Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə16/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   12   13   14   15   16   17   18   19   ...   95

 
Məşrutə  inqilabı  dövründə  ölkədə  türk  dilinin  mövqeyi 
xeyli  güclənmiş,  türkdilli  məktəblərin  və  türkdilli  mətbuat 
orqanlarının
 
(“Azərbaycan”,
 
“Ədalət”,
 
“Ana  dili”,  “Məzəli”, 
“Zənbur”,  “Həşərat-ol-ərz”,  “Naleyi-millət”,  “Molla  Nəsrəd-
din” və s.) sayı artmışdır.
 
Lakin təzadlı məqam ondan ibarətdir 
ki,  hərəkatın  aparıcı  qüvvəsi  Azərbaycan  türkləri,  o  cümlədən 
türk  dilinin  mövqeyinin  yüksəldilməsi  tərəfdarı  olan  ziyalılar 
olmasına  baxmayaraq  1906-cı  ildə  qəbul  olunmuş  kons-
titusiyada  dövlətin  rəsmi  dili  kimi  fars  dili  qeyd  olunmuşdur. 
Bunun  səbəbi  kimi,  konstitusiyanın  məhz  ingilislərin  təsiri 
altında  yazılması  göstərilir  (3.107).  Hər  halda  bu  məsələnin 
daha dərindən araşdırılmasına ehtiyac var.
 
Məşrutə  hərəkatı  yatırıldıqdan  sonra  imperialist  qüvvələr-
dən  asılı  irtica  hakimiyyəti  yenidən  bərqərar  olur,  demokratik 
təşkilatların və mətbuatın fəaliyyəti dayandırılır. Eyni zamanda 
imperialist qüvvələrin dəstəyi ilə dövlət idarəçiliyində farsların 
mövqeyi tədricən güclənməyə başlayır.  
Birinci  Dünya  Müharibəsində  (1914-18)  bitərəf  mövqe 
tutan Qacarlar dövlətinin ərazisində rus (şimal ərazilərində) və 
ingilis  (cənub  ərazilərində)  qoşunları  yerləşdirilir,  Güney 
Azərbaycan  ərazisi  isə  müharibə  aparan  tərəflərin  döyüş 
meydanına  çevrilir.  1917-ci  ilin  fevralında  Rusiyada  burjua-
demokratik inqilabının baş verməsi və rus qoşunlarının Güney 
Azərbaycan  ərazisindən  çıxması  İran-Qacar  dövlətinə  öz 
təsirini  göstərir  və  burada  keçmiş  məşrutəçi  Ş.M.Xiyabaninin 
(1879-1920) başçılığı altında milli-demokratik hərəkat yenidən 
baş qaldırır.  
Xiyabani  hərəkatı  məşrutə  hərəkatının  milli-demokratik 
ideyalarını  davam  etdirmişdir.  1917-ci  il,  avqustun  24-də  İran 
Demokratik  Partiyasının  (İDP)  Azərbaycan  əyalət  komitəsinin 
konfransında  Ş.M.Xiyabaninin  başçılığı  ilə  müstəqil  Azərbay-
can  Demokratik  Firqəsi  (ADF)  yaradılır.  Bir  neçə  ay  sonra 
(fevral,  1918)  firqənin  Bakı  təşkilatı  da  yaradılmışdı.    1917-ci 
ilin  aprelindən  İDP-nin  Azərbaycan  əyalət  komitəsinin  orqanı 
kimi  fəaliyyətə  başlayan  “Təcəddüd”  qəzeti  ADF-nin  ideyala-


 
rını  təbliğ  etməyə  başlayır.  Firqə  İran-Qacar  dövlətinin 
demokratik  əsaslarla  qurulması,  konstitusiyali  idarəetmənin 
bərpası,  türk dilinin mövqeyinin  gücləndirilməsi,  Azərbaycana 
muxtariyyət  verilməsi,  ölkənin  müstəmləkə  vəziyyətindən 
çixarılması və s. mütərəqqi ideyalar uğrunda mübarizə aparırdı. 
1917-ci  ilin  sonunda  kütləvi  etirazlar  nəticəsində  Vüsu-
qüddövlə hökuməti istefa verir. Lakin 1918-ci ilin əvvəllərində 
ölkə  ərazisinə  (Zəncan,  Miyanə,  Xoy  və  Urmiyaya)  yeridilən 
əlavə  ingilis  qoşunlarının  dəstəyi  ilə  Vüsuqüddövlə  hökuməti 
yenidən bərpa edilir.  
1918-ci ilin axırlarında bütün Cənubi Azərbaycan əraziləri 
ingilis  qoşunlarının  tam  nəzarəti  altına  keçir.  1919-cu  il, 
avqustun  9-da  bağlanan  İngiltərə-İran  müqaviləsinə  görə  İran 
rəsmən İngiltərənin siyasi-iqtisadi asılılığına düşür. Əhməd şah 
müqaviləni  imzalamaqdan  imtina  edir.  Müqaviləyə  qarşı  xalq 
kütlələrinin  etirazı  güclənir.  Etirazların  mərkəzində  yenə  də 
Azərbaycan  və  buradakı  aparıcı  təşkilat  olan  ADF  dayanırdı. 
1919-cu  ilin  oktyabrında  Təbrizdə  üsyan  baş  verir,  vali 
şəhərdən qovulur. Davam edən kütləvi etiraz aksiyaları nəticə-
sində  1920-ci  ilin  əvvəllərində  ingilis  qoşunları  Təbrizdən 
çıxarılır.  Həmin  il,  aprelin  7-də  Təbrizdə  təslimçi  Vüsu-
qüddövlə hökumətinə qarşı ADF-nin silahlı üsyanı qalib gəlir. 
ADF-nin  fəal  üzvlərindən  İctimai  İdarə  Heyəti  (İİH)  təşkil 
edilir.  1920-ci  il,  iyunun  23-də  Xiyabaninin  başçılığı  altında 
İİH  əsasında  Milli  Hökumət  (MH)  yaradılır.  Azərbaycan 
“Azadıstan”  adlandırılır.  Bu  vaxta  qədər  ADF  konstitusiyalı 
monarxiya  tərəfdarı  olsa  da,  yaradılmış  MH  artıq  şah  rejimini 
ləğv  etmək,  İranı  müstəqil  və  demokratik  bir  respublikaya 
çevirməyə çalışırdı.  
MH  nəzarəti  altında  olan  ərazilərdə  mühüm  islahatlar 
həyata keçirməyə başlayır. Belə ki, MH tərəfindən jandarm və 
polis  dəstələri  təşkil  olunur,  fabriklər  və  zavodlar  açılır,  100 
nəfər şagirdi olan  yoxsullar üçün qız məktəbi  açılır. Həmçinin 
kənd  təsərrüfatı,  maliyyə,  maarif,  səhiyyə  və  b.  sahələrdə 
islahatlar aparılır.  


 
1920-ci  il,  sentyabrın  12-də  Müşuriddövlə  hökuməti 
ingilislərin  köməyi  ilə  Təbrizə  hücum  təşkil  edir.  Ək-
sinqilabçılar  üsyanı  yatırdır  və  həmin  ayın  14-də  Xiyabani 
vəhşicəsinə öldürülür.  
Əhməd  şah  ölkəni  imperialist  qüvvələrdən  asılı  vəziyyətə 
salan  qeyri-bərabər,  təslimçi  müqavilələrə  qarşı  mövqedə 
dayandığından  və  müasirləşmə  tərəfdarı  olduğundan  imperi-
alist İngiltərə və Rusiya ölkədəki fars əlaltıları vasitəsiylə onun 
hakimiyyətinə son qoymağa çalışırdı.  
1919-cu  il  sazişini  hökumət  də  qəbul  etmək  istəmirdi.  Bu 
durum isə imperialist İngiltərənin ölkədə dövlət çevrilişi həyata 
keçirməsinə gətirib çıxarır. 1921-ci ilin fevralında İngiltərənin 
birbaşa  himayədarlığı  ilə  kazak  diviziyasının  polkovniki,  fars 
şovinisti  Rza xan və siyasi  xadim Seyid  Ziyaəddinin başçılığı 
ilə  Tehranda  çevriliş edir. Seyid  Ziyaəddin  hökumətin başçısı, 
Rza xan isə hərbi nazir olur.  
Rza xan ölkədə hərbi diktatura rejimi yaradır. Parlamentdə 
özünə  kifayət  qədər  tərəfdar  tapa  bilməyən  Rza  xan  1923-cü 
ildə  keçirilən  parlament  seçkilərini  öz  nəzarəti  altında  keçirir 
və  yeni  məclisə  öz  tərəfdarlarını  seçdirir.  1923-cü  ilin 
oktyabrında Rza xan öz birinci hökumətini təşkil edir. Bundan 
sonra  1924-25-ci  illər  ərzində  Rza  xan  ölkədə  Qacarlar 
əleyhinə təbliğat aparır, etiraz aksiyaları təşkil edir, şahlığı ləğv 
emək və respublika qurmaq ideyasını irəli sürür. Əslində isə o, 
respublika qurmaq yox, özü şah olmaq istəyirdi.  
1925-ci  il,  oktyabrın  31-də  Rza  xanın  təklifi  ilə  məclisdə 
lehinə  80,  əleyhinə  15  səs  olmaqla  Qacarların  devrilməsi  və 
ölkə idarəçiliyinin Rza xana tapşırılması haqqında qərar qəbul 
edilir. Bundan sonra hökumət tərəfindən Pza xanın şah olması 
haqqında  kütləvi  təbliğat  aparılmağa  başlayır.  1925-ci  il, 
dekabrln 12-də Müəssisələr Məclisi Rza xanı “Pəhləvi” soyadı 
ilə Şah elan edir.  Bununla da “İran” adlandırılan ərazidə 1000 
illik türk hakimiyyətinə son qoyulur. Sonuncu dəfə 9 əsr öncə 
hakimiyyətdə  olmuş  farslar  (935-1055-ci  illərdə  Büveyhilər 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə