Möhtəşəm fərman


Dövlət imkanlarını bölməkdə Qum şəhərinin prioritet və zərurətlərinə diqqət yetirmək



Yüklə 1,37 Mb.
səhifə27/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

3. Dövlət imkanlarını bölməkdə Qum şəhərinin prioritet və zərurətlərinə diqqət yetirmək


Təbii ki, dövlət qurumlarının imkanları məhduddur. Odur ki, prioritetləri nəzərə almaq lazımdır. Həmişə belədir. Baxıb nəyin prioritet olmasını bilmək lazımdır.

4. Qumun mühüm məsələlərini siyahıya almaq


Mənim fikrimcə Qum şəhərinin icrada olan mühüm məsələləri diqqətlə siyahıya alınmalıdır.

5. Bütün qərarları sona qədər və dəqiq yerinə yetirmək


Bu gün möhtərəm nazirlər kabinetinin burada qəbul etdiyi, həmçinin möhtərəm prezidentin bu şəhərə səfərlərində qəbul olunan qərarlar dəqiq və tam şəkildə icra olunmalıdır. Möhtərəm məmurlar çalışıb bu qərarların hamısını diqqətlə, səylə və sonacan yerinə yetirsinlər.

6. Qum şəhərinin ən mühüm problemlərinin həlli:

a) Qumun su problemini həll etmək üçün səyləri davam etdirmək


Allaha şükür olsun ki, bir neçə ildir Qum üçün çox əsaslı və həyati məsələ olan su probleminin həlli istiqamətində işlər başlanmış və nisbətən yaxşı nəticələr əldə edilmişdir. Lakin bu iradə və səy davam etdirilməlidir ki, inşallah şirin su Qum şəhərinə çatsın və xalqın ağzını şirinləşdirsin.

b) Qumun məhrum bölgələrinin müxtəlif çatışmazlıqlarını aradan qaldırmaq


Qumun məhrum bölgələri məsələsinə toxunuldu, həm cənab vali, həm də möhtərəm vitse-prezident çıxışlarında bunu qeyd etdilər. Bu çox mühüm məsələdir. Onlar bəzi bölgələrin adını çəkdilər, bəzilərinin adını isə çəkmədilər. Qumda çoxlu əhalisi, inqilabı çox sevən insanları olan məhrum bölgələr var. Bütün məhrumiyyətlərinə rəğmən, qeyd olunan stansiya bölgəsinin əhalisi inqilab və onun amallarına ən həvəskar və ən maraqlı insanlardandır. Biz bundan xəbərdarıq. Müqəddəs müdafiə dövründə də belə olub, ondan sonra da belə olmuşdur. Yaxud Qumun yoxsul və geri qalmış məhəllələrindən olan Şah İbrahim məhəlləsi və digər məhəllələrinin rifah, səhiyyə, təhsil və xidmət məsələləri üçün əsaslı işlər düşünmək lazımdır. Birdəfəyə bir hərəkət edilsin ki, sonra inşallah adi qaydasına düşsün.

c) Qumun səhiyyə məsələsinə əhəmiyyətli yanaşmaq


Qumun problemlərindən biri səhiyyə məsələsidir. Burada olduğum bu bir neçə gündə mənə müxtəlif kanallarla şəhərin daha artıq səhiyyə imkanlarına ehtiyacı barədə fikirlər çatdı. Əlbəttə, bu sahədə bəzi qərarlar qəbul olunmuşdur və inşallah icra ediləcək, lakin daha ciddi yanaşmaq lazımdır. Eşitdim ki, ehtiyaclı sahələrdən biri tibb və səhiyyənin qadın bölmələridir. İnşallah bu məsələyə diqqət yetirilsin.

ç) Qumun əl işləri və xalçaçılıq məsələsinə diqqət yetirmək


Mən birinci gün etdiyim çıxışda da toxundum ki, Qum şəhərinin əl işləri məsələsi mühüm məsələdir. Biz Qumda olanda və ondan öncə bu şəhər çox gözəl və dəyərli xalçaçılıqla məşhur idi. Buna kömək olunmalıdır. Bu şəhərin bu imkanı çox mühüm bir imkandır. Hər yerdə eşitmişdik, Qumun qadın və kişiləri də bu xalçaçılıqla fəxr edirdilər; burada toxunurdu və "Nəxfirəng xalçası" adı ilə məşhur olmuşdu. Bilmirəm ki, indi də həmin adla tanınır, yoxsa yox. Xalçaçılıq və digər əl işləri məsələlərinə diqqət yetirilsin. Bu, xalqı öz məişəti daxilindən bəhrələndirə və vəziyyətini yaxşılaşdıra bilər.

d) Qumun sənaye və əkinçiliyinə dair dövlət layihələrini icra etmək


Sənaye məsələsinə toxundular; çox yaxşıdır. Buranın əkinçiliyi barədə eşitdim ki, Tehran və Vəramindən Müseylə tarlalarına su çəkilməsi nəzərdə tutulub. Bu, hökumətin layihələrindəndir və öncədən qərar qəbul etmişlər. Bu çox yaxşı və önəmli işdir; inşallah icra olunsun.

e) Qumun bütün problemlərini aradan qaldırmaq üçün məmurların daha artıq çalışması


Allaha şükür olsun ki, indiki hökumətin dövründə böyük işlər görülmüşdür. Burada da qeyd olundu ki, doqquzuncu və onuncu hökumətlərdə əvvəllər görülənlərdən bir neçə dəfə artıq olan dəyərli işlər görülmüşdür, lakin eyni zamanda hələ də ehtiyaclar var. Bu ehtiyaclar azalmışdır, lakin onların tamamilə aradan qaldırılması üçün daha çox çalışmaq lazımdır və bu vəzifə sizin üzərinizə düşür.

7. Müxtəlif səviyyəli məmurların xalqla münasib rəftarı


Çox mühüm məsələlərdən biri idarələrin müxtəlif səviyyəli məmurlarının xalqla və müraciət edənlərlə rəftarı məsələsidir; gülər üz, gülər üz!
Düyün açmırsansa, düyün vurma özün,

Əlin açıq deyilsə, gülər olsun üzün!
Bəzən bir məmur ondan gözləniləni yerinə yetirə bilmir; idarənin büdcəsi azdır, imkanları azdır; eybi yoxdur. Əgər xalqla imkan daxilində, amma gülər üzlə, açıq qucaqla və səmimi şəkildə rəftar olunsa, razı qalarlar. Bəzən Tehranda bizim dəftərxanamıza müraciətlər olunur; kiminsə istəyi olur və biz onu həyata keçirə bilmirik. Deyirlər ki, bəli, istəyiniz bizə çatdı, amma bu işi görə bilmirik; ya qanun imkan vermir, ya da başqa problem var. Müraciət edən adam deyir ki, bu iş görülməsə də, mənim istəyimə diqqət yetirib onunla maraqlandığınız üçün sizdən razıyam. Xalq məmurların onların dərdini hiss etməsindən və qəmlərinə şərik olmasından razı qalır. Sözsüz ki, çalışıb imkan daxilində onların ehtiyaclarını təmin etsinlər. Lakin qeyd etdik ki, hökumətin imkanları məhduddur, biz bütün lazımi işlər üçün hökumətin əlinin açıq olduğunu güman edə bilmərik. Xeyr, müxtəlif cəhətlərdən çoxlu məhdudiyyətlər var, amma mümkün olan həddə həyata keçirək və bunu gülər üzlə edək, xalqla mehriban olaq. Bu, bizim və bütün məmurların öhdəsinə düşən mühüm işlərdəndir.

8. Ölkənin inkişaf sürətini artırmaq


Biz bütün sahələrdə sürətlə irəliləməliyik. Elm sahəsində bizi 100-150 il geridə saxlayıblar; sənaye sahəsində də həmçinin, müxtəlif ictimai sahələrdə də həmçinin. Fəsadlı, diktator, şəhvətpərəst və tamahkar, inqilabdan öncəki son bir neçə onillikdə isə həm də əcnəbilərə sıx bağlı hökumətlər bu ölkəni fəlakətə sürüklədilər...

Bu xalq... böyük işlər gördü, daha böyük işlər isə qarşıdadır; həm elmi baxımdan, həm texniki baxımdan, həm xidmətlər baxımından, həm müxtəlif təşkilatlar, koordinasiya və sistem yaratmaq baxımından görməli olduğumuz çoxlu işlər qarşıdadır. Bu xalq üçün nə qədər işləsəniz, çox deyil. Mənim sizə tövsiyəm budur.



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə