Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

  

 

25



sayıldığından cənub padşahlarına zidd gedən bir çox adamlar (yəni o vaxtın müxalifəti) qaçıb 

Bakıda gizlənirdilər.   

Teymurləngin  əlindən qaçan hürufi dərvişləri də, o vədələrdə, Bakıda o qədər 

çoxalmışdılar ki, az qala bütün şəhər əhlini və kənardan gələn qonaqları yoldan çıxartmağa nail 

olmuşdular. Deyilənə görə, «Allahü-əkbər» pıçıldayaraq qala qapısından içəri girən adamlar, bir-

iki gündən sonra qaval çala-çala, «Fəzl həqq», «Ənəl-həqq» qışqıra-qışqıra bayıra çıxırdılar, bığ-

saqqal qırxdırmağı da tərgidib olurdular hürufi. Bədii dillə desək içəri «adam» girən, «allah» olub 

çıxırdı. Bakı dönmüşdü Allah istehsal edən «konveyer»ə, Fəzlüllah Nəimi ilə İmadəddin Nəsimi 

Bakıda «avtoritetlər»ə, yaxud «karanovonnı vor zakonlar»a  çevrilmişdilər. Qanuni hökümət 

qalmışdı bir qırağa, hamı onların sözüylə oturub-dururdu. Şəhər hakimi də, qazısı da bu iki 

«avtoritet»ə toxunmurdular, qorxurdular. Fikirləşirdilər, xətirlərinə  dəyərik, sonra hirslənib 

çoxsaylı allahlarını buraxarlar canımıza, onlar da taxta qılınclarını itiliyib soxarlar … nə isə... 

Bir müddət vəziyyət dəyişmir. Lakin günlərin bir günü hürufilərin Bakıda (o vaxtlar 

Badkubə deyirdilər) «bezpredellik» eləməsi xəbəri gedib çatır, Nəsiminin diliylə desək,  «Divi-

əzəm»in, yəni ən böyük divin, yəni Teymurləngin qulağına.  

Teymurləng də öz «territoriyasında» «çujoy avtoritetlərin» peyda olub «zakon talkavat» 

eləməyindən çox narahat olur, qəzəblənir, obşyakı yığıb hər şeyi onlara danışır, bir yerdə tədbir 

töküb qərara gəlirlər ki, bu kafər yuvasını qəfildən «nakrıvat» eləmək lazımdır.  

Düzünə qalsa, Əmir Teymuru narahat edən heç də hürufilərin Bakı əhlini Allah yolundan, 

din yolundan azdırması deyildi. Çox elə lazım idi Teymurləngə bakılıların haqq yoldan çıxmağı, 

öləndən sonra cənnətə, ya cəhənnəmə düşməyi. Yox, məsələ ayrıydı. Teymurləng qorxuya 

düşmüşdü ki, aya, bunlar ki, Bakıda gündə otuz iki dənə Allah istehsal edirlər, birdən sabah 

Fəzlullahın eşqi dombaldı, konveyerinə dəyişikliklər edib başladı teymurlənglər istehsal etməyə. 

Elə olsa, bəs onda mənim axırım nə  təhər olacaq? Aləmi-islamı basmış o qədər teymurləngin 

içində mən necə sübut edəcəm ki, həqiqi Əmir Teymur mənəm. 

Bu cür narahat fikirlərin içində haça-paça qalan Əmir son qərarını verir; nə  qədər ki, 

Fəzlullah istehsal etdiyi allahların bir ayağlarını  sındırıb onlardan topal teymurlar düzəltmək 

fikrinə düşməyib, yubanmadan bu şəhəri hürufilərdən təmizləmək gərəkdi.  

Elə  də olur, Əmir Teymur Şirvanşah  İbrahimdən Fəzlullahı  tələb edir, alıb Naxçıvanda 

şaqqalayır, sonra da hürufiləri Bakıdan dağıdır. Bəlkə də belə olmağı yaxşıdır, yoxsa Bakı dönərdi 

allahların məskəni olan Olimp dağına, Xan Sarayı da olacaqdı hürufi Zevsinin, yəni Fəzlullahın 

məkanı. 


Hə, yaxşı ki, Əmiri Teymurun sayəsində bakılıların canı hürufilərdən qurtardı, Bakı da 

allahlar şəhəri olmaq funksiyasını başa vurub oldu normal adamlar şəhəri.  

 

Amma Bakı tarixinin divarları  çox da asudə qala bilmədi. Hürufilərdən təqribən yüz il 



sonra Bakı tarixinin divarlarına Şah İsmayıl da buynuz atdı. Yox, düz demədim, nizə atdı, ox atdı, 

hətta güllə  də atdı, amma buynuz atmadı, çünki Şah  İsmayıl qərb padşahlarından fərqli olaraq 

buynuz çıxardan kişilərdən deyildi. 

Şah  İsmayılın Bakı tarixinə yürüş eləməyinin səbəbi isə çox qədimdir.  İş necə  gətiribsə, 

rəhmətliyin ata-babasının bu dünyadan köç eləməyinə səbəb Şirvanşahlar olublar. Daha doğrusu

səbəb ayrı olub, Şirvanşahlar isə, o rəhmətliklərin bu dünyadan o dünyaya tullanmasına 

yüngülvari təkan veriblər, onlar da uçub gediblər cənnətə. 



  

 

26



Bəlkə  də bu işlərdə yalnız  Şirvanşahları günahlandırmaq düzgün olmazdı. Məsəlçün, 

binəva  Şirvanşah Xəlilullah öz sarayında oturduğu yerdə, bir də  xəbər gəlib-çatıb ki, Şeyx 

Cüneydin başçılıq etdiyi sufilər gəlib Şirvanı tutmaq istəyir. Xəlilullah da, fikirləşib ki, bu sufilər 

də elə hürufilərin, bir növ, əmisi uşaqlarıdır. Birdən gəlib  Şirvanı tutarlar, sonra başlayarlar 

allahlar istehsal etməyə,  Şirvan təzədən dönər kafirxanaya. Onunçün də, qoşun toplayıb  Şeyx 

Cüneydin sufilərini dağıdır, özünü də  qətlə yetirir, daha doğrusu, bayaq dediyimiz kimi,  o 

dünyaya tullanmasına yüngülvari bir təkan verir. 

Təxminən on-on beş il sonra Şeyx Cüneydin oğlu  Şeyx Heydər də eyni sevdaya düşür, 

başına müridlərini yığıb Arazı keçir, üz tutur üzüyuxarı – Şirvana tərəf. Növbəti Şirvanşah Fərrux 

Yasar da, atası kimi qoşunu yığıb çıxır sufi ləşkərinin qabağına, hamısını  qırıb-tökür,  Şeyx 

Heydəri  öldürüb rahat nəfəs alır, əllərinin tozunu çırpır, qanını yuyub qayıdır öz sarayına. 

Ay-hay. Hara sevinirsən, ay Fərrux Yasar, məgər bilmirsən ki, bu nəsil hələ  kəsilməyib? 

Hələ  Şirvana hücum eləyən sufilər çox olacaq, sənin də… nə isə, hər  şeyi qabaqcadan Fərrux 

Yasara demək düzgün olmaz, çünki birdən qabaqcadan tədarük görər, tarixin gedişatını dəyişər, 

bu da ki, icazə verilən iş deyil, Allah belə şeyləri xoşlamır. 

Hə, o yerdə qaldıq ki, Şirvanşah Fərrux Yasar rahat nəfəs alıb qayıdır sarayına. Bir müddət 

kefə baxır özüyçün və təxminən on il sonra yenə qəfildən xəbər çatır ki, bəs Şeyx Heydərin xırda 

oğlu İsmayıl da atası-babası kimi başına beş-on min sufi yığıb Şirvana üz tutur. Şirvanşah Fərrux 

Yasar əvvəl qulaqlarına inanmır, fikirləşir ki, ola bilməz. Axı bunun babası da, atası da Şirvanda 

canını tapşırıb, bunu da, deyəsən, əcəl girləyir, dartıb gətirir bura. 

Amma hər nəydisə,  Şirvanşah qoşun toplayıb sufilərin qabağına çıxır və bu səfər necə 

olursa tale Şirvanşahın yox, Səfəvilərin üzünə gülür – Şirvan qoşunu məğlub olur.         

Şah  İsmayıl  Şirvanşah Fərrux Yasarın başını  kəsib qızıl pul yığmaqçün süvenir daxıl 

düzəldir və iri qızılbaş çalmasını qabağına qoyub on iki dəfə fikirləşəndən sonra, qərara gəlir ki, 

Şirvanın ikinci böyük şəhəri olan Bakını da alsın.  

İndiki Bakının o vaxtkı  əcdadının adı Badkübə idi və  Şah  İsmayıl da əvvəl-əvvəl 

Badkübəyə yavığ getməyə ürək eləmir, çünki ona demişdilər ki, bu şəhərin  ətrafı bir növ, 

cəhənnəm kimi bir yerdi, hər tərəf alışıb yanır, hətta torpaqdan da od çıxır.  Şah da fikirləşir ki, 

bizim hamımızın çalmalarımız da qırmızıdı, Badkubə  ətrafında torpaqdan çıxan alov da 

qırmızıdı. Birdən bu iki qırmızılar biri-birinə qovuşmaq istəyər, bizim də başımız od tutub yanar, 

bu cəhənnəmin içində  əbədi qalarıq. Bəs onda o boyda Səfəvilər dövlətini kim quracaq, filan 

qədər qəzəli kim yazacaq, Mərvdə  Şeybani xanı kim udacaq, Çaldıranda Sultan Səlimə kim 

uduzacaq? 

Bu fikirlərdən qorxuya düşən Şah İsmayıl Badkübə şəhərini almaqdan ötrü ora özü getmir, 

əmirlərdən ikisini - Xadim bəy Xüləfa ilə Xan Məhəmməd Ustaclunu bir xeyli qızılbaşla bahəm 

Badkübəyə yollayır, özü isə Şamaxıda oturub başlayır dincini almağa. 

Xadim bəy Xüləfa ilə Xan Məhəmməd Ustaclu da Badkübəyə yaxınlaşanda tamam qorxuya 

düşürlər,  əvvəl elə bilirlər ki, həqiqətən də  cəhənnəmin kandarındadılar. Beş-altı  dəfə salavat 

çövürürlər, qorxu duası oxuyurlar. 

Necə  də qorxmasınlar. Ömrü boyu çəmənlik, meşəlik, çay, bulaq  görmüş  qızılbaşlar 

qupquru çölün ortasında yerdən çıxan alovları, palçıq vulkanlarını  və  ən  əsas,  əllə qazılmış 

quyulardan vedrə ilə nöyüt çıxardan  əcinnəyə, cinə oxşayan qapqara adamları (bəlkə  də onlara 

artıq neftçi demək olardı) görəndən sonra nə düşünməliydilər ki? Onların yerinə  mən də 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə