Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə18/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   14   15   16   17   18   19   20   21   ...   95

 
il,  dekabrın  1-də  Azərbaycan  ərazisinə  qoşun  yeridir.  Həmin 
ayın  12-də  qoşunlar  Təbrizə  daxil  olur.  Milli  hökumət  güc 
fərqini  nəzərə  alıb  vətəndaş  müharibəsinə  getmir.  Milli 
Hökumət süquta uğradılır, hərəkatın fəalları qətlə yetirilir, dinc 
əhaliyə divan tutulur.  
Ümumilikdə  bu  dövrdə  25  minə  yaxın  hərəkatçı  qətlə 
yetirilmiş, on minlərlə fəal həbs və sürgünlərə məruz qalmışdır. 
Milli  hərəkatın  bir  çox  fəalları,  o  cümlədən  hərəkatın  lideri 
S.C.Pişəvəri quzey Azərbaycana mühacirət  etmişdir. O, 1947-
ci  il,  iyunun  12-də  Gəncə-Bakı  yolunda  müəmmalı  şəkildə 
avtomobil qəzasında həlak olmuşdur. 
Milli hökumət öz fəaliyyəti dövründə mühüm milli-mədəni 
islahatlar  həyata  keçirmişdir.  Belə  ki,  türk  dilinə  rəsmi  dil 
statusu  verilmiş,  bu  dildə  dərsliklər  hazırlanmış,  mətbuat  və 
radio  verilişləri  fəaliyyətə  başlamışdır

Təbrizdə  Azərbaycan 
Dövlət  Universiteti,  Azərbaycan  Dövlət  filarmoniyası,  hərbi 
məktəb,  musiqi  məktəbi,  incəsənət  muzeyi,  qiraətxanalar, 
radiostansiya və s. açılmışdır.  
Milli hökumət tərəfindən sosial sahədə də mühüm tədbirlər 
həyata  keçirilmişdir.  Belə  ki,  dövlət  və  mülkədar  torpaqları 
kəndlilərə  paylanmış,  fəhlələrin  həmkarlar  təşkilatları  yaradıl-
mış,  onların  mənafeyini  qoruyan  qanunlar  qəbul  edilmiş,  eyni 
zamanda sahibkarlara da maliyyə yardımı verilmişdir.  
 “21  Azər”  hərəkatı  yatırıldıqdan  sonra  fars  hakimiyyəti 
yenidən  öz  şovinist  siyasətini  davam  etdirir.  Belə  ki,  türk 
dilində  mətbuat,  təhsil  və  kitab  nəşri  yenidən  qadağan  edilir, 
hətta  ona  qədər  türk  dilində  çap  olunmuş  kitablar  da  yığılıb 
yandırılır.  
Məhəmmədrza  Pəhləvinin  dövründə  türk  əhali  təqib  və 
təzyiq  altında  saxlanmış,  şovinist  siyasətə  qarşı  çıxan  milli 
düşüncəli  ziyalılardan  bir  çoxu  (yazıçı-pedeqoq  Səməd 
Behrəngi  (1939-68),  şair  Behruz  Dehqani  (1939-71),  şairə 
Mərziyə  Üskui  (1941-74),  şair  Əlirza  Oqtay  (1944-72)  və  b.) 
məhv edilmişdir.  


 
Ölkədə  iqtisadiyyatın  (xüsusən  neft  sənayesinin)  ABŞ  və 
İngiltərə  kapitalının  inhisarında  olması  bu  inhisarçılığa  qarşı 
1949-53-cü  illərdə  Azərbaycan  türkü  M.Müsəddiqin  (1882-
1967) başçılığı ilə milli burjuaziya tərəfindən milli-demokratik 
hərəkatın 
yaranmasına  səbəb  olmuşdur.  1949-cu  ilin 
oktyabrında  “Milli  Cəbhə”  təşkilatını  yaradan  M.Müsəddiq 
1951-53-cü  illərdə  fasilələrlə  hökumətə  də  başçılıq  etmişdir. 
Lakin bu hərəkat da ABŞ və İngiltərənin birbaşa müdaxiləsi ilə 
qan içində yatırılmışdır. 
1960-70-ci  illərdə  şah  ölkədə  nüfuzunu  artırmaq  üçün 
ölkənin iqtisadi inkişafına yönəlmiş və tarixə “Ağ inqilab” adı 
ilə düşmüş islahatlar həyata keçirməyə başlayır. Bu islahatlara 
yeni  sənaye  müəssisələrinin  açılması,  kəndlilərin  torpaq 
almasına  yardım  və  s.  daxil  idi.  Bu  islahatlar  kapitalist 
münasibətlərinin  müəyyən  qədər  inkişafına  səbəb  olsa  da, 
ümumilikdə ölkə iqtisadiyyatının xarici kapitaldan asılı olması 
və  əhalinin  ağır  sosial  durumu  şah  rejimindən  narazılığı 
azaltmır.  1970-ci  illərdə  şah  rejimi  ilə  əhali  arasında 
ziddiyyətlər  daha  da  kəskinləşir.  Bu  isə  1978-79-cu  illər 
inqilabınin  baş  verməsi  və  şah  rejiminin  devrilməsi  ilə 
nəticələnir.  
Rejimə  qarşı  ilk  etirazlar  1977-ci  ilin  oktyabr-noyabr 
aylarında  baş  verir.  Tehran,  Təbriz  və  b.  şəhərlərdə  tələbə  və 
ziyalılar,  yazıçılar,  hüquq  təşkilatları  və  s.  demokratik  tələb-
lərlə  çıxış  edir,  etiraz  aksiyaları  keçirirlər.  Gizli  fəaliyyət 
göstərən “Milli Cəbhə” rejimə qarşı aktiv fəaliyyətə keçir.   
1977-ci  ilin  dekabrında  etirazlar  daha  da  güclənir.  Həmin 
il, Milli Hökumətin ildönümü günü (21 azər – 12 dekabr) Təb-
rizdə  şah  rejiminə  qarşı  ilk  kütləvi  tələbə  çıxışı  baş  verir. 
Müəllimlər və əhali tələbələrə dəstək verir
.
 1978-ci il, yanvarın 
7-də Qum şəhərində  şahlığın  ləğv  edilməsi  tələbi  ilə  nümayıiş 
keçirilir. Yanvarın 9-da baş vermiş növbəti nümayişdə onlarla 
nümayişçi  öldürülür,  yüzlərlə  adam  yaralanır.  1978-ci  il, 
fevralın 18-də (29 bəhmən), Qumda həlak olanların qırxı günü 
Təbrizdə  ruhanilərin  çağırışı  ilə  100  min  nəfərlik  üsyan  baş 


 
verir.  Bu  üsyanla  inqilabın  əsası  qoyulur.  Üsyan  şah 
idarəçiliyinə, imperializmə və həyat tərzində qərbləşməyə qarşı 
yönəlmişdi.  Ayın  19-u  üsyan  qan  içində  yatırılır.  Lakin  etiraz 
aksiyaları növbəti aylarda da davam edir.  
1978-ci  ilin  sentyabrında  inqilabın  ikinci  mərhələsi 
başlayır. Sentyabrın 7-də Təbrizdə və digər şəhərlərdə (cəmi 12 
şəhərdə)  etiraz  aksiyaları  keçirilir.  Nümayişçilər  hakimiyyət 
tərəfindən gülləboran edilir. Bu isə rejimə qarşı nifrəti daha da 
artırır.  1978-ci  ilin  noyabrından  neft  sənayesinin  fəhlələri 
tərəfindən  tətillərə  start  verilir.  Ölkəni  bürümüş  kütləvi 
nümayiş və tətillər nəticəsində Məhəmməd Rza şah 1979-cu il 
yanvarın 16-da Misirə qaçır. Fevralın 1-də Parisdə mühacirətdə 
olan  Ayətullah  Xomeyni  (1902-89)  ölkəyə  qayıdır.  Fevralın 
11-də  Tehranda  üsyançılar  qələbə  çalır.  Həmin  ayın  15-də 
Təbrizdə  əksinqilabçılar  məğlubiyyətə  uğradılır  və  inqilab 
qələbə çalır.  
Qələbə  çalmış  Tehran  və  Təbriz  üsyanlarında  əsas  rolu 
məhz Azərbaycan türkləri oynamış və ümumilikdə 1978-79-cu 
il inqilabında 25 min Azərbaycan türkü həlak olmuşdur. Lakin 
inqilabın  əsas  mərkəzi  Azərbaycan  və  əsas  iştirakçıları 
Azərbaycan  türkləri  olmasına  baxmayaraq  “İran”  adlanan 
dövlətdə  sayca  daha  az  olan  farsların  şovinist  hakimiyyəti  bu 
inqilabdan  sonra  da  saxlanılır.  İnqilabın  nəticəsinə  (şahı 
devrilmiş  ölkəyə)  xarici  imperialist  qüvvələrin  yardımı  ilə 
hazırcasına  sahib  çıxmış  fars  şovinisti  Xomeyni  ona  olan 
inamdan istifadə  edərək və inqilabın həqiqi lideri, Azərbaycan 
türkü  Şəriətmədarini  (1905-86)  aldadaraq  hakimiyyəti  ələ 
keçirir.  O,  həqiqi  inqilabçıların  iradəsinə  zidd  olaraq  ölkəni 
dini dövlətə çevirir, ölkənin  federallaşmasını və  milli  haqların 
təmin  olunmasını  əngəlləyir.  1979-cu  il,  martın  30-31-də 
keçirilən  referendumdan  sonra  aprelin  1-də  İran  İslam 
Respublikası  elan  edilir.  Həmin  ilin  dekabrında  keçirilən 
referendumda  isə  ölkənin  yeni  konstitusiyası  qəbul  edilir. 
Konstitusiyaya görə İran dini təmayüllü dövlətə çevrilir. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə