Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə25/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   21   22   23   24   25   26   27   28   ...   95

 
hərəkatı kimi göstərmişdir. Bu hərəkat əsasən çar hökumətinin 
torpaq məsələsində milli ayrıseçkilik siyasətinə, torpaqların və 
yerli  idarəçiliyin  yerli  müsəlmanlardan  alınıb  gəlmə  xristian 
əhalisinə verilməsinə qarşı yönəlmişdir. Sovet dövründə qaçaq 
hərəkatının  mahiyyəti  təhrif  olunmuş,  bu  hərəkat  məhz  sinfi 
mübarizə kimi qiymətləndirilmişdir.   
Rus  imperiyasında  türkçülük  ideyalarının  inkişafında 
Krımlı  ziyalı  Ġsmayıl  bəy  Qaspıralının  (1851-1914)  xüsusi 
yeri  olmuşdur.  O,  “Rusiya  müsəlmanlığı”  əsərində  (Simfero-
pol,  “Tavrida” qəzeti, 1881) və redaktoru olduğu “Tərcüman” 
qəzetində  (1883-1918,  Bağçasaray)  yazdığı  məqalələrdə 
maarifçilərin milliləşmə və müasirləşmə ideyaları ilə yanaşı ilk 
dəfə  olaraq  ortaq  türk  ədəbi  dilinin  yaradılması  ideyası  ilə 
çıxış  etmişdir.  Bu  da  türk  millətçiliyinin  bütün  türk  xalqlarını 
əhatə  edən  bir  ideologiya  səviyyəsinə  yüksəlməsində  mühüm 
addım olmuşdur. Məşhur “dildə, fikirdə və işdə birlik” deyimi 
də  İ.Qaspıralıya  məxsusdur.  Bu  baxımdan  Ġ.Qaspıralını  türk 
birliyi ideyasının ilk əsas ideoloqu hesab etmək olar.  
Bu  dövrdə  rus  imperiyasında  türkçülük  ideyalarının  inki-
şafında  Kazan  maarifçisi  ġəhabəddin  Mərcaninin  (1818-
1889) də xüsusi  yeri olmuşdur. O, 1880-ci  illərdə Kazan türk-
cəsində  yazdığı  “Kitabi  Müstəfadil-əxbar  fi  Əhval-i  Kazan” 
əsərində  milli mənsubiyyəti önə çəkmiş, millətçi ideyalar irəli 
sürmüşdür. O, dilin saflaşdırılmasının tərəfdarı olmuş, türklərin 
öz şərəfli tarixlərini öyrənmələrinin vacibliyini təbliğ etmişdir.  
XX əsrin ilk illərində çar rejiminə qarşı etirazların güclən-
məsi  və  I  rus  inqilabının  (1905-07)  baş  verməsi    rejimin 
nisbətən  zəifləməsinə  səbəb  olmuş,  bu  isə  həmin  dövrdə 
maarifçilik  ideyaları  ilə  yanaşı  artıq  milli  birlik  və  milli 
azadlıq  ideyalarının da irəli sürülməsinə və ilk ictimai-siyasi 
təşkilatların yaranmasına zəmin yaratmışdır. Əsrin əvvəllərində 
Azərbaycanda  bu  ideyalarla  çıxış  etmiş  mütəfəkkirlərdən 
Ə.Hüseynzadə  (1864-1940),  Ə.TopçubaĢov  (1865-1934), 
Ə.Ağaoğlu  (1869-1939)  və  M.Ə.Rəsulzadə  (1884-1955)
 
xü-
susi yer tutmuşdur. 


 
XX  əsrin  ilk  illərində  ictimai-siyasi  fikrin  ifadəçisi  olan 
əsas  mətbuat  orqanları  “Şərqi-rus”  (1903-1905),  “Dəvət-qoç” 
(1906),  “Hümmət”  (1904-05),  “Həyat”  (1905-06),  “İrşad” 
(1905-08),  “Molla  Nəsrəddin”  (1906-31),  “Dəbistan”  (1906-
08),    “Füyuzat”  (1906-07),  “Təkamül”  (1906-07),  “Tərəqqi” 
(1908-09),  “Kaspi”  (1881-1919-cu  illərdə  Bakıda  rus  dilində 
nəşr  olunmuş,  1898-1907-ci  illərdə  redaktoru  Ə.Topçubaşov 
olmuşdur) və b. olmuşdur. 
XX  əsrin  ilk  illərində  yüzlərlə  milli  düşüncəli  ziyalı  və 
digər  təbəqələrdən  olan  insanları  birləşdirən  ictimai-siyasi 
təşkilatlar meydana çıxmışdır.
 
 
“Müsəlman  Gənclər  təĢkilatı”  1902-ci  ildə  M.Ə.Rə-
sulzadənin  rəhbərliyi  ilə  Bakıda  Azərbaycan-türk  tələbə 
gəncləri  tərəfindən  yaradılmışdır.  Gizli  fəaliyyət  göstərən 
təşkilat  maarifçi  ideyalar  yaymaqla  bərabər  rus  müs-
təmləkəçiliyinə  qarşı  milli  azadlıq  ideyalarını  da  təbliğ 
etmişdir.  Təşkilat  həmçinin,  fəhlələr  arasında  siyasi  bə-
yannamələr  yaymış,  sosial-demokrat  ideyalarını  da  təbliğ 
etmişdir. Təşkilat bir müddət sonra  “Müsəlman Demokratik 
Müsavat  Cəmiyyəti”  adı  altında  fəaliyyət  göstərmişdir. 
Təşkilatın  İranda  da  mərkəzi  olmuş  və  məşrutə  hərəkatında 
iştirak  etmişdir.  Təşkilata  verilən  “Müsavat”  (“bərabərlik”) 
adının  sosial-demokrat  ideyaları  ilə  bağlı  olduğunu  güman 
etmək  olar.  Sosial-demokrat  təmayüllü    ilk  siyasi  təşkilat  olan 
“Hümmət”in  də  məhz  bu  təşkilatın  bazasında  yarandığı 
məlumdur.  
 ”Hümmət” 
təşkilatı 
(Müsəlman  Sosial-demokratik 
“Hümmət” təşkilatı) 1904-cü ilin axırlarında RSDFP-nin Bakı 
komitəsi  nəzdində  M.H.Mövsümov  (1882-1907),  M.H.Ha-
cınski  (1875-1931)  və  M.Ə.Rəsulzadə  tərəfindən  “Müsəlman 
demokratik  Müsavat  cəmiyyəti”nin  əsasında  yaradılmışdır. 
1905-ci  ildən  bu  təşkilata  M.Əzizbəyov  (1876-1918), 
N.Nərimanov  (1870-1925),  S.M.Əfəndiyev  (1887-1938)  və  b. 
da daxil olmuşdur. Ə.Ağaoğlunun  da bu təşkilatla  əməkdaşlıq 
etdiyi  məlumdur.  Əsasən  sosial-demokrat  ideyalarının, 


 
həmçinin  milli  ideyaların  yayılması  istiqamətində  fəaliyyət 
göstərmişdir.  Sonradan  millətçi  düşüncəli  hərəkatçıların 
təşkilatdan ayrılması nəticəsində bolşevik təşkilatı kimi qalmış 
və 1920-ci ilin əvvəllərinə qədər fəaliyyət göstərmişdir.
 
 “Rusiya  Müsəlmanları  Ġttifaqı”  (İttifaqi-Müslimin) 
1905-ci ildə böyük türkçü ideoloqlar – Ġsmayıl bəy Qaspıralı,  
Ə.TopçubaĢov,  Yusif  Akçura  (1876-1935),  ƏbdürrəĢid 
Ġbrahimov  (1857-1944)  və  b.  rəhbərliyi  ilə  yaradılmışdır.  Bu 
təĢkilatın yaranması  ümumtürk  ideyalarının gerçəkləĢməsi 
istiqamətində mühüm addım olmuĢdur.  
Təşkilatın  ilk  qurultayı  (təsis  qurultayı)  1905-ci  ilin 
avqustun  15-də  Nijni-Novqorod  şəhərində  (rəsmi  icazə 
olmadığından  Oka  çayı  yaxınlığında  “Qustav  Struve”  gəzinti 
gəmisində)  keçirilmişdir.  Qurultayın  daha  əvvəl,  bir  neçə  ay 
öncə keçirilməsinə təşəbbüs göstərilsə də çar rejimi buna icazə 
verməmişdir.  Krımdan,  Şimali  Qafqazdan,  Zaqafqaziyadan, 
Kazandan,  Uraldan,  Türküstan  və  Sibirdən  150-ə  qədər 
nümayəndənin  iştirak  etdiyi  qurultayda  qəbul  olunan 
qətnamədə  ittifaq  qarşısında  aşağıdakı  vəzifələr  müəyyən 
edilmişdir (1.46, s.56-57): 
1.  Rusiya  müsəlmanları  bütün  məsələlərdə  –  siyasi, 
mədəni,  eləcə  də  Rusiyanın  indiki  vəziyyətindən  asılı  olaraq 
doğan məsələlərdə birgə olmalıdırlar. 
2.  Bütün  ziyalı  müsəlmanlar  Rusiyanın  qabaqcıl  adamları 
ilə  həmfikir  olaraq,  elə  bir  qanunun  yaradılmasında  iştirak 
edirlər ki, burada qanunlar xalqların seçdikləri nümayəndələrin 
iştirakı ilə yazılsın. 
3. Müsəlmanlar qanuni  yolla çalışmalıdırlar ki,  onlara aid 
olan sıxışdırılma və haqsızlıq ləğv edilsin və onlar siyasi, dini 
və mülki məsələlərdə ruslarla bərabərhüquqlu olsunlar. 
4.  Müsəlmanlar  öz  ehtiyaclarını  ödəmək  üçün  Rusiyanın 
indiki  və  gələcək  vəziyyətindən  çıxış  edəcəklər.  ...Bütün 
quberniyalarda  öz  ehtiyaclarına  uyğun  olaraq  kitab,  qəzet, 
jurnal  nəşr  etməyə,  xalqa  vəziyyət  haqqında  əsas  məlumatları 
verməyə çalışacaqlar. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə