Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə13/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   9   10   11   12   13   14   15   16   ...   95

 
müstəmləkəyə çevrilməsinə, milli varlıqlarını itirmək təhlükəsi 
ilə  qarşılaşmasına  səbəb  ola  bilər.  Ona  görə  də  qloballaşmada 
milli-tarixi ənənələrin və yerli xüsusiyyətlərin nəzərə alınması, 
inkişaf  etməkdə  olan  ölkələrdə  xalqların  öz  milli  varlıqlarını 
qoruyub saxlaması, milli kültürlərinin mövqeyini möhkəmlən-
dirməsi  və  inkişaf  etdirməsi,  onların  güclü  dövlətlərdən  siyasi 
və  iqtisadi  asılılığa  düşmələrinə  mümkün  qədər  yol  verilmə-
məsi zəruri şərt olmalıdır.  
Bəzən nəinki iqtisadiyyat, hüquq və təhsil sisteminin,  hət-
ta dilin, adət-ənənələrin, incəsənətin qloballaşmasından danışı-
lır.  Bu  qloballaşma  adı  altında  assimilyasiya  siyasətidir.  Belə 
ki, bu cür qloballaşma inkişaf etməkdə olan ölkələrin xalqları-
nın  inkişaf  etmiş  ölkələrin  xalqlarının  dilində  danışması,  adət 
ənənəsinə keçməsi, incəsənətini qəbul etməsi və nəticədə milli 
varlığını itirməsi deməkdir

Bu siyasətə qarşı ciddi müqavimət 
göstərmək  vacibdir.  Bəzən  adət-ənənələrin  qloballaşmasını 
guya  Şərq  xalqlarının  adət-ənənələrinin  mədəni  inkişafa  mane 
olması  ilə  əsaslandırmağa  çalışırlar.  Bu  yanlış  fikrə  inanan 
xalqlar güclü dövlətlərin imperialist siyasətinin qurbanı olmağa 
məhkumdurlar.  Bu  məsələlərə  kitabın  II  və  III  bölmələrində 
(səh. 151-175, 199-203, 241-267 və s.) baha geniş toxunacağıq. 
 
 
3. Türk millətçiliyinin yaranması və inkiĢafı  
 
Türk millətçiliyinin yaranmasının  
tarixi Ģəraiti 
 
Milli  ideologiya  kimi  türk  millətçiliyinin  formalaşmağa 
başlaması  əksər  tədqiqatlarda  XIX  əsrin  ikinci  yarısından 
götürülür.  Bu,  həmin  dövrdə  müasirləĢmə  və  milliləĢmə  ide-
yalarının meydana çıxması ilə bağlıdır. 
Öncə  qeyd  etdiyimiz  kimi  milli  ideologiyaların  yaran-
masının  tarixi  şəraiti  kapitalist  münasibətlərinin  meydana 
çıxması  ilə  ETT-nin  və  kapitalın  hakim  mövqeyə  keçməsi, 


 
kapitalistləşən  imperiyalar  daxilində  milli  ayrıseçkiliyin, 
həmçinin  onların  işğalçılıq  və  müstəmləkəçilik  siyasətinin 
güclənməsi müqabilində müstəmləkədə olan xalqların öz milli 
varlığını,  nisbətən  geridə  qalmış  dövlətlərin  isə  öz  müs-
təqilliyini  itirmək  təhlükəsi  ilə  qarşılaşması  olmuşdur.  Milli 
ideyalar  və  hərəkatlar  bir  çox  hallarda  ilk  olaraq  burjua-
demokratik və ya sosial-demokrat hərəkatlarının daxilində 
formalaĢmıĢdır.  Çünki,  bu  hərəkatlar  daha  öncə  yaranmış, 
müasirləşmə  və  milli  azadlıq  ideyalarını  əsasən  müdafiə 
etmişlər.  Məhz  milli  azadlıq  probleminin  həllini  daha  ön 
planda görən qüvvələr həmin hərəkatlardan ayrılaraq milli 
azadlıq  hərəkatlarını  və  milli  təmayüllü  ideologiyaları 
formalaĢdırmıĢlar.   
XIX əsrin ortalarına qədər artıq bu proses Qərbi Avropada 
müəyyən qədər getmiş, bəzi imperiyalar zəifləmiş və dağılmış, 
milli  dövlətlər  formalaşmışdı.  Bu  proses  həmin  dövrdə  də 
davam edir, həmçinin burjua-demokratik və sosialist inqilabları 
baş  verirdi.  Adətən  bu  proseslərin  Şərqdə  daha  sonra  baş 
verməsi  milli  ideologiyanın  Şərqə,  o  cümlədən  türk  xalqlarına 
məhz “Qərbdən gəlməsi” kimi qiymətləndirilir. (1.9, 1.26, 1.79 
və  s.).  Lakin  bunu  birmənalı  olaraq  demək  olmaz.  Sadəcə 
olaraq,  bu  dövrdə  Qərbdə  və  Şərqdə  olan  mövcud  reallıqlar 
milli  ideyaların  meydana  çıxmasına  bir  zərurət  yaratmış  və 
təkanverici amil rolunu oynamışdır. 
XIX  əsrin  ortalarında  feodal  münasibətlərindən  çıxmamış 
iki  böyük  türk  dövləti  –  Osmanlı  və  Qacarlar  dövlətləri 
mövcud  idi.  Digər  türk  xalqlarının  əksəriyyəti,  o  cümlədən 
Şimalı  Azərbaycan  türkləri  isə  kapitalıst  münasibətlərinin 
formalaşmaqda və inkişaf etməkdə olduğu, milli ayrıseçkilik və 
şovinist  siyasət  yeridən  çar  Rusiyasının  tərkibində  idi. 
Qanunauyğun olaraq Osmanlı və Qacarlar dövlətlərində siyasi 
hərəkatlar  əsasən  Qərbi  Avropanı  nümunə  götürən  müasir-
ləĢmə (əsasən burjua-demokratik hərəkatı fonunda) ideyalarına 
(konstitusiya  qəbulu,  hüquqi-demokratik  islahatlar,  ETT, 
sənayeləşmə  və  s.)  əsaslanmışdır.  Milli  ideya  isə  əsasən  ana 


 
dilinin  saflaşdırılması  və  mövqeyinin  gücləndirilməsi,  xarici 
kapitaldan asılılığa son qoyulması ideyası ilə məhdudlaşmışdır. 
Çünki, müstəqil dövlət mövcud idi və əsas problem inkiĢaf 
etmiĢ Qərbi Avropa ilə ayaqlaĢmaq idi.  
Rusiya tərkibində olan türk xalqlarının vəziyyəti isə fərqli 
idi.  Bu  türk  xalqlarının  müasirləşmə  ilə  yanaşı  milli  azadlıq 
problemi,  yəni  milli  dövlətə  sahib  olma  problemi  də  var  idi. 
Ona  görə  də  burada  milli  ideyalar  milli  azadlığı  da  ehtiva 
etməklə daha geniş məzmun daşımış, milli azadlıq məsələsinin 
ön  plana  keçməsi  ilə  milli  azadlıq  hərəkatlarının  burjua-
demokratik  və  sosial-demokrat  hərəkatlarından  ayrılması  baş 
vermişdir.  
    
 
Qacarlar dövlətində milli ideyaların 
 formalaĢması 
 
Qacarlar dövlətində milli ideyaların formalaşmasında XIX 
əsrin  ortalarında  “Babilər”,  əsrin  sonlarında  maarifçilik,  XX 
əsırin  əvvəllərində  isə  MəĢrutə    Xiyabani  hərəkatları 
mühüm rol oynamışdır.  
Adı  çəkilən  hərəkatlara  qədər  isə  ölkədə  müasirləşmə 
meyli  hələ  XIX  əsrin  əvvəllərində  vəliəhd,  hərbi  komandan, 
böyük türk sərkərdəsi Abbas Mirzə Qacar Qovanlının (1788-
1833) yenilikçi islahatları ilə baş vermişdir. O, Osmanlı sultanı 
III  Sultan  Səlimin  (h.d:  1789-1807)  islahatlarından  nümunə 
götürərək  Avropa  standartları  ilə  nizami  ordu  qurmuş,  bunun 
üçün  Avropadan  hərbi  mütəxəssislər  cəlb  etmiş,  yeni  hərbi 
texnika  istehsal  edən  zavod  açdırmış,    hərbi  sahədə  Avropada 
yazılmış  kitabların  ölkəyə  gətirilməsi  və  tərcüməsini  təşkil 
etmişdir.  Abbas  Mirzə  həmçinin,  ölkədə  ilk  dəfə  qurğuşun 
basması  ilə  işləyən  mətbəə  açdırmış,  qəzet  və  kitablar  nəşr 
etdirmiş,  təhsil  almaq  üçün  gənclərin  Avropa  ölkələrinə 
göndərilməsini təşkil etmişdir (1.41). Bu da gələcəkdə yenilikçi 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə