Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə10/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   6   7   8   9   10   11   12   13   ...   95

 
mənada  isə  insanların  milli  hislərini  (milli  özünüdərk,  milli 
qürur,  milli  təəssübkeşlik,  öz  millətini  sevmə  və  s.)  və  ondan 
doğan  baxış  və  hərəkətlərini  ifadə  edir.  Bu  ifadə  dar  mənada 
bəzən “vətənpərvərlik”, “dövlətçilik”, “milli siyasət”, “milliləş-
dirmə” və b. bu kimi mənalarda da işlədilir.  
Məlumdur  ki,  milli  şüurun  ünsürləri  (milli  özünüdərk, 
milli  təəssübkeşlik,  öz  milliyyətini  fərqləndirmə  və  sevmə  və 
s.),  milli  münaqişələr,  hakimiyyət  uğrunda  etnoslararası 
mübarizə  və  s.  hələ  qədim  dövrlərdən,  daha  dəqiq  desək, 
etnosların  yarandığı  dövrdən  mövcud  olmuşdur.  Həmçinin, 
hələ  qədim  və  orta  çağlarda  xalqların  müstəmləkəçiliyə  qarşı 
azadlıq  mücadilələri  də  baş  vermişdir.  Lakin  həmin  dövrlərdə 
milli  ideyalar  ideologiya  səviyyəsində  inkişaf  etməmiş  və 
əsasən  dini  təmayüllü  ideologiyalar  hakim  olmuşdur.  Milli 
dövlət  quruculuğuna  əsaslanan  elmi-nəzəri  görüşlər  sistemi 
olan  milli  ideologiya  isə  xeyli  sonra  –  tarixin  yeni  dövründə 
meydana çıxmış və imperiyalardan milli dövlətlərə keçid dövrü 
başlamışdır. Bu dövrdə ETT-nin baş verməsi və formalaşmağa 
başlayan  liberalizmin  azadlıq  ideyaları  milli  ideologiyaların 
formalaşmasına  böyük  təsir  göstərmişdir.  Bu  tarixi  dövr 
aşağıdakı ictimai dəyişikliklərlə şərtlənmişdir: 
1.
 
Sənayedə elmi-texniki tərəqqi (ETT); 
2.
 
Kapitalist münasibətlərinin meydana çıxması; 
3.
 
Burjua-demokratik  və  sosialist  hərəkatlarının  yaran-
ması; 
4.
 
İmperiyalarda  milli  ayrıseçkiliyin  və  müstəmləkəçi-
liyin,  imperialist  qüvvələrin  təcavüzkar  siyasətinin 
güclənməsinə  qarşı  milli  təmayüllü  hərəkatların  yaran-
ması. 
Bu  mürəkkəb  proses  XVI-XVII  əsrlərdən  etibarən  Qərbi 
Avropada  başlamış,  tədricən  dünyaya  yayılmış  və  müəyyən 
dərəcədə  bu  gün  də  davam  etməkdədir.  Qeyd  olunan  də-
yişikliklərin  hər  biri  müstəqil  surətdə  yox,  biri-birini  şərt-
ləndirməklə  baş  vermişdir.  Belə  ki,  sənayedə  elmi-texniki 
tərəqqi  kapitalist  münasibətlərinin  meydana  çıxmasına,  bu  isə
 


 
feodal  qalıqlarına  (dövlət  hakimiyyətinin  inhisarçılığına)  qarşı 
burjua-demokratik  hərəkatlarının,  sinfi  istismarçılığa  qarşı  isə 
fəhlə  (sosialist)  hərəkatlarının  yaranmasına  səbəb  olmuşdur.
 
Eyni  zamanda  ETT-nin  və  kapitalın  hakim  mövqeyə  keçməsi 
kapitalistləşən  imperiyalar  daxilində  milli  ayrıseçkiliyin, 
həmçinin  onların  işğalçılıq  və  müstəmləkəçilik  siyasətinin 
güclənməsinə  səbəb  olmuşdur.  Bu  zaman  müstəmləkədə  olan 
xalqların öz varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz 
müstəqilliklərini itirilmək təhlükəsi artmışdır. Həmin xalqların 
milli  varlıqlarını  itirmək  təhlükəsinin  yaranmasına  ETT  və 
təhsilin  inkişafı da birbaşa təsir göstərmişdir.  Belə  bir şəraitdə 
inkişafa nail olmaq üçün qeyd olunan xalqlarda və dövlətlərdə 
maarifçilik,  milli  azadlıq  və  milli  dövlət  ideyaları,  milli 
təmayüllü  siyasi  hərəkatlar  və  ideologiyalar  meydana  çıx-
mışdır.  Həmin  hərəkatların  fəaliyyəti  nəticəsində  tədricən 
imperiyaların zəifləməsi və parçalanması, milli dövlətlərin for-
malaşması prosesi başlamışdır.  
Onu  da  deyək  ki,  milli  azadlıq  və  milli  dövlət  ideyaları 
qeyd  olunan  bu  mürəkkəb  tarixi  dövrdə  formalaşan  aparıcı 
ideologiyalar  (liberalizm  və  sosializm  ),  o  cümlədən  burjua-
demokratik  və  sosialist  hərəkatları  tərəfindən  bu  və  ya  digər 
formada  (ikincidərəcəli  olsa  da)  qəbul  edilmiş  ideyalar 
olduğundan  milli  hərəkatlar  bir  çox  hallarda  öncə  burjua-
demokratik  və  ya  sosialist  hərəkatlarının  daxilində  formalaş-
mış,  sonradan  onlardan  ayrılaraq  müstəqil  hərəkatlara 
çevrilmişdir.  Belə  ki,  milli  problemləri  daha  öncə  həll  etmək 
istəyən qüvvələrin ayrıca hərəkat – milli azadlıq hərəkatı yarat-
ması  zərurəti  yaranmışdır.  Tarixdə  ilk  burjua  inqilabı  olan 
Niderland  burjua  inqilabı  demokratik  və  mıilli  azadlıq 
ideyalarını daşımışdır. 
Beləliklə,  bu  dövrdə  bir  tərəfdən  liberal  (azadlıqçı) 
ideyaların  inkiĢafı,  digər  tərəfdən  də  kapitalistləĢən  im-
periyaların  iĢğalçılıq  və  müstəmləkəçilik  siyasətinin  güc-
lənməsi,  eyni  zamanda  ETT-nin  və  təhsilin  inkiĢafının 
dövləti olmayan xalqların milli varlığını itirmək təhlükəsini 


 
daha da artırması milli azadlıq hərəkatlarının yaranmasına 
təkan vermiĢdir. 
Türk xalqlarında, o cümlədən Azərbaycanda baş vermiş bu 
tarixi  proseslər  haqqında    kitabın  “Türk  millətçiliyinin  yaran-
ması və inkişafı” bölümündə daha geniş danışacağıq. 
Milli  ideologiyalarda  milli  mənəvi  dəyərlərin  (MMD) 
insanların  həyatında  və  cəmiyyətin  inkişafında  rolu  yüksək 
qiymətləndirilir  və  həmin  dəyərlərin  qorunub  yaşadılması  və 
yüksəldilməsi,  bu  dəyərlərə  söykənən  milli  dövlətlərin  qu-
rulması, milli şüurun formalaşdırılması və milli münasibətlərin 
tənzimlənməsinin  cəmiyyətin  digər  problemlərinin  (iqtisadi, 
hüquqi,  dini  və  s.)  də  həllinə  şərait  yaradacağı,  onu  asan-
laşdıracağı  əsaslandırılır.  Həmçinin,  millətlərin  bərabərliyi 
prinsipini  gözləməklə  milli  ideologiyanın  yalnız  bir  millətin 
yox,  bütün  millətlərin,  bütövlükdə  bəşəriyyətin  xoşbəxtliyinə 
yönəldiyi  əsaslandırılır.  Milli  ideoloqumuz  M.Ə.Rəsulzadənin 
“Ġnsanlara  hürriyyət,  millətlərə  istiqlal”  deyimi  bu  prinsipi 
çox  gözəl  ifadə  edir.  Əslində  millətlərin  bərabərliyinin 
gözlənilməməsi  bir  prinsip  kimi  ideologiya  anlayışına  ziddir. 
Belə ki, bu bir millətin digərlərindən üstünlüyü, onlar üzərində 
hakimiyyəti  (şovinizm)  milli  haqlara  və  ictimai  ədalətə  ziddir. 
İdeologiyanın  isə,  öncə  qeyd  etdiyimiz  kimi  məhz  ədaləti 
bərqərar  etməyə  yönəldildiyi  əsaslandırılmazsa  o  öz  əhəmiy-
yətini, mənasını itirər, sistemsizlik və ziddiyyət yaranar. 
Bəzən  səhvən  millətçiliyi  şovinizmlə  eyniləşdirirlər.  Əs-
lində isə onlar biri-birinə zidd anlayışlardır. Belə ki, millətçilik 
millətlərin  bərabərliyi,  milli  varlığın  qorunması  ideyasına 
əsaslandığı  halda, şovinizm  bir millətin üstünlüyü və digərləri 
üzərində  hakimiyyəti  ideyasına  əsaslanmaqla  digər  millətlərin 
varlığına  qarşı  yönəlir.  Ona  görə  də,  şovinizm  ifadəsi 
ideologiyanı  yox,  milli  haqlara  qarşı  yönəlmiş  bir  mürtəce 
siyasəti ifadə edir. 
Beləliklə,  müasir  dövrdə  milli  ideologiyanın  əsas  prin-
sipləri milli varlığı (əsas ünsürləri – dil, folklor, tarix) qoruyub 
saxlamaq,  yaşatmaq  və  yüksəltmək,  milli  şüuru  inkişaf  etdir-


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə