Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə23/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   19   20   21   22   23   24   25   26   ...   95

 
1922-ci  il,  noyabrın  1-də  TBMM  tərəfindən  sultan 
hakimiyyəti  ləğv  edilir.  Sultan  VI  Məmməd  Vahidəddin 
(h.d:1918-22)  Maltaya  qaçır.  Sülalədən  olan  Əbdülməcid  isə 
xəlifə seçilir. 
1923-cü  il,  iyulun  24-də  “Antanta”  dövlətləri  ilə  Türkiyə 
Arasında  növbəti  Lozanna  sülh  müqaviləsi  imzalanır. 
Müqavilə nəticəsində Mudros və Sevr müqavilələri ləğv edilir 
və Türkiyənin müstəqilliyi tanınır. 
1923-cü  il,  oktyabrın  29-da  TBMM  tərəfindən  Türkiyə 
respublika elan edilir və M.Kamal prezident seçilir.  
1924-cü  il,  martın  3-də  xəlifəlik  ləğv  edilir,  xəlifə 
Əbdülməcid və onun ailəsi isə sürgün edilir. 1924-cü il, aprelin 
20-də Konstitusiya qəbul edilir. 
 
 
Türkiyə Cümhuriyyətində  
millətçilik 
 
Türkiyə  Cümhuriyyətinin  qurulduğu  dövrdə  yaranmış  ilk 
partiya məhz millətçi və sosial-demokrat təməllərinə söykənən 
Cümhuriyyət Xalq Partiyası (CXP) olmuşdur. Partiyanın əsası 
1923-cü  il,  sentyabrın  11-də  TBMM-də  M.Kamalın  başçılığı 
altında  Xalq  Firqəsinin  yaranması  ilə  qoyulmuşdur.  1924-cü 
ilin  noyabrından firqənin adının  əvvəlinə “Cümhuriyyət” sözü 
də  əlavə  olunmuşdur.  1935-ci  ildə  keçirilən  4-cü  qurultayda 
firqə CXP adını qəbul etmişdir.  
Partiya  fəaliyyətinin  ilk  illərində  (1927,  II  qurultayda) 
cümhuriyyətçilik,  millətçilik,  xalqçılıq  və  dünyəvilik  prin-
siplərini    qəbul  etmiş,  sonradan  (1931,  III  qurultayda)  bu 
prinsiplərə dövlətçilik (etatizm)  inqilabçılıq   prinsipləri də 
əlavə  olunmuşdur.  Göründüyü  kimi  bu  prinsiplər  milli 
ideologiyamızın  əsas  görüş  və  ideyalarını  özündə  əks  et-
dirmişdir.  Bu  prinsiplər  hətta  5  fevral,  1937-ci  ildə  qəbul 
olunmuş konstitusiyaya da daxil edilmişdir. 


 
CXP  1950-ci  il  seçkilərinə  qədər  27  il  fasiləsiz  iqtidarda 
olmuşdur.  M.K.Atatürkün  vəfatından  (1938)  sonra  1972-ci  ilə 
qədər CXP-yə sədrlik etmiş  İ.İnönü həm də 1938-50-ci illərdə 
Türkiyə  prezidenti  olmuşdur.  1946-cı  ilə  qədər  davam  etmiş 
təkpartiyalı  sistemdə  isə  CXP  ölkədə  yeganə  partiya  kimi 
fəaliyyət  göstərmişdir.  1946-cı  ildə  yaranmış  Demokratik 
Partiya (DP) və 1948-ci ildə yaranmış Millət Partiyası (MP) da 
müxalif mövqeli CXP-çilər tərəfindən yaradılmışdır.  
CXP-nin  iqtidarda  olduğu  dövrdə  ölkədə  milli,  hüquqi-
demokratik,  iqtisadi  və  b.  mühüm  islahatlar  həyata  keçirilmiş, 
müstəqil  milli  dövlət  quruculuğunda  mühüm  addımlar 
atılmışdır.  
1926-cı  ildə  şəriət  Məhkəməsi  ləğv  olunmuş,  qadınlarla 
kişilərə bərabər hüquqlar verilmiş, 1928-ci ildə konstitusiyadan 
islam  dininin  dövlət  dini  olması  haqqında  bənd  çıxarılmışdır. 
1934-cü  ildə  TBMM  tərəfindən  M.Kamal  paşaya  “Atatürk” 
soyadı  verilmişdir.  Türk  ədəbi  dili  saflaşdırılmış  və  mövqeyi 
gücləndirilmiş, 1935-ci ildə latın qrafikalı əlifbaya keçilmişdir.  
20-30-cu  illər  dünya  iqtisadi  böhranı  dövründə  Türkiyədə 
etatist  iqtisadi  siyasət  həyata  keçirilmişdir.  Belə  ki,  iqtisadiy-
yatın  tənzimlənməsində  dövlətin  mövqeyi  gücləndirilmiş,  bir 
çox  sahələr  (
müəssisələr
)  milliləşdirilmiş,  eyni  zamanda  milli 
sənayeni  inkişaf  etdirmək  üçün  yerli  iş  adamlarına  xüsusi 
güzəştlər tətbiq olunmuş, kəndlilər torpaqla təmin olunmuş və 
onlara  vergidə  güzəşt  olunmuşdur.  Bu  islahatlar  isə  iqtisadiy-
yatın inkişafına güclü təkan vermişdir. 
CXP 60-cı illərdə “ortanın solu” ideyası ilə solçu təmayülü 
ön  plana  çəkmiş,  bunun  davamı  olaraq  1976-ci  il,  23-cü 
qurultayda partiyanın 6 təməl prinsipinə “Demokratik sol”un 6 
prinsipi  (azadlıq,  bərabərlik,  həmrəylik  (dayanıĢma),
 
in-
kiĢafın  (gəliĢmənin)  bütünlüyü,  əməyin  üstünlüyü,    xalqın 
özünü idarə etməsi) də əlavə edilmişdir. 
1961-65-ci  illərdə  CXP  sədri  İsmət  İnönü,  1974,  1977  və 
1978-79-cu  illərdə
 
isə  CXP  sədri  Bülənt  Ecevit  (1925-2006) 
Türkiyə  hökumətinə  rəhbərlik  etmişdir.  1981-ci  ildə  ölkədə 


 
bütün  partiyalar,  o  cümlədən  CXP  qapadılmışdır.  1980-ci 
illərdə  keçmiş  CXP-çilər  tərəfindən  Sosial-demokrat  Xalqçı 
Partiya  (SXP),  Demokratik  Sol  Partiya  (DSP)  və  b.  partiyalar 
yaradılmışdır.  1992-ci  ildə  qadağalar  götürüldükdən  sonra 
partiya öz adı ilə yenidən bərpa edilmişdir. CXP 2002-ci ildən 
ana müxalifət partriyası kimi TBMM-də təmsil olunur.  
Bu  gün  Türkiyədə  millətçi  təmələ  söykənən  ən  nüfuzlu 
partiyalardan biri də Milliyyətçi Hərəkat Partiyasıdır (MHP). 
MHP-nin  yaranmasının  əsası  1948-si  ildə  yaradılmış  Millət 
Partiyasından  (MP)  başlayır.  1954-cü  ildə  iqtidar  tərəfindən 
bağlanan  MP-nin  keçmiş  üzvləri  elə  həmin  il  Cümhuriyyətçi 
Millət  Partiyasını  (CMP)  yaradırlar.  1958-ci  ildə  CMP  ilə 
Türkiyə 
Kəndli 
Partiyasının 
birləşməsi 
nəticəsində 
Cümhuriyyətçi  Kəndli  Millət  Partiyası  (CKMP)  yaradılır. 
1965-ci  ildə  Alparslan  Türkeş  (1917-1997)  CKMP-ə  sədr 
seçildikdən  sonra  partiyada  türkçü-islamçı  ideyalar  sistemli 
şəkildə  irəli  çəkilməyə  və  təbliğ  olunmağa  başlayır.  1967-ci 
ildə  partiyada  Doqquz  iĢıq  adlanan  ideoloji  prinsiplər
 
(millətçilik,  ülküçülük,  əxlaqçılıq,  elmçilik,  toplumçuluq, 
kəndçilik,  hürriyyətçilik  və  Ģəxsiyyətçilik,  gəliĢməçilik  və 
xalqçılıq,  sənayeçilik  və  texnikaçılıq)  qəbul  olunur

1969-cu 
ildə partiyanın adı dəyişdirilərək MHP adlandırılır. 
MHP 1975 və 1977-ci illərdə Süleyman Dəmirəlin (1924) 
başçılığı  altında  qurulmuş  I  və  II  Milliyyətçi  Cəbhə  Höku-
mətində təmsil olunmuşdur. 
1970-ci illərdə Türkiyə siyasi həyatını bürümüş terrorçuluq 
və silahlı qarşıdurma xüsusən MHP və solçular arasında kritik 
həddə çatmışdır. 
MHP  1980-ci  ildə  qapadıldıqdan  sonra
 
1983-cü  ildə 
keçmış  MHP-çilər
 
tərəfindən  Mühafizəkar  Partiya  yaradılmış, 
1985-ci  ildə  adı  dəyişdirilərək  Milliyyətçi  Çalışma  Partiyası 
(MÇP)  adlandırılmışdır.  1987-ci  ildə  yasaqlardan  azad  olmuş 
A.Türkeş  MÇP  sədri  seçilmişdir.  1991-ci  il  parlament  seçki-
lərinə blokla qatılan MÇP parlamentdə 18 yer qazanmışdır.  


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə