Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə13/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   9   10   11   12   13   14   15   16   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________38 

 

doğru ola. Bu işin xətası var. Görək necə olacaqdır! (Fikrə gedir.) Aһ! Qoy genə 



getsin qoyuna, oxumaq 

nəyinə lazımdır.... 

N i y a z ə l i. A kişi, nəyinizə lazım belə  şeylər danışırsınız.  İşinizi tanrı 

qurtardımı? Bircə deyin görüm, bəlkə eşidibsiniz, deyirlər naçalnik bu gün kəndə 

gələcəkdir, doğrudumu? 

A ğ a k i ş i. Doğrudu, doğru. 

Q u r b a n ə l i. Sənin də naçalniknən işin varmı? 

N i y a z ə l i. Əsil iş mənim deyilmi? 

A ğ a k i ş i. Nə olub, allaһa şükür? 

N i y a z ə l i. Ortancıl oğlum qaçırtdığı qızın üstə yekə iş açılıbdır. 

A ğ a k i ş i. Atası, anası razı deyillərmi? 

N i y a z ə l i. Yox, a kişi! Qız  əvvəl özgəyə nişanlıymış, kəbini də 

kəsilibmiş, indi əvvəlki nişanlısı mənim və mollanın əlindən şikayət eyləyibdir. 

Q u r b a n ə l i. Mollanın burada nə işi var? 

N i y a z ə l i. Necə ki, nə işi? Bir arvada iki yol kəbin kəsmək olmaz ki? 

Q u r b a n ə l i. Onun kəbinini gərək ki, özgə molla kəsmişdi. 

N i y a z ə l i. Elədi, amma gərək borcudur bilə: arvada kəbin kəsilibdir, ya 

yox? 


A ğ a k i ş i. Doğrudan, çox çətin işdir. Belə şey һeç, olarmı ki? 

N i y a z ə l i. Mən də bilirəm olmaz. Amma....  O vaxt zorumuza saldıq, 

gücnən mollaya kəsdirdik, fikir elədim ki, atası  və nişanlısı  qızın dalınca 

düşməz, amma.... 

Q u r b a n ə l i. Qızı yəqin əlinizdən alacaqlar. 

N i y a z ə l i. Qızı alsalar onda nə mən, nə oğlanlarım gərək bu kənddə papaq 

qoyub gəzmiyək. 

A ğ a k i ş i. Mollanı da Sibirə göndərərlər. 

N i y a z ə l i. Bu işin üstəmi? 

A ğ a k i ş i. Bəli! 

Q u r b a n ə l i. Deginən yazıq mollanın evi yıxılıbdır. 

N i y a z ə l i. Xülasə, görək, işimiz nə,tövr olacaq! 

 

(Bu vaxt Koxanın eşikdən səsi gəlir:--Niyazəli burdadımı? Cavab:--Burdadı.) 



 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________39 

 

BEŞİNCİ GƏLİŞ 



 

Koxa, Niyazəli, Qurbanəli və Ağakişi. 

 

K o x a. Ay Niyazəli! Dur görək!  



N i y a z ə l i. Nə var, ay Koxa? 

K o x a. Naçalnik gəlib, səni istəyir.  

N i y a z ə l i. Hara düşübdür?  

K o x a. Hacı Abdullagildədir.  

A ğ a k i ş i. Adam çoxmu yığılıbdı?  

K o x a. Yox, һələ adam çox deyil. Ancaq buyurdu ki, Niyazəlini һarda olsa 

tapaq. 

N i y a z ə l i. Görükür, əvvəl mənim işimə baxacaq! 



Q u r b a n ə l i. Elə görükür. 

N i y a z ə l i. Bir dəli şeytan deyir, һeç getmə. 

A ğ a k i ş i. Yox, getsən yaxşıdı. 

Q u r b a n ə l i. Getməsən acıqlanar, işini bərkə salar. 

K o x a. Sən allaһ, dur gedək! Mənim da işim var. 

N i y a z ə l i (qorxusundan bilmir nə etsin). Olmazmı deyəsən ... şəһərə 

gedibdir? 

K o x a. Ay canım, niyə yalan danışım? Dur gedək, qorxma, sənə  һeç  şey 

olmaz. 

A ğ a k i ş i. A Koxa, sən get, o da gələr. 



 

(Qurbanəli ayağa durur.)  

 

N i y a z ə l i. O yaxşıdı: sən get, mən də bu saat gəlləm. 



K o x a (gəlib qolundan tutur). Allaһı sevərsən, məni yubandırma, dur gedək, 

һeç şey yoxdur! 

 

(Niyazəli istər-istəməz başını bulaya-bulaya çıxır və onun dalınca Ağakişi.) 



 

A ğ a k i ş i. Belə ki, qorxursunuz, niyə dinc oturmursunuz! 

Q u r b a n ə l i (tək). Gələsən mən də gedim, görüm nə var....  (Fikrə gedir.) 

Yox a kişi, birdən naçalnik məni görər, köһnə  işlərdən yadına düşər, məni də 

tələyə salar. Yaxşısı (budur, yerimdə oturum. (Oturub çubuq çəkir.) 

 

 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________40 

 

ALTINCI GƏLİŞ 



 

Gülpəri tələsmiş içəri daxil olur. 

 

G ü l p ə r i. Gördün һələ nə oldu? Hayıf sənə!Q u r b a n ə l i (ayağa durur). 



Ay arvad, nə var, nə olubdur? 

G ü l p ə r i. Yazıq oldu, getdi! Hayıf! Һayıf! (Guya şey üçün gəzir.) 

Q u r b a n ə l i. Ay evi tikilmişin qızı, de görüm, axı nə olubdur? 

G ü l p ə r i. Məһəmməd oğlunun gəlini dəli olubdu! 

Q u r b a n ə l i. Necə, dəli olubdu? 

G ü l p ə r i. Gözəl-göyçək gəlin idi, һayıf sənə! 

Q u r b a n ə l i. Gözəl-göyçəkliyi özünün olsun, de görüm necə dəli olubdu? 

G ü l p ə r i. Dəli olubdu, qanmırsanmı? 

Q u r b a n ə l i. Axı, nədən olubdu? 

G ü l p ə r i. Nədən olacaq? Mirzənin nəvəsi nədən oldu? Bu da ondan! 

Q u r b a n ə l i. Hal anasındanmı? 

G ü l p ə r i. Hə, һə! Yazıq! Hayıf sənə! (Dizinə vurur.) 

Q u r b a n ə l i. Doğrudan da һayıf! Qurtarmaq çox çətindir. Nə tövr olubdu 

ki? Görübdü? O ki gözə görünməz? 

G ü l p ə r i. Tovlada ata arpa verirmiş, birdən gözünə görükübdü, ətəyindən 

yapışıb, qızın elə orada ürəyi gedib yıxılıbdı,tovladan ölü çıxardıblar. 

Q u r b a n ə l i. Belə şey olmaz, ay arvad! 

G ü l p ə r i. İnanmırsan, eşiyə çıx. Gör nə xəbər var, nə qiyamətdir! Mollalar 

һamısı tökülüb dua yazırlar. 

Q u r b a n ə l i. Yəni doğrumu deyirsən? 

G ü l p ə r i. A kişi, çıxıb baxsana, gör xalx necə yığılıbdır! 

Q u r b a n ə l i  (tez ayağa durur). Ay, məiim başmaqlarım һardadı? 

G ü l p ə r i  (çıxıb eşikdən başmaqları tullayır və az qalır ki, Qurbanəlinin 

başına dəysin). Ala, andırlarını! 

Q u r b a nə l i. Kökün kəsilsin, arvad. (Tez geyinib eşiyə çıxır.) 

 

PƏRDƏ 

 

 

 



 


Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə