Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 



 

898.1.

 

İcbari  sığorta  qanunvericiliyində  və  könüllü  sığorta  növləri  üzrə 

sığorta  müqavilələrində  şərtli  və  ya  şərtsiz  azadolma  məbləği,  həmçinin  gözləmə 

müddəti müəyyən oluna bilər. 



898.2.

 

Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya 

dəyən  zərərin  sığorta  təminatı  ilə  əhatə  olunmayan  və  sığortalının  üzərində  qalan 

hissəsidir.  Azadolma  məbləği  hər  bir  halda  sığorta  müqaviləsinə  uyğun  olaraq 

müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur. 

898.3.

 

Şərtli  azadolma  məbləğinin  nəzərdə  tutulması  halında,  sığorta 

hadisəsi  nəticəsində  dəyən  zərərin  həcmi  həmin  məbləğdən  çox  olduqda  zərər 

məbləğindən azadolma məbləği çıxılmır. 



898.4.

 

Şərtsiz  azadolma  məbləği  nəzərdə  tutulduqda  həmin  məbləğ  hər  bir 

halda zərər məbləğindən çıxılır.  

898.5.

 

Sığorta  müqaviləsində  gözləmə  müddəti  nəzərdə  tutulduqda  sığorta 

hadisəsi  nəticəsində  həmin  müddət  ərzində  yaranan  itkilərin  əvəzinin  ödənilməsi 

sığortalının üzərində qalır. 



898.6.

 

Şərtli  gözləmə  müddəti  müəyyən  edildikdə  sığorta  hadisəsinin 

nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti 

ilə  sığorta  tələbi  və  ya  sığorta  ödənişi  sığorta  hadisəsinin  baş  verməsindən  keçən 

həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir. 

898.7.

 

Sığorta  müqaviləsində  şərtsiz  gözləmə  müddəti  müəyyən  edildikdə 

sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin 

müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir. 



 

 

§2. Sığorta müqaviləsinə dair başlıca tələblər 

 

Maddə 899. Sığorta müqaviləsinin forması 

 

899.1.

 

Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır: 



899.1.1.

 

tərəflərin  müvafiq  sığorta  qaydaları  əsasında  sığorta  müqaviləsi 

adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 

899.1.2.

 

müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi 

şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 

899.1.3.

 

icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada. 



899.2.

 

Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta 

şəhadətnaməsində  sığorta  predmetinin  sığortalandığı  risklər  konkret  olaraq 

sadalanmalıdır. 



899.3.

 

Bu  Məcəllənin  899.1-ci  və  899.2-ci  maddələrinə  əməl  edilməməsinə 

görə sığortaçı məsuliyyət daşıyır. 

 

Maddə 900. Sığorta müqaviləsinin məzmunu 



 

900.1

 

Bu Məcəllənin 899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta 

müqaviləsində aşağıdakılar göstərilməlidir: 

900.1.1.

 

sığortaçının adı və ünvanı; 




 

 



900.1.2.

 

sığortalının  adı  (fiziki  şəxs  olduqda,  həmçinin  soyadı  və 

atasının adı) və ünvanı; 

900.1.3.

 

sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta olunan(lar)ın 

adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı; 

900.1.4.

 

faydalanan şəxsin adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının 

adı və doğum tarixi) və ünvanı; 

900.1.5.

 

sığorta  məbləğinin  hər  bir  sığorta  predmeti  və  ya  onun  hissəsinə, 

yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı; 

900.1.6.

 

sığorta haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və 

ödənilməsi qaydası; 

900.1.7.

 

sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi; 



900.1.8.

 

sığorta  müqaviləsinə  əlavələr  və  dəyişikliklər  edilməsi,  həmçinin 

ona xitam verilməsi qaydası; 

900.1.9.

 

sığorta  müqaviləsi  üzrə  təminat  verilən  sığorta  riskləri,  eyni 

zamanda  əgər  bu  barədə  razılaşdırılıbsa,  müvafiq  sığorta  qaydalarında  nəzərdə 

tutulmuş əlavə sığorta təminatları; 



900.1.10.

 

sığorta ödənişinin verilməsi qaydası və əsasları; 



900.1.11.

 

sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 



900.1.12.

 

sığorta  müqaviləsinin  şərtlərinin  yerinə  yetirilməməsinə  və  ya 

lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; 

900.1.13.

 

mübahisələrin həlli qaydası; 



900.1.14.

 

sığorta  müqaviləsinin  tərəflərinin  qarşılıqlı  razılaşması  əsasında 

müəyyən edilən, qanunvericiliyə zidd olmayan digər şərtlər; 

900.1.15.

 

sığorta  müqaviləsinin  tərəflərinin  imzaları,  hüquqi  şəxs  olduqda 

həmçinin möhürləri. 

900.2

 

İcbari  sığorta  müqaviləsinin  bağlanması  qaydası  icbari  sığorta 

qanunvericiliyi ilə müəyyən edilir. 

 

Maddə 901. Sığorta şəhadətnaməsi 

 

901.1.

 

Qanunvericilikdə  başqa  cür  nəzərdə  tutulan  hallar  istisna  olmaqla, 

sığortaçı  sığortalıya  sığorta  müqaviləsinin  bağlanması  faktını  təsdiq  edən  sənəd  - 

sığorta  şəhadətnaməsi  verməlidir.  Bu  tələb  sığorta  müqaviləsinin  bu  Məcəllənin 

899.1.1.-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. 

901.2.

 

Müqavilə  üzrə  sığorta  olunan  eyni  zamanda  sığortalı  olmadıqda, 

sığorta şəhadətnaməsi sığortalının yazılı tələbi ilə sığorta olunana da verilə bilər. 

901.3.

 

Əgər icbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində başqa 

cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  şəhadətnaməsi  sığorta  haqqının  ilk  hissəsinin 

və  ya  tam  ödənildiyi  gün,  qrup  halında  sığorta  zamanı  isə  sığorta  haqqının  ilk 

hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir. 

901.4.

 

Sığorta  şəhadətnaməsi  itdikdə  və  ya  məhv  olduqda  sığortalı  və  ya 

sığorta olunan onun dublikatını sığortaçıdan tələb edə bilər. 

901.5.

 

Bu  Məcəllənin  901.4-cü  maddəsində  nəzərdə  tutulmuş  tələbin  yazılı 

şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və 

ya  sığorta  olunanı  müqavilədə  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  öz  hesabına 

müvafiq sığorta şəhadətnaməsinin dublikatı ilə təmin etməlidir. 



Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə