Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə43/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

Bildirişlər


1. Quran öz ecazının sübutu üçün ən sadə yolu göstərir və bu yol onun surələrinə oxşar surələrin deyilməsidir.

2. Nəinki Quran tam şəkildə, hətta onun bir surəsi də möcüzədir.

3. Quran bu mübarizədə qarşı tərəf üçün çətinlik yaratmır və onun oxşar bir surə gətirməsini kafi sayır.

4. Quranın mübarizəyə çağırışı hansısa zaman və məkana aid deyil. Qiyamətədək bütün yer üzündə bu çağırış öz gücündədir.

5. Bu mübarizə təkcə savadsız kütləyə aid deyil. Əgər dünya alimləri, hüquqşünasları, ədibləri arasında Qurana şəkk edən varsa, bu dəvəti qəbul edə bilər.

6. Bu mübarizə çağırışında xüsusi imkanlar və say nəzərdə tutulmamışdır.

7. Müxaliflər belə bir mübarizəyə hətta təhrik də olunur.


Ayə 39:

﴿بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ﴾

Həqiqət budur ki, bilmədikləri bir şeyi yalan saydılar. Halbuki onun sonu, mahiyyəti və batini hələ ki, onlara aydınlaşmamışdı. Onlardan qabaqkılar da bu sayaq təkzib etdilər. Bax gör, zalımların aqibəti necədir.”


Nöqtələr


◘İmam Sadiq (ə) buyurmuşdur: “Quranın bu iki ayəsindən iki böyük dərs öyrənirik: Nə qədər ki, bilmirik, danışmayaq1 və nə qədər ki, bilmirik, bir sözü rədd etməyək.”2

◘Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: “Allah-təala dediyim dörd nöqtəni ayədə nazil etmişdir:

1. İnsanın kimliyi onun dilinin altındadır. Ayə nazil oldu ki, danışıqlarından onları tanıyarsan.3

2. Hər kəs bir şeyi bilməsə, onunla düşmənçilik edir. Ayə nazil oldu ki, bilmədiklərini yalan saydılar.4

3. Hər kəsin dəyəri onun ləyaqəti və dəyərindən asılıdır. Ayə nazil oldu ki, Allah Talutu bacarıqlarına görə seçdi.5

4. Zalımı (qatili) öldürmək qətllərin çoxalmasının qarşısını alır. Ayə nazil oldu ki, qisas sizin üçün həyatdır.6


Bildirişlər


1. Müxaliflər Quranı yetərincə öyrənmədən onu rədd etmişdilər.

2. Bir şeyi bilmədiyimizə görə rədd etməyək.

3. Ümumi və yığcam bilik təsirsizdir. Yalnız elmi əhatə sayəsində nuraniyyət əldə etmək olar.

4. Tarix boyu peyğəmbərlərlə müxalifliyin səbəbi cəhalət olmuşdur.

5. Din müxaliflərinin tarixi və taleyi ilə tanış olmaq lazımdır.
Ayə 40:

﴿وَمِنهُم مَّن يُؤْمِنُ بِهِ وَمِنْهُم مَّن لاَّ يُؤْمِنُ بِهِ وَرَبُّكَ أَعْلَمُ بِالْمُفْسِدِينَ﴾

Onlardan bəziləri Qurana iman gətirənlərdir, bəziləri isə iman gətirməyənlər. Sənin Rəbbin fəsad əhlini daha yaxşı tanıyır.”


Bildirişlər


1. İnsan məcbur yox, azaddır.

2. Rəhbər bütün xalqın onun ayinlərinə iman gətirməsini gözləməməlidir.

3. İmansızlıq və fəsad bir-biri üçün şərtdir. Həm günah imana mane olur, həm də imansızlıq fəsad törədir.

4. İnsan Pərvərdigarın nəzarəti altındadır.


Ayə 41:

﴿وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ أَنتُمْ بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَاْ بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ﴾

Əgər səni təkzib etsələr, de ki, mənim əməlim mənim üçündür, sizin əməliniz sizin üçün. (Hər birimiz öz əməlimizin cəzasına çatacağıq.) Siz mənim əməllərimdən zara gəlmisiz, mən də sizin əməllərinizdən.”


Bildirişlər


1. Əqidəni məcburi qəbul etdirmək olmaz. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, doğru yola dəvət olmuşdur.

2. Rəbhər kimlərinsə təkzibinə hazır olmalıdır.

3. Təkzibçilər qarşısında özümüzü məğlub saymayaq. Çünki biz doğru yola dəvətimizin mükafatını alacağıq, müxaliflər isə öz inadkarlıqlarının cəzasına çatacaqlar. Bu qarşıdurmada qalib bizik.

4. İslam Peyğəmbəri (s) təkzibçilər qarşısında qəti mövqe tuturdu.

5. Hər bir şəxsin xeyiri və zərəri onun özünə aiddir.

6. İslam kafirlərlə saziş dini yox, dəlil və əxlaq dinidir. Qarşı tərəf həqiqəti qəbul etmədikdə, onların əqidəsindən uzaq olduğumuzu bildirək.

7. Başqalarının əməllərindən razılıq insanı həmin əməllərin mükafat və cəzasına şərik edir.
Ayə 42:

﴿وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُواْ لاَ يَعْقِلُونَ﴾

Onlardan bir dəstəsi (zahirdə) sənin sözlərini diqqətlə dinləyirlər. (Əslində isə sanki kardırlar və heç nə eşitmirlər.) Əgər düşüncə əhli deyildirlərsə, sən öz sözlərini karların qulağına çatdıra bilərsənmi?”


Bildirişlər


1. Bəzən dinləyici xoşməramlı olmur. İnadkarlar bəzən bəhanə əldə etmək üçün diqqətlə dinləyirlər.

2. Bəzən insanın qəlb xəstəliyi o qədər şiddətli olur ki, Peyğəmbərin (s) də sözləri onlara şəfa vermir.

3. Xalqın hidayəti üçün onlarda qəbul hazırlığı olmalıdır. Yalnız aşkar dəlil və ləyaqətli rəhbər bəs etmir.

4. Eşitmək yox, eşidilənləri düşünüb qəbul etmək mühümdür. Məgər heyvan deyilən sözü eşidirmi?!


Ayə 43:

﴿وَمِنهُم مَّن يَنظُرُ إِلَيْكَ أَفَأَنتَ تَهْدِي الْعُمْيَ وَلَوْ كَانُواْ لاَ يُبْصِرُونَ﴾

Xalqdan bir dəstəsi də vardır ki, sənə baxırlar (amma sanki görmürlər). Əgər (qəlb gözü ilə) görmürlərsə, korları hidayət edə bilərsənmi?!”


Ayə 44:

﴿إِنَّ اللّهَ لاَ يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَـكِنَّ النَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ﴾

Şübhəsiz, Allah xalqa heç bir zülm etməz. Özünə zülm edən elə xalqın özüdür.”


Nöqtələr


◘Bir dəstə insan qiyamət səhnəsinə kor gətirilər. Bu korluq ilahi ayələrə münasibətdə korluğun nəticəsidir.1

◘İmam Hadi (ə) buyurmuşdur: “Hər kəs Allahın Öz bəndələrini günaha məcbur etdiyini və cəzalandırdığını düşünsə, Allaha qarşı zülmə yol vermişdir və bu ayəni təkzib edir.”2


Bildirişlər


1. Hər bir baxış bəsirətli olmur, hər tamaşaçı həqiqəti duymur.

2. Hətta peyğəmbərlər də qəlbi korlara təsir edə bilmirlər.

3. Baxmaqla haqqa çatmayanlar kor kimidirlər.

4. Allah xalqın hidayəti üçün üstün bir məktəb, kitab və rəhbər göndərmişdir. Qəbul etməyənlər özlərinə zülm edirlər.


Ayə 45:

﴿وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُواْ إِلاَّ سَاعَةً مِّنَ النَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ وَمَا كَانُواْ مُهْتَدِينَ﴾

Allah onları bir yerə toplayacağı gün elə görünər ki, (dünyada və ya Bərzəxdə) bir saatdan artıq qalmamışlar. Həmin gün bir-birlərini tanıyarlar. Şübhəsiz, Allahla görüşü təkzib edənlər ziyankar oldular və heç vaxt hidayət olmamışlar.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə