Az
ərbaycan dili məsələləri
45
Bütün bunlara
əsasən “Dostluq qalası” romanının
leksik t
ərkibini aşağıdakı qruplar üzrə tədqiq etməyi
m
əqsədəmüvafiq hesab edirik:
1. Ümumişlək sözlər: dəniz, yağış, qar, qırmızı, ağ,
bir, min, g
əlmək, getmək.
2. H
ərbi terminlər: Mədəd Mədədov Kayutun
ortasında durub , hissə komissarından aldığı məlumatı
rotaya oxuyurdu (1, 13).
3. Dialekt sözl
əri: Sonra da işığı söndürdü, “gecən
xeyr
ə qalsın” qızım, - deyib qrtırmaya çıxdı (IV, 158).
4. Arxaik sözl
ər: Onların əvəzində mədrəsələri, mol-
laxananı, hücrələri işə salmaq gərəkdir (I, 35).
5. Vulqar sözl
ər: Nə vaxtdan sonra Kenberq Qələn-
d
ərə tərəf baxmağa çalışaraq mızıldandı (II, 242).
6. Loru sözl
ər: Lakin bizim müdafiə mövqelərimizin
başlandığı yamac tərəfə adladıqda iş əngəlləşdi (II, 326).
1983
Misir S
əfərov
46
KTEMATONİMLƏR HAQQINDA
BƏZİ QEYDLƏR
Onomastik leksikanın bir qatını təşkil edən ktema-
toniml
ərin tədqiqat obyektindən biri də bədii əsər adlarıdır.
B
ədii əsərə ad vermək yaradıcılıq prosesində mühüm
amill
ərdəndir. Belə ki, ad əsərin, bir növ, məzmun və
ideyasından doğmalı, onu əks etdirməlidir. Bədii əsərə ad
qoymaq müxt
əlif formalarda baş verir. Bəzən yazını
yazacağı əsərə ad qoyur, sonra yazmağa başlayır və bu
prosesd
ə ad bir neçə dəfə dəyişdirilir. Əsər çap olunur,
mü
əllif təkrar onun üzərində işləyir və bu təkmilləşmə
prosesind
ə də bəzən ad dəyişdirilir. Elə də olur ki, əsər
yazılıb qurtarandan sonra ona ad verilir. Poeziyada hətta
adsız şeirlərə də təsadüf edilir.
B
ədii əsər adlarını, əsasən, aşağıdakı kimi qrup-
laşdırmaq olar: 1) Əsər baş qəhrəmanın adı ilə adlandırılır:
“Vaqif”, “Mehman”, “Şamo” və s.; 2) Əsər hadisələrin baş
verdiyi yerin adı ilə adlandırılır: “Gizli Bakı”, “Abşeron”
v
ə s.; 3) Əsərin rəmzi mənasını daşıyan adlar: “Dostluq
qalası”, “Böyük dayaq”, “Qılınc və qələm” və s.
1
.
Biz bu mülahiz
ələrimizi xalq yazıçısı Ə.Əbülhəsənin
b
ədii əsərlərinin adları əsasında izah edəcəyik.
Yazıçının maraqlı əsərlərindən biri “Yoxuşlar” roma-
nıdır. Romanda 30-cu illərin gərgin hadisələri, kollek-
1
Daha
ətraflı məlumat almaq üçün bax: Yusif Seyidov. Ədəbi tənqid və
b
ədii dil. Bakı, “Yazıçı” nəşriyyatı, 1986, səh.90-100.
Az
ərbaycan dili məsələləri
47
tivl
əşmə uğrunda gedən mübarizə və qarşıya çıxan çətin-
likl
ər özünün geniş və bədii həllini tapmışdır. Romanın
“Yoxuşlar” adlandırılması da dövrün keşməkeşli və
ziddiyy
ətli olmasına işarə idi. Yazıçı özü bu haqda deyir:
“Yoxuşlar” romanını ilk zamanlar “Səhv”, “Xəta” və ya
“Yenid
ən” adlandırmaq fikrində idim. Bu ad altında
Bünyadın səhvləri nəzərdə tutulurdu. Lakin bir müşahidəm
m
əni bu fikirdən danışdırdı. 1930-cu ilin yayında Şuşaya
gedirdim. Faytonun böyük
əzabla dırmandığı Şuşa yoxuşu
bizi yormuşdu. Bu çətin, dolanbac yollar bir anlığa mənə
kollektivl
əşmə işindəki çətinlikləri, yoxuşları xatırlatdı və
əsəri obrazlı şəkildə “Yoxuşlar” adlandırmağı qət etdim”.
Doğrudan da, bu başlıq yazıçının uğurlu tapıntısı idi.
“Yoxuşlar” adı altında dövrün, zamanın doğurduğu çətin-
likl
ərə dərin məzmunlu və mənalı işarə olunurdu.
Əbülhəsən “Yoxuşlar”dan sonra “Dünya qopur”
romanını yazır.
Romanda sovet dövl
əti yaradıldıqdan sonra həyatda,
c
əmiyyətdə, ailə, məişət aləmində baş verən dəyişikliklər
Az
ərbaycanın ən ucqar və sakit guşələrindən olan Çay-
qıraqlı qəsəbəsinin timsalında inikas obyektinə çevril-
mişdir. İnqilab tufanı, köhnə kapital dünyasını yerindən
qoparıb atmış, azad, xoşbəxt bir dünya yaratmışdır.
Adamların şüurunda, məişətində və psixologiyasında
yenilik, inkişaf əmələ gəlmişdir. Bəli, doğrudan da dünya
qopmuşdur. Məhz bu mənada “Dünya qopur” adı romanın
mövzusunu v
ə ideyasını tamamilə əhatə edir.
Ədibin “Dostluq qalası” romanı müharibə mövzu-
sunda yazılmış əsər kimi həm Ə.Əbülhəsənin yaradı-
cılığında, həm də Azərbaycan sovet ədəbiyyatında mühüm
yer tutur.
Misir S
əfərov
48
Bir m
əlumata görə, əsərin ilk adı “Kapitan Qılıcov”
olmuş, sonradan S.Vurğunun məsləhəti ilə dəyişdirilib
“Müharib
ə” adlandırılmışdır
1
. Başqa bir məlumatda isə
əsərin ilk adının “Sevastopol” olduğu göstərilir
2
.
Birinci hiss
əsi 1947-ci ildə “İnqilab və mədəniyyət”
jurnalında (N 5,6,7,8) “Müharibə” adı ilə çap olunmuş
əsərin ilk kitabının rusca tərcüməsi Moskvada keçirilən
Az
ərbaycan ədəbiyyatı ongünlüyü münasibətilə “Бастио-
ны дружбы” başlığı ilə buraxılmış (tərcümə edənlər Mir
Cabbar v
ə B.Runin, “Советский писател”, 1950) və
mü
əllif bundan sonrakı hissəsləri “Dostluq qalası” adı ilə
çap etdirmişdir.
B.N
əbiyev əsərin adını bu şəkildə izah edir: “Dostluq
qalası” adı altında romanda Böyük Vətən müharibəsinin
ağır, dəhşətli sınaqlarından şərəflə çıxıb, bəşəriyyəti
faşizm əsarəti təhlükəsindən xilas etmiş böyük, qüdrətli
V
ətənimiz, sovet xalqlarının sarsılmaz birliyi, onların
döyüşlərdə bərkimiş Lenin dostluğu və bu dostluğun
h
əyati gücü ehtiva olunur... Romanın sərlövhəsindəki qala
anlayışı həmişə sülh və xalqlar arasında dostluq siyasəti
yerid
ən, dinc quruculuqla məşğul olan, lakin istiqla-
liyy
ətinə əl qaldıranlara qarşı sarsılmaz dayanan SSRİ-nin
timsalı kimi yaxşı tapılmışdır”
3
.
Yazıçı özü bu məsələdən danışarkən yazır: “Azadlıq
v
ə xalqlar arasında möhkəm dostluq Böyük Oktyabrın ən
mühüm fütuhatındandır... Elə buna görə də bütün
işğalçılara qarşı olduğu kimi, faşizmə qarşı da sovet
1
Bax: Yaqub İsmayılov. Əbülhəsənin yaradıcılığı. Bakı, “Elm” nəşriyyatı,
1986, s
əh.105.
2
Bax: Yusif Seyidov. Göst
ərilən əsəri, səh.91.
3
B.N
əbiyev. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. “Elm”
n
əşriyyatı, Bakı, 1977, səh.248.
Dostları ilə paylaş: |