Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 

17 



xəbər  verməmişdirsə  sığortaçı  qeyd  olunan orqanları bu hadisə barədə dərhal 

məlumatlandırmalıdır. 



923.3.

 

Sığortalı  və  ya  sığorta  olunan  tərəfindən  sığortaçının  sığorta 

hadisəsinin baş verməsi barədə  məlumatlandırmasından asılı olmayaraq sığortaçıya 

bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 



923.4.

 

Bu  Məcəllənin  923.1-ci  maddəsində  üzərinə  məlumatlandırma 

vəzifəsi  qoyulan  şəxslərdən  başqa  digər  şəxslər,  o  cümlədən  səlahiyyətli  dövlət 

orqanları  və  müvafiq  hallarda  zərərçəkən  tərəfindən  də  sığorta  hadisəsinin  baş 

verməsi  haqqında  hər  hansı  vasitə  ilə  sığortaçıya  xəbər  verilməsi  sığorta  hadisəsi 

barədə məlumatlandırılma hesab edilir. 



 

Maddə 924. Sığorta hadisəsinin təsdiqi 

 

924.1.

 

Sığortaçı  (və  ya  təyin  edilmiş  müstəqil  ekspert,  yaxud  sığorta 

sahəsində  yardımçı  fəaliyyət  göstərən  şəxs)  sığorta  hadisəsinin  baş  verməsi  faktını 

təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım 

olan  sənədləri  və  məlumatları  bu  Məcəllənin  924.2-ci  maddəsi  nəzərə  alınmaqla, 

sığortalıdan tələb etmək hüququna malikdir. 



924.2.

 

Sığorta  hadisəsi  hesab  edilə  bilən,  qanunvericiliyə  uyğun  olaraq 

araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət 

orqanlarına    belə  hadisələrin  baş  verməsi  faktını  və  (və  ya)  səbəbini,  habelə 

nəticələrini  təsdiq  edən  sənədin  alınması  üçün  yazılı  sorğu  vermək  sığortaçının  və 

ya onun nümayəndəsinin vəzifəsidir. 



924.3.

 

Səlahiyyətli  dövlət  orqanları  sığortaçının  yazılı  sorğusuna  əsasən 

sığorta  hadisəsi  ilə  əlaqədar  tələb  olunan,  yayılması  qanunvericiliklə  qadağan 

olunmayan  istənilən  məlumatı  sığortaçının  sorğusu  daxil  olduğu  tarixdən  etibarən 

10 gün müddətində təqdim etməlidirlər. 

 

Maddə 925. Zərərin qiymətləndirilməsi 

 

925.1.

 

Sığorta  hadisəsi  nəticəsində  dəymiş  zərərin  miqdarını  sığortalının, 

sığorta  olunanın  və  ya  faydalanan  şəxsin,  yaxud  onların  nümayəndəsinin  təqdim 

etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 



925.2.

 

Sığortaçı  dəymiş  zərəri  müxtəlif  üsullarla,  o  cümlədən  zərər  dəymiş 

predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə 

təyin  etməklə,  sxem  və  cizgilər  tərtib  etməklə,  foto  və  video  çəkilişlər  aparmaqla, 

bilavasitə  özü  və  ya  sığorta  qanunvericiliyinin  tələblərini  nəzərə  almaqla  təyin 

etdiyi  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən  müvafiq  şəxs  vasitəsilə 

qiymətləndirir. 

925.3.

 

Sığorta  hadisəsi  nəticəsində  dəyən  zərərin  sığortaçı  tərəfindən 

qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə 

zərərin  miqdarının  qiymətləndirilməsi  sığorta  qanunvericiliyinin  tələbləri  nəzərə 

alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 

925.4.

 

Sığorta  hadisəsinin  araşdırılması  və  zərərin  qiymətləndirilməsi  üçün 

təyin  olunan  müstəqil  ekspertlər  və  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən 



 

 

18 



şəxslər  bununla  bağlı  sığortaçının  malik  olduğu  bütün  hüquqlardan  istifadə  edə 

bilərlər. 



925.5.

 

Əmlak  sığortası  müqaviləsi  üzrə  sığortalı,  sığorta  olunan  və  ya 

üçüncü  şəxs  aşağıdakı  hallar  istisna  olmaqla,  zərər  dəymiş  əmlakı  sığorta 

hadisəsindən  dərhal  sonrakı  vəziyyətdə  sığortaçıya  və  ya  onun  səlahiyyətli 

nümayəndəsinə təqdim etməlidir: 

925.5.1.

 

Zərərin  qarşısının  alınması  və  ya  həcminin  azaldılması,  sığorta 

hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, 

habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən 

nəzarətsiz  halda  qalmaması,  başqa  şəxslərin  hərəkətinə  və  ya  fəaliyyətinə  mane 

olmaması  üçün  zəruri  tədbirlərin  görülməsi,  o  cümlədən  bu  məqsədlərlə  əmlakın 

hadisə  yerindən  kənarlaşdırılması  zamanı  zərər  dəymiş  əmlakın  hadisədən  dərhal 

sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 



925.5.2.

 

sığortaçı  sığorta  hadisəsi  barədə  bu  Məcəllədə  nəzərdə  tutulmuş 

qaydada  məlumatlandırıldıqdan 5 gün  müddətində onun  nümayəndəsi zərər dəymiş 

əmlaka baxış keçirmədikdə; 



925.5.3.

 

digər  hallarda  zərər  dəymiş  əmlakın  sığorta  hadisəsindən  dərhal 

sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.  

 

Maddə 926. Sığorta ödənişi 

 

926.1.

 

Sığorta  ödənişi  sığorta  hadisəsi    baş  verdikdə  qanunvericiliyə, 

həmçinin  sığorta  müqaviləsinə  uyğun  olaraq  sığortaçı  tərəfindən  ödənilən  maliyyə 

kompensasiyasıdır. 



926.2.

 

Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 



926.3.

 

Sığorta  ödənişinin  miqdarının  müəyyən  edilməsi  və  ödənilməsi 

qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq 

sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 

 

Maddə 927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər 

 

927.1.

 

Əmlakın  sığortasında  və  əmlaka  vurulan  zərərə  görə  mülki 

məsuliyyətin  sığortasında  sığorta  ödənişi  sığorta  hadisəsinin  baş  verməsi 

nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən 

real zərərin miqdarından çox ola bilməz. 

927.2.

 

Zərərin  miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra 

əmlak  sığortası  üzrə  sığorta  ödənişi  sığortaçının  seçimi  əsasında  aşağıdakı 

formalarda həyata keçirilə (ödənilə) bilər: 



927.2.1.

 

zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 



927.2.2.

 

sığorta  hadisəsi  nəticəsində  dəyən  zərərin  aradan  qaldırılması  üçün 

sığortalıya  (sığorta  olunana  və  ya  faydalanan  şəxsə)  göstərilən  xidmətlərin  və  ya 

satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 



927.2.3.

 

sığorta  predmeti  olan,  yaxud  zərərçəkmiş  üçüncü  şəxsə  məxsus 

əmlakın təmiri və ya bərpası; 

927.2.4.

 

sığorta  müqaviləsində  nəzərdə  tutularsa,  həmin  müqavilədə 

müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. 



Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə