Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə4/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   2   3   4   5   6   7   8   9   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 

Böyük miqdarda istehsal olunan ilk kimyəvi maddələrdən biri sulfat turşusudur. 1736 cı ildə John 
Roebuck və Samuel Garbett sulfat turşusu istehsalı üçün qurğuşun kameralarından istifadə edərək, 1749-cu 
ildə Prestonpansda irimiqyaslı zavodun əsasını qoyan ilk şirkət olmuşdur. 
Qədim zamanlardan şüşə, tekstil, sabun və kağız istehsalında soda külündən (kalsinasiya edilmiş soda) 
istifadə edilmişdir və onun mənbəyi ənənəvi olaraq Qərbi Avropada ağac külü idi. Leblanc 1791-ci ildə 
patent qəbul etmiş və dəniz duzundan qələvi istehsalı inkişaf etdirməyi nəzərdə tutmuşdur. Solvey prosesi 
1861-ci ildə Belçika sənaye kimyaçısı Ernest Solvey tərəfindən təkmilləşdirilmişdir. 1864-cü ildə isə Solvey 
və qardaşı Alfred Belçikanın Charleroi qəsəbəsində bir obyekt qurmuş və 1874-cü ildə isə Fransanın Nancy 
şəhərində bu obyekti daha da genişlətmişdir. 
Sənaye inqilabının zirvəsinə çatdığı XIX əsrin sonlarında müxtəlif kimyəvi maddələrin istehsal prosesi 
çox sürətli inkişaf etmişdir. Böyük kimya sənayesi ilk öncə ABŞ-da formalaşmışdır. 1920-ci ildə isə kimya 
firmaları böyük bir klasterə getdi. Almaniyada İG Farben, Fransada Röne-Poulenc, Böyük Britaniyada isə 
İmperial Chemical İndustries bu klasterləşmə nümunələrindən biridir. Dupont isə XX əsrdə Amerikada 
böyük əhəmiyyətli kimya firma halına gəlmişdir.
Hal hazırda kimya sənayesi tədqiqat və inkişaf investisiya işçi qüvvəsinin dəyərindən asılı olaraq, daha 
çox yüksək texnologiya sənayesidir. Ölkəmizdə kimya sənayesinin inkişafına baxdıqda ilk öncələr kiçik yerli 
istehsal sahələri fəaliyyət göstərirdi. Daha sonralar isə, xüsusilə 2000-ci illərdən sonra regionda əhəmiyyətli 
qüvvəyə malik olan mövcud struktura çevrilmişdir. 
DİSTANT TƏHSİLİN USTÜN VƏ MƏNFİ CƏHƏTLƏRİ, HƏYATA KEÇİRİLMƏ FORMALARI 
 
Abbasova Ü.Q. 
Sumqayıt Dövlət Universiteti 
E-mail: abbasovaulviyye801@gmail.com 
 
Azərbaycanda təhsil sisteminin ən ümdə vəzifəsi - ölkədə təhsil və təlim prosesinin zamanın 
tələblərinə cavab verməsi və bu məqsədlə modernləşməsi üçün zəruri olan azad düşüncə tərzinə malik
fikirlərini arqumentlərlə əsaslandıran müasir nəsli yetişdirmək, onları bir şəxsiyyət kimi formalaşdırmaq və 
ölkəmizin dünya təhsil sisteminə uğurlu inteqrasiyasına nail olunmaqdır. Təhsil haqqında aparılan uğurlu 
islahatlar öz bəhrəsini verməkdədir. Təhsilin perspektiv inkişafını tənzimləyən dövlət sənədlərində peşəkar 
kadrların hazırlanmasının əsasən beş strateji istiqamətdə genişmiqyaslı, əhatəli və müasir tələblər nəzərə 
alınmaqla tədbirlər planını nəzərdə tutur. Bu sənədlərdə ilk öncə Strateji hədəflər və tədbirlər bölməsində 
distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil formaları təklif olunmuşdur.
Distant təhsilin təlim prosesinə tətbiqində yeni metod və üsullardan, texnologiyalardan istifadə, təlim 
zamanı hər kəsin iştirak və istifadə imkanına məhdudiyyətin olmaması, iqtisadi cəhətdən əlverişliliyi
səmərəliliyi, məsafə amilinin nəzərə alınmaması, icra zamanı iştirakçıların arzu və istəklərinin gözlənilməsi, 
təhsilin hər kəs üçün əl çatan olması və s. kimi üstünlükləri vardır. 
Distant təhsilin təlim prosesində istifadəsi zamanı bir sıra qənaətbəxş olmyan cəhətləri məlum 
olmuşdur. Bu sıraya aşağıda qeyd edəcəklərimi göstərmək olar: 
- İlk öncə dinləyicilərin fərdi keyfiyyətləri, peşəkarlığı və onlar arasındakı fəaliyyət fərqlərini üzə çıxarmağa 
imkan vermir; 
- Təlim və tədris zamanı internet xidmətinin lazımı səviyyədə xidməti göstərə bilməməsi halları; 
- Müəllimlər və tələbələr arasında canlı və real ünsiyyət formalarının olmaması; 
- Təlim prosesində müəllimlər fəai/interaktiv təlimin üsul və metodlarındam (formalarından) isrtifadəsi 
məhdud olur, bəzən də lazımı səmərəni vermir; 
- Distant təhsillə verilən yekun sənədlər keyviyyət baxımımdan qəbul edilmir
- Distant təhsilin əsl mahiyyəti lazımınca dərk olunmur və onun məsuliyyəti tam qiymətləndirilmir və s. 
Qeyd olunan qusurlara baxmayaraq distant təhsil zamanın tələbidir. Lakin, tədrisən bu təlim forması 
öz üstün cəhətlərini sübut edərək lazımı səviyyədə qəbul olunacaqdır. Texniki tərəqqinin və informasiya 
axınının səviyyəsi distant təhsilin əsil mahiyyətini üzə çıxaracaq və bu təlim forması digər təlim formaları ilə 
eyni səviyyədə olacaq, hətta deyərdim ki, onları üstələyəcək. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə