Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   2   3   4   5   6   7   8   9   ...   112

axan qan… Yaşıl çəmənlik… Uzanıb dincəlmək… Cökə ağacları… Dümağ yay 
buludları… Cavanlığın xəyal dünyası… Görəsən, qəlbinin köksünə sığmadığı anlar 
harada qaldı? Həyatın dəhşətli macəraları onların hamısını boğdu… 
Otağa qayıtdı. Qadın divanın bir küncünə qısılıb oturmuş, adyalı boğazına qədər 
çəkmişdi. 
– Soyuqdur? – Ravik soruşdu. 
Qadın başını buladı. 
– Qorxursunuz? 
Bu dəfə başını tərpətdi 
– Məndən? 
– Xeyr. 
– Küçədən? – Ravik pəncərəni bağladı. 
– Təşəkkür edirəm. – Qadın dilləndi. 
Ravik onun boyun-boğazına, çiyinlərinə baxdı. Onlar canlı idi. Doğma olmasa da, 
hər halda, həyat əlaməti, hənirti idi, daha adamı buza döndərən tənhalıq deyildi. 
Adam adama hənirtidən başqa nə verə bilərdi? Bundan yaxşı dünyada nə vardı?! 
Qadın yerində qurcuxdu. Titrəyə-titrəyə Ravikə baxırdı. Ravik hiss etdi ki, bayaq 
şahə qalxan həyəcan dalğaları səngidi, canına qəribə bir sərinlik yayıldı, o, özünə 
gəldi, gözləri önündə sonsuz bir aləm yarandı. Elə bil, ona yad olan bir planetdə 
keçirdiyi qaranlıq gecədən işıqlı gündüzünə qayıtdı. Hər şey birdən-birə sadələşdi: 
səhər çağı, qadın… Daha fikirləşməyə dəyməzdi... 
16 
– Yaxın gəl, – dedi. 
Qadın döyükə-döyükə onun üzünə baxırdı. 
– Yaxın gəlsənə! – Ravikin səbri tükənirdi… 
III 
Ravik oyandı. Ona elə gəldi ki, kiminsə baxışları üstündə gəzir. Qadın geyinib 
divanda oturmuşdu. Ancaq Ravikə baxmırdı. Gözlərini pəncərəyə zilləmişdi. Elə 
bilirdi, çoxdan getmiş olar. Hələ də otaqda olması onu heç açmadı. Səhər çağı 
yanında başqa adam olanda, özünü birtəhər hiss eləyirdi. 
Bilmədi təzədən yatsın, yoxsa dursun. Ancaq qadın burada ola-ola yata 
bilməyəcəkdi. Gərək, onu tez başından eləsin. Əgər pula qalmışdısa, asan idi. Fərqi 
yoxdur, nəyə görə qalır qalsın… Ravik dilləndi: 
– Çoxdan durmusunuz? 
Qadın diksinərək geri döndü. 
– Yata bilmədim. Heç yaxşı olmadı, sizi də oyatdım. 
– Xeyr, özüm oyandım. 
Qadın ayağa durdu: 
– Getmək istəyirdim. Özüm də bilmirəm niyə qaldım… 
– Dayanın, mən bu dəqiqə geyinirəm. Çörək yeyin, bu mehmanxananın məşhur 
kofesindən için. Vaxtımız var, ikisinə də çatar. 
O durub zəngi basdı. Sonra vanna otağına keçdi. Bildi ki, qadın da burada olub. 
Ancaq hər şeyi səliqə ilə yerinə qoyub, hətta işlənmiş dəsmalları da asıb. Dişlərini 
yuyanda qulluqçu qız səhər yeməyini gətirdi. Tələsdi, qayıdan kimi dedi: 
– Heç yaxşı olmadı. 


– Nə? 
– Qız sizi gördü. Heç ağlıma gəlməmişdi… 
– Eybi yoxdur, özünü o yerə qoymadı. – Qadın məcməyiyə baxdı. Ravik deməsə 
də, qız yeməyi iki adamlıq gətirmişdi. 
– Heç qoymaz da. Axı bura Parisdir! Qəhvə götürün. Başınız ağrıyır? 
– Xeyr. 
– Lap yaxşı. Mənimsə başım bir az ağrıyır. İndi keçib gedər. Bulka da götürün. 
– Yeyə bilmərəm. 
– Yeyərsiniz. Sizə elə gəlir. Bir dadına baxın. 
– Doğrudan, yeyə bilmirəm. 
Qadın bulka götürdü, ancaq tez də qaytarıb yerinə qoydu. 
– Onda qəhvə için, üstündən də siqaret çəkin. Bu, əsgərlərin səhər yeməyidir. 
– Elədir. 
Ravik yeməyə başladı. 
– Hələ də acmadınız? – deyə o, bir azdan yenə soruşdu. 
– Xeyr. – Qadın siqareti söndürdü. – Deyəsən, mən… – deyib susdu. 
– Deyəsən nə? 
– Getmək lazımdır. 
– Yolu tanıyırsınız? Çıxan kimi Vaqram prospektidir. 
– Xeyr, tanımıram. 
17 
– Harada qalırsınız? 
– «Verdön» mehmanxanasında. 
– Beşcə dəqiqəlik yoldur. İstəyirsiniz, göstərim. Onsuz da sizi qapıdan 
ötürməliyəm. 
– Bəli… ancaq… iş onda deyil… – Qadın yenə susdu. 
«Pul istəyir, – Ravik ürəyindən keçirdi. – Məlum şeydir, pula görə qalıb!» 
– Utanmayın, özüm bilirəm, sizə… – Ravik pulqabını çıxardı. 
– Bu nə deməkdir? Eyib deyil?! – Qadın bozardı. 
– Heç… heç… – Ravik pulqabını cibinə qoydu. 
– Bağışlayın… – Qadın ayağa durdu. – Siz… çox sağ olun… yoxsa… Gecə vaxtı 
neyləyərdim… 
Ravik hər şeyi təzədən xatırladı. Qadının buna belə böyük məna verməsi ona 
gülünc göründü. Açığı, təşəkkür gözləmirdi və ona görə də bir az tutuldu. 
– Doğru sözümdür, bilmirdim… – Qadın hələ də dayanıb tərəddüd eləyirdi. 
«Görəsən, niyə getmir?» – fikirləşən Ravik nəsə demək xatirinə dilləndi. 
– İndi ki, bilirsiniz… 
– Xeyr! – Qadın səmimiyyətlə onun üzünə baxdı. – Hələ də bilmirəm. Bircə onu 
bilirəm ki, nəsə eləməliyəm. Bilirəm ki, ora getmək olmaz. 
– Bu, başqa məsələ! – Ravik paltosunu götürdü. – Mən sizi aşağıdan ötürərəm. 
– Lazım deyil, bircə onu deyin ki… – O yenə tərəddüd etdi, elə bil, söz tapmırdı. – 
Bəlkə, siz biləsiniz… Neyləmək lazımdır…Əgər… 
– Əgər nə? 
– Adam öləndə… – Qadın daha özünü saxlaya bilmədi, ağladı. Hıçqırmırdı, eləcə 
səssiz-səmirsiz, için-için ağlayırdı. Ravik onun sakitləşməsini gözlədi. Sonra: 


– Ölən var? – soruşdu. Qadın başını tərpətdi. 
– Dünən axşam? 
– Siz öldürmüsünüz? 
– Nə? Nə dediniz? 
– Siz eləmisiniz? Nə edəcəyinizi məndən soruşursunuzsa, onda, gərək, düzünü 
deyəsiniz. 
– Ölüb! – Qadın qışqırdı. – Qəfildən… – O, əlləri ilə üzünü örtdü. 
– Xəstə idi? 
– Bəli. 
– Həkim çağırmışdınız? 
– Bəli. Ancaq xəstəxanaya getmədi. 
– Həkim dünən gəlmişdi? 
– Xeyr, üç gün qabaq olub. Onu… həkimi söyüb biabır elədi, dedi, bir də gəlmə. 
– Ayrı həkim çağırmadınız? 
– Heç kəsi tanımırdıq. Gəldiyimiz üçcə həftədir. Bunu da xidmətçi tapmışdı. 
Qoymadı, dedi ki… Elə bildi ki, özü sağalacaq. 
– Xəstəliyi nə idi? 
– Bilmirəm. Həkim dedi, sətəlcəmdir. Ancaq özü inanmırdı, deyirdi ki, həkimlərin 
hamısı fırıldaqdır. Dünən yaxşı idi. Birdən… 
– Niyə xəstəxanaya aparmadınız? 
18 
– İstəmədi. Dedi ki, yanımda olmasa, ona xəyanət edərəm. O… Onu tanımırsınız… 
Bacara bilmədim. 
– İndi mehmanxanadadır? 
– Bəli. 
– Mehmanxana sahibinə demisiniz? 
– Xeyr. O keçinəndə… hənirti kəsiləndə… Gözləri… Daha dözə bilmədim, çıxıb 
qaçdım. 
Ravik ötən gecəni xatırladı, çox pərt oldu. Ancaq olan olmuş, keçən də keçmişdi, 
heç biri üçün indi fərqi yox idi. Xüsusilə qadın üçün. Həmin gecə qadın üçün hər 
şey mənasız idi, təkcə bir şey qalmışdı: dözmək! Həyat təkcə sentimental 
müqayisələrdən ibarət deyildi! Lavin arvadının ölüm xəbərini alan gecəni 
fahişəxanada keçirmişdi. Fahişələr onu xilas etmişdi! Abbatlar ona heç nə eləyə 
bilməzdi. Bunu başa düşən, onu da başa düşərdi. Belə şeyləri sözlə izah etmək 
olmaz. Burada iş görmək lazım idi, vəssalam… 
Ravik paltosunu götürdü. 
– Gəlin, – dedi, – mən də gedərəm. Əriniz idi? 
– Xeyr. 
«Vedön» mehmanxanasının sahibi kök bir adamdır. Başında bircə tük olmasa da, 
rəng çəkilmiş qara bığları, qara, qalın qaşları vardı. Vestibüldə idi, arxasınca da 
xidmətçi, qulluqçu qız, arıq-quru kassir qadın düzülmüşdülər. Hiss olunurdu ki, 
artıq hər şeyi bilir, qadını görən kimi də əsib-coşmağa başladı. Rəngi bozardı, 
balaca, ətli əllərini oynada-oynada hüdüləyib tökdü, ancaq Ravik gördü ki, onların 
gəlişi, hər halda, kişinin vəziyyətini bir az yüngülləşdirib. Polislə, həbsxana ilə 
hədələməyə başlayanda Ravik onun sözünü kəsdi. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə