Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə15/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   11   12   13   14   15   16   17   18   ...   95

 
dövlətində  türk  dilinin  mövqeyinin  güclənməsində  xüsusi  rol 
oynamışdır.  
I  rus  inqilabının  (1905-07)  başlaması  Qacarlar  dövlətində 
də rejimdən narazı qüvvələrin inqilabi hərəkata başlamasına öz 
təsirini  göstərir  və  bu  dövrdə  rejimə  qarşı  siyasi  təşkilatlar 
formalaşmağa  başlayır.  Bu  təşkilatlardan  aparıcı  yer  tutanı 
1905-ci  ildə  Quzey  Azərbaycan  sosial-demokratlarının  (N.Nə-
rimanov  və  b.)  iştirakı  ilə  Güneydən  olan  inqilabçılar 
tərəfindən  Bakıda  yaradılan  “İctimaiyyunəl-amiyyun”
 
(sosial-
demokrat)
 
partiyası  (qısa  olaraq  “Mücahid”  partiyası) 
olmuşdur.  Bu  partiyanın  fəal  funksionerləri  olan  Əli  Müsyo 
(1879-1910),  Hacı  Əli  Davafuruş  (1871-1912),  Hacı  Rəsul 
Sədəqyani (1879-?) və b. tərəfindən Təbrizdə yaradılmış “gizli 
mərkəz” inqilabda həlledici rol oynamışdır. 
  
1905-ci  ilin  dekabrında  Tehran,  Təbriz,  Kirman,  Şiraz  və 
b.  şəhərlərdə  ilk  kütləvi  nümayişlər  baş  verir.  Davamlı  etiraz 
aksiyalarının  bütün  ölkəni  bürüməsi  nəticəsində  1906-cı  il, 
avqustun  5-də  Müzəffərəddin  Şah  konstitusiya  haqqında,  9-da 
isə  məclisə  seçkilər  haqqında  fərman  verir.  İnqilabçı  qüvvələr 
tərəfindən əyalət əncümənləri formalaşdırılır. Bu əncümənlərdə 
məclis  üçün  nümayəndələr  seçilir.  Təbrizdə  olan  vəliəhd 
Məhəmmədəli Mirzə isə islahatlar ilə razılaşmır.  
1906-cı  il,  dekabrın  30-da  Müzəffərəddin  Şah  konsti-
tusiyanın  birinci  hissəsini  qəbul  edir.  Onun  vəfatından  sonra 
1907-ci  ilin  yanvarın  19-da  taxta  çıxan  Məhəmmədəli  şah 
konstitusiyanı qəbul etmir. Həmin il, fevralın 8-də Təbrizdə ilk 
silahlı üsyan baş verir. İnqilabçılar tərəfindən formalaşdırılmış 
məclisin  konstitusiyanın  ikinci  hissəsini  qəbul  etmək  tələbini 
şah hakimiyyəti qəbul  etmir. Aprel-iyun aylarında inqilabçılar  
tərəfindən  silahlı  dəstələr  yaradılır  və  ölkədə  vətəndaş 
müharibəsi  başlayır.  İnqilabçıların  güclü  təzyiqi  nəticəsində 
1907-ci ilin  oktyabrın 7-də Məhəmmədəli şah konstitusiyanın 
ikinci  hissəsini  təsdiq  etməyə  məcbur  olur.  Lakin  şah  gizli 
əksinqilabi fəaliyyətini dayandırmır. 


 
1908-ci  il,  iyunun  23-də  şah  ölkədə  olan  rus  (kazak) 
qoşunlarının  dəstəyi  ilə  əksinqilabi  çevriliş  edir.  Məclis  dağı-
dılır, konstitusiya ləğv edilir. Bir çox vilayətlərdəki əncümənlər 
də dağıdılır.  
Ərdəbil  və  Meşkindən  başqa  digər  Azərbaycan  vilayət-
lərində  isə  inqilabçılar  öz  hakimiyyətlərini  saxlaya  bilirlər. 
Belə  ki,  Səttarxan  (1867-1914)    və  Bağırxanın  (1861-1917) 
fədai  dəstələrinin  əksinqilabçılarla  qəhrəmancasına  döyüşməsi 
nəticəsində  inqilabçılar  ilin  sonuna  qədər  Təbrizdə  və  digər 
Azərbaycan  əyalətlərində  hakimiyyəti  tam  ələ  alırlar  və 
demokratik  islahatlar  keçirirlər.  Üsyançılar  həmçinin  İsfahan, 
Rəşt, Buşəhr və Bəndər-Abbasda hakimiyyəti ələ alırlar.  
1909-cu  ilin  yanvarın  axırlarından  Təbriz  şəhəri  yenidən 
şah  qoşunları  tərəfindən  mühasirəyə  alınır.  Aprelin  sonlarında 
çar  qoşunları  Cənubi  Azərbaycan  ərazilərinə,  o  cümlədən 
Təbrizə  yeridilir.  Şah  qoşunları  buradan  çıxır.  İnqilabçılar  çar 
qoşunlarına müqavimət göstərmir. Fədai dəstələri çar qoşunları 
tərəfindən tərkisilah olunmağa başlayır. 
Çar  qoşunlarının  Azərbaycan  vilayətlərində  olmasından 
istifadə  edən  İsfahan  və  Gilan  inqilabçıları  Tehrana  hücum 
edir.  1909-cu  il,  iyulun  əvvəlində  Məhəmmədəli  şah  devrilir, 
onun  14  yaşlı  oğlu  Əhməd  şah  taxtda  oturdulur.  Keçmiş 
parlament  nümayəndələrindən,  nazirlərdən,  varlı  tacirlərdən, 
nüfuzlu  ruhanilərdən  ibarət  “Ali  məclis”  (“Fövqəladə  şura”) 
yaradılır.  Konstitusiya  bərpa  edilir.  Azərbaycan  vilayətlərində 
də  əncümən  hakimiyyəti  möhkəmlənir.  Lakin  Tehranda 
Sepəhdarın  başçılığı  ilə  yaradılmış  hökumət  İngiltərə  və 
Rusiyanın  təzyiq  və  hədələri  nəticəsində  mücahid  və  fədai 
dəstələrinin tərkisilah olunmasına çalışır.   
Bu dövrdə inqilabçı qüvvələr arasında da təşkilati ayrılma 
baş  verir.  Liberal  qüvvələr  tərəfindən  “Etidaliyyun”  partiyası, 
radikal  demokratik  qüvvələr  tərəfindən  isə  İran  Demokrat 
Partiyası (İDP) yaradılır. İDP-nin  yaradılması və fəaliyyətində 
Şimali Azərbaycandan olan ziyalıların  (M.Ə.Rəsulzadə və b.) 
xüsusi xidmətləri olmuşdur.  


 
1909-cu  il,  noyabrın  15-də  Azərbaycan  nümayəndələrinin 
də  iştirakı  ilə  açılan  ikinci  məclisdə  Sepəhdar  hökumətinin 
mücahid  və  fədai  dəstələrinin  tərkisilah  edilməsi  təklifi 
dəstəklənir. 
1910-cu  ilin  aprelində  Daxili  İşlər  Naziri  Sərdar  Əsəd 
tərəfindən  Tehrana  çağırılmış  Səttarxanın  100  nəfərlik  fədai 
dəstəsinə  qarşı  daşnak  Yefremin  silahlı  dəstələri  tərəfindən 
xaincəsinə  hücum  təşkil  edilir.  Səttarxan  yaralanır.  Səttarxan 
və  Bağırxan  Tehrandan  buraxılmır.  Lakin  bu  da  inqilabı  qıra 
bilmir  və  inqilabçı  qüvvələrin,  o  cümlədən  vilayət  əncümən-
lərinin hakimiyyəti öz fəaliyyətini davam etdirir.   
Bundan  bərk  narahat  olan  imperialist  İngiltərə  və  Rusiya 
1911-ci  ilin  iyulunda  keçmiş  şah  Məhəmmədəlini  ölkəyə 
qaytarır.  Avqustun  24-də  əksinqilabi  qüvvələr  Təbrizə  hücüm 
təşkil  edir.  Oktyabrın  əvvəllərinədək  davam  edən  ağır 
döyüşlərdən sonra hücum inqilab fədailəri tərəfindən dəf edilir. 
Ölkənin  digər  bölgələrində  də  əksinqilabçı  qüvvələr 
məğlubiyyətə  uğradılır.  Məhəmmədəli  ölkəni  son  dəfə  tərk 
edərək Rusiyaya qayıdır.  
Keçmiş  şahın  hakimiyyətini  bərpa  etmək  cəhdi  baş 
tutmayan Çar Rusiyası başqa yola əl atır. Rusiya səfirliyi 1911-
ci  il,  noyabrın  29-da    Amerikalı  maliyyə  müşavirinin  ölkədən 
çıxarılması və başqa tələblərlə məclisə ültimatum verir. Məclis 
ültimatumu  rədd  edir.  Dekabrın  25-də  hökumətin  silahlı 
dəstələri 
məclisi 
dağıdır.  Yerlərdəki  ciddi  etirazlara 
baxmayaraq  Samsamüssəltənə  hökuməti  ültimatumu  qəbul 
edir. Məşrutə inqilabı süquta uğradılır və inqilabın nailiyyətləri 
ləğv edilir.  
Dekabrın  20-26-da  külli  miqdarda  çar  qoşunları  Təbriz 
üzərinə  hücuma  keçir.  Fədai  dəstələri  güc  fərqini  nəzərə  alıb 
müqaviməti dayandırır. Şəhər çar qoşunlarının nəzarətinə keçir. 
1912-ci  ilin  əvvəllərində  ölkədə  olan  çar  və  ingilis  qoşunları 
tərəfindən  digər  vilayətlərdə  də  inqilab  mərkəzləri  dağıdılır, 
inqilabçılara divan tutulur və inqilabın nəticələri ləğv edilir. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə