Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə20/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   16   17   18   19   20   21   22   23   ...   95

 
Osmanlı dövlətində milli ideyaların 
formalaĢması 
 
Osmanlı  dövlətində  milli  ideyaların  formalaşmasında 
ardıcıl olaraq “Tənzimat”, “Yeni Osmanlılar”“Gənc Türk-
lər”  hərəkatlarının,  onlarla  vəhdətdə  olan  maarifçilik  hərə-
katının  və  M.K.Atatürkün  başçılığı  altında  yaranmış  Milli 
Azadlıq Hərəkatının böyük rolu olmuşdır. 
Osmanlı  imperiyasında  Avropa  örnəkli  ilk  yenilikçi 
islahatlar  1790-cı  illərdə  III  Sultan  Səlim  (1761-1807,  h.d: 
1789-1807)  tərəfindən  hərbi  sahədə  aparılmışdır.  O,  hərbdəki 
uğursuzluqları  aradan  qaldırmaq  məqsədiylə  Avropadan  hərbi 
mütəxəssislər  dəvət  etmiş,  ordunu  Avropa  üslubunda 
təkmilləşdirmiş,  hərbi  mühəndislik  sahəsini  genişləndirmiş  və 
b.  yenilikçi  tədbirlər  həyata  keçirmişdir.  III  Sultan  Səlimin 
hərbi  sahədə  apardığı  bu  islahatlar  digər  sahələrdə  də 
aparılacaq müasirləşmə meylli islahatlara bir yol açmışdır.  
“Tənzimat”  islahatları  XIX  əsrin  ortalarında  Osmanlı 
dövlətinin  Qərbi  Avropa  ilə  müqayisədə  geriliyini  aradan 
qaldirmağa yönəlmiş və daha geniş əhatəli müasirləşmə meylli 
islahatlar  olmuşdur.  Bu  islahatlar  əsasən  hüquq  sahələrini, 
qismən  də  iqtisadiyyatı  əhatə  etmişdir.  İlk  islahat  1839-cu  ilin 
noyabrında  Sultan  Əbdülməcidin  (h.d:  1839-61)  fərmanı 
(“Gülxanə  xətti-şərifi”)  ilə  həyata  keçirilmişdir.  Fərmanda 
aşağıdakı müddəalar öz əksini tapmışdır: 
-Bütün vətəndaşların təhlükəsizliyi
-Vergilərin düzgün qoyulması; 
-Hərbi xidmət müddətinin azaldılması;  
-Əyalətlərin yeni qanunlarla idarə olunması;  
-Dini  mənsubiyyətindən  asılı  olmayaraq  bütün  əhalinin 
hüquq bərabərliyi.  
Daha  sonra  islahatların  davamı  kimi  1840-cı  ildə  vergi-
toplama haqqında, 1843-cü ildə isə ordunun yenidən qurulması 
haqqında fərmanlar verilmişdir. 


 
1856-cı  ildə  verilmiş  fərmanda  (“Xətti  hümayün”)  insan 
hüquq  və  azadlıqları  daha  açıq  şəkildə  əks  olunmuşdur.  Bu 
fərmanda  qeyri-müsəlmanlara  müsəlmanlarla  bərabər  hüquq-
ların  verilməsi,  dini  etiqadından  asılı  olmayaraq  bütün  vətən-
daşların təhlükəsizliyinin təmin olunması, bütün təbəələrə eyni 
vergi qoyulması və s. nəzərdə tutulmuşdur. 
Lakin  “tənzimat”  islahatları  o  qədər  də  təsirli  nəticə 
verməmişdir.  Müxalifətin  güclənməsindən  ehtiyatlanan  Sultan 
Əbdüləziz (h.d:1861-1876) 1871-ci ildə “tənzimat” islahatlarını 
dayandırmış,  bu  məqsədlə  M.Nədim  paşanı  baş  nazır  təyin 
etmişdir. 
“Yeni  Osmanlılar”  hərəkatı  XIX  əsrin  60-cı  illərində 
dövrün  mütərəqqi  fikirli  ziyalılarının  (Ġbrahim  ġinasi  (1826-
1871), Namiq Kamal (1840-1888), Əli Suavi (1838-1878) və 
b.)  rəhbərliyi  ilə  yaranmışdır.  Hərəkatın  əsas  ideyası  Qərbi 
Avropanı  nümunə  götürməklə  hüquq,  iqtisadiyyat,  milli  və  b. 
sahələrdə islahatlar aparmaqla inkişafa nail olmaq idi.  Belə ki, 
“Yeni  Qsmanlılar”  konstitusiyalı  monarxiya  formalaşdırmaq, 
ölkəni  xarici  təsirlərdən  azad  etmək,  elm  və  təhsili  inkişaf 
etdirmək,  ana  dilini  saflaşdırmaq  və  mövqeyini  gücləndirmək 
və s. uğrunda mübarizə aparırdılar. Göründüyü kimi bu hərəkat 
həm də bir maarifçilik hərəkatı olmuşdur.  
İbrahim  Şinasi  və  Namiq  Kamal  tərəfindən  yaradılmış 
“Osmanlı  Maarif  Cəmiyyəti”  və  “Kitab  Cəmiyyəti”  hərəkatın 
ilk  ictimai  təşkilatları  olmuşdur.  1865-ci  ildə  isə  İstanbulda 
gizli  fəaliyyət  göstərən  “Yeni  Osmanlılar”  cəmiyyəti 
yaradılmışdır. 
1876-c ildə “Yeni Osmanlılar” baş nazir M.Nədim paşanın 
istefasına nail olur, Yeni baş nazir Rüştü paşanın hökumətində 
“Yeni  Osmanlılar”dan  olan  Midhət  paşa  da  təmsil  olunur. 
Həmin  il  sultan  Əbdüləziz  taxtdan  salınır.  Əvvəlcə  V  Murad, 
sonra  isə  II  Əbdülhəmid  taxtda  oturdulur.  1876-cı  ilin 
dekabrında  Midhət  paşa  tərəfindən  hazırlanan  ilk  konstitusiya 
II  Əbdülhəmid  tərəfindən  qəbul  edilir.  Konstitusiyaya  görə 
konstitusiyalı  monarxiya  müəyyən  olunur,  ikipalatalı 


 
parlamentin  yaradılması  nəzərdə  tutulur,  dövlətin  ərazisində 
yaşayan  bütün  əhali  osmanlı  adlandırılır,  etnik  və  dini 
mənsubiyyətindən  asılı  olmayaraq  hər  kəs  qanun  qarşısında 
bərabər  olur,  islam  dini  isə  dövlət  dini  hesab  olunurdu.  Lakin 
sonradan  II  Əbdülhəmid  Midhət  paşanı  sürgün  etdirir,  “Yeni 
Osmanlılar” isə parlament  seçkilərinə buraxılmır. 1877-ci  ildə 
çağırılmış  parlament  isə  cəmi  20  iclas  keçirdikdən  sonra 
buraxılır. Konstitusiya faktiki olaraq ləğv olunur. 
Sonradan türk millətçiliyinin təməl prinsiplərinə çevrilmiş 
türklük,  müasirlik  (avropalaĢmaq)  və  islam  prinsiplərinə 
uyğun  fikirləri  ilk  dəfə  irəli  sürənlərdən  biri  də  məhz  bu 
hərəkatın  ideoloqlarından  olan  Əli  Suavi  olmuşdur.  Bu 
hərəkatın  görkəmli  namayəndələrindən  olan  İ.Şinasi  türk 
dilinin  saflaşdırılması  ideyasının  ilk  müəlliflərindən  olmuş  və 
əsərlərini  də  mümkün  qədər  təmiz  türkcədə  yazmağa 
çalışmışdır. N.Kamal isə vətənpərvərlik ruhunda şeir yazan ilk 
şairlərdən hesab olunur.  
Lakin  bütün  bunlarla  bərabər  “Yeni  Osmanlılar”da  milli 
mənsubiyyət  və  milli  dövlətçilik anlayışları o qədər  də inkişaf 
etməmişdir.  Belə  ki,  bu  hərəkat  “vahid  Osmanlı  milləti” 
ideyasını  müdafiə  etmişlər.  Bunu  isə  onların  Osmanlı 
imperiyasını qoruyub saxlamaq məqsədi ilə izah etmək olar. 
“Gənc  Türklər”  hərəkatının  əsası  1889-cu  ilin  iyununda 
İstanbulda hərbi tibb məktəbinin kursantları (İ.Sükuti, İ.Temo, 
A.Cövdət,  Ç.M.Rəşid,  Ə.Hüseynzadə,  H.Əmin,  N.Selanikli, 
Ş.Mağmumi  və  b.)  tərəfindən  yaradılmış  “İttihadi  Osmani 
Cəmiyyəti”  tərəfindən  qoyulmuşdur.  Sonradan  cəmiyyət 
“Ġttihad  və  Tərəqqi”  adını  almış,  ilk  sədri  Əli  Rüştü 
olmuşdur.  Sonra  Əhməd  Rzanın  (1858-1930)  başçılığı  ilə 
cəmiyyətin  Paris  şöbəsi,  Tunalı  Hilminin  (1871-1928) 
rəhbərliyi  ilə  Cenevrə  şöbəsi  yaradılmış  və  bu  şöbələrin  mət-
buat orqanları fəaliyyət göstərmişdir. 
“Gənc  Türklər”  hərəkatı  əsasən  “Yeni  Osmanlılar”ın 
mütərəqqi  ideyalara  əsaslanan  mübarizəsini  davam  etdirmiş, 
1876-cı il konstitusiyasının bərpa olunmasına çalışmışdır.
 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə