Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə24/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   20   21   22   23   24   25   26   27   ...   95

 
1993-cü  ilin  yanvarında  isə  MÇP-nin  adı  MHP-yə 
dəyişdirilmişdir.  MHP  1999-cu  ilə  qədər  parlament  seç-
kilərində  10%-lik  baryeri  aşa  bilmədiyindən  parlamentdə 
təmsil oluna bilməmişdir. 1999-cu il parlament seçkilərində isə 
18%  səslə  ikinci  yerə  çıxmış  və  1999-2002-ci  illərdə 
B.Ecevitin başçılıq etdiyi koalision hökumətdə DSP-dan sonra 
ikinci  partiya  kimi  təmsil  olunmuşdur.  MHP  2007-ci  ildən  bu 
günə qədər TBMM-də müxalifət partiyası kimi təmsil olunur. 
Hazırda Türkiyədə CXP və MHP ilə yanaşı millətçi təmələ 
söykənən  Haqq  və  Bərabərlik  Partiyası,  Böyük  Birlik 
PartiyasıUlusal Partiya və b. siyasi təşkilatlar mövcuddur. 
Təəssüf  ki,  bu  gün  Türkiyədə  millətçilik  “Türkiyəçilik” 
səviyyəsindən  yuxarı qalxmır. Təkcə  onu demək  kifayətdir ki, 
millətçi  sayılan  heç  bir  təşkilat  fars  şovinizminə  qarşı  nəinki 
mübarizə  aparmır,  hətta  bu  şovinizmə  tamamı  ilə  biganə 
mövqedədir. Bu təşkilatlar tərəfindən Güney Azərbaycan milli 
hərəkatına  lazımi  dəstək  verilmir,  Rusiya  Federasiyası 
tərkibində  olan  türk  xalqları  ilə  də  əlaqələr  qurulmur.  Bu 
təşkilatların  Türkiyə  sərhədlərindən  xaricdəki  türkçülüyü 
yalnız Kıbrıs və Şimali İraqla məhdudlaşır. 
 
 
Çar Rusiyasında türkçülük ideyalarının 
formalaĢması 
 
Milli  ideyalar  Rusiya  tərkibindəki  türk  xalqlarında,  o 
cümlədən  Şimali  Azərbaycan  türklərində  XIX  əsrin  orta-
larından  meydana  çıxmış,  ilk  ictimai-siyasi  təşkilatlar  isə  XX 
əsrin  əvvəllərində  yaranmışdıır.  Qanunauyğun  olaraq  bu 
təşkilatlar  ilk  olaraq  burjua-demokratik  və  ya  sosial-demokrat 
hərəkatları fonunda meydana çıxmışdır. 
Rus  imperiyasında  türkçülük  ideyalarının  inkişafının  əsas 
mərkəzlərindən  biri  məhz  Quzey  Azərbaycan  olmuşdur. 
Burada  milli  ideologiyanın  formalaşması  heç  şübhəsiz  ki, 
maarifçilik  hərəkatından  başlayır.  Bu  hərəkat  XIX  əsrin 


 
əvvəllərində A.A.Bakıxanov  (1794-1847),  M.ġ.Vazeh  (1794-
1852),  Q.B.Zakir  (1784-1857),  M.Kazımbəy  (1802-1870), 
Ġ.B.QutqaĢınlı  (1806-1869)  və  b.  tərəfindən  başlanmış,  əsrin 
sonları  və  XX  əsrin  əvvəllərində  yüksək  inkişaf  səviyyəsinə 
çatmış  və  tariximizə  çox  mühüm  töhfələr  vermişdir.  Bu 
hərəkatın  ən  görkəmli  nümayəndələri  kimi  M.F.Axundzadə 
(1812-1878),  S.Ə.ġirvani  (1835-1888),  M.M.Nəvvab  (1833-
1918),  H.Zərdabi  (1837-1907),  M.ġahtaxtılı  (1846-1931), 
M.T.Sidqi
 
(1854-1903),  Ünsizadə  qardaĢları,  (S.Ünsizadə 
(1845-?)  və  b.),  N.Vəzirov  (1854-1926),  M.Ə.Sabir  (1862-
1911), C.Məmmədquluzadə (1866-1932), S.Qənizadə (1866-
1937),  H.Mahmudbəyov  (1864-1928),  R.Əfəndiyev  (1863-
1942),  F.Köçərli  (1863-1920),  Ə.Haqverdiyev  (1870-1933), 
N.Nərimanov  (1870-1925),  M.S.Ordubadi  (1872-1950),
 
Ö.F.Nemanzadə 
(1872-1937), 
A.Səhhət 
(1874-1918), 
S.S.Axundov  (1875-1939),  A.ġaiq  (1881-1959),  Ü.Hacıbəyli 
(1885-1948)  və  b.  adlarını  çəkmək  olar.  Bu  hərəkatın  milli 
ideyaların  təbliğində  və  milli  şüurun  formalaşmasında  böyük 
rolu olmuşdur. Bu böyük maarifçilər tərəfindən
 
milli azadlıq 
ideyaları  açıq  Ģəkildə  təbliğ  olunmasa  da  (buna  çar 
senzurası  imkan verməzdi), əhalini  təhsilə cəlb etmək,  ana 
dilimizdə yeni tipli məktəblər və mətbuat orqanları açmaq, 
bu  dildə  dərsliklər,  lüğətlər,  bədii  və  elmi  əsərlər  və  s. 
yazmaq,  tarix  və  mədəniyyətimiz  üzrə  tədqiqatlar  apar-
maq,  milli  incəsənət  sahələrini  inkiĢaf  etdirmək,  Qərbdəki 
ETT-ni və demokratik dəyərləri örnək götürmək, xurafata 
və  təriqət  ayrıseçkiliyinə  qarĢı  mübarizə  aparmaq,  dinə 
elmi  əsaslarla  yanaĢmaq,  həqiqi  islam  dəyərlərini  irəli 
çəkmək  və  s.  istiqamətində  mütərəqqi  fikirlər  təbliğ  olun-
muĢ və real  iĢlər görülmüĢdür. Bu isə məhz milli ideologi-
yamızın  millilik,  müasirlik    islam  prinsiplərinə  uyğun 
ideyaların  təbliği  və  həyata  keçirilməsi  demək  idi.  Onu  da 
qeyd  edək  ki,  bu  böyük  iĢlər  Ģovinist  çar  rejiminin  ciddi 
təqib və təzyiqləri Ģəraitində həyata keçirilmiĢdir.  


 
Azərbaycanın  tarixi  haqqında  ilk  geniş  əhatəli  və  türkçü 
ruhlu  tədqiqat  (A.Bakıxanov,  “Gülüstani-İrəm”,  1841),  Azər-
baycan  türkcəsinin  ilk  elmi  qrammatikası  (M.Kazımbəy, 
“Türk-tatar dillərinin qrammatikası”, 1839), ilk türkdilli səhnə 
əsərləri  (M.F.Axundzadənin  komediyaları,  1850-ci  illər),  ilk 
yeni  üsullu  anadilli  məktəb  (1874,  S.Ə.Şirvani  tərəfindən  Şa-
maxıda), ilk tam türkdilli mətbuat orqanı (H.Zərdabi tərəfindən 
“Əkinçi”  qəzeti,  1875),  ilk  milli  tamaşa
 
(1873-cü  ildə  “Hacı 
Qara”
 
komediyası), ilk teatr binası (1883-cü ildə H.Z.Tağıyev 
tərfindən Bakıda), Qori seminariyasında ilk dəfə türk şöbəsinin 
açılması  (M.F.Axundzadənin  təşəbbüsü  ilə  onun  ölümündən 
sonra 1879-cu ildə), ilk qiraətxana (1894-cü ildə N.Nərimanov 
tərəfindən  Bakıda),  ilk  müasir  tipli  rus-tatar  məktəbi  (1875-ci 
ildə Qazaxda, 1880-ci illərin sonu, 1890-cı illərin əvvəllərində 
S.Qənizadə  və  H.Mahmudbəyov  tərəfindən  Bakıda),  ilk  rus-
müsəlman qadın məktəbi (1901-ci ildə H.Z.Tağıyev tərəfindən 
Bakıda),  ilk  milli  operanın  səhnəyə  qoyulması  (1908-ci  ildə 
Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası) və b. mühüm tarixi 
hadisələr  məhz  həmin  fədakar  maarifçilərin  səyi  nəticəsində 
gerçəkləşmişdir.  M.F.Axundzadənin  hətta  1850-70-ci  illərdə 
öncə  ərəb,  sonra  isə  latın  qrafikası  əsasında  ortaq  türk-
müsəlman  əlifbasının  yaradılması  ideyası  ilə  çıxış  etdiyi  də 
məlumdur.  Bu  da  M.F.Axundzadənin  türk  birliyi  yönündə  ilk 
ideoloqlardan biri kimi qəbul olunmasına əsas yaratmışdır. 
Maarifçilik  hərəkatında  vətənpərvər,  xeyriyyəçi  Azər-
baycan  milyonçuları  –  H.Z.Tağıyev  (1838-1924),  M.Nağıyev 
(1842-1919),  M.Muxtarov  (1865-1920)  və  b.  mühüm  rolu 
olmuşdur.    
Quzey  Azərbaycanda  maarifçilik  ideyalarının  yayılma-
sında  ilk  dövrdə
 
(XIX  əsrin  sonuna  kimi)  əsas  rol  oynamış 
mətbuat  orqanları  “Əkinçi”  (1975-77),  “Ziya”  (1879-80), 
“Ziyayi  Qafqaziyyə”  (1882-84),  “Kəşkül”  (jurnal:  1883-84, 
qəzet: 1884-91) və b. olmuşdur. 
Azərbaycanın  kənd  bölgələrində  rus  müstəmləkəçiliyinə 
qarşı  azadlıq  hərəkatı  XIX  əsrin  sonlarında  özünü  qaçaq 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə