Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə11/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   7   8   9   10   11   12   13   14   ...   95

 
mək,  nəticədə  hər  bir  millətin  rifahını  və  inkişafını  təmin 
edəcək müstəqil, güclü və inkişaf etmiş milli dövlət qurmaqdır. 
Göründüyü kimi, müstəqil, güclü və inkişaf etmiş milli dövlətə 
nail  olmaq  milli  ideologiyanın  əsas  hədəfidir.  Lakin  xüsusi 
hallarda  milli  azadlıq  hərəkatlarının,  o  cümlədən  milli  ide-
ologiyanın  hədəfi  tam  müstəqil  dövlət  yox,  milli-ərazi  və  ya 
milli-mədəni  muxtariyyət  də  ola  bilər.  Bu  hal  əsasən  azsaylı 
xalqlar  üçün  xarakterikdir.  Eyni  zamanda  azsaylı  olmayan 
xalqlar  da  yaxın  hədəf  kimi  və  ya  digər  səbəblərdən  həmin 
hədəfləri qəbul edə bilərlər.  
Əgər bir millətin bir neçə dövləti mövcuddursa, bu zaman 
milli  ideologiyanın  ən  böyük  hədəfi  bu  dövlətlərin  kültürəl, 
siyasi, iqtisadi, hərbi və b. sahələrdə birliyi ola bilər. 
Milli ideologiyalarda iqtisadi, hüquqi, fəlsəfi və s. görüşlər 
müxtəlif ola bilər. Bu ilk növbədə milli xüsusiyyətlərdən, yerli 
şəraitdən,  dövrdən,  ideoloqların  fərdi  görüşlərindən  və  s.  ası-
lıdır. Kitabın növbəti bölməsində milli ideologiyamız olan türk 
millətçiliyin  çağdaş  dövrümüz  üçün  görüşlər  sistemini  geniş 
araşdıracağıq.   
Tarixi  təcrübə  göstərir  ki,  milli  problemləri  həll  etmədən 
digər  problemlərin  həllindən  və  ədalətli  cəmiyyət  quruculu-
ğundan danışmaq  yersizdir. Bu gün türk xalqlarının, o cümlə-
dən Azərbaycan türklərinin kifayət qədər milli problemləri var 
və  ilk  növbədə  bu  problemlər  həll  olunmalıdır.  Ona  görə  də 
çağdaş  dövrümüzdə  inkişafımız  üçün  məhz  milli  ideologiya 
prinsiplərini qəbul etmək məqsədəuyğundur.  
Müstəqil milli dövlət qurulduqdan sonra isə həmin dövlət-
də  milli  ideologiya  öz  yerini  başqa  təmayüllü  ideologiyalara 
verə bilər. Bu normal, qanunauyğun bir haldır. Belə ki, cəmiy-
yətdə  milli  problemlər  müəyyən  qədər  həll  olunduqdan  sonra 
digər  problemlər  (iqtisadi,  hüquqi  və  s.)  daha  ön  plana  keçə 
bilər. 
Hazırda  dünyanın  ən  nüfuzlu  beynəlxalq  təşkilatı  olan 
BMT-nin  sənədlərində  milli  varlığın,  o  cümlədən  MMD-in 
qorunması,  xalqların  öz  müqəddəratını  təyin  etməsi,  milli 


 
azlıqların  hüquqları,  milli  ayrıseçkiliyin  yolverilməzliyi  və  b. 
prinsiplər  öz  əksini  tapmışdır.  Məhz  milli  təmayüllü  ideolo-
giyalarda əsas  yer tutan  bu prinsiplərin belə mötəbər təşkilatın 
sənədlərində  təsbit  olunmasını  bəşəriyyətin  ən  böyük  nailiy-
yətlərindən biri hesab etmək olar. 
 
 
QarıĢıq və ümumi təmayüllü  
ideologiyalar 
 
Müasir  dövrdə  mövcud  olan  və  tarixən  yaranmış  elə 
ideologiyalar  vardır  ki,  onları  hansısa  bir  təmayülə  aid  etmək 
olmaz.  Belə  ki,  onlar  bir  yox,  bir  neçə  təmayül  (milli-iqtisadi, 
iqtisadi-hüquqi,  dini-milli  və  s.)  üzərində  formalaşır.  Bu 
ideologiyaları məhz qarışıq təmayüllü ideologiyalara aid etmək 
olar.  Məsələn,  yuxarıda  hüquq  təmayüllü  ideologiyalara  aid 
etdiyimiz  Anarxizmdə  hüquqi  təmayüllə  yanaşı  iqtisadi 
təmayül  də  kifayət  qədər  geniş  yer  tutduğundan  onu  hüquqi-
iqtisadi təmayüllü ideologiya da adlandırmaq olar.  
Elə  ideologiyalar  da  vardır  ki,  onlar  üçün  ümumiyyətlə 
hansısa  təmayül  müəyyən  etmək  mümkün  deyil  və  bütün 
sahələrlə  bağlı  məsələlərə  eyni  dərəcədə  əhəmiyyət  verir.  
Məhz  belə  ideologiyaları  ümumi  təmayüllü  ideologiyalara  aid 
etmək  olar.  Bu  ideologiyalara  konservatizmi  (mühafizəkar-
lığı),   kosmopolitizmi və son dövrlər beynəlxalq aləmdə daha 
çox müzakirə edilən qlobalizmi misal göstərmək olar. 
Avropa  dillərində  işlədilən  konservatizm  termini  latınca 
“konservo” sözündəndir, mənası “qoruyuram”, “mühafizə edi-
rəm” deməkdir. Müsəlman aləmində həmin sözün ərəb mənşəli 
qarşılığı kimi “mühafizəkarlıq” termini də işlədilir. 
 Ümumiyyətlə,  siyasi  ədəbiyyatda  mühafizəkarlıq  termini 
iki mənada – dar və geniĢ mənalarda işlədilir. 
Dar  mənada  mühafizəkarlıq hər hansı ideologiyanın, si-
yasi  hərəkatın və  ya şəxsin  mövcud  ənənələrə  (siyasi,  iqtisadi, 
hüquqi,  milli  və  s.)  münasibətini  əks  etdirir.  Yəni,  mövcud 


 
ənənələrin  saxlanılmasını  müdafiə  edən  ideologiyanın,  siyasi 
hərəkatın  və  ya  şəxsin  mövqeyi  mühafizəkar  mövqe  kimi 
qiymətləndirilir.  Başqa  sözlə,  mühafizəkarlıq  islahatçılığın 
alternativi  kimi  çıxış edir. Burada unutmaq olmaz ki,  eyni  bir 
ideologiya  dövrdən  və  yerli  xüsusiyyətlərdən  asılı  olaraq  mü-
hafizəkar  və  ya  islahatçı  mövqedə  ola  bilər.  Hətta  ideologiya 
mövcud  cəmiyyətin  ənənələrinin  bəzilərinə  (məsələn,  milli 
ənənələrə)  münasibətdə  mühafizəkar  (onların  saxlanılmasının 
tərəfdarı), bəzilərinə (məsələn, siyasi ənənələrinə) münasibətdə 
isə  islahatçı  (onların  dəyişdirilməsinin  tərəfdarı)  ola  bilər.  Bu 
mənada  mühafizəkarlıq  və  islahatçılıq  ideologiyanın,  siyasi 
hərəkatın  və  ya  şəxsin  konkret  vaxtda,  konkret  dəyişikliyə 
münasibətini əks etdirir.  
Mühafizəkarlıq  ifadəsi  dar  mənada  hər  cür  yeniliyin,  in-
kişafın əleyhinə olan, köhnəliyi və geriliyi müdafiə edən mür-
təce bir dünyagörüşü mənasında da işlədilir. Köhnə qaydaların 
toxunulmazlığını  mütləq  zərurət  kimi  qəbul  edən  mühafizə-
karlıq “təbii mühafizəkarlıq” və ya “ənənəçilik” adlandırılır.   
GeniĢ  mənada  mühafizəkarlıq  ifadəsi  bir  ideologiyanı 
ifadə edir. Bu ideologiya kifayət qədər ziddiyyətli məqamlar və 
fikir  müxtəlifliyi  ilə  müşahidə  olunur.  Mühafizəkarlıq  Böyük 
Fransa  İnqilabından  (1789-1794)  sonra  bu  inqilaba  müxalif 
(zadəgan  sinfinin  mənafeyini  müdafiə  edən)  ideya-siyasi 
cərəyan  kimi  meydana  çıxmış,  sonradan  isə  inkişaf  etdirilərək 
ideologiya  halına  salınmışdır.  Əsas  ideoloqları  kimi  E.Berk, 
D.Bell, E.Benfild, N.Qleyzer, M.Haydegger və  b. qeyd olunur 
(1.37).  
Bu  ideologiyada  ictimai  dəyişikliklərə  və  islahatlara  mü-
nasibət  xüsusi  yer  tutur.  Belə  ki,  mühafizəkarlıqda  hər  bir 
ictimai  dəyişiklikdə  və  islahatda  tarixən  formalaşmış  hüquqi-
siyasi  və  milli  ənənələrin  nəzərə  alınması,  buradakı  varislik 
əlaqələrinin  gözlənilməsi  zəruri  sayılır  və  kəskin  inqilabi 
dəyişikliklər  inkar  edilir.  O  cümlədən,  cəmiyyətdəki  qeyri-
siyasi  (dövlət  qanunları  ilə  müəyyən  olunmayan)  bir  çox 
ənənəvi  təsisatlar  (təbii  surətdə  qərarlaşmış  iyerarxiya,  ailə, 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə