Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə22/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   18   19   20   21   22   23   24   25   ...   95

 
“Türk  ocağı”  təşkilatının  əsası  1911-ci  ilin  iyununda 
M.Ə.Yurdaqul,  Y.Akçura,  M.Ə.Tofiq  (Yüksələn)  (1851-
1949),  Ə.Fərid,  Ə.Ağaoğlu,  Fuad  Sabit  (1887-1957)  və  b. 
rəhbərliyi  ilə  qoyulmuşdur.  1912-ci  ilin  martında  rəsmən  təsis 
edilmişdir.  Fasilələrlə  bu  günə  qədər  fəaliyyət  göstərən 
təşkilatın  ilk  başqanları:  M.Ə.Yurdaqul  (1911-12),  Ə.Fərid 
(1912)  və  H.Sübhi  (1885-1966;  başqanlıq  illəri:  1912/3-31, 
1949-59, 1961-65) olmuşdur.  
1917-ci  ildən  “Türk  ocağı”nın  orqanına  çevrilmiş  və 
fasilələrlə  bu  günə  qədər  fəaliyyət  göstərən  “Türk  yurdu” 
dərgisi  türkçülük  tarixində  çox  önəmli  yer  tutmuşdur.  Bu 
dərgidə
 
mütəmadi  olaraq  M.Ə.Yurdaqul,
 
Ə.H.Müftioğlu,
 
H.Sübhi,  Z.Göyalp,  Ə.Canip,
 
Y.Akçura,
 
Ə.Ağaoğlu,
 
Ə.Hü-
seynzadə,
 
İ.Qaspıralı,
 
V.Çələbi,
 
N.Asim,
 
M.T.Bursalı,
 
F.Köp-
rülü,
 
Ə.Hamid,  S.Məqsudi  (1879-1957)
 
və  b.  kimi  türkçü 
ziyalılar öz yazıları ilə çixiş etmiş və milli ideyaların inkişafına 
və yayılmasına böyük töhfələr vermişlər.  
“İttihad  və  Tərəqqi”  hakimiyyəti  bu  təşkilatların  və 
mətbuat  orqanlarının  fəaliyyətinə  maddi  və  mənəvi  dəstək 
vermişdir.    Bu  təşkilat  və  dərgilərdən  daha  uzunömürlüsü  və 
nüfuzlusu  “Türk  ocağı”  təşkilatı  və  “Türk  yurdu”  dərgisi 
olmuşdur.  “Türk  ocağı”  sonradan  Atatürk  hərəkatına  dəstək 
vermiş  və  onun  fəal  üzvləri  cümhuriyyət  rəhbərliyində  təmsil 
olunmuşdur. 
“Gənc  Türklər”in  hakimiyyəti  altında  olan  Osmanlı 
imperiyası  Trablis  (1911-12)  və  Birincı  Balkan  (1912-13) 
müharibələrindən  sonra  ərazilərinin  bir  hissəsini  (Trablisi 
(Liviyanı),  Egey  adalarını  və  Balkan  ərazilərini)  itirir.  İkinci 
Balkan  müharibəsindən  (iyun-avqust,  1913)  sonra  isə  Ədirnə 
və onun ətrafı geri qaytarılır. 
1914-cü  ilin  əvvəlində  daxildə  yaranmış  gərgin  vəziyyəti 
nəzarətdə  saxlamaq üçün hərbi nazir Ənvər paşa  (1881-1922), 
daxili  işlər  naziri  və  “İttihad  və  Tərəqqi”  partiyasının  sədri 
Tələt  paşa  (1874-1921)  və  İstanbul  valisi  Camal  paşadan 


 
(1872-1922)  ibarət  “Gənc  Türklər  üçlüyü”nün  diktaturası 
yaradılır.  
“Gənc  Türklər”  hakimiyyəti  ölkədə  mühüm  milli  və 
demokratik  islahatlar  həyata  keçirmişdir.  Buraya  rəsmi  ya-
zışmalarda  yalnız  türk  dilindən  istifadə,  ordunun  Avropa 
standartları  ilə  yenidən  qurulması,  ilk  qadın  universitetinin 
açılması, kapitulyasiya rejiminin ləğv edilməsi və s. aiddir. 
Birinci  Dünya  Müharibəsində  (1914-18)  məğlubiyyətdən 
sonra  “Gənc  Türklər”in  liderləri  ölkəni  tərk  etməyə  məcbur 
olurlar və onların hakimiyyəti süqut edir. Lakin böyük və güclü 
təşkilat  olan  İttihad  və  Tərəqqi  Partiyasının  üzvləri  başqa 
adlarla  təşkilatlar  yaradaraq  Milli  Azadlıq  Hərəkatına  qoşulur 
və bu hərəkatda aparıcı qüvvəni təşkil edirlər.  
 
 
M.K.Atatürkün baĢçılığı altında milli  
azadlıq hərəkatı (1919-23) 
 
M.K.Atatürkün (1881-1938) başçılığı altında milli azadlıq 
hərəkatı  (1919-23)  I  Dünya  Müharibəsindən  qalib  çıxmış 
imperialist  dövlətlərin  Türkiyəyə  qarşı  yeni  təcavüzünə  və 
təslimçi mövqe tutmuş sultan hakimiyyətinə qarşı yaranmışdır. 
 
Müharibədə  Türkiyənin  məğlubiyyətini  rəsmiləşdirən 
Mudros sülh müqavıləsinin (30.10.1918) şərtləri ilə də kifayət-
lənməyən imperialist dövlətlər (İngiltərə, Fransa, İtaliya və Yu-
nanıstan) Paris konfransında (18.01.1919-21.01.1920) Türkiyə-
nin  ərazilərini  öz  aralarında  bölüşdürməyi  qərara  alırlar  və 
1919-cu ilin  əvvəllərində  Türkiyənin  əksər ərazilərini öz hərbi 
nəzarətləri  altına  keçirirlər.  Ölkədə  təslimçiliklə  razılaşmayan 
hərbi  və  mülki  qüvvələr  cəsur  hərbçi  Mustafa  Kamal  Paşanın 
başçılığı altında birləşərək hərəkatın əsasını qoyurlar.  
1919-cu il, iyulun 21-dən avqustun 7-ədək müxtəlif hüquq 
müdafiə  cmiyyətlərinin  Ərzrumda  keçirilmiş  konfransında 
M.Kamalın sədrliyi ilə  Nümayəndələr Komitəsi seçilir. Həmin 
il,  sentyabrın  2-də  isə  Sivasda  Böyük  Milli  Ümumtürk 


 
Konqresi toplanır və burada da Nümayəndələr Komitəsi seçilir. 
Ərzrum  və  Sivas  konqreslərində  seçilmiş  15  nəfərlik 
Nümayəndələr Komitəsi  özünü  yeganə səlahiyyətli  orqan elan 
edir.  Onun  tələbi  ilə  sultan  yeni  deputatlar  məclisini  çağırır. 
Məclis  1920-ci  ilin  yanvarında  “İmsaqi  milli”  (“Milli  and”) 
adlı sənədi qəbul edir. Bu sənədə görə Mudros müqaviləsində 
nəzərdə tutulan sərhədlər daxilində Türkiyənin ərazi bütövlüyü 
elan edilir. Bu sənədə qarşı çıxan müttəfiq qoşunları 1920-ci il, 
martın  16-da  İstanbula  daxil  olur.  Bundan  sonra  Nüma-
yəndələr  Komitəsi  özünü  müvəqqəti  hökumət  elan  edir  və 
Ankarada  yeni  məclis  çağırır.  1920-ciu  il,  aprelin  23-də 
Ankarada M.Kamalın sədrliyi ilə Türkiyə Böyük Millət Məclisi 
(TBMM)  yaradılır.  Təslimçi  mövqe  tutan  Sultan  hakimiyyəti 
məclisi tanımır və M.Kamala edam hökmü verir. 
1920-ci  ilin  iyununda  Türkiyə  ərazisinə  nizami  yunan  or-
dusunu  yeridən  müttəfiqlər  avqustun  10-da  sultanı  təslimçi 
Sevr  müqaviləsini  imzalamağa  məcbur  edirlər.  Müqaviləyə 
görə Türkiyə Əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanıstan 
arasında bölüşdürülür. Türkiyə faktiki olaraq öz müstəqilliyini 
itirir.  
M.Kamalın hakimiyyətini qəbul edən türk qoşunları 1920-
ci  ilin  sonlarından 1922-ci  ilin  sentyabrına qədər kütləvi  canlı 
qüvvə  itkisi  ilə  müşayiət  olunan  ağır  döyüşlərdən  (“Qurtuluş 
savaşı”)  sonra  işğalçı  qoşunları  ölkə  ərazisindən  çixarmağa 
müvəffəq  olur.  Ordunun  toplanmasında  və  qələbələrin  əldə 
edilməsində    M.Kamal  paşa  ilə  bərabər  Kazım  Qarabəkir 
PaĢa  (1882-1948),  Çakmak  PaĢa  (1876-1950),  Ġsmət  paĢa 
(1884-1973)  və  b.  dövlət  xadimlərinin  misilsiz  xidmətləri 
olmuşdur.   
1922-ci  il,  oktyabrın  11-də  Müttəfiq  qüvvələr  (“Antanta” 
və  Yunanıstan)  ilə  Türkiyə  (M.Kamal  hökuməti)  arasında  
Mudanya  sülh  müqaviləsi  imzalanır.  Müqavilədə  yunan 
qoşunlarının  Şərqi  Frakiyadan  çıxarılması,  boğazlarda  isə 
müttəfiq  qoşunlarının  yalnız  müvəqqəti  olaraq  (yekun  sülh 
müqaviləsi imzalananadək) saxlanılması nəzərdə tutulur. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə