Ministry of education of azerbaijan republic sumgayit state university


METAL MƏMULATLARININ PASLANMADAN QORUNMASININ TƏDQİQİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə6/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   2   3   4   5   6   7   8   9   ...   579
magistr2021 3 2

METAL MƏMULATLARININ PASLANMADAN QORUNMASININ TƏDQİQİ 
 
Abdiyev E.E. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
E-mail: 
elgunabdiyev47@mail.ru
 
 
Qızıl və platin kimi nəcib metallar ümumi ətraf mühit şərtlərinə yüksək dərəcədə davamlıdır. 
Paslanma, əksər metalların səthini su və oksigenin təsiri ilə oksidlərinə və ya hidroksidlərinə çevirən bir 
kimyəvi reaksiya növüdür. Bu yeni forma metalların saf və ya xəlitəli vəziyyətində olan davamlılığı, 
keçiriciliyi və istifadə müddəti kimi bir çox xüsusiyyətlərini mənfi şəkildə dəyişdirir. Paslanmaya məruz 
qalan metallar daha qırılqan və yüksək həssaslıq səbəbiylə metal miqdarının azalması və ətraf mühitin 
çirklənməsi kimi arzuolunmaz nəticələrə səbəb olur. Bu çatışmazlıqlar bir-birinə əlavə olunduqda
milyardlarla manat və can itkisinə, eyni zamanda işin pozulmasına səbəb olacaqdır. 
Səth bir-birinə qarışmayan və ya məhdud şəkildə qarışan iki faza arasındakı sərhəd olaraq təyin edilə 
bilər. Bu fazaların qatı, maye, qaz və ya vakuum olmasına bağlı olaraq əmələ gələn qatı-qaz, qatı-maye, qatı-
qatı, maye-maye, maye-qaz və ya qatı-vakuum səthi olacaqdır. 
Paslanma metal səthinin oksigen (hava) və su ehtiva edən ikinci bir artıqlığı həyata keçirdiyi 
arzuolunmaz bir reaksiyadır. 
Qatı metal üzərində paslanma qatı-qaz və ya qatı-maye səthində meydana gələcək. Paslanmanın 
qarşısının alınması üçün tətbiq olunan üç əsas metod, xəlitənin yaradılması, katod qoruması və səth qoruyucu 
örtükdən istifadə olunması metodlarıdır. Bu metodlardan istifadə metalların növünə və istifadə sahələrinə 
görə seçim edilir. Legirləyicilərə qoruyucu örtük tətbiq etmək kimi birdən çox prinsip istifadə edilə bilər. 
Məsələn, bir dəmir parçası suya batırılırsa və ya nəmli havada saxlanılırsa, suyla hava hidroksid iyonu 
yaratmaq üçün dəmirdən elektron almaq istəyəcəkdir. 
Fe → Fe
++
+ 2e

H
2
O + 
1
2
O
2
+ 2e
-
→ 2OH
-



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə