Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə9/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   5   6   7   8   9   10   11   12   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 

Bu nəticələrin təhlili göstərir ki, katalizator dənələrinin ölçülərinin və porşenin hərəkət tezliyinin 
dəyişdirilməsi 1-naftolun konversiyasına onun ümumi çevrilmə sürətinə və məqsədli məhsulun əmələgəlmə 
sürətinə cüzi təsir edir. Bu hal mordenit katalizatoru iştirakı ilə aparılan alkilləşmə prosesində daxili və 
xarici diffuzion məhdudiyyətlərin olmadığından xəbər verir, həmçinin kinetika və katalizlə bağlı ədəbiyyat 
nəticələri ilə uzlaşır.Deməli palladiumla modifikasiya olunmuş H-mordenit katalizatoru iştirakında 1-
naftolun metanolla qarşılıqlı təsiri reaksiyası kinetik sahədə gerçəkləşir. 
NEFT HASİLATININ ARTIRILMASI ÜÇÜN YENİ İSTİLİK-KİMYƏVİ ÜSUL 
 
Ağayev M.R. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: mirzebaba
 
@mail.ru 
Hal-hazırda neft yataqlarının əksəriyyəti işləmənin son mərhələsindədir. Lay təzyiq və temperaturunun 
azalması ilə layda, çətin şıxarıla bilən neftlər kateqoriyasının miqdarı nisbətən çoxalmağa başlayır. 
Temperaturun azalması ilə neftin ağır komponentlərinin süxur səthinə sorbsiyası səbəbindən layın keçiriciliyi 
azalır, neftin məsamələrdə irəliləməsi pisləşir və beləliklə laydan neftin çıxarılması çətinləşir. Bununla 
əlaqədar olaraq mütəxəssislər neft hasilatının artırılması üçün çoxsaylı texnologiyalar işləmiş və müxtəlif 
yataqlarda tətbiq edə bilmişlər. Ancaq buna baxmayaraq, problemin həllinə yönəlmiş bir çox işlənmiş 
texnologiyalar istənilən nəticəni vermir.Buna görə də, qatılaşmış mayelərinin reoloji xüsusiyyətlərini və 
süxurun fiziki xüsusiyyətlərini yaxşılaşdırmağa kömək edən qatı yağı və kimyəvi reagentlər ehtiva edən yeni 
bir kompozisiya hazırlanmışdır və bu səbəbdən də yağ yığımı artır. neft istehsalı. 
Məlumdur ki, neft yataqlarının böyük əksəriyyəti ya təbii rejimdə, ya da konturarxası və ya konturyanı 
sulaşma yolu ilə lay təzyiqinin saxlanması rejimində işləyir. Lay təzyiqinin saxlanması məqsədi ilə işçi agent 
qismində laya soyuq suyun vurulması nəticəsində neft laylarının temperaturu azalır. Nəticədə, bir qayda 
olaraq, həm lay mayelərinin reoloji xüsusiyyətləri, həm də layların fiziki xüsusiyyətləri dəyişir, yəni neftin 
özlülüyü artır, süxurların keçiriciliyi azalır, neftin layda hərəkəti pisləşir və bununla da neft hasilatı azalır. 
Bu mənfi hadisələr, çətin çıxarıla bilən nefti olan sahələrdə, onun çıxarılmasına xüsusilə mənfi təsir göstərir. 
Qeyri-Nyuton neftli yataqlarda temperaturun azalması ilə neftin parafinlər, asfaltenlər və qatranlar kimi ağır 
komponentləri süxurun səthinə çöküür, neftin yerləşdiyi məsamələrin həcmi azalır və bununla layın 
keçiriciliyi pisləşir. Bu cür yataqlarda kimyəvi, termal, termokimyəvi və s. kimi müxtəlif istiliklə təsir 
üsulları istifadə olunur.Laylara termokimyəvi təsirlər sahəsində layın temperaturunu müxtəlif dərəcələrdə 
artıran, layda neftin sıxışdırılması prosesini yaxşılaşdıran, bununla da neft hasilatının intensivləşməsinə 
kömək edən çoxsaylı həm nəzəri, həm də eksperimental işlər var. Qeyd etmək lazımdır ki, bu cür üsulların 
səmərəliliyi 
vurulma müddətindən, layın və neftin xüsusiyyətlərindən, həmçinin süxurların 
xüsusiyyətlərindən asılıdır. Neft hasilatını artırmaq üçün yeni kompozisiya təklif olunur. Bu kompozisiya 
yuksək oksidləşdirmə qabiliyyətinə və aşağı səthi gərilməyə malik olmaqla, neftin laydan çıxarılmasını təmin 
edən istilik yaratmağa da qadirdir. Bəzi üzvi maddələrlə reaksiyasından çoxlu miqdarda istilik ayrılması ilə 
proses davam edir. Bir çox aşağı spirtlərlə və həlledicilərlə (aseton, skipidar və s.) təmasda olduqda alovlana 
bilər, sulu məhlulu isə, spirtlərlə və həlledicilərlə qarşılıqlı əlaqədə olduqda zəif partlayıcı reaksiya verir. 
Eyni zamanda, çoxlu miqdarda istilik ayrılır (105-176 kkal). 
Oksidləşdirici maddənin yuxarıda deyilən xüsusiyyətlərindən istifadə edərək, neft hasilatını artıran 
yeni kompozisiya işlənmişdir: oksidləşdirici, su və spirt. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə