Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə19/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   15   16   17   18   19   20   21   22   ...   95

 
Xomeyninin  şovinist  siyasəti  başda  Azərbaycan  türkləri 
olmaqla  qeyri-fars  xalqlarının  ciddi  etirazlarına  səbəb  olur. 
Azərbaycan  türkləri  Konstitusiya  qəbulu  üçün  keçirilən 
referendumu  boykot  edirlər  və  dekabrın  6-da  Təbrizdə 
milyonlarla  üzvü  olan  Müsəlman  Xalqının  Cümhuriyyətçi 
Partiyasının  (MXCP)  təşkilatçılığı  ilə  üsyan  baş  verir. 
Üsyançılar tərəfindən dövlət idarələri və digər strateji obyektlər 
ələ  keçirilir  və  muxtariyyət  tələbi  ilə  Azərbaycan  Əncüməni 
yaradılır. Lakin 1980-ci ilin əvvəllərində Xomeyni bu etirazları 
silahlı  qüvvə  (“İnqilab  Mühafizləri”)  ilə  yatırdır.  MXCP  
dağıdılır, onun sədri Şəriətmədari isə Qumda ev dustağı  edilir 
(1.41, 1.79) 
Lakin  bu  etirazlar  nəticəsində  Xomeyni  bir  müddət  qeyri-
fars  xalqlarının,  o  cümlədən  Azərbaycan  türklərinin  müəyyən 
mədəni  hüquqlara  sahib  olmasına  imkan  verməyə  məcbur 
olmuşdur.    Xüsusən  1979-81-ci  illərdə  şah  rejimində  qadağan 
olunan  türkdilli  mətbuat,  radio  və  televiziya  verilişləri 
fəaliyyətə  başlamışdır.  Türkdilli  məktəblər  isə  bu  günədək  də 
mövcud deyil. 
1979-81-ci  illərdə  türk  dilində  “Ulduz”,  “Azadlıq“, 
“Azərbaycan“,  “Araz“,  Azərbaycan  səsi“,  “Dədə  Qorqud“, 
“Koroğlu“,  “Çənlibel“,  “Günəş“,  “Xalq  sözü“,  “Qardaşlıq“, 
“Odlar  yurdu“,  “Yoldaş“,  “Ülkər“,  “Gənclik“,  “Varlıq“  və  b. 
qəzet  və  jurnallar  fəaliyyət  göstərmişdir.  1981-ci  ildən  sonra 
isə  hakimiyyətdə  yerini  möhkəmlətmiş  Xomeyni  iqtidarı 
yenidən  türkdilli  mətbuatı  sıxışdırmış  və  bu  mətbuat 
orqanlarından  yalnız  “Varlıq“  jurnalı  dəyərli  ziyalımız  Cavad 
Heyətin  rəhbərliyi  altında  öz  fəaliyyətini  davam  etdirə 
bilmişdir.  
İnqilabdan sonra  fars şovinistlərinin hakimiyyəti  əllərində 
saxlaya 
bilməsində 
1980-ci 
ildə 
başlamış  İran-İraq 
müharibəsinin  də  mühüm  rolu  olmuşdur.  Bu  sonradan 
Xomeyninin  öz  dilindən  də  etiraf  edilmişdir:  “Allaha  şükür 
edək ki, bizə bu savaşı göndərdi və biz bu savaş sayəsində top-
lumumuzu yenidən birləşdirmə fürsəti tapdıq”. (1.79, s.167).  


 
Bütün  bunları  nəzərə  aldıqda  deyə  bilərik  ki,  əslində 
Xomeyni  həqiqi  inqilabçı  qüvvələrin  yox,  əks-inqilabçı 
qüvvələrin təmsilçisi kimi hakimiyyətə gəlmiĢdir.  
1980-ci  illərin  sonu,  90-cı  illərin  başlanğıcında  Quzey 
Azərbaycanda milli azadlıq hərəkatının vüsət alması, SSRİ-nin 
dağılması  və  Quzey  Azərbaycanın  istiqlaliyyət  qazanması 
Güneyə  də  öz  təsirini  göstərdi.  Belə  ki,  1990-cı  illərin 
əvvəllərindən burada şovinist fars rejiminə qarşı Milli Azadlıq 
Hərəkatı  formalaşmağa  və  bu  hərəkatın  gizli  təşkilatları 
yaranmağa  başlamışdır.  Tədricən  şovinist  fars  rejiminə  qarşı 
mübarizədə güneylə quzey vahid cəbhədə birləşmiş, güneydən 
və  quzeydən  olan  hərəkatçıların  DAK  (Dünya  Azərbay-
canlıları  Konqresi-1997)  və  BAB  (Bütöv  Azərbaycan  Birliyi-
1997) kimi ortaq təşkilatları da yaranmışdır.   
1990-cı illərin əvvəllərindən “İran” adlanan dövlətdə həm-
çinin  türkdilli  KİV-nin,  o  cümlədən  mətbuat  orqanlarının  da 
sayı artmağa başlamışdır. Bu dövrdə yaranmış türkdilli mətbuat 
orqanlarına  “Yol”  (1990),  “Kəpənək”  (1990),  “Çuvalduz” 
(1991),  “Ərk”  (1991),  “Sahib”  (1991),  Fəcre-Azərbaycan” 
(1991),  “Ümide-Zəncan”  (1991),  “Peyame-Ərdəbil”  (1995), 
Peyame-no”  (1996), “Şəms-Təbriz” (1997), “Avaye-Ərdəbnil” 
(1998),  “Körpü”  (1999),  “Nəvide-Azərbaycan”  (1999)    və  b. 
qəzet və dərgiləri misal göstərmək olar. 
2006-ci  ilin  mayında  “İran”  qəzetində  Azərbaycan 
türklərinə  qarşı  təhqiramiz  karikaturanın  verilməsi  əhalinin 
qəzəbinə  səbəb  oldu  və  həmin  ayın  22-də  Təbrizdə  çox 
izdihamlı mitinq keçirildi. Mitinqdə fars şovinizminə qarşı sərt 
şüarlar  səsləndi.  Bu  hadisə  milli  şüurun  yüksəlişində  və  fars 
şovinizminə  qarşı  mübarizədə  bir  partlayışa  çevrildi. 
Etirazların  yatırılmasında  300-dən  çox  milli  fəal  rejim 
tərəfindən  qətlə  yetirilmişdir.  Həmin  hadisədən  sonra  milli 
mübarizə daha da canlanmışdır.  
Hazırda  Güneydə  milli  hərəkat  günü-gündən  güclənir  və 
fəaliyyətini  genişləndirir,  yeni-yeni  təşkilatlar  yaranır  və 
liderlər  yetişir.  Güneydə  1990-cı  illərdən  yaranmağa  başlamış 


 
milli  təşkilatlara  Azərbaycan  Mədəniyyət  və  Kültür  Ocağı
AMKO  (1991),  Güney  Azərbaycan  QurtuluĢ  Partiyası
GAQP  (1990-2007–ictimai  təşkilat,  2007-ci  ildən  partiya), 
Güney Azərbaycan Milli OyanıĢ Hərəkatı–GAMOH (1995), 
Azərbaycan  Bilimyurdlular  Toplumu–ABT  (1997),  Güney 
Azərbaycan  Ġstiqlal  Partiyası–GAİP  (2004),  Azərbaycan 
Öyrənci  Hərəkatı–AZÖH  (2004),  Azərbaycan  Federal-
Demokrat  Hərəkatı–AFDH  (2004),  Azərbaycan  Milli 
DirəniĢ  TəĢkilatı–AMDT  (2006),  Azərbaycanlı  Siyasi 
Dustaqları  Müdafiə  Birliyi–ASDMB  (2006),  Azərbaycan 
Milli  Azadlıq  TəĢkilatı–AMAT  (2007),  Güney  Azərbaycan 
Demokrat  Partiyası–GADP  (2009),  Güney  Azərbaycan 
Milli  Azadlıq  Cəbhəsi–GAMAC  (2010),  Yeni  GAMOH 
(2011) və b. göstərmək olar.  
Bu  təşkilatlardan  milli  haqların  təmin  olunmasında  həm 
mədəni  muxtariyyəti,  həm  federativ  quruluşu,  həm  də 
istiqlaliyyəti  hədəf  götürənləri  var.  Bu  məsələlər  haqqında 
kitabın  II  bölməsində  “milli  hədəflər”  başlıqlı  bölümdə  geniş 
danışacağıq.  
Hazırda güneyli milli hərəkatçı Əhməd Obalının rəhbərliyi 
ilə  ABŞ-da  Güney  Azərbaycan  Televiziyası  (GünAzTV) 
fəaliyyət  göstərir.  2005-ci  ildə  yaradılmış  bu  telekanalda 
Güney  Azərbaycan  türklərinin  milli  haqları  və  milli  ideyalar 
təbliğ  edilir,  fars  şovinizmi  ifşa  olunur.  2001-ci  ildən  isə 
İsveçdə  güneyli  milli  hərəkatçılarımız  tərəfindən  yaradılmış 
Güney Azəarbaycanın Səsi” radiosu fəaliyyət göstərir. 
2012-ci  il,  mayın  12-də  Ankarada  keçirilən  I  Uluslararası 
Güney  Azərbaycan  Forumunda  “Uluslararası  Güney 
Azərbaycan  Konseyi”  (UGAK)  yaradılmışdır.  Təşkilatda 
Güneydən  və  Quzeydən  olan  milli  fəallar,  milli  ziyalılar, 
Güneylə bağlı fəaliyyət göstərən yerli və diaspor təşkilatlarının 
nümayəndələri təmsil olunur.  İlk dəfə Güneylə bağlı fəaliyyət 
göstərən  belə  geniş  əhatəli  beynəlxalq  təşkilatın yaradılmasını 
Azərbaycanın  bütövlüyü  uğrunda  mübarizədə  yeni  bir  mər-
hələyə keçid kimi qiymətləndirmək olar. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə