü, gərək  

Kef edib, çox kam alam.  

Kef çəkməyən nə bilir,  

Bu dünyada kef nədi?  

Həya, abır, tərbiyə,  

Nuhdan qalıb - köhnədi, 



_______________Milli Kitabxana_______________ 

49 


 

Ha,..ha,...ha,...ha,... 

 

Həyat şahmat, ər fiqur,  



Elə oyna, həmişə  

Ər yanında mat olsun,  

Ha,...ha,...ha,..ha,.. 

 

Bu zəmanə, bu quruluş,  



Bizdən ötrü qurulmuş.  

Çox qeyrətli kişilər,  

Namus deyib yorulmuş.  

Ha,...ha,...ha,..ha,.. 

 

Sevmək, sevilmək azad,  



Gündə yüz yol sev, sevil.  

Hüququmuz böyükdür,  

Dövlətin bu hörməti  

Boynumuzda bir yükdür. 

 

Ay qadınlar, qadınlar,  



Tələsin, gənclik gedir,  

Solur ətir, təravət.  

Kef eləyin, kef çəkin,  

Kim nə deyir, qoy desin. 

 

* * * 


İldırım çaxası buludlar kimi,  

Bir gün bəy gəlinlə durdu üz-üzə.  

Kişi nə deyirdi, gəlin gülürdü,  

Elə bil gülürdü gecə gündüzə. 



İslam

-   Səni alqışladım eşqinə görə,  

Dedilər- Leylimsən, Məcnunun oldum.  

Verdim ürəyimi, oxudun, yazdın,  

Sirr idim, açılıb məlumun oldum. 

Eşqinə məhəbbət, hörmət bəslədim

   

 



_______________Milli Kitabxana_______________ 

50 


 

Adımdan ucada tutdum adını,  

Dedim: - Eşqim ilə ucalsın göyə,  

Bu doğma yurdumun bircə qadını. 



İşıqlı: 

-   Söylə, sevgi nədir, məhəbbət nədır?  

Heç kimi sevməmiş ürəyim mənim.  

Mən uşaq deyiləm, odla oynayam,  

Od, ocaq olmayıb gərəyim mənim. 

 

Çörəkdən, havadan və sudan qabaq,  



Gecə də, gündüz də zövq istəyirəm.  

Yer olum, günəş ol, sən məni yandır.  

Şəhvət istəyirəm, şövq istəyirəm. 

 

Alimlik şöhrətdi səndən ötəri,  



Mənim həyatıma bunun nə dəxli?  

Çənəni boş qoyub, söz üyütməyin  

Əzab-əziyyətdi ilki, axırı. 

 

Sən də alimsənsə əgər doğrudan,  



Niyə heykəlini qoymurlar sənin?!  

Alverçi Səlimcə, Minacan yoxsan,  

Başına and içmir qohumlar sənin! 

 

* * *  



Eh,... İslam alışıb yandı odlara,  

Yanan ürəyində arzu mələdi.  

Yuxu qaçan oldu, İslam da qovan,  

O, şirin yuxunu arzu elədi. 

 

BİR GÜN 

 

İslam evindədi, qarsır üzünü,  



Evdə yad nəfəsin qalan bürküsü.  

Ona elə gəlir, baxıb lağ edir,  

Bu lal divarların çopur hörgüsü. 

 

Qaşları alnında bağlayır düyün.  



İslam dilə gəlir. - İşıqlı xanım, 


Yüklə 466,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə