Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə7/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   2   3   4   5   6   7   8   9   10   ...   95

 
Bu model əsasən İsveçdə, həmçinin müəyyən dərəcədə di-
gər Avropa ölkələrində (digər Skandinaviya ölkələri, İspaniya, 
Portuqaliya, Yunanıstan və s.) tətbiq olunmuşdur.  
Hazırda  bir  çox  Avropa  ölkələrində  sosial-demokrat 
ideyalarını qəbul etmiş partiyalar hakimiyyətdədir. 1951-ci ildə 
dünya  sosial-demokratlarının  (islahatçı  sosialistlərinin)  bey-
nəlxalq təşkilatı olan Sosialist Ġnternasionalı yaradılmış və bu 
gün  də  fəaliyyət  göstərməkdədir.  Azərbaycandan  ASDP,  Tür-
kiyədən CXP bu təşkilatın üzvüdür. 
 
 
Hüquq təmayüllü ideologiyalar 
  
Hüquqi  görüşlərin  və  ideyaların  tarixi  qədim  olsa  da, 
hüquq  təmayüllü  ideologiyalar  hüquqi  dövlət,  insan  haqları, 
insan  azadlıqları  məsələlərinin  aktuallaşdığı  son  əsrlərdə  for-
malaşmağa  başlamışdır.  Bu  ideologiyalarda  hüquqi  məsələlər 
aprıcı yer tutur.  
Hazırda  hüquq  təmayüllü  ideologiyalara  ən  real  misal 
liberalizmdir.  Bu  ifadə  termin  kimi  XIX  əsrin  əvvəllərindən 
işlədilməyə  başlamışdır.  Liberalizm  ifadəsi  hərfi  tərcümədə 
(latınca “liberalis” – “azad” deməkdir) “azadlıqçılıq”, “hürriy-
yətçilik”  mənasını  verir.  Adından  da  göründüyü  kimi  bu 
ideologiyanın  əsasında  insan  hüquqları  və  azadlıqları  ideyası 
dayanır. Əsas ünsürləri isə dövlət hakimiyyətinin məhduddlaş-
dırılması,  fərdi  hüquq  və  azadlıqların  genişləndirilməsi,  təbii 
hüquqa  və  spontan  qayda-qanuna  üstünlük  verilməsi,  hüquqi 
dövlət,  demokratiya  və  s.-dir.  Bu  ideologiyanın  bəzi  ünsür-
lərinə hələ qədim dövr mütəfəkkirlərində (qədim Yunanıstanda 
sofistlər  –  Protoqor,  Hippi,  Antifond,  Alkidamat  və  b.,  qədim 
Çin Filosofu Lao-Szıda və b.), həmçinin Qədim Yunanıstan və 
Roma  qanunlarında  rast  gəlinir.  İlk  orta  əsrlərdə  isə  müt-
ləqiyyətin və dini hakimijyyətin bütün dünyada üstün mövqedə 
olması liberal ideyaları kifayət qədər sıxışdırmışdır. Bu dövrdə 
mütərəqqi  ictimai-siyasi  görüşlər  əsasən  ədalətli  dövlət 


 
idarəçiliyi  və  ədalətli  əmlak  bölgüsü  ideyaları  ilə  məhdud-
laşmışdır. Son orta əsrlərdə isə liberal düşüncə yenidən inkişaf 
etməyə  başlamışdır.  Belə  ki,  bir  çox  Avropa  ölkələrində  dinin 
dövlətdən  ayrılması,  qanunların  xalq  tərəfindən  qəbulu  və  s. 
kimi  liberal  ideyalar  irəli  sürülmüşdür  (2.8).  Bu  dövrdə  İn-
giltərədə qəbul olunmuş “Maqna Çarta” (1215) sənədi mühüm 
əhəmiyyətə malikdir. Bu sənəddə kral hakimiyyətinin məhdud-
laşdırılması, insanların fərdi toxunulmazlıqları və s. kimi libe-
ral müddəalar öz əksini tapmışdır (1.17)  
Bir  ideologiya  kimi  liberalizmin  meydana  çıxması  isə 
kapitalist münasibətlərinin inkişafı dövründə baş vermişdir. Bu 
dövrdə  demokratik  və  milli  azadlıq  ideyalı  burjua  inqilabları 
baş vermiş və liberalizmin bir çox prinsipləri bərqərar olmağa 
başlamışdır. Bir qayda olaraq liberalizmin formalaşması əsasən 
XVII əsrin ortalarından – İngiltərə burjua inqilabları (1640-60, 
1688-89)  dövründən    götürülür  (1.37).  Bu  İdeologiyanın  ilk 
ideoloqları  kimi  isə  Tomas  Hobbs  (1588-1679),  Con  Lokk 
(1632-1704)  və  Levellerlər  (İngiltərə  burjua  inqilabının  işti-
rakçıları olan “bərabərlikçilər”: C.Lilbern (1618-57) və b.) qə-
bul olunur. Lakin hələ bu dövrə qədər də respublikanın elanı ilə 
nəticələnən  Niderland  burjua-demokratik  inqilabı  (1566-1609) 
baş vermiş, N.Makkiavelli (1469-1527), H.Qrotsi (1583-1645) 
və b. kimi liberal düşüncəli mütəfəkkirlər olmuşdur.  
Liberalizmin  iqtisadi  görüşlərinin,  başqa  sözlə  iqtisadi  li-
beralizmin  əsas  ideoloqları  kimi  isə  klassik  iqtisadi  nəzə-
riyyənin (həmçinin  azad bazar nəzəriyyəsinin) baniləri A.Smit 
(1723-1790) və D.Rikardo (1772-1823) qəbul olunur.  
Liberalizm  sonrakı  dövrlərdə  ABŞ-da  T.Reyn  (1737-
1809),  T.Cefferson  (1743-1826),  A.Hamilton  (1757-1804), 
Fransada  Ş.Monteskye  (1689-1755),  F.Volter  (1694-1778), 
J.J.Russo  (1712-78),  İngiltərədə  C.Bentam  (1748-1832), 
C.S.Mill (1806-73) və b. ideoloqlar tərəfindən daha da inkişaf 
etdirilmişdir.  
Klassik  liberalizmin  əsas  ideyalarına  monarx  hakimiy-
yətinin  məhdudlaşdırılması,  dövlət  idarəçiliyində  xalqın  işti-


 
rakı, demokratiya, azad bazar və azad sahibkarlıq, milli və dini 
azadlıqlar  və  s.  aid  olmuşdur.  Yəni,  Klassik  liberalizmin 
azadlıq  ideyası  insanların  həm  siyasi,  həm  iqtisadi,  həm  də 
milli  azadlıqlarını  ehtiva  etmişdir.  Klassik  liberalizm  hər 
cəhətdən  mərkəzləşmənin,  o  cümlədən  imperializmin  və 
müstəmləkəçiliyin  əleyhinə  olduğundan  millətçilik  (milli 
azadlıq  və  milli  dövlətçilik)  onun  əsas  prinsiplərindən  biri 
olmuşdur.  
Klassik  liberalizmin  prinsipləri  ən  yüksək  səviyyədə  ilk 
dəfə  ABŞ-ın  “İstiqlal  Bəyannaməsi”ndə  (1776)  öz  əksini 
tapmış,  sonra  isə  Avropa  ölkələrində  bərqərar  olmağa  baş-
lamışdır.  
Digər ideologiyalar kimi Liberalizm də tarixi dövrdən asılı 
olaraq  müəyyən  dəyişikliklərə  uğramışdır.  Belə  ki,  XX  əsrin 
ortalarında  Liberalizmin  hüquqi  və  iqtisadi  görüşlərində, 
həmçinin  milli  məsələlərə  baxışda  müəyyən  dəyişikliklər  baş 
vermiş  və  yeni  liberalizm  (və  ya  “neoliberalizm”)  meydana 
çıxmışdır.  
Neoliberalizm  özünü  əsasən  insanların  fərdi  hüquq  və 
azadlıqlarının  və  insan  amilinin  daha  da  ön  plana  çəkilməsi, 
iqtisadi  görüşlərdə  “sol”a  meyllənmə,  millətçi  prinsiplərdən 
(milli  azadlıq  uğrunda  mübarizə  və  s.)  uzaqlaşmaqda  gös-
tərmişdir. Millətçi prinsiplərdən uzaqlaşmaqda tarixi şəraitin də 
həlledici rolu olmuşdur. Belə ki,  Liberalizmin bərqərar olduğu 
ölkələrdə milli dövlətlər artıq qurulmuş, milli məsələlər əsasən 
həll  edilmişdi.  Lakin,  müasir  liberalizm  müəyyən  millətçi 
prinsiplərdən  uzaqlaşsa  da  hər  bir  halda  milli  ayrıseçkiliyi 
pisləyir  və  milli  dəyərlərə  hörmətlə  yanaşmağı  tələb  edir, 
həmçinin,  xalqların  öz  müqəddəratını    təyin  etmək  hüququnu 
tanıyır. 
Müasir  dövrdə  liberalizmin  əsas  siyasi-hüquqi  prinsipləri 
aşağıdakılardır: 
1.
 
Hakimiyyət  bölgüsünə  və  çoxpartiyalılığa  əsaslanan 
parlamentli idarəçilik; 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə