Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə17/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   13   14   15   16   17   18   19   20   ...   95

 
sülaləsinin  hakimiyyəti)  yenidən  hakimiyyətə  gəlir.  Bu  hadisə 
türk dövlətçiliyi tarixində ən qara səhifələrdən biridir.  
 
 
ġovinist Ġran-fars rejiminə qarĢı 
milli hərəkatlar 
 
Hakimiyyətə  gəlmiş  Rza  şah  ölkədə  açıq  şovinist  siyasət 
yeritməyə  başlayır.  Qacarların  dövründəki  federal  xarakterli 
dövlət  quruluşu  tam  mərkəzləşdirilmiş  quruluşla  əvəz  edilir. 
Türk  dilindən  yazılı  və  hətta  şifahi  istifadə  qadağan  edilir. 
Türkdilli  yazılı  materiallar  məhv  edilir.  Bütün  qeyri-fars 
xalqlarına  qarşı  aparılan  bu  şovinist  siyasət  ölkədə  əks-effekt 
doğurur,  rejimə  qarşı  nifrəti  daha  da  artırır,  qeyri-fars 
xalqlarında  milli  şüuru  daha  da  inkişaf  etdirir.  1920-30-cu 
illərdə  ölkənin  ayrı-ayrı  əyalətlərində  rejimə  qarşı  çoxsaylı 
etiraz  aksiyaları  baş  verir.  Lakin  bu  etirazlar  hakimiyyət 
tərəfindən güc yolu ilə yatırılır (1.79).  
1935-ci ildə Rza şah dövlətin “Persiya” (“Frasıstan”)  yox, 
yalnız “İran” adlandırılmasını qəbul etdirır. Bu da şovinist fars 
hakimiyyətinin  möhkəmlənməsində  və  assimilyasiya  siyasə-
tinin  həyata  keçirilməsində  mühüm  ideoloji  rol  oynamışdır. 
Belə  ki,  bu  dövlətin  sərhədləri  Azərbaycan,  Xorasan, 
Bəlucustan  və  b.  tarixi  əraziləri  əhatə  etdiyi  halda,  Persiya  bu 
ərazilərdən  kənar  yalnız  bir  tarixi  əyalətin  adı  idi  və  bu  cür 
adlanma  başda  türklər  olmaqla  qeyri-fars  xalqlarında  fərqli 
milli  kimlik  düşüncəsini  inkişaf  etdirir  və  ayrılma  meyllərinə 
səbəb  olurdu.  Rza  şah  dövləti  “İran”  adlandırmaqla  “hamımız 
iranlıyıq” prinsipi  ilə qeyri  fars xalqlarında fərqli  milli  kimlik 
düşüncəsinin  və  milli  azadlıq  ideyasının  inkişafının  qarşısını 
almağa  və  öz  şovinist  hakimiyyətini  bu  ərazilərdə  qorumağa 
çalışmışdır. 
Şovinist  fars  rejiminə  qarşı  ilk  milli  hərəkat  Xiyabani 
hərəkatının  fəal  iştirakçılarından  olanS.C.PiĢəvərinin'>  S.C.PiĢəvərinin  (1892-


 
1947)  başçılığı  altında  1945-46-cı  illərdə  baş  vermişdır.  Bu 
hərəkat tarixə “21 Azər” hərəkatı  adı ilə daxıl olmuşdur.  
İkinci  Dünya  Müharibəsi  başlandıqdan  sonra  İran  bitərəf 
mövqedə  olduğunu  elan  etsə  də,  dövlətin  başçısı  Rza  şah 
Pəhləvi  faşistpərəst  mövqe  tutur.  Buna  qarşı  1941-ci  ilin 
avqustunda İran ərazisinin şimalına sovet, cənubuna isə ingilis 
qoşunları  daxil  olur.  Həmin  il,  sentyabrın  16-da  Rza  şah 
hakimiyyətdən  uzaqlaşdırılır  və  sürgün  edilir.  Onun  oğlu 
Məhəmmədrza  taxtda  oturdulur.  Real  hakimiyyət  isə 
parlamentə və onun təşkil etdiyi hökumətə keçir. Bu isə milli-
demokratik  hərəkatın  inkişafına  şərait  yaradır.  Müharibə 
dövründə (dekabr, 1942) ABŞ qoşunları da İrana daxil olur. 
1941-ci  il,  sentyabrın  29-da  Tehranda  İran  Xalq  Partiyası 
(İXP)  yaradılır.  Partiyanın  Azərbaycan  şöbəsi  də  yaradılır. 
Türk  dilinin  mövqeyi  yenidən  güclənir,  bu  dildə  demokratik 
ruhlu  mətbuat  (“Vətən  yolunda”  (1941-46),  “Qızıl  Əsgər” 
(1941),  “Sətareyi  Azərbaycan”,  “Azərbaycan”  (1945),
 
“Ədə-
biyyat  səhifəsi”,  “Yumruq”,  “Keyvan”  və  s.)  fəaliyyətə  baş-
layır.  Həmçinin  ölkədə  milli-demokratik  hərəkat  formalaşma-
ğa başlayır. 
İkinci  Dünya  Müharibəsi  qurtardıqdan  sonra  ABŞ, 
İngiltərə  və  SSRİ  arasında  ziddiyyətlər  güclənir.  SSRİ  Güney 
Azərbaycanı  öz  ərazisinə  qatmaq istəyirdisə, ABŞ və  İngiltərə 
İranda  milli-demokratik  hərəkatı  boğmaq  və  bu  dövləti  öz 
siyasi-iqtisadi təsirləri altında saxlamaq istəyirdilər. 
1945-ci  il,  sentyabrın  3-də  S.C.PiĢəvərinin  (1892-1947) 
başçılığı  ilə  Azərbaycan  Demokratik  Partiyası  (ADP) 
yaradılır.  Həmin  ayın  5-də  partiyanın  orqanı  olan  “Azər-
baycan”  qəzeti  nəşr  olunmağa  başlayır.  Partiya  ölkədə  milli, 
demokratik  və  sosial-iqtisadi  islahatlar  həyata  keçirmək 
uğrunda  mübarizə  aparırdı.  Buraya  Azərbaycana  İran 
tərkibində  muxtariyyət  verilməsi,  rəsmi  dil  kimi  türk  dilindən 
istifadə, 
zəhmətkeşlərin 
vəziyyətinin 
yaxşılaşdırılması, 
kəndlilərin torpaqla təmin edilməsi, 8 saatlıq iş günü və s. daxil 
idi.  Partiyanın  2-4  oktyabr,  1945-ci  ildə  qəbul  etdiyi  proqram 


 
və  nizamnaməsində  bu  məsələlər  öz  əksini  tapmışdır. 
Göründüyü  kimi  partiya  Xiyabani  hərəkatının  müəyyən 
ideyalarını davam etdirilmişdir.  
Partiya  hələ  yay  aylarında  hərəkatçılar  tərəfindən  təşkil 
olunmuş  silahlı  fədai  dəstələrinin  köməyi  ilə  1945-ci  il, 
oktyabrın əvvəllərində Təbrizdə hakimiyyəti ələ alır. Dekabrın 
əvvəllərinə qədər isə bir çox digər Azərbaycan şəhərlərində də 
hakimiyyət partiyanın nəzarətinə keçir.  
1945-ci  il,  noyabrın  21-də  Azərbaycan  Xalq  Konqresi 
cağırılır.  744  nümayəndənin  iştirakı  ilə  baş  tutan  konqresdə 
muxtariyyətin  reallaşdırılması  üçün  Milli  Məclisə  seçkilərin 
keçirilməsi  və  Milli  Hökumətin  yaradılması  qərara  alınır. 
Noyabrın  27-dən  dekabrın  1-ə  qədər  keçirilən  seçkilər 
nəticəsində  əksəriyyəti  ADP  tərəfdarı  olan  101  nəfər 
deputatdan  ibarət  Milli  Məclis  təşkil  olunur.  1945-ci  il, 
dekabrın  12-də  (azər  ayının  21-də)  Milli  Məclisin  ilk  iclası 
keçirilir.  İclasda  S.C.Pişəvərinin  başçılığı  ilə  Milli  hökumət 
yaradılır və dərhal milli-demokratik və sosial islahatlar həyata 
keçirilməyə başlayır. 
İranın  şimalında  qoşunu  olan  sovet  dövləti  bu  əraziləri 
SSRİ-yə birləşdirmək marağı ilə Milli hökumətə dəstək verirdi. 
Belə  bir  şəraitdə  Milli  hökuməti  güc  yolu  ilə  devirmək 
iqtidarında olmayan mərkəzi hökumət 1946-cı il, aprelin 28-də 
milli hökumətlə danışıqlar aparılmasına qərar verir. 1946-cı il, 
mayın  8-də  SSRİ  öz  qoşunlarını  İran  ərazisindən  çıxarır. 
Həmin  il,  iyunun  13-də  milli  hökumətlə  mərkəzi  hökumət 
(Qəvamüssəltənə  hökuməti)  arasında  Təbrizdə  müqavilə 
imzalanır.  Müqaviləyə  əsasən  Milli  Hökumət  “əyalət 
əncüməni”  statusunu  almaqla  mərkəzi  hökumət  tərəfindən 
tanınır. 
Əslində  isə  imperialist  qüvvələrə  (ABŞ  və  İngiltərəyə) 
arxalanan mərkəzi hökumətin məqsədi ölkədə milli-demokratik 
hərəkatı tamamı ilə boğmaq və şovinist fars diktaturasını bərpa 
etmək  idi.  Ona  görə  də  BMT-nin,  o  cümlədən  ABŞ  və 
İngiltərənin  dəstəyini  alan  Qəvamüssəltənə  hökuməti  1946-cı 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə