Mister hemferin xatiRƏLƏRİ



Yüklə 1,39 Mb.
səhifə10/10
tarix14.04.2018
ölçüsü1,39 Mb.
#38163
1   2   3   4   5   6   7   8   9   10

İngilislər daha sonra, silahlı cihadın vacib olmadığını iddia edən, İslam pərdəsi altında müsəlmançılığa qarşı mübarizə aparan yeni-yeni düşmənlər yetişdilər. Bunlardan Sir Seyid Əhməd, Qulam Əhməd Qudiyani, Abdulla Qəznəvi, İsmayıl Dehləvi, Nazir Hüseyn Dehləvi, Sadiq Həsən xan Pehunalı, Rəşid Əhməd Kəpkuhi, Ustad Vahid Heydər Abidi, Əşrəf Əli Tehnəvi və Şah Əbdul Əzizin nəvəsi Məhəmməd İshaq kimi şəxsləri dəstəkləyərək, yeni firqələr qurdular və bu firqələrə müsəlmanları cəlb etməyə başladılar. Bu firqələrin ən məşhuru 1879-cu ildə qurulan “Qudiyani”lik cərəyanı oldu. Bu cərəyanı tə`sis edən Qulam Əhməd Qudiyaninin nəzərinə görə, top, tüfəng və qılıncla cihad etmək vacib deyildir; əsl cihad dillə, tövsiyə və nəsihətlə olmalıdır.

Qulam Əhməd, İsmaili firqəsindən dönmüş bir dinsiz idi. O, 1908-ci ildə vəfat etmişdir. İngilislər onu pulla satın alaraq əvvəlcə müctehid, sonra Mehdi imam zaman, sonra İsa Məsih və nəhayət peyğəmbər olduğunu iddia etməsinə şərait yaradaraq, onun yeni bir din gətirdiyini e`lan etdilər. O, Hindistan xalqına “mənim ümmətim” deyə müraciət edirdi. Hər yerdə Qur`ani-Kərimdəki bir çox ayələrin ona aid olması, onun Məhəmməd peyğəmbərin mö`cüzələrindən daha çox mö`cüzəyə malik olması haqda təbliğat aparılırdı. Ona inanmayanları isə, kafir adlandırırdılar. Onun fikirləri Rəcəb və Bombey şəhərlərində cahil xalq arasında yayılırdı. Bu gün də Avropa və Amerikada Əhmədiyyə adı altında Qudiyanilik cərəyanı açıq-aşkar yayılmaqdadı.

İngilislərə xidmət etməyin günah və kafirlərə qarşı silahlı cihadın vacib olduğunu söyləyən müsəlmanlar tə`qib olunaraq cəzalandırılırdı. Bu mövzuda olan kitablar toplanaraq yandırılırdı. Ələ ala bilmədikləri alimləri, müsəlmanların yaddaşlarında qəhrəman kimi qalacaqlarından ehtiyat edərək e`dam etmirdilər. And-aman adasındakı zindanda müddətsiz olaraq, azıdlıqdan məhrum edirdilər.

I-ci Dünya Müharibəsindən sonra İstanbulu işğal etdikləri zaman osmanlı alim və paşaları Malta adasına sürgün etmişdilər. İslama qarşı olan düşmənçiliklərini müsəlmanlar başa düşməsin deyə, Hindistanın “Darül-hərb” yox, “Darül-İslam” olduğuna dair fitvalar vermiş və bu fitvaları hər yana yaymışdılar. Alim adı ilə yetişdirdikləri münafiqlərin əli ilə “osmanlı sultanlarından xəlifə olmaz, xəlifə Qureyş tayfasından olmalıdır” fikrini yayır, dəlil olaraq, bu hədisi əsas gətirdilər: “Xəlifə Qureyş qəbiləsindən, onların övladlarından olacaqdır”.

Dini tədrisi ləğv etmək, İslamı daxildən parçalayıb dağıtmaq üçün Əliqərhdə İslam elmlərinin öyrənildiyi “Əliqərh” universitetini açdılar. Burada dinlə mübarizə aparmaq və İslama arxadan zərbə vurmaq üçün zahirdə müsəlman, həqiqətdə isə düşmən kadrlar olan din adamları yetişdirirdilər. Tələbələrin içərisindən dinsizliyinə, şöhrətpərəstliyinə, satqınlığına və ingilislərin mənafeyinə sadiq olmalarına arxayın olduğu şəxsləri seçib İngiltərəyə göndərirdilər. İslamı sarsıdıb zəiflətdikdən sonra, müsəlmanlara rəhbərlik etmək üçün həmin şəxsləri iş başına gətirirdilər. Əyyub xan da bunlardan biri idi. O, Əli Çinnahın yerinə Pakistan dövlət başçısı oldu.

İngilislər II-ci Dünya Müharibəsindən qalib çıxmış kimi görünsələr də, həqiqətdə məğlub olmuşdular. Çünki özlərinə “üzərində günəş batmayan ölkə” adı verdikləri halda, “üzərində günəş doğmayan ölkə” halına düşmüşdülər. Müstəmləkələrinin çoxunu itirmiş, tükləri yolunmuş toyuq kimi görsənirdilər.

Pakistanın dövlət başçısı tə`yin etdikləri Əli Çinnah məzhəbcə şiə, həqiqətdə isə ingilis tərəfdarı idi. 1972-ci ildə vəfat etdikdən sonra yerinə masson Əyyub xan, onun yerinə isə qızılbaş Yəhya xan gəldi. O, Hindistan-Pakistan müharibəsində məğlub oldu, Pakistan torpaqları əldən getdikdən sonra isə həbs edildi. Yəhya xandan sonra hakimiyyəti Zülfüqar Əli Buhutto təhvil aldı. O da İngiltərədə təhsil almış casus idi. 1974-cu ildə müxaliflərin öldürülməsinə əmr verildiyi üçün e`dam edildi. Zülfüqar Əli Buhuttonu devirərək, yerinə keçən Ziya-ül Həqq İslam düşmənlərinin müsəlmanlar üçün nələr düşündüklərini, İslamı məhv etmək istəklərini anlayaraq, onların əmrlərin icra etməkdən imtina etdi; ölkəsinin inkişafı üçün çalışdı; millətin həqiqi rifah və səadətə mənbəyinin İslam olduğunu çox yaxşı bildiyi üçün qanunların şəriətə uyğun tə`sis edilməsi üçün Pakistan əhalisinə müraciət etdi. Keçirilən referondumda Pakistan əhalisi bu çağırışa yekdilliklə müsbət rə`y verdi. İngilislərin yetişdirdiyi canilər Ziya-ül Həqqi terror vasitəsilə qətlə yetirdilər. Sonra hakimiyyətə gələn Əli Buhuttonun qızı Binəzir Buhutto dövlətinin, millətinin və İslamın əleyhinə etdiklərindən əlavə, Ziya-ül Həqqin hakimiyyəti dövründə həbs olunmuş bütün cani və xainləri azad etdi. Onları mə`sul vəzifələrə tə`yin etdikdən sonra Pakistanda qarşıdurmalar başlandı. İngilislərin müsəlmanlar üçün gördükləri yuxular yenidən çin çıxmağa başladı. I və II-ci Dünya Müharibələrindən sonra bir çox ölkələrdə xain planlarını yerinə yetirmək üçün, öz mənafelərindən çıxış edən şəxsləri iş başına gətirdilər. Bu dövlətlərin müstəqil dövlət atributları- himni, gerbi, bayrağı və milli pul vahidləri olsa da, dini azadlıqları olmadı. Son üç əsrdə İslam aləmi harada tənəzzülə uğramışsa, orada ingilislərin əli vardır.

Osmanlı dövləti dağıdıldıqdan sonra onun hakimiyyəti altında ərazilərdə böyüklü-kiçikli 23 dövlət quruldu. Səbəbi də müsəlmanların güclü bir dövlətə malik olmasının qarşısını almaq idi. İslam ölkələri adlanan bu dövlətlərin arasında müntəzəm olaraq, düşmənçilik və qarşıdurmalar yaratdılar. Bu kimi ixtilaflar həmin ərazilərdə bu günə kimi davam etməkdədir. Böyük qüdrətlər dünya ictimaiyyətinin diqqətini hər hansı bir nöqtəyə cəlb etmək üçün bu münaqişələr ara-sıra qızışdırılır və ya onlar öz imperialist siyasətlərini həyata keçirməkdən ötrü güclü bir ölkəni zəif bir dövlətin canına salaraq, əzilən tərəf üçün beynəlxalq kömək, vasitəçi və s. adlarla zahir olurlar. Bir növ dovşana qaç, tazıya tut deyirlər və ya yetimin papağını oğurlayıb yenidən özünə qaytarmaqla ona dayı olurlar.

Xristian və yəhudi təşkilatlarının müsəlmanlara qarşı daimi olaraq, hazırlayıb həyata keçirdikləri siyasətlərdən biri də hər bir məntəqədə İslami şəxsiyyətlər yetişdirərək, onları genişmiqyaslı təbliğat üsulları ilə xalqa tanıtdırmaqdır. Onlar “dinşünas”, “şərqşünas”, “islamşünas” və s. adlarla zahir olaraq, müsəlmanların dini məsələlərinə cavab verməyə çalışır, şəriət məsələlərini, əqidə və ayinləri təhrif edirlər. Hər hansı bir dini mərasim yaxınlaşdıqda radio-televiziya və ya mətbuat səhifələrində peyda olaraq, öz mənfur niyyətlərini və düşmən siyasətlərini həyata keçirmək məqsədi ilə islamla heç bir şəkildə uyğun gəlməyən fikirlər yaymağa çalışırlar. İslamın heç bir hökmünə əməl etməyən, onun heç bir e`tiqadi əsasına əqidə bəsləməyən bu kafir və münafiq şəxslər dindən xəbəri olmadığı halda ən savadlı dinşünas kimi göstərilir, illərlə dini mərkəzlərdə təhsil alan, ömrünü İslama, dininə-məktəbinə həsr edən savadlı və imanlı din xadimləri isə savadsız və mə`lumatsız mollalar adı ilə hər yerdə təhqir olunaraq gözdən salınır. Nümunə olaraq ingilislərin İslam alimləri kimi tanıntdırdıqları, kafirlikləri ilə məhşur olan bir neçə şəxs haqda danışmaq yerinə düşərdi.

1. Sir Seyid Əhməd Hindi; o, 1818-ci ildə Dehlidə anadan olmuşdur. Babası Əkbər şahın dövründə Hindistana gəlmişdi. Əhməd Hindinin əmisi Dehlidəki ingilis məhkəməsində hakim idi. 1837-ci ildə əmisi onu özünə katib götürdü. Bu işdə fəallıq göstərən Əhməd Hindi 1841-ci ildə sıravi hakim, 1855-ci ildə isə ali hakim kürsüsünə qədər yüksəldi.

2. Həmidullah; Hindistanda ingilislərin yetişdirdiyi din xadimlərindən biridir ki, 1806-cı ildə Heydərabadda anadan olmuşdur. O, əvvəllər İsmailliyyə firqəsinə mənsub idi. Əhli sünnə camaatına düşmən mövqeyi tutaraq fitnə-fəsad salmış, Parisdə çalışdığı CNRS Elmi Araşdırmalar Mərkəzində Məhəmməd Peyğəmbərin (s) yalnız ərəblərin olduğunu sübut etməyə çalışmışdır. O, bu fikirləri söyləməklə İslam Peyğəmbərinin ümumbəşəri bir peyğəmbər olmasını inkar etmək istəmişdir. Bu kimi şəxslərin sayını hədsiz dərəcədə sadalamaq olar; əsas məsələ odur ki, sapı özündən olan bu kimi baltalar hal-hazırda da hər bir müsəlman məmləkətində mövcuddur və müqəddəs dinimizi gecə-gündüz baltalamaqdadır. Dinşünas kimi tanınan bu düşmən kadrları tanımaq heç də çətin deyildir. Onlar xarakterik olaraq adətən bir neçə xüsusiyyətə malik olurlar:

1. Bu kadrlar daimi olaraq dinin əsil və dəyişməz qanunlarına qarşı çıxır, müntəzəm olaraq dində “yenilik” və təhrif etmə məsələsinə diqqət yetirirlər;

2. Bu kimi şəxslər həqiqi dini təhsilə malik olmurlar və adətən onların hər hansı bir mö`təbər dini təhsil ocaqlarında təhsil almaları haqda mə`lumat yoxdur.

3. Din adından danışan bu şəxslərin e`tiqadi əsaslara əqidə və imanı yoxdur və şəriət qanunlarına əməl etmirlər.

4. Kütləvi informasiya vasitələrində tez-tez çıxış edir və qarşıya çıxan hər hansı bir dini məsələdə məhz onlara müraciət olunur.

İslamı məhv etmək mübarizəsində vətəninə, millətinə, dininə xidmət etmək istəyən müsəlmanları aldatmaq üçün istifadə edilən ən tə`sirli silah İslamı modernləşdirmək (yeniləşdirmək) fikri olmuşdur. Geriliyin səbəbini dinlə əlaqələndirib, İslamı aradan aparmaq, yerinə isə dinsizlik gətirmək istəyirdilər. Bu çox incə bir məsələ idi və hər kəs bunu duya bilmirdi. Böyük İslam alimi Şeyx-ül İslam Mustafa Səbri bu hiyləni çox gözəl anlamışdı. Ona görə də o, “məzhəbsizlik dinsizliyə qurulan körpüdür” şüarı ilə çıxış edir, bu mövzuda müsəlmanları ayıq olmağa çağırırdı.

İslam düşmənləri irfan yolunu da təhrif etmək üçün çox çalışmışlar. Daha sonra şəriətin qorunması üçün ən güclü zəmanət olan ixlası məhv etməyə başlamışlar. İrfan və seyri-süluk ağılla qəlbin, elmlə imanın müştərək şəkildə əldə etdiyi mə`nəvi dəyərlər məcmuəsidir. Lakin, uzun zamanlar ingilis casusları öz alçaq məqsədlərinə yetişmək üçün mürşidlərin adlarından istifadə edərək, müxtəlif ocaqlar yaratdılar və şəriəti məhv etmək üçün təriqətçilik cərəyanını ən tə`sirli alətə çevirdilər. Sufi yığıncaqları təşkil edərək musiqi və çal-çağırdan istifadə etdilər, rəqs etməyə başladılar. Bu əxlaqsızlıq yuvalarında qadın-kişi bir yerdə açıq-saçıq, əl-ələ tutaraq, dövrə vurub rəqs vasitəsilə ibadət edir, türk musiqisini təsəvvüf musiqisi kimi qələmə verir, ibadət adı altında günah işlər görürdülər. Əslində, zikr - Allah-Taalanı xatırlamaq deməkdir. Bu da yalnız qəlb vasitəsilə olur. İnsan Allahı zikr etdikcə, mə`nəvi bir təskinlik tapır, qəlbi təmizlənir. Yə`ni qəlbi dünya sevgisini tərk edir, yerinə Allah sevgisi daxil olur. Qadın və kişilərin bir yerə toplaşaraq, hay-küy salması zikr demək deyildir. Bu gün müsəlman ölkələrində irfan alimləri yox dərəcəsindədir. Lakin sadəlövh müsəlmanları aldadan saxta mürşidlər nə qədər istəsən mövcuddur. Məhz bu günümüzdə içki içən və açıqca günah işlədən bə`zi üzdəniraq təriqət ardıcılları Mövlana Cəlaləddin Ruminin “Qudsi-sirruh” anlama mərasimində əba geyinərək, ilahələr oxuyurlar. Bunları görən cahil kimsələr İslamın yalnız bu işlərdən ibarət olduğunu zənn edirlər. İngilis missionerləri yetişdirdikləri casusların əli ilə elm, irfan və ədəb yuvası olan bu mübarək yerləri dağıtdılar və sonra da onların yerində əxlaqı və mə`nəviyyatı pozulmuş azğınları yerləşdirdilər. Məhz ingilislər tərəfindən tə`sis edilən vəhhabiliyin şüarı İslamda olan bid`ətləri məhv etmək olduğundan, bu şüarın “azğınlar” əleyhinə istifadə edilməsi, vəhhabilərin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. İslam düşmənləri xüsusilə də, ingilislər bütün vasitələrdən istifadə edərək, müsəlmanları elm və texnikada geridə qoydular. Müsəlmanların ticarət və sənaye inkişafına mane oldular. İslam ölkələrində mövcud olan gözəl əxlaq və İslam mədəniyyətini aradan aparmaq üçün əyləncə məclisləri təşkil edərək, bu məclislərdə spirtli içkiləri, əxlaqsızlığı, qumarı və s. pozğun əməlləri erməni, yunan və digər qeyri-müsəlman qadınlarının əli ilə yaydılar. Onlar, bu qadınlardan casus kimi istifadə edərək, moda evləri, rəqs kursları açdılar. Maniken və artist yetişdirmək üçün gənc müsəlman oğlan və qızları öz çirkin əməllərinə cəlb etdilər və İslam əxlaqını bu yollarla aradan aparmağa çalışdılar. Gənclərin pozğun yollara düşməmələri üçün valideyinlər daha ayıq və diqqətli olmalıdırlar.

Osmanlı dövləti son zamanlar tələbə və dövlət adamlarını təhsil almaq üçün Avropa ölkələrinə göndərirdilər. Bu tələbələr və dövlət adamlarından bə`ziləri aldanaraq, massonların hazırladığı tələlərə düşür, ömürlük olaraq onların siyasi hiylələrinin icraçısına çevrilirdilər. Texniki elmlər əvəzinə, onlara İslamı, xüsusən də, Osmanlı xilafətini yıxmağın üsulları öyrədilirdi. Çünki Osmanlı xilafəti o dövr üçün müsəlmanların ən qüdrətli dövləti və mərkəzi idi. Bu tələbələrin içərisindən imperatorluğa və müsəlmanlara ən böyük zərbə vuran, Mustafa Rəşid Paşa olmuşdur. Sultan Mahmud xan onun xəyanətlərindən xəbər tutaraq, e`dam olunması haqqında əmr vermişdi. Lakin sultanın vəfatı əmrin icra olunmasına mane oldu. 1839-cu ildə 18 yaşlı Əbdül Məcid xanın hakimiyyətə gəlməsi ilə qüdrətli Osmanlı dövlətinin tənəzzül dövrü başladı. Əbdül Məcidin gənc təcrübəsizliyi, massonların mühüm dövlət vəzifələrini tutmasına gətirib çıxartdı. Əbdül Məcidin sadəlöhvlüyü, ətrafında onu baş verən hadisələrin əsl mahiyyətini anlada biləcək adamların olmaması, massonları öz fəaliyyət dairələrini genişləndirməyə və daha sür`ətlə irəli addımlamaqlarına rəvac verdi. İngiltərə hökuməti tərəfindən Osmanlı imperatorluğuna təcrübəli masson Lord Radinq səfir tə`yin edildi. Lord Radinq Mustafa Rəşid Paşanın Baş Nazir vəzifəsinə tə`yin olunması üçün çox çalışdı. Onlar iddia edirdilər ki, Mustafa Rəşid Paşa Avropada təhsil almış və dövlət işlərində daha çox təcrübəyə malik bir şəxsdir. Əgər o, Baş Nazir vəzifəsinə gələrsə, Osmanlı dövləti iqtisadi, siyasi, hərbi və başqa sahələrdə irəliləyər və dünya dövlətləri ilə bütün sahələrdə əməkdaşlıq etməyə başlayar. Beləliklə də, İngiltərə ilə osmanlı arasındakı anlaşılmazlığa son qoyular; Nəhayət o, 1846-cı ildə Baş Nazir vəzifəsinin icrasına başlayır. O, hələ Xarici İşlər Naziri vəzifəsində işləyərkən hazırlamış olduğu “Tə`zimat Qanunu”na istinad edərək, Lord Radinq ilə birlikdə bu dövlətin bütün vilayətlərində masson lojalarını açdı. Casusluq və xəyanət ocaqları bu dövlətin ərazisində rəsmi fəaliyyətə başladı. Londonda hazırlanan planlarla dövlət idarələrində və orduda köklü dəyişikliklər etdilər. Elə həmin illərdə Avropada fizika və kimya sahələrindəki irəliləyişlər, ETT-nin inkişafı, yeni kəşflər, üstəlik sənayeləşmə dövrünün başlanması müqabilində Osmanlı dövlətində bu işlərin heç biri görülmürdü. Hətta fateh dövründən bəri mədrəsələrdə keçirilən cəbr, həndəsə və astranomiya elmlərinin tədrisi belə dayandırılmış və bununla müsəlmanların dünyəvi elmlərə yiyələnməsinin qarşısı alınmışdı. Sonradan isə müsəlmanları cahillik, savadsızlıq, dünyəvi elmlərdən xəbərsizlikdə ittiham etdilər.

Qüvvəyə minən yeni qanunlar müsəlmanların mənafelərinin tam əleyhinə idi. Məsələn, əsgəri xidmət barəsində çıxarılan qanunların tələblərinə əsasən müsəlmanlar külli, qeyri-müsəlmanlar isə cüz`i miqdarda cərimə ödəməli idilər.

İngilislər Rus çarı I Nikolayı və Fransa imperatoru III Bonapartı türk-rus (Krım) hərbinə yönəltdilər. Sülh müqaviləsi ilə nəticələnən bu müharibəni Rəşid Paşanın diplomatik zəfəri kimi qələmə verdilər. Onun hiylələrini gec də olsa başa düşən sultan, düşdüyü çıxılmaz vəziyyətdən nicat yolunu Rəşid Paşanı hakimiyyətdən uzaqlaşdırmaqda gördü. Lakin daha hiyləgər olan Rəşid Paşa rəqiblərini bir-birinin ardınca məğlub edərək, yenidən öz vəzifəsinə qayıtmağa nail oldu. Sultan Məcid isə gənc ikən vərəm xəstəliyindən vəfat etdi. Bundan sonra dövlət orqanları, ali tədris müəssisələri, məhkəmə və nazirliklərə tə`yin olunanlar Rəşid Paşanın yetişdirdikləri kadrlar idi. Onların vasitəsi ilə tənəzzülə uğramaqda olan Osmanlı dövləti ingilislər tərəfindən “xəstə qoca” adlandırıldı.

1989-cu ildə “Türkiyə”qəzetində çap edilən məqalədə iqtisad elmləri doktoru Ömər Aksu belə qeyd etmişdir: ”Bizdə qərbləşmə hərakatının başlanğıcı 1839-cu ildə Tə`zimat qanunundan sonra oldu. Dövlətə, Avropadan lazım olan texnika və avadanlıq əvəzinə xristianlıq gətirildi. Rəşid Paşanın ingilislərlə ticarət əlaqəsi qurması, Osmanlı dövlətinin sənayeləşməsinə ən böyük zərbəni vurdu”.

Osmanlı imperatorluğunda massonların hakimiyyəti davam edirdi. Sultanlar şəhid edilir, vətən və millətin xeyrinə olan hər bir əməlin qarşısı alınırdı. Lakin üsyanlar və e`tirazlar davam etməkdə idi. Bu mübarizədə sultan Həmid Hadi Saninin böyük rolu olmuşdur. O, gördüyü işlər müqabilində “qızıl sultan” ləqəbini almışdır. İmperatorluğun iqtisadiyyatını yüksəltmiş, abadlaşdırma işləri aparmış, məktəb və universitetlər, hətta qızlar üçün litseylər də açmışdır. O illərdə “Siyasi Elmlər”, “Hüquq” və Avropanın heç bir yerində olmayan yüksək səviyyəli “Tibb” fakültələrini açmışdır. Daha sonra isə “Mühəndislər məktəbi”ni tə`sis etmişdir. Avropaya təhsil almaq üçün gedən tələbələrin massonlar tərəfindən aldadılmasının qarşısını almaq məqsədilə, Avropa elm adamlarını yüksək məvaciblə tə`min edərək, onların İstambul univesitetlərində müəllim vəzifəsində çalışmaları üçün şərait yaratmışdı. Bu dərslərdə qız tələbələr də iştirak edirdilər. Onun quruculuq fəaliyyətinə aşağıdakılar aiddir:

Terkos gölünün suyunun İstambula çəkilişi;

İstambul-Əskişəhər-Ankara, Əskişəhər-Adana-Bağdad, Adana-Şam-Mədinə dəmir yolu xətlərinin çəkilişi;

Ərəkli və Zonquldağ kömür mə`dənləri;

Osmanlı sığorta şirkəti;

Ruhi xəstələr üçün Həmidiyyə xəstəxanası;

Beyrut limanı;

Həmidiyyə kağız fabriki;

Bursa ipəkçilik məktəbi;



İstambul baytarlıq məktəbi;
Bu sadaladıqlarımızdan əlavə, hərbi qüvvələrin gücləndirilməsi, ordunun müasir silahlar, donanmanın yeni hərbi gəmilərlə təchiz edilməsi, məhz onun gərgin əməyinin bəhrəsi olmuşdur.

Yəhudilər ingilislərlərin himayəsi ilə Fələstin torpaqlarında yəhudi dövləti qurmaq istəyirdilər. Sionistlərin fəaliyyət və məqsədlərindən xəbərdar olan Əbdül Həmid Fələstin torpaqlarının yəhudilərə satılmaması barədə xüsusi fərman vermişdi. Dünya Sionizm Təşkilatının sədri Teador Hertzel və Hamam Mane Levi sultanla görüşəndə yəhudilərə torpaq almaları istəklərini bildirdikləri zaman, Əbdül Həmid təklifə cavab olaraq, bunları demişdir: ”Dünyanın bütün dövlətləri ayağıma gəlsələr, bütün xəzinələri qarşıma qoysalar da, sizə bir qarış belə torpaq vermərəm! Əcdadlarımın qanları bahasına aldıqları bu torpaq pulla satılmaz!”. Yəhudilər Əbdül Həmidin qərarının ciddi olduğunu başa düşdükdən sonra, “İttihad” və “Tərəqqi” partiyaları ilə əlaqə yaradaraq, 1909-cu ildə onu hakimiyyətdən saldılar, massonları dövlət vəzifələrinə tə`yin etdilər. Hətta onların Şeyx-ül İslamlıq vəzifəsinə yüksəltdikləri Xeyrullah və Musa Kazım da masson idi. Əbdül Həmidin min bir zəhmət bahasına yaratmış olduğu dünyanın “I Qara Ordu”su Balkan, Çanaqqala, Rus və Fələstin cəbhələrində məhv edildi. Yüz minlərlə vətən övladları şəhid oldu. Vətənin ən çox birliyə və müdafiəyə ehtiyacı olduğu bir vaxtda xainlər milləti sahibsiz qoyaraq qaçdılar. Böyük üsyanlar oldu. Osmanlı imperatorluğunda açılan missioner məktəb və kilsələrində aldadılan qeyri-müsəlmanlar müsəlmanlara qarşı üsyana qaldırıldı. Erməni, bolqar və yunanlar osmanlılara təcavüz etdilər. Yunanları İzmirə gətirənlər də məhz ingilislər idi. Allah-Taala uzun sürən əzmli bir mübarizənin nəticəsi olaraq, türk müsəlmanlarını düşməndən xilas etdi. Osmanlı dövləti parçalandıqdan sonra dünya bir-birinə qarışdı. Sultan Əbdül Həmiddən sonra heç bir məmləkət rahatlıq tapmadı. Avropa dövlətlərində də qətillər və qarşıdurmalar səngimədi. I və II Dünya Müharibələri, daha sonra isə kommunizm istilası. İngilislərlə birləşib, osmanlıları arxadan vuranlar sonradan peşiman oldular. Hətta, xütbələrini belə xəlifənin adına oxudular. Osmanlıların qədri Fələstin torpaqlarında İsrail dövləti qurulduqdan sonra bilindi. İsrailin fələstinlilərə necə zülm və əzab verməsi qəzetlərdə yazılır, bütün dünya bu hadisələri televizor vasitəsilə izləyirdi. 1990-cı ildə Misirin Xarici İşlər Naziri Əhməd Əbdülməcid belə demişdi: ”Misir ən rahat və əmin-amanlı günlərini osmanlıların hakimiyyəti dövründə yaşamışdır”. Amerika və Avropa dövlətlərinin mənafelərinin olduğu yerdə, mütləq xristian mənafei də olmalıdır. Onlar “Tanrının oğlu” adlandırdıqları İsa Məsih (ə)a xidmət, əmin-amanlıq, sülh və sevgi kimi sözlərin arxasında gizlənən mənfəət ovçuları, fəsad mənbəyidirlər. Daha mühüm vəzifələri isə, başqa dövlətləri xristian dövlətlərinə bağlamaqdır. Missionerlər getdikləri dövlətlərin dil, adət-ən`ənə, siyasi və hərbi işlərini mükəmməl şəkildə öyrənərək, topladıqları mə`lumatları öz dövlətlərinə ötürürlər. Hər yerdə həmfikir axtarıb taparaq, onları satın alırlar. Onlar e`zam olunması qabaqcadan planlaşdırılmış dövlətlərə missioner kimi göndərəcəkləri adamları, elə həmin ölkələrin daxilində, daha təcrübəli casuslar tərəfindən yetişdirirlər.

Masson Rəşid Paşanın hazırladığı “Gülxanə” fərmanından sonra Osmanlı dövlətində missioner fəaliyyəti daha da artdı. Anadolunun ən gözəl yerlərində kolleclər açıldı. Fərmandan iyirmi bir il sonra 1859-cu ildə Harputda Firat kolleci açdılar. Bu ən böyük kollec idi. Onun tikilməsi üçün nə lazım idisə, etmişdilər. Harput bölgəsində 62 xristian mərkəzi açılmış və 21 kilsə tikilmişdi. 66 erməni kəndinin 62-də missioner təşkilatı qurulmuş, yerdə qalan hər 3 kənddə kilsələr tikilmişdi. Yeddi yaşından yuxarı bütün ermənilər müsəlmanlara düşmən e`lan edilmişdi. Missoner qadınları da erməni uşaq və qadınlarının bu istiqamətdə hazırlanması üçün böyük sə`ylər göstərirdilər. Tanınmış missioner Mariya A.Vest sonralar nəşr etdiyi “Romence of Missongn” kitabında yazır: ”Ermənilərin zehnlərində inqilab edərək, onları ayağa qaldırdıq”. Bu çevriliş ermənilərin yaşadığı bütün ərazilərdə baş verdi. Onların hazırlandığı kolleclər bunlar idi: Qaziantəpədə Antep Kobert kolleci; Merzifonda Anadolu kolleci; İstambulda Robert kolleci; Bu kolleclərdə bir nəfər belə türk oxumurdu. Erməni və yunanlardan ibarət olan şagirdlər Anadolunun hər yerində toplanmışdı. Bütün kolleclərin müdirləri rahiblər idi.

Beləliklə, erməniləri silahlandıraraq, onları müsəlmanların üstünə qaldırdılar. Ermənilərin silahlı dəstələri müsəlman kəndlərinə soxularaq evləri yandırır, əhalini qətlə yetirirdilər. Ermənilərin son təcavüzü 1893-cü ildə olmuşdu. Bu təcavüz planlarına rəhbərlik edənlər kollec müdirləri, Qayayan və Tumayan adlı şəxslər idi. Bu iki xain erməni həbs olunduqda, onların azad olunması üçün bütün xristian aləmi ayağa qalxmış, Amerika və İngiltərədə böyük nümayişlər təşkil edilmişdi. Bu hadisədən sonra İngiltərə hökuməti ilə Osmanlı dövlətinin münasibətləri korlandı. 1893-cü ildə Londonda təşkil olunan nümayişlərdə Merzifon Anadolu kollecinin müdiri də iştirak edirdi. Elə həmin il missionerlər ermənilər arasında üç milyon İncil və dörd milyon xristianlığa aid digər kitablar yaydılar. Hesablamalara görə, gələcəkdə doğulacaq hər erməni uşağına yeddi kitab düşürdü. Bu iş üçün təkcə Amerika missionerləri iki yüz səksən beş min Amerika dolları xərcləmişdilər. (Bu məbləğ həmin dövr üçün dəhşətli bir rəqəmdir.) Missionerlərin bu fəaliyyəti dini yaymaq məqsədi güdmürdü. Bu pullar Osmanlı dövlətini və İslamı yıxmaq məqsədi üçün sərf edilirdi. Sonra onlar ermənilərə yardım göstərilməsi məqsədi ilə, geniş təbliğat mərkəzləri açdılar. Elə həmin illərdə Atina və Yenişəhərdə yunanların üsyanı başladı. Onlar yüz minlərlə müsəlmanı vəhşicəsinə qətlə yetirdilər. Bu üsyan 1895-ci ildə Əthəm Paşanın komandanlığı altında olan ordunun köməkliyi ilə yatırıldı.

* * *


İngiltərə dövlətini əsas üç orqan idarə edirdi: kral; parlament; kilsə (yə`ni, vest minister); 1512-ci ildə Parlament və kralın sarayı Vest Ministerin idarəsində yerləşirdi. 1512-ci ildə baş verən böyük yanğından sonra krallıq Bunkinqham kilsəsinin himayəsi altında qalmışdı. İngiltərədə kilsə ilə dövlət birdir. Kral və kraliçalara baş keşiş tərəfindən kilsədə tac qoyulur.

İngiltərə Mərkəzi Statistika Komitəsi tərəfindən yayılan “cəmiyyət təmayülləri” raportuna görə doğulan hər yüz ingilis uşağından iyirmi üçü qeyri-qanuni dünyaya gəlir. İstambul qəzetinin 7 May, 1990-cı il tarixli məqaləsində belə yazılmışdır: İngilis polis qurumu Scotland Yard tərəfindən nəşr edilən statistik mənbənin verdiyi məlumata görə, Londonda əmin-amanlığın olmadığı bildirilir. Xüsusən də, qadınlar üçün təhlükəli vəziyyət alınmışdır. Son iki ay ərzində zorlama və soyğunçuluq halları xeyli artmışdır. Bütün dünya ölkələrində “Ailə” haqqında qanuna əsasən kişi və qadınların hüquqları bərabərdir. İngiltərə də isə kişi ilə kişi və qadınla qadının cinsi yaxınlıq etməsi rəsmi qanun olaraq qəbul edilmişdir. “İstambul” qəzetinin 12 Fevral 1987-ci il tarixli nömrəsində verilən “İngiltərə ordusunda” adlı məqalədə, kraliça II Yelizavettanın mühafizə alayına yeni xidmətə götürülən əsgərlərin cinsi təcavüzə mə`ruz qaldığı və müxtəlif mə`nəvi işgəncələrə düçar olduqları yazılmışdı.

“Türkiyə” qəzetinin 20 iyun, 1990-cı il tarixli nömrəsində araşdırma xarakterli bir məqalədə belə yazılmışdı: ”İngilis kilsələrində homoseksualistlərin sayı 15%, Lordlar Palatasında isə bu göstərici daha yüksəkdir. Əxlaqsızlıq nazirliklərə qədər irəliləmiş, “Profima” rüsvayçılığı meydana gəlmişdir”

Homoseksualistlərin ilk təşkilatlandığı ölkə İngiltərədir. Bu ölkədə ləvatın, fahişəliyin və hər cürə əxlaqsızlığın baş alıb getdiyi yerlərdə də ingilislərin İslam düşmənçiliyi açıq-aşkar görünməkdədir. Bu düşmənçiliyin əlaməti olaraq, onların əxlaqsızlıq yuvalarının qapısında müqəddəs Kə`bə şəklinin asılmasıdır.

İngiltərənin “Quardidian” qəzetinin yazdığına görə, həddi-büluğ yaşına çatmış yüz min qız öz ata-qardaşları tərəfindən cinsi təcavüzə mə`ruz qaldıqları üçün məhkəməyə müraciət etmişlər. BBC-nin yaydığı mə`lumata görə isə, müraciət etməyənlərin sayının beş milyona qədər olduğu güman edilir.

İngiltərənin torpaq bölgüsü siyasəti də ədalətsizliklə aparılmışdır. Ərazinin 80%-i “imtiyazlı sinif” adlandırılan lordların əlində cəmlənmişdir.

İngiltərə dövləti başqaları üçün qazdığı quyulara özü düşməkdədir. Buna misal olaraq, İrlandiyanı göstərmək olar.

* * *


Kitabın II hissəsini Seyyid Əbdülhakim Arvasinin bu sözləri ilə bitirmək istərdik: ”İngilislər çox hiyləgərdirlər. Onların hiyləsini daha aydın təsəvvür etmək məqsədilə, sizə bir təşbih (bənzətmə) deyim. İslam bir barlı ağaca bənzəyir ki, onun sahibi müsəlmanlardır. Onlar bu ağacı bəsləyər və qoruyarlar. Kafirlər fürsət axtararlar ki, bu ağacı dibindən kəssinlər, müsəlmanlar da onlara düşmən olsunlar. Ancaq ingilislər belə deyillər. Onlar da müsəlmanlar kimi bu ağaca qulluq edər, müsəlmanlar da onları sevər. Müsəlmanların e`tibarını qazandıqdan sonra hamıdan xəbərsiz, bar verəcəyi vaxtda dibinə zəhər tökərlər. Ağac da belcə quruyar. Sonra bu vəziyyətə təəssüfləndiklərini və kədərləndiklərini bildirərək, “ah-vay” edərlər. Müsəlmanlar da bu işin onlar tərəfindən görüldüyündən xəbərsiz olarlar”.

Allah-Taala bütün müsəlmanları hər bir tərəfdən bürümüş xristian və yəhudi fəlakətindən qorusun! Dövlət adamları və din xadimlərini ingilis hiylələrindən hifz etsin!

Mündəricat


MÜQƏDDİMƏ 5

BİRİNCİ FƏSİL 10

İKİNCİ FƏSİL 15

ÜÇÜNCÜ FƏSİL 20

DÖRDÜNCÜ FƏSİL 24

BEŞİNCİ FƏSİL 35

ALTINCI FƏSİL 41

YEDDİNCİ FƏSİL 59



İKİNCİ HİSSƏ 66







Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə