Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə21/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   17   18   19   20   21   22   23   24   ...   95

 
 “Gənc  Türklər”  ilk  vaxtlar  milli  məsələdə  əsasən  “Yeni 
Osmanlılar”  kimi  mixtəlif  dilli  və  dinli  qövmlərdən  “vahid 
Osmanlı milləti”ni formalaşdırmaq ideyasını müdafiə etmişlər. 
Dövlət  quruluşu  məsələsində  isə  hərəkatın  federalist 
(P.Səbahəddin (1878-1948) və b.) və mərkəziyyətçi (Ə.Rza və 
b.) üzvləri arasında fikir ayrılığı olmuşdur. 
“Gənc  Türklər”  hərəkatında  hələ  XX  əsrin  başlanğıcında 
“vahid  Osmanlı  milləti”ni  formalaşdırmaq  ideyasına  qarşı 
çıxan, milli və dini mənsubiyyəti və milli dövlət quruculuğunu 
əsas  götürən  “türkçü”lər  (Ə.Hüseynzadə,  Y.Akçura  (1876-
1935),  Əhməd  Fərid  (1878-1971)  və  b.)  meydana  çıxmışdır. 
Y.Akçuranın  məşhur  “Üç  tərzi  siyasət”  məqaləsində  (Qahirə, 
“Türk” qəzeti, 1904) “Gənc Türklər”in “vahid Osmalı milləti” 
formalaşdırmaq  ideyası  tənqid  olunmuş,  milli  və  dini  amilin 
əsas  rolu  qeyd  olunmuş,  hətta  Osmanlı  imperiyasının 
dağılmasının  labüdlüyü  dolayısı  ilə  göstərilmişdir.  Bu  məqalə 
geniş müzakirə və mübahisələrə səbəb olmuş, türkçü ideyanın 
inkişafına böyük təkan vermişdir.  
Bu  dövrdə  sultan  hakimiyyəti  türk  milli  varlığının  önə 
çəkilməsini  hər  yolla  əngəlləməyə  çalışmışdır.  Bu  da  onunla 
əlaqədar  olmuşdur  ki,  sultan  hakimiyyəti  Osmanlı  dövlətinin 
yalnız  türklərin  dövləti  yox,  bütün  müsəlmanların  xilafəti 
statusunda  qalmasını  istəmiş,  milli  mənsubiyyət  fikrinin  isə 
imperiyanı  parçalayacağından ehtiyatlanmışdır.  Lakin  bununla 
belə  XIX  əsrin  sonlarında  türk  milli  varlığının  yüksəldilməsi 
istiqamətində  ideyalar  irəli  sürülmüş  və  mühüm  çalışmalar 
həyata keçirilmişdir.
 
Belə ki, 1860-70-ci illərdə Ġ.ġinasi (1826-
1871),  Ziya  PaĢa  (1825-1880)  və  b.  tərəfindən  türk  ədəbi 
dilinin saflaşdırılması ideyasının irəli sürülməsi, əsrin sonlarına 
doğru
 
türk tarixi, dili və etnoqrafiyası
 
sahəsində də çox dəyərli 
əsərlərin  (Mustafa  Cəlaləddin  PaĢa/Konstantin  Bojenski 
(1820-1876),  Süleyman  Hüsnü  PaĢa  (1838-1892),  Əhməd 
Cövdət  PaĢa  (1822-1895),
 
Əhməd  Vəfiq  PaĢa  (1823-1891), 
RəĢid  Əfəndi/Vamberi  (1832-1913),  ġəmsəddin  Sami 
FraĢeri  (1850-1904),  Bursalı  Məmməd  Tahir  (1861-1925), 


 
Nəcib  Asim  (1861-1935),  Vələd  Çələbi  (1869-1950),  Bu-
xaralı  ġeyx  Süleyman  Əfəndi  və  b.  əsərləri)  yazılması  ilə 
davam etdirilmişdir.
 
Bu  dövrdə  yazılı  ədəbiyyatda  və  mətbuatda  təmiz 
türkcədən  istifadə  ənənəsinin  yaranmasında  yazıçı  Əhməd 
Midhət  Əfəndi  (1844-1912),
 
Ġqdamçı  Əhməd  Cövdət  Oran 
(1862-1935),  yazıçı  Əhməd  Hikmət  Müftioğlu  (1870-1927) 
və  şair  Məmməd  Əmin  Yurdaqulun  (1869-1944)
 
həlledici 
rolu olmuşdur. M.Ə.Yurdaqulun öz əsərlərini heca vəznində və 
saf türkcədə yazması yazılı ədəbiyyatda heca vəznində yazmaq 
ənənəsinin  genişlənməsinə,  həmçinin  istər  heca,  istərsə  də 
əruzda  məhz  təmiz  türkcədən  istifadə  ənənəsinin  yaranmasına 
böyük təkan vermişdir.  Belə ki,  M.Ə.Yurdaqul  yaradıcılığının 
Əbdülhəq  Hamid  (1852-1937),  Tofiq  Fikrət  (1867-1915), 
Məmməd  Akif  Ərsoy  (1873-1936)  və  b.  əruzçuların  əruzu 
məhz təmiz türkcədə yaratmalarına təsiri olmuşdur. 
M.Ə.Yurdaqulun  əsərləri  dilinin  təmizliyi  ilə  bərabər 
məzmunca  da  millətçi  olmuşdur.  Ona  qədər  heç  bir  Osmanlı 
şairinin  şeirlərində  millətə  (türklüyə),  xalqa  və  vətənə  sevgi 
onun şeirlərindəki qədər inkişaf etməmişdir.  
1908-ci  il,  iyulun  3-də  inqilaba  başlamış  “Gənc  Türklər 
həmin  ayın  23-də  Monastr  şəhərində  sultan  II  Əbdülhəmidi 
konstitusiyanın  bərpası  və  parlament  çağırılması  haqqında  
fərman verməyə məcbur edirlər. Osmanlı dövləti yenidən kons-
titusiyalı  monarxiya  elan  olunur.  “Gənc  türklər”  hakimiyyəti 
ələ  alır.  1909-cu  ilin  martın  31-də  II  Əbdülhəmid  əksinqilabi 
çevriliş  etsə  də,  “Gənc  Türklər”in  müqaviməti  nəticəsində 
həmin  ilin  aprelində  öz  hakimiyyətini  də  itirir  və  V  Məmməd 
Rəşad sultan elan edilir. 
 “Gənc  Türklər”in  burjua-demokratik  xarakterli  bu 
inqilabından  sonra  ölkədə  millətçi  təşkilatların  və  mətbuatın 
sərbəst  fəaliyyətinə  şərait  yaranır.  Bu  dövrdə  milli  ideyaların 
təbliği  və  türk  milli  varlığının  yüksəldilməsi  yolunda    “Türk 
dərnəyi”  təşkilatının  (1908-1912) və onun orqanı olan  “Türk 
dərnəyi” dərgisinin (1911-1912), “Gənc qələmlər” dərgisinin 


 
(1910-12),  “Türk  yurdu”cəmiyyətinin  (1911-12)  və  “Türk 
yurdu” dərgisinin (1911-ci ildən fasilələrlə bu günə qədər) və 
“Türk  ocağı”  təşkilatının  (1911-12-ci  illərdən  fasilələrlə
 
bu 
günə  qədər)  böyük  rolu  olmuşdur.  Bu  təşkilatlar  və  mətbuat 
orqanları  öz  fəaliyyətlərində  ümumtürk  tarixi  və  mədəniy-
yətinin  öyrənilməsi,  tədqiqi  və  təbliği,  türk  dilinin  saflaşdırıl-
ması, pantürkist ideyaların yayılmasını əsas götürmüşdür. 
“Türk dərnəyi” təşkilatı 1908-ci ilin dekabrında N.Asim, 
Ə.Midhət, Ə.H.Müftioğlu, Tofiq Rza (1869-1949), M.T.Bur-
salı  (1861-1925),  V.Çələbi,  Y.Akçura,  F.Raif,  Əmrullah 
Əfəndi (1859-1914) və b. tərəfindən yaradılmışdır. 1911-12-ci 
illərdə  dərnəyin  eyni  adlı  dərgisi  də  nəşr  olunmuşdur.  “Türk 
dərnəyi” ilə  Ġ.Qaspıralı,  Ə.Hüseynzadə  (1864-1940),  Ə.Ağa-
oğlu (1869-1939), N.Yusifbəyli (1881-1920), M.Ə.Yurdaqul, 
F.Köprülü  (1890-1966),  Xalid  Ziya  (1866-1945),  Ġspartalı 
Həqqi və b. tanınmış ziyalılar əməkdaşlıq etmişlər.  
“Gənc  qələmlər”  dərgisi  1910-cu  ildə  Selanikdə  Nəsimi 
Sarımın rəhbərliyi ilə yaradılmış, baş yazarı Əli Canip (1887-
1967)  olmuşdur.  Dərgi  “Yeni  lisan”  hərəkatının  və  “Milli 
Ədəbiyyat”  cərəyanının  aparıcı  mətbuat  orqanı  olmuşdur.  Bu 
hərəkatın  tanınmış  simaları  Ömər  Seyfəddin  (1884-1920), 
Z.Göyalp  (1876-1924),  Aka  Gündüz  (1886-1958),  Sübhi 
Ədhəm  (1880-1923),  Rasim  HəĢmət  (1880-1919)  və  b. 
ziyalılar  olmuşdur.  Selanikin  işğalı  ilə  əlaqədar  dərginin 
fəaliyyəti  dayandıqdan  (1912)  sonra  onun  əməkdaşları  öz 
fəaliyyətlərini  əsasən  “Türk  ocaqları”nda  və  “Türk  yurdu” 
dərgisində davam etdirmişlər. 
“Türk  yurdu”  cəmiyyəti  1911-ci  ilin  avqustunda 
M.Ə.Yurdaqul,  Ə.H.Müftioğlu,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  
Y.Akçura  və  Aqil  Muxtarın  (1877-1949)  rəhbərliyi  ilə 
yaradılmışdır. 
Həmin 
ilin 
noyabrından 
cəmiyyətin 
Y.Akçuranın  rəhbərliyi  ilə  eyni  adlı  dərgisi  çap  olunmağa 
başlamışdır.  1917-ci  ildən    “Türk  yurdu”  dərgisi  “Türk 
ocağı”nın orqanına çevrilmişdir. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə