Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə5/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   2   3   4   5   6   7   8   9   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 

Məlum olduğu kimi, distant təsildə adam başına düşən xərclər klassik (ənənəvi) təlim xərclərindən 
dəfələrlə az olması ilə şərtləndirilir və gözlənilən təhsil nəticələrinin alınması mümkünlüyünü artıq sübut 
edir. 
Distant təlim formasında dünya təhsil sisteminə inteqrasiya edilməsi daha asandır. Burada təhsil 
prosesində inteqrasiya, təhsil xidmətinin mobilliyi, əyaniliyi və qısamüddətliliyinin bir yerə cəmlənməsi 
önəmli amildir. Daha bir önəmli amil ali məktəblərə qəbulun imtahansız, yəni təhsilin ardıcıllığını davam 
etdirmək imkanıdır.
Araşdırılmalardam göründüyü kimi artıq dünya təhsil sistemində əsas fənlərin mənimsədilməsi İKT-ı 
vasitəsilə həyata keçirilir, yəni klassik öyrətmə metodları dəyişdirilir. Bu bir o qədər də çətin təlimi proses 
deyil. Bu fənlərin tədrisi elektron farmatda müasir mərhələdə artıq icra olunur. Texniki fənlərdə formul və ya 
kimyəvi təcrübələrin icra müxanizmi virtual olaraq dinləyiciyə göstərilir. İstənilən tədris və təlimi
materialların geniş istifadəçi kütləsinə çatdırılması disk və disketlərdə təqdim oluna bilir. Ən önəmli amil, 
bu dissklərin istənilən (zəif və ya qüvvətli) kompütürlərdə istifadə oluna bilməsidir. Qiyabi təhsil siteminin 
bütün sahələrində bu materiallardan istifadə mümkündür. 
Distant təhsili hər bir təhsil müəssisəsi həyata keçirə bilər. Bu təhsil forması müstəqil və ya yardımçı 
(filiallar) vasitəsi ilə icra edilə bilər.
Distant təhsildə internet vasitələrinin tətbiqi, pedaqoji apsekdən informasiya texnologiyalarıdan 
yararlanması dinləyicinin və müəllimin məkandan asılı olmayaraq qarşılıqlı münasibətini (ünsiyyətini) təmin 
etməyə imkan verir.
Distant təhsil dinləyicinin (müdavimin) hər zaman elektron kompüter şəbəkələrindən tam hüquqla 
istifadə etməsini təmin etməlidir. 
Dünya təhsil sferasında olduğu kimi ölkəmizdə də klassik qiyabi (asinxron) təhsil prosesi tapşırıqlar 
paketini təqdim edir, tapşırıq verən tərəf icra mexanizminə nəzarə edir, qazanılması nəzərdə tutulan 
biliklərin mənimsənilməsinə, bacarıq və vərdişlərin formalaşmasına imkan yaradır. Bu zaman qiyabiçi tələbə 
xüsusi olaraq onlar üçün işlənmiş informasiya bazasından bütün materialları əldə edir 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə