Monqolların gizli tarixi
20
Çin sülaləsinin «rəsmi tarix»lərindən ayırd etmək üçün «qeyri-rəsmi
tarix» deyə təfsir etmişdir
1
.
Əsərin monqolca adı ( Mañğol-un ni'uça tobça'an və ya Moñğol-
un ni'uça tobçiyan) dürlü təfsirlərə uğramışdır. Çin heroqliflərilə
Manq xuo lun niu cha to cha an şəklində yazılmış olan bu təbiri Çin
naşirləri əsəri yazanın adı sanmışlarsa da, öncə yapon tarixçisi Na-
ka
2
, sonra isə P.Pelliot
3
bunun monqolca başlıq olduğunu təsbit et-
mişlər, niuça (yazı dilində: niğuça) «gizli» mənasına gəlməklə bə-
rabər, tarixçilərin göstərdiyi kimi, bu əsərdə «gizli» deyə vəsfləndi-
rilə biləcək hadisələr yoxdur. E.Haenischin fikrincə, hökmdar ailə-
sinə və hökumətə təxsis edilib, başqa kimsələr tərəfindən oxunma-
sına müsaidə edilmədiyi üçün buna «gizli» (məhrəm) deyilmişdir
4
.
Lakin Kozin bu-nu yuxarıda zikr etdiyimiz çincə pi ifadəsiylə təfsir
edərək «qeyri-rəsmi» şəklində izah edir
5
(aşağıya bax).
Tobça'an təbiri İnt.-də «tarix» deyə tərcümə edilmiş olub, mon-
qolca əsərlərin sərlövhəsində çox işlədilən tobçi «düymə, məcmuə,
xülasə, hekayə»
6
ilə eyni kökdən olmalıdır. Kowalevski bu iki sözü
yalnız tarixi mənbələrə dayanaraq birləşdirmək istədiyi halda, Kozin
bunların etimoloji cəhətdən də müqayisə edilə biləcəyini söyləyir və
bu analizi verir
7
:
Tobçi- «qısaltmaq, çəkmək» > tobçiğa
∞ tobçiya ∞ tobço ∞ tobçi
«qısaldan, çəkən, toplayan» («düymə»nin dağılmış və açılmışları
toplanıldığı kimi).
Sözlərin bu şəkildə izahından sonra Kozin ni'uça tobça'an təbi-
rini çincə pi-shi ilə qarşılaşdıraraq «qeyri-rəsmi məcmuə» deyə izah
edir. Onun fikrincə, bu əsər «gizli tarix» deyildir, özündən daha əski
və daha böyük bir «ana qaynaq»dan düzəldilmiş xülasədir. O, geniş
xalq kütləsi üçün təxsis edildiyindən buna «qeyri-rəsmi xülasə, məc-
1
Haenisch. Untersuchungen über das Yüan chao pi-shi, Leipzig, 1931.
2
Chenq-ki-sze han shih-luh, Tokio, 1907.
3
Le titre mongol du Yuan tchao pi che, TP, XIV, 1913, s. 131-132.
4
Aşağıya, Haenischin ön sözünə bax.
5
Kozin, s. 30.
6
Kow., s. 1821, 1822.
7
Kozin, s. 29, 30.
Мonqolların gizli tarixи
21
muə» deyilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, monqollarda rəs-
mi qaynaqların dəbtər və ya teüke sözləriylə, qeyri-rəsmi məcmuə-
lərin isə tobçi, tobçiyan, tobça'an sözləriylə adlandırılmış olması
çox mənalıdır.
Hal-hazırda bu əsərin Avropa elm aləmi tərəfindən bilinən nüs-
xələri bunlardır:
a) Çincəyə çevrilmiş nüsxələr və Çin ədəbiyyatındakı izləri:
1. Y. Bu nüsxə 1908-ci il də Çin kitabçılarından Ye Teh-hui tə-
rəfindən əski bir yazma nüsxəyə istinadən çap olunmuşdur
1
. İlk dəfə
Avropa elm aləminə Paul Pelliotun JA-dəki qeydi ilə
2
tanıdılmış,
alman kitabxanalarına isə 1928-ci ildə Haenisch tərəfindən Çindən
gətirilmişdir. Bu nüsxə bugün Ankara dil və tarix-coğrafya fakültəsi
sinoloji seminarında da mövcud olub əsərin türkcəyə tərcüməsi za-
manı ondan istifadə edilmişdir.
2. P. Rus sinologu Palladius tərəfindən işləndiyi üçün buna «Pal-
ladius nüsxəsi» demək adət olmuşdur. P nüsxəsinin bir fotosurəti
Pekin Milli Kitabxanasındadır
3
. 1878-ci ildə Palladius tərəfindən
Avropaya gətirilən nüsxə bugün Leninqrad Dövlət Universitetinin
əlyazmalar fondunda, alimin özü tərəfindən hazırlanan transkripsiya
isə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda Mus. As.
Sect. III, 966 şifrəsi altında qorunur
4
.
3. Li. Bu, gizli tarixin yalnız çincə xülasəsindən ibarət olan YP
qismi əvvəlcə şərhsiz olaraq 1847-ci ildə, sonra isə Çin kitabçıların-
dan Li Wen-tien tərəfindən 1903-cü ildə izahlı bir şəkildə Çində
nəşr edilmişdir
5
.
4. Çen. Çin tarixçilərindən Chen Yüanın Yüan-chao pi-shi
transkripsiyası üçün işarələr seçimi (Pekin, 1934) adlı əsərində zikr
1
Haenisch. NT, s. 103, Ye Teh-hui tərəfindən yazılan ön söz.
2
A propos des Comans, Journal Asiatique, 11-ci seriya, XV, 1920, s. 125-185,
özəlliklə bax: s. 131-132.
3
Haenisch. NT, s. 125, əlavə.
4
Kozin, s. 10.
5
Haenisch. NT, s. VII; Haenisch. Übers..., s. XVII.
Monqolların gizli tarixi
22
edilən 35 səhifəlik bir parça
1
. Bu parça bizə indilik ancaq bu vasitə
ilə məlumdur.
5. F. 1934-cü ildə ancaq 45 səhifəlik bir qismi tapılaraq Pekin
Milli Kitabxanasına qoyulmuş olan mətbu parça. Chen Yüan bunun
1368-1398-ci illərə aid olduğunu yazır ki, bu surətlə Haenischin də
göstərdiyi kimi, bu əsərin Çin qəlibinə bürünərək XIV əsrdə belə təb
edildiyi ortaya çıxmış olur
2
.
Kozinin göstərdiyinə görə, Palladius istifadə etmiş olduğu yazma
nüsxəyə «Bu əlyazmanı tərtib edən şəxs bir qeydində monqolca
mətnin mətbu nüsxəsindən bəhs edir, lakin onun bu mətbu nüsxədən
faydalandığı gözə çarpmır» deyə bir qeyd əlavə etmişdir. Yenə Ko-
zinin ifadəsinə görə, Kotviç P nüsxəsinin XIV əsrdən qalma mətbu
bir əsərdən köçürülmüş olduğunu bildirmişdir
3
. Buna görə, P nüsxə-
sinin F-dən köçürülmüş olduğu nəticəsi çıxır. Lakin Haenisch Y, C,
F, P nüsxələrini qarşılaşdırdıqdan sonra Y, C və F-in bir-birinə bən-
zədiyini, lakin P-nin onlardan ayrıldığını təsbit etmişdir. Belə olun-
ca, bu əsərin əskidən də yalnız bir dəfə deyil, bir neçə dəfə basılmış
olduğu qənaətinə varılır. Bununla bərabər, F indiyə qədər məlum
olan nüsxələrin ən əskisi olaraq qəbul edilir.
6. C. Şanxaydakı Commercial Press kitab evində olan yazma
nüsxə.
7. N. Yapon tarixçisi Naito tərəfindən 1899-cu ildə Yaponiyaya
götürülüb, 1907-ci ildə yenə yapon alimlərindən Naka tərəfindən
1
Haenisch. NT, s. IV və VII. Chen Yüan bu əsərində Yüan-chao pi-shinin Pe-
kində olan 3 tam nüsxəsindən və 35 səhifəlik bir parçasından bəhs edir. Onun
bəhs etdiyi 3 tam nüsxə yuxarıda saydığımız Y, P və Li nüsxələrindən ibarət-
dir. Haenisch IV və VII-də bunlardan iki dəfə bəhs edir. Kozin ön sözündə
Haenisch tərəfindən iki yerdə qeyd edilən bu üç əsəri 1, 2, 3 rəqəmləri altında
saydıqdan sonra 4, 5, 6 ilə təkrar göstərir (Kozin, s. 10) və bu şəkildə üç mətn
artıq çıxarmış olur.
2
Haenisch. Übers., s. XVI və Forschungen und Fortschritte, 1939, 15-ci il, Nr.
32-33, s. 395.
3
Kozin, s. 9.
Dostları ilə paylaş: |