Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə12/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   8   9   10   11   12   13   14   15   ...   95

 
din,  mülkiyyət  və  s.  ənənələr)  ali  dəyərlər  kimi  qiymətlən-
dirilir.  Oxşar  ideyalar  milli  ideologiyalarda  da  olduğundan 
mühafizəkarlıq  milli  ideologiyaya  yaxınlığı  ilə  seçilir.  Əsas 
fərq  isə  ondan  ibarətdir  ki,  milli  ideologiyalarda  yalnız  milli 
ənənələrin  qorunub  saxlanılması  əsas  götürülür,  dövlət  ida-
rəçiliyindəki  ənənələrdə  (siyasi  ənənələrdə)  inqilabi  dəyişik-
liklər isə inkar olunmur.  
Mühafizəkarlığın  hüquqi  görüşlərində  azadlıq  anlayışına 
münasibət xüsusi yer tutur. Burada qeyri-məhdud fərdi azadlıq 
inkar  edilir,  lakin  fərdiyyətçilik  (“konservativ  fərdiyyətçilik”) 
də inkar olunmur.  Bu məsələdə də qeyri-siyasi institutlar, yəni, 
tarixən,  təbii  surətdə  formalaşmış  adət-ənənələr,  qayda-qanun 
və onlardan doğan “təbii hüquqlar” əsas götürülür ki, bunun da 
fərdiyyətçilik  və  kollektivizm  arasında  balans  yaratdığı  və 
məhz ədaləti və “əsl azadlığ”ı təmin etdiyi qeyd olunur. Siyasi 
təsisatların, yəni dövlətin isə əsasən insanların təhlükəsizliyini, 
qayda-qanunu  və  sabitliyi  təmin  etməli  olduğu  göstərilir. 
Göründüyü kimi burada Liberalizmin bəzi prinsiplərinə (dövlət 
hakimiyyətinin  məhdudluğu,  spontan  qayda-qanun  və  s.) 
oxşarlıq  da  var.  Təsadüfi  deyil  ki,  Mühafizəkarlıq  bir  müddət 
Klassik  Liberalizmlə  eyniləşdirilmişdir.  Ümumiyyətlə  bir  çox 
məsələlərdə  Mühafizəkarlıq  ikili  xarakter  daşıyır.  Mühafizə-
karlığı  bəzən  Liberalizmlə  Sosializm  arasında  orta  mövqeli 
ideologiya  kimi  də  qiymətləndirirlər.  Lakin  mühafizəkarlığı 
bəzən tamam başqa ideyalarla da izah etmişlər (bax, 1.37).  
İlk dövrlərdə mühafizəkarlar iqtisadi məsələlərdə dövlətin 
(daha  doğrusu,  kral-zadəgan  sinfinin)  güclü  mövqeyə  malik 
olmasını  zəruri  saysalar  da,  müasir  dövrdə  mühafizəkarlığın 
(neokonservatizmin) iqtisadi görüşləri liberal xarakterlidir, yəni 
azad bazar sistemi müdafiə olunur.  
Mühafizəkarlıq  xeyli  dərəcədə  biri-birindən  fərqlənən 
daxili  cərəyanlara  malikdir.  Buraya  “neokonservatizm”,  “ənə-
nəvi  mühafizəkarlıq”,  “yeni  sağlar”  və  s.  aiddir.  Onlar  içə-
risində  neokonservatizm  müasir  dövrə  xüsusi  yer  tutur.  Neo-
konservatizm  əsasən  klassik  liberalizmin  ideyalarına  söykənir. 


 
Neokonservatizmdə  iqtisadi  görüşlər  (F.A.Hayek  (1899-1992) 
və  b.)  neoklassik  iqtisadi  görüşlərin  davamı  olmaqla  keyns-
çiliyə qarşı yönəlmişdir.  
Ümumi  təmayüllü  ideologiyalara  aid  olan  daha  bir 
ideologiya  –  kosmopolitizm  hərfi  mənada  “dünya  vətəndaş-
lığı” (yunanca “kosmo”+“polites”) deməkdir. Bu ideologiyanın 
əsas  ideyası  bütün  dövlət  və  millət  sərhədlərini  aradan 
qaldırmaq,  dünyada  vahid  dövlət,  vahid  vətən  və  vahid  millət 
formalaşdırmaq  yolu  ilə  bəşəri  problemləri  həll  etməkdir. 
Lakin  buna  nail  olmaq  üçün  bir  millət  tərəfindən  digər 
millətlərin  assimilyasiya  olunmasının  zəruriliyi  bu  ideologi-
yanın mürtəce xarakter almasına gətirib çıxarır. Tarixən bir çox 
imperialist  dövlətlər  öz  imperialist  və  şovinist  siyasətlərinə 
bəraət  qazandırmaq  üçün  kosmopolitizmin  ideyalarından 
istifadə etmişlər.  
Qlobalizmi  bir  ideologiya  kimi  nəzərdən  keçirməzdən 
öncə  “qloballaşma”  ifadəsinə  və  qloballaşma  prosesinin 
mahiyyətinə  nəzər  yetirək.  Qloballaşma  ifadəsinin  kökündə 
latınca  “globus”  –  “kürə”  (Yer  kürəsi)  sözü  dayanır,  fran-
sızcada  isə  “global”  sözü  “ümumi”  mənasında  işlədilir.  Bu 
baxımdan  “qlobalizm”  və  “qloballaĢma”  ifadələrini  “kü-
rəsəlləşmə”  “dünyəviləşmə”,  “bütün  yer  kürəsinə,  dünyaya 
məxsus  olma”,  “beynəlmiləlləşmə”  mənasında  qəbul  etmək 
olar.  Bu  ifadə  termin  kimi  XX  əsrin  80-90-cı  illərində  dünya 
iqtisadiyyatında transmilli korporasiyaların və dünya bazarının 
mövqeyinin güclənməsi ilə əlaqədar olaraq meydana çıxmışdır. 
Belə  ki,  qloballaşma  dünya  dövlətlərinə  kapital  qoyan  nəhəng 
transmilli  korporasiyaların  həmin  dövlətləri  öz  təsiri  altına 
salması  və  tədricən  bütövlükdə  dünya  dövlətlərinin  ida-
rəçiliyinin dünya miqyaslı  istehsalçıların əlinə keçməsi prosesi 
kimi  qəbul  olunmuş  və  bu  prosesin  qaçılmazlığı  əsas-
landırılmışdır.  Yəni,  qloballaşma  dünya  siyasi  idarəçiliyinin 
dünya iqtisadi idarəçiliyi ilə əvəz olunması, milli dövlətlərin və 
milli  mədəniyyətlərin  tədricən  öz  əhəmiyyətini  itirməsi  ilə 
özünü  göstərən  qaçılmaz  proses  kimi  qiymətləndirilmişdir. 


 
Qloballaşmanı bu mənada qəbul etsək, o heç də mütərəqqi bir 
proses  və  ya  ideya  kimi  qəbul  edilə  bilməz.  Bu  ideyada 
anarxizmin  (dövlət  hakimiyyətinin  istehsalçıların  birliyi  ilə 
əvəz  olunması)  və  kosmopolitizmin  (dünyada  milli  dövlət  və 
milli  mədəniyyət  sərhədlərinin  götürülməsi)  ideyalarına 
yaxınlıq da görmək olar.  
Qloballaşmanın qaçılmaz proses olması  da hələ ki,  özünü 
doğrultmayıb.  Belə  ki,  bu  gün  dünyanın  idarə  olunmasında 
dövlət  hakimiyyətləri  həlledici  mövqeyini  saxlayır  və  hətta 
dünya  və  milli  iqtisadiyyatların  idarə  olunmasında  da  hakim 
mövqeyə  malikdir.  Bu  baxımdan  qloballaşmanın  sadəcə 
transmilli  korporasiyaların  mənafeyinə  (onların  dövlət  təsi-
rindən  azad  olmasına)  xidmət  edən  bir  ideya  kimi  ortaya 
atıldığını  da  ehtimal  etmək  olar.  Həmçinin,  bu  ideyanı  Anar-
xizmin  və  kosmopolitizmin  bəzi  ideyalarını  birləşdirib  başqa 
adla  dünya  ictimaiyyətinə  təqdim  olunması  kimi  də  qiymət-
ləndirmək olar.        
Bütün  bunlarla  yanaşı  qlobalizm  xüsusən  son  illər  bir 
mütərəqqi ideologiya kimi də izah olunur və bu ideologiyanın  
əsas ideyası kimi müxtəlif sahələrdə (hüquqi, iqtisadi, texnoloji 
və  s.)  dünya  ölkələrinin  vahid  sistemə  keçməsiylə  əlaqələrin 
inkişafına  stimul  yaratmaq,  bununla  da  bütün  ölkələrin  sürətli 
inkişafına,  bəşəri  problemlərin  həllinə  nail  olmaqdır.  Əslində 
ilk  baxışdan  bu  həqiqətən  də  mütərəqqidir.  Lakin  unutmaq 
olmaz ki, dünya dövlətlərinin bir qismi xeyli inkişaf etmiş milli 
dövlətlərdir,  digər  qismi  isə,  onlardan  xeyli  geri  qalır  və  bir 
çoxlarında  milli  problemlər  həll  olunmamış,  milli  dövlətlər 
formalaşmamışdır.  Bu  şəraitdə  vahid  sistemə  keçmə  əslində 
inkişaf  etməkdə  olan  ölkələrin  inkişaf  etmiş  ölkələrdəki 
sistemə  keçməsi  deməkdir.  “Avropalaşma”,  “qərbləşmə” 
ifadələri  də  bu  baxımdan  meydana  çıxmışdır.  Qərbin  inkişaf 
etmiş  ölkələrindəki  sistem  isə  qərb  ölkələrinin  milli-tarixi 
ənənələrinə və yerli xüsusiyyətlərinə uyğun formalaşmışdır. Bu 
cür  qloballaşma  isə  tam  mənada  müstəqil  milli  dövlət 
qurmamış xalqların güclü dövlətlərin təsiri altına düşməsinə və 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə