Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 



891.1.

 

Bu  Məcəllənin  891.2-ci  maddəsi 

nəzərə 

alınmaqla, 



sığorta 

müqaviləsi  üzrə  sığortaladığı  riskləri  təkrarsığorta  etdirən  sığortaçı  (təkrarsığorta 

müqaviləsinə  əsasən  təkrarsığortalı)  həmin  sığorta  müqaviləsinə  görə  sığortalı 

qarşısında tam və birbaşa öhdəlik daşıyır. 



891.2.

 

Sığortaçı  sığortalının  aşkar  yazılı  təkidi  ilə  seçilən  təkrarsığortaçının 

öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini 

yerinə yetirməkdən azaddır. 



891.3.

 

Bu  Məcəllənin  891.4-cü  maddəsi  nəzərə  alınmaqla,  təkrarsığorta 

müqaviləsi  üzrə  təkrarsığortaladığı  riskləri  yenidən  təkrarsığorta  etdirən 

təkrarsığortaçı təkrarsığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır. 



891.4.

 

Təkrarsığortaçı  müvafiq  riskləri  təkrarsığortalının  aşkar  yazılı  təkidi 

ilə  seçilən  təkrarsığortaçıda  yenidən  təkrarsığorta  etdirərsə,  müvafiq  təkrarsığorta 

müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən ikinci təkrarsığortaçının öhdəliklərini 

icra edə bilmədiyi həddə azaddır. 

 

Maddə 892. Təkrarsığortaçının sənədləri tələb etmək hüququ 

 

Təkrarsığortaçı 

təkrarsığortalıdan 

müvafiq 


sığorta 

qaydalarını 

və 

müqavilələrini,  həmçinin  sığorta  hadisəsi  baş  verdikdə  müvafiq  təsdiqedici 



sənədləri və ya onların surətlərini tələb etmək hüququna malikdir. 

 

Maddə 893. Şərikli sığorta 



 

893.1.

 

Şərikli  sığorta  bir  neçə  sığortaçının  aralarında  bağladıqları 

müqaviləyə  müvafiq  olaraq,  sığorta  ödənişi  üzrə  öhdəlikləri  bölüşdürməklə  sığorta 

müqaviləsi  ilə  müəyyən  edilmiş  sığorta  risklərini  eyni  zamanda  sığortalamaları  ilə 

bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir. 

893.2.

 

Sığorta  obyekti  bir  müqavilə  ilə  bir  neçə  sığortaçı  tərəfindən 

sığortalana bilər. Bu  müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında 

hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır. 



893.3.

 

Sığortalı  qarşısında  öhdəliyi  öz  payı  miqdarında  olmaqla  şərikli 

sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər. 

893.4.

 

Müvafiq  sığorta  növü  üzrə  fəaliyyət  göstərməyə  icazəsi  olmayan 

sığortaçı şərikli sığortada iştirak edə bilməz. 

 

Maddə 894. Qrup halında sığorta 

 

894.1.

 

Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta 

predmeti sığortalanır. 

894.2.

 

Qrup  halında  sığorta  həm  şəxsi,  həm  də  əmlak  sığortası  üzrə  aparıla 

bilər. 

894.3.

 

Şəxsi sığortaya aid olan qrup halında sığorta zamanı sığortalı sığorta 

olunanın kimliyi göstərilən sığorta müqaviləsində sığorta olunan şəxslərin hər birini 

sığorta  müqaviləsinin  onlara  aid  olan  bütün  şərtləri  ilə  tanış  etməlidir.  Bu  halda 

sığorta  olunanların  sığorta  müqaviləsi  ilə  müvafiq  şəkildə  tanış  edilməsini  təsdiq 

edən sənəd (siyahı  və s.) sığorta şəhadətnaməsinin ayrılmaz tərkib  hissəsidir. Qrup 




 

 



halında  sığorta  zamanı  şəxsi  sığorta  müqaviləsində  sığorta  olunanın  kimliyi 

göstərildikdə  və  ya  əmlak  sığortası  müqaviləsində  sığortalanan  əmlak  fərdi  şəkildə 

qeyd olunduqda, tərəflər arasında razılaşmaya əsasən müvafiq olaraq sığorta olunan 

şəxslərin  hər  birinə,  yaxud  hər  bir  sığortalanan  əmlaka  görə  sığorta  şəhadətnaməsi 

verilə bilər. 

894.4.

 

Qrup  halında  sığorta  zamanı  sığorta  olunanın  kimliyi  göstərilməyən 

şəxsi sığorta müqaviləsində və ya sığortalanan əmlak fərdi şəkildə qeyd olunmayan 

əmlak  sığortası  müqaviləsində  sığorta  olunan  şəxslərin  və  ya  əmlak  sığortası 

müqaviləsində  sığortalanan  əmlakın  dairəsi  o  dərəcədə  konkretləşdirilməlidir  ki, 

sığorta  hadisəsini,  onun  nəticələrini  və  sığorta  predmeti  üzrə  verilməli  olan  sığorta 

ödənişinin  miqdarını  müvafiq  olaraq  hər  bir  sığorta  olunana  və  ya  sığortalanan 

əmlaka münasibətdə fərdiləşdirmək mümkün olsun. 

 

Maddə 895. İkili (çoxqat) sığorta 

 

895.1.

 

Əmlakın  sığortasında  sığorta  məbləği  həmin  əmlakın  sığorta 

müqaviləsi  bağlandığı  andakı  həqiqi  dəyərindən  -  sığorta  dəyərindən  çox  olduğu 

halda  (ikili  və  ya  çoxqat  sığorta  halında),  həmin  müqavilə  sığorta  məbləğinin 

sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır. 

895.2.

 

Əmlak  sığortalı  tərəfindən  qanunsuz  gəlir  əldə  etmək  məqsədilə  bir 

və  ya  bir  neçə  sığorta  müqaviləsi  əsasında  onun  həqiqi  dəyərindən  artıq  məbləğə 

sığorta  etdirildikdə,  bu  məqsədlə  bağlanmış  hər  bir  sığorta  müqaviləsi  bağlandığı 

andan  etibarsız  sayılır.  Bu  halda  sığortalının  qanunsuz  gəlir  əldə  etmək  məqsədi 

məhkəmə qaydasında sübut edilməlidir. 

 

Maddə 896. Qismən sığorta 

 

Əmlakın sığortası  üzrə  müqavilədə  müəyyən edilmiş sığorta  məbləği sığorta 

dəyərindən  az  olduğu  halda  (qismən  sığorta  halında)  sığortaçı  zərərin  əvəzini 

sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. 

 

Maddə 897. İcbari sığorta 

 

897.1.

 

İcbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. 



897.2.

 

Qanunvericiliyə  uyğun  olaraq  xeyrinə  icbari  sığorta  müqaviləsi 

bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan 

şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 



897.3.

 

Qanunvericiliklə  icbari  sığorta  etdirmək  vəzifəsi  müəyyən  olunmuş 

şəxs  bu  vəzifəni  yerinə  yetirmədikdə  və  ya  müvafiq  sığorta  müqaviləsini 

qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini 

pisləşdirən  şərtlərlə  bağladıqda  həmin  şəxs    müvafiq  icbari  sığorta  üzrə  sığorta 

hadisəsi  kimi  tanına  bilən  hadisənin  baş  verdiyi,  yaxud  halın  yarandığı  zaman 

sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən 

edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. 



 

Maddə 898. Azadolma məbləği və gözləmə müddəti 


Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə